Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3855/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilin sökülməsi, istifadə hüquqlarına ədalətli kompensasiyasının ödənilməsi yolu ilə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilin sökülməsi, istifadə hüquqlarına ədalətli kompensasiyasının ödənilməsi yolu ilə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 oktyabr 2025 ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişlər, İddiaçı nümayəndəsi Ağamir Abbasov məhkəməyə “ərizənin geri qaytarılması” barədə ərizə ilə müraciət edərək, qarşı tərəflə barışıq əldə etdiyi üçün işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Habelə, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaiti ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilin sökülməsi, istifadə hüquqlarına ədalətli kompensasiyasının ödənilməsi yolu ilə xitam verilməsi, yeni mənzil sahəsinin verilməsi və kirayə pulun ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbz № ********** tarix: xx.xx.2025, saat: 15:46) dövlət rüsumu İddiaçınə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-3855/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3855/2025
24.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver