Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3890/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, hazırda ləğv prosesində olan "xxxx" ASC (sonradan adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmışdır) ilə İddiaçı3 arasında imzalanmış 27 dekabr 2013-cü il tarixli 158 nömrəli «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» müqaviləyə əsasən «irəlidə əmanətçi» adlanacaq İddiaçı3 tərəfindən 30.000 ABŞ dolları məbləğində pulu əmanət olaraq yerləşdirilmişdir. Müqavilənin müddəti 12 ay müəyyən olunmuş və müqavilə 27 dekabr 2014-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetinə görə Bank, Əmanətçidən və ya Əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanət məbləği yerləşdirildikdən sonra hazırda ləğv prosesində olan "xxxx" ASC (sonradan Cavabdeh ASC) tərəfindən depozit hesabı üzrə tərtib edilmiş əmanət kitabçası İddiaçı3 təhvil verilmişdir ki, həmin əmanət kitabçasından da, bəlli olur ki, 27 dekabr 2013-cü il tarixdə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC (sonradan Cavabdeh ASC) tərəfindən depozit hesabı üzrə əmanətə qəbul edilmişdir. "xxxx" ASC ləğv olunduqdan sonra 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin sığorta olunmuş 18.917 ABŞ dollar hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 fevral 2016-cı il tarixdə İddiaçı3 qaytarılmışdır, qalan 11.083 ABŞ dolları məbləğində pul isə sığorta olunmadığından qaytarılmamışdır. Bundan başqa hazırda ləğv prosesində olan "xxxx" ASC (sonradan adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmışdır) ilə İddiaçı2 arasında imzalanmış 18 iyun 2014-cü il tarixli 230 nömrəli «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» müqaviləyə əsasən «irəlidə əmanətçi» adlanacaq İddiaçı2 tərəfindən 30.000 ABŞ dolları məbləğində pulu əmanət olaraq yerləşdirilmişdir. Müqavilənin müddəti 12 ay müəyyən olunmuş və müqavilə 18 iyun 2015-ci il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetinə görə Bank, Əmanətçidən və ya Əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanət məbləği yerləşdirildikdən sonra hazırda ləğv prosesində olan "xxxx" ASC (sonradan Cavabdeh ASC) tərəfindən depozit hesabı üzrə tərtib edilmiş əmanət kitabçası İddiaçı2 təhvil verilmişdir ki, həmin əmanət kitabçasından da, bəlli olur ki, 18 iyun 2014-cü il tarixdə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC (sonradan Cavabdeh ASC) tərəfindən depozit hesabı üzrə əmanətə qəbul edilmişdir. "xxxx" ASC ləğv olunduqdan sonra 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin sığorta olunmuş 18.917 ABŞ dollar hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 fevral 2016-cı iı tarixdə İddiaçı2 qaytarılmış, qalan 11.083 ABŞ dolları məbləğində pul isə sığorta olunmadığından qaytarılmamışdır. Bundan əlavə hazırda ləğv prosesində olan "xxxx" ASC (sonradan adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmışdır) ilə İddiaçı1 arasında imzalanmış 12 oktyabr 2015-ci il tarixli 206F**********01 nömrəli «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» müqaviləyə əsasən «irəlidə əmanətçi» adlanacaq İddiaçı1 tərəfindən 30000 ABŞ dolları məbləğində pulu əmanət olaraq yerləşdirilmişdir. Müqavilənin müddəti 3 ay müəyyən olunmuş və müqavilə 13 yanvar 2016-cı il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetinə görə Bank, Əmanətçidən və ya Əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanət məbləği yerləşdirildikdən sonra hazırda ləğv prosesində olan "xxxx" ASC (sonradan Cavabdeh ASC) tərəfindən depozit hesabı üzrə tərtib edilmiş əmanət kitabçası İddiaçı1 təhvil verilmişdir ki, həmin əmanət kitabçasından da, bəlli olur ki, 12 oktyabr 2015-ci il tarixdə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC (sonradan Cavabdeh ASC) tərəfindən depozit hesabı üzrə əmanətə qəbul edilmişdir. "xxxx" ASC ləğv olunduqdan sonra 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin sığorta olunmuş 18.917 ABŞ dollar hissəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 fevral 2016-cı il tarixdə İddiaçı1 qaytarılmış, qalan 11.083 ABŞ dolları məbləğində pul isə sığorta olunmadığından qaytarılmamışdır. Müqavilələrin 1.1-ci bəndindən göründüyü kimi Bank, Əmanətçidən və ya Əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək, «Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)» müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçilərə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürməsinə baxmayaraq hal-hazıradək üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 950.4-cü maddəsinə əsasən bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasənəmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bildirilmişdir ki, məhkəmənin icraatında iddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin qaytarılması” tələbinə dair e-2(006)-3890/2023 nömrəli mülki iş vardır. Sözügedən iş üzrə hesab edirlər ki, iddia tələbi üzrə icraata xitam verilməli, bankın iflas prosesində olması tərəfə izah edilməli və aidiyyəti məhkəməyə yönəldilməlidir. Belə ki, Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Bu Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Banklar Haqqında Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, Fond bankın ləğvedicisi qismində tələbi kreditor tələbi kimi qeydə ala bilər və BHQ-nin 82-ci maddəsinə uyğun olaraq icrasını qısa müddət ərzində təmin etmək üçün zəruri tədbirlər görür. “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iştirakçı banklar Fondun reyestrinə daxil olduqdan sonra 10 təqvim günü müddətində X1 hesabına 10 min manat məbləğində birdəfəlik üzvlük haqqı ödəyirlər. Qanunun 12.2-ci maddəsinə əsasən üzvlük haqqını ödəmiş iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda, yaxud fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bərpa edildikdə, üzvlük haqqı ödəmədən iştirakçı bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini əldə edir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. Qanunun 13.2-ci maddəsinə əsasən iştirakçı bankın əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda, bank qorunan əmanətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları ödəyir. 13.4-cü maddəyə əsasən Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir. Qanunun 14.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş hallarda Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1 faizi həcmindən çox olmamaq şərti ilə ödənilir. Sözügedən Qanunun 16.1-ci maddəsinə əsasən Fondun sığorta ehtiyatları kompensasiyaların ödənilməsi məqsədinə istifadə edilir. Qanunun bu müddəalarından bəlli olur ki, Fond tərəfindən kompensasiya ödənişi hansı sığorta ehtiyatları hesabına icra edilir. Həmçinin tələbə əlavə edilmiş qalıq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə bildirmək istəyirlər ki, tələbin kompensasiya olaraq deyil növbədənkənar qaydada ödənilməsi nəzərdə tutulmalıdır. Belə ki, BHQ-nun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditorların tələbləri müflis elan edilmiş bankın digər kreditor tələblərinin icrası təmin edildikdən sonra Qanunun 87.1-ci maddəsinə əsasən yəni bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. Əlavə etmək istəyirlər ki, LPO Cavabdeh ASC hazırda 82.1.2-ci maddənin fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinin ödənilməsi mərhələsinin icrasını təmin edir. Ləğv prosesində olan Cavabdeh ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Sığorta hadisəsi baş verən dövrdə “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən “Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməsi” nəzərdə tutulurdu. İddiaçıların iddia ərizəsində qeyd etdiyi kimi əmanətlər üzrə 30.000 manat (18.917 ABŞ dolları) məbləğində kompensasiya Fond tərəfindən onlara ödənilmişdir. Əmanətlərin digər hissələri isə kreditor tələbi kimi qeydə alınmışdır. Belə ki, İddiaçı1 11.423 ABŞ dolları məbləğində kreditor tələbi xx.xx.2016-cı il tarixində N9 1-3410-16, İddiaçı3 14.606 ABŞ dolları məbləğində kreditor tələbi xx.xx.2016-cı il tarixində № 1-3412-16, İddiaçı2 27.519 ABŞ dolları məbləğində kreditor tələbi xx.xx.2016-cı il tarixində № 1-3411-16 qeydə alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1109/2019-cu il tarixli xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv prosesində olan Cavabdeh ASC-nin kreditorlarının etiraz edilmiş və qəbul edilmiş tələblərinin siyahısı təsdiq edilərək iddiaçıların tələbləri qeyd edilən məbləğlərdə təsdiqlənmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Banklar Haqqında Azərbaycan Respublikası Qanununun 77.8-ci maddəsinə əsasən, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmçinin qeyd etmək istəyirlər ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunun yuxarıda qeyd edilən müddəasından məlum olur ki, kompensasiya tələbi bütün hallarda əmanətin kateqoriyasından asılı olmayaraq 5 il müddətinə saxlanılır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarından göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd edilir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır..” Beləliklə, iddiaçılar tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətli ərizənin qəbulundan imtina edilməli idi. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən hesab edirlər ki, iş aidiyyəti üzrə Bakı Apelyasiya Məhkəməsində baxılmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla iddiaçı arasında olan münasibətlər tənzimlənir. Çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apelyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). AR İPM-nin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətin qaytarılması” tələbinə dair e-2(006)-3890/2023 nömrəli iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. “Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Həmin Qanunun 76.1-ci maddəsinə müvafiq olaraq müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 72.1.3-cü maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Eyni Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Beləliklə, iddiaçıların hazırki tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Belə olan halda, məhkəmə hesab edir ki, kreditorların siyahıları təsdiq edildiyindən, iddiaçılar hazırki iddia tələbi ilə «Banklar haqqında» Qanunun 77-ci maddəsi nəzərə alınmaqla tələb irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. Habelə, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 260 manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3890/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3890/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver