Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3862/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X1rşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.1986-ci il tarixdə formal olaraq bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.1986-cı il tarixdə 1320 nömrəli akt qeydi tərtib olunaraq formal olaraq nikahı kəsilmişdir. Belə ki, erməni millətindən olduğu üçün təcili evi satıb gedirdi, ona görə nikah vasitəsilə aralarında razılaşıb qeydiyyat olunaraq, evi ondan almış və ona bildirmişdir ki, 1 ay müddətində nikahlarını ləğv etdirəcək. Onun səmimiyyətinə inanmışdır. Hətta ondan sonra X3 ilə qanuni nikaha girmiş və birgə nikahdan oğulları 1991-ci ilin iyun ayının 6-da X5 dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı Əli ilə nikaha girərək cavabdehlə evli olması barədə heç bir məlumat olmamışdır. Hal-hazırda ona subaylıq haqqında sənəd lazım olduğundan o, Asan Xidmətə müraciət etdikdə, ona məlum olmuşdur ki, cavabdehlə bağladığı nikah qüvvəsindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh X2 lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/Q-30/69 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 1320 nömrə ilə qeyd edildmişdir. Nikah bağlandıqdan sonra ərə Əmiraslanov arvada Əmiraslanova soyadı verilmişdir. İş materiallarından müəyyən edilir ki, sonradan iddiaçı yenidən nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1991-ci il təvəllüdlü X5 doğulmuşdur. 2000-ci ilədək qüvvədə olmuş Ailə və Nikah Məcəlləsinin 48-ci maddəsində (həmin məcəllənin 15-17-ci maddələrinə də istinadən), həmçinin hazırda qüvvədə olan Ailə Məcəlləsinin 25.1-ci maddəsində (həmin məcəllənin 10,12-ci və 13.3-cü maddələrinə də istinadən) nikahın etibarsız sayıldığı halların dairəsi müəyyən edilmiş, o cümlədən şəxsin (ərin və ya arvadın) artıq nikahda olarkən, bu nikahı pozmadan yenidən başqa şəxslə bağladığı nikah bir mənalı olaraq etibarsız nikahlar kateqoriyasına aid edilmişdir. Həmçinin nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, tərəflər ailə qurmaq niyyətində olmamış, ailə qurmalarında məqsəd iddiaçını mənzilə qeydiyyata salmaq olmuşdur. Belə ki, sorğu əsasında təqdim edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 1986-cı il tarixdə nikahın bağlanması akt qeydində Cavabdeh nikah bağlanarkən onu qeydiyyat yeri Bakı şəhəri, Nəsimi rayonu olmuşdur. Qarşı tərəfin qeydiyyat yeri isə Neftçala rayonu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1986-cı il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 1320 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3862/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3862/2023
30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver