Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3882/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəliyin qoyulması və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin cavabdehə həvalə edilməsi, eləcə də məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-391/2022 saylı qərarına əsasən 20 iyul 2012-ci il tarixli 864F18 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin 18 saylı filialından iddiaçının götürdüyü borcun təminatı olaraq Az **-RC-*** dövlət qeydiyyat nişanlı, 2006cı il buraxılışlı, sedan tipli, ban nömrəsi WDBRF52H36A888573 olan, ağ rəngli “Mercedes Benz C230” markalı minik avtomobilinə dair bağlanmış girov müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş hesab edilmiş və avtomobilin girovdan azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-391/2022 saylı icra sənədi ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən tam icra edilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə ərizə ilə müraciət edərək Cavabdeh2 ASC ilə bağlanmış kredit müqaviləsi üzrə çıxarılmış qətnaməyə əsasən, borc məbləğini tam ödədiyi üçün ona borcun olmaması barədə arayışın verilməsinə, borc məbləğinin mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi barədə məktubun göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində sözügedən ərizəsinə Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-391/2022 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək (əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi) hər hansı bir öhdəliyin qoyulmamasını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 391/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, 20 iyul 2012-ci il tarixli 864F18 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin 18 saylı filialından iddiaçının götürdüyü borcun təminatı olaraq Az **-RC-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sedan tipli, ban nömrəsi WDBRF52H36A888573 olan, ağ rəngli “Mercedes Benz C230” markalı minik avtomobilinə dair bağlanmış girov müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş hesab edilməsi və avtomobilin girovdan azad edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək, LPO Cavabdeh2 ASC ilə bağlanmış kredit müqaviləsi üzrə çıxarılmış qətnaməyə əsasən, borc məbləğini tam ödədiyi üçün, ona borcun olmaması barədə arayışın verilməsinə, borc məbləğinin MKR-dən silinməsinə və müvafiq icra qurumunda olan işə xitam verilməsi barədə məktubun göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, avtomobil girovdan azad olunmuşdur, lakin xitam məktubu verilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1785/2020 saylı qətnaməsi və Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-391/2022 saylı qətnaməsi ilə girov müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və avtomobilin girovdan azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli 2(103)-391/2022 saylı icra sənədi ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən tam icra edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək (əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi) hər hansı bir öhdəlik qoyulmamışdır. Beləliklə, işin mübahisələndirilən hallarından aydın oldu ki, İddiaçı ilə LPO Cavabdeh2 ASC arasında 20 iyul 2012-ci il 864F18 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı Cavabdeh2 ASC-dən 17.000 ABŞ dolları məbləğində avtomobil krediti götürmüş, müqavilənin təminatı kimi avtomaşının girov qoyulması ilə bağlı 20 iyul 2012-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-391/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, 20 iyul 2012-ci il tarixli 864F18 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin 18 saylı filialından iddiaçının götürdüyü borcun təminatı olaraq Az **-RC-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, sedan tipli, ban nömrəsi WDBRF52H36A888573 olan, ağ rəngli “Mercedes Benz C230” markalı minik avtomobilinə dair bağlanmış girov müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş hesab edilməsi və avtomobilin girovdan azad edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-391/2022 saylı İcra Vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-391/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. İddiaçı borcunu tam ödədiyi üçün ona borcun olmaması barədə arayışın verilməsinə, borc məbləğinin MKR-dən silinməsinə və müvafiq icra qurumunda olan işə xitam verilməsi barədə məktubun göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. 06 iyul 2022-ci il tarixli cavabdeh tərəfindən verilən cavab məktubundan göründüyü kimi cavabdehin üzərinə iddiaçının tələbi ilə bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. Hazırda iddiaçı cavabdehin üzərinə kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəliyin qoyulması və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin cavabdehə həvalə edilməsini və iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Həmçinin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəlik qoyulsun və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi cavabdehə həvalə edilməli, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəlik qoyulsun və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi cavabdehə həvalə edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənil Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3882/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3882/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver