Məhkəmə qərarları › İş №e-2(006)-3847/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3847/2025

04.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3847/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 106 C ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt edən Cavabdeh və qohumlarının əşyaları ilə birlikdə ünvandan çıxarılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat, ümumilikdə 220 manatın Cavabdeh İddiaçı xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İddiaçı daimi olaraq Azərbaycan Respublikası xaricində, Rusiya Federasiyasında yaşayır. Sonuncu dəfə Azərbaycan Respublikasına gələn zaman Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 104 ünvanında yaşayan Cavabdeh və qohumları tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 106 C ünvanında yerləşən qeyri-yaşayış binasını qanunsuz olaraq zəbt etdiyinin şahidi olmuşdur. Dəfələrlə iddiaçı Cavabdeh və qohumlarına Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 106 C ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxması ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq, Cavabdeh və qohumları sözügedən qeyri-yaşayış sahəsindən çıxmamışdır. Cavabdeh və qohumları tərəfindən İddiaçı mülkiyyətində olan əmlakın zəbt olunması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur, mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən iddiaçı aidiyyəti üzrə ərazi polisinə müraciət etmiş və bu məsələnin mülki qaydada həll olunmalı olduğu bildirilmişdir. İş materiallarından göründüyü kimi İddiaçı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 106 C ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh və qohumları tərəfindən qanunsuz olaraq zəbt edildiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin və qohumlarının özbaşına hərəkətlərinə son qoyulmalı, sözügedən qeyri-yaşayış sahəsi onların qanunsuz istifadəsindən alınaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil İddiaçı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 106 C ünvanında yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt edən Cavabdeh və digər şəxslərin əşyaları ilə birlikdə ünvandan çıxarılması, mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat və dövlət rüsumu üçün ödənilmiş 100 manat, ümumilikdə 220 manatın Cavabdeh İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 106C İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 106C tikilisinin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehin həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehin və digər şəxslərin çıxarılmasını tələb etməkdə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətlərə görə sərf olunmuş 120 manat cavabdehdən alınaraq iddiaşıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Mülkiyyət hüquqlarına yaradılan maneə aradan qaldırılmaqla Cavabdeh və digər şəxslər İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ev 106C-də öz əşyaları ilə birlikdə çıxarılsınlar və həmin mənzil İddiaçı təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 120 manat xərc alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar