Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3933/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X23 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının X5 nümayəndələri X6, Nümayəndə2, Nümayəndə3 və Nümayəndə4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının X12 tərəfindən qəbul olunmuş 15 may 2024-cü il tarixli, 3-2/K-228 nömrəli əmrin ləğv olunması, iddiaçının əvvəlki iş yerinə - Azərbaycan Respublikasının X5 X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə işə bərpa olunması və iddiaçıya 15 may 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əməkhaqqısının hesablanıb cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir Azərbaycan Respublikasının X5 X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışmışdır. 2024-cü ilin may ayının əvvəllərində İddiaçı Azərbaycan Respublikasının X5 Bakı şəhərində yerləşən əsas binasına dəvət edilmişdir. Orada Agentliyin əməkdaşları tərəfindən idddiaçının işində nöqsanlar aşkar olunduğu bildirilmişdir. Nöqsanların nədən ibarət olduğu soruşulduqda isə iddiaçıya işlədiyi rayonda guya onun tərəfindən sahibkarlardan pul alması ilə bağlı ittihamlar bildirmişlər. Məsələ ilə bağlı mübahisə yarandıqda isə Agentliyin əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalmışdır və iddiaçıya məcburən işdən azad olunması ilə bağlı ərizə yazdırmışlar. Daha sonra 15 may 2024-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, onu ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad ediblər. İddiaçının işdən azad olunmağı ilə bağlı əmrin əsaslandırılması qanunsuzdur və qərəzli xarakter daşıyır. Belə ki, əmrə əsasən guya iddiaçı xidməti vəzifəsinin icrası ilə əlaqədar Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Halbuki, həmin əmrdə qeyd edilən hallar həqiqətə uyğun deyil, fəaliyyəti dövründə öz peşəsinə vicdan və məsuliyyətlə yanaşmışdır. Əmrdə qeyd olunduğu kimi Agentliyin qanuni mənafeyinə heç bir xələl gəlməmişdir. Bu tip əmrin verilməsi və iddiaçının işdən azad olunması ona qarşı rəhbərliyin qərəzli mövqeyi olmuşdur. İş üzrə cavabdehin qəbul etdiyi əmr ƏM-nin 72-ci maddəsinin e bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) istinad edilərək qəbul edilmişdir. Hazırki halda kobud səhvlərin və hüquq pozuntuların nədən ibarət olması öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Qida X2 yoxlaması əsasında sahibkarlardan alınan izahat bu tip əmrin qəbul edilməsi üçün yetərli ola bilməz, bununla bağlı qanuni qüvvəyə minmiş qərar olmalıdır. İddiaçının özü tərəfindən yazılan izahat da hədə-qorxu altında yazılmışdır. Bundan başqa izahatı alınan sahibkar Musa Soltanov ümumiyyətlə qida sektrounda çalışmır, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh Azərbaycan Respublikasının X12 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini və iş üzrə iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilənlərə görə iddiaçı ilə bağlı Agentliyin 2024-cü il 2 may tarixli 3-2E-96 nömrəli əmrinə əsasən, X15 nəzarət sektorunun əməkdaşları Sabirabad rayonuna ezam olunaraq həmin rayonda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər etmiş və iddiaçı ilə bağlı qeyd edilənlərin dəqiqləşdirilməsi üçün araşdırmalar aparmışlar. Araşdırmalar zamanı Agentliyin X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamların olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospekti ünvanında fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X14 (VÖEN **********) və Sabirabad şəhəri, H.Əliyev prospekti ünvanında fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X19 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında müxtəlif vaxtlarda ona 3 fərqli sahibkar tərəfindən hər biri 50 manat olmaqla pul vəsaitinin verildiyini bildirmişdir. İzahatda iddiaçı bağışlanmasını istəyərək öz təqsirini qəbul etmişdir. Qeyd edilənlərdən aydın olur ki, idiaçının işdən azad edilməsi onun qanunverciliyin tələbindən kənar fəaliyyətinin nəticəsi olmuşdur. Belə olduğu halda “əmrin ləğv olunması və əmək haqqı” tələbinə dair iddia ərizəsinin təmin edilməməsini və iş üzrə iddia tələblərinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının X5 nümayəndələri X13, Nümayəndə2, Nümayəndə3 və Nümayəndə4 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının X5 “Azərbaycan Respublikasının X12ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrinin: 1.3-cü yarımbəndinə görə Agentliyin aparatının və regional bölmələrinin bütün əməkdaşlarının fərdi və kollektiv qaydada mükafatlandırlması, maddi yardımın verilməsi, intizam tənbeh tədbirinin tətbiqi, yazılı və ya şifahi xəbərdarlığın edilməsi, o cümlədən bununla bağlı əmrlərin imzalanması Azərbaycan Respublikasının X12 sədrinin müstəsna səlahiyyətlərinə aiddir. 2.1-ci yarımbəndinə görə bu əmrin 1.1-ci bəndi nəzərə alınmaqla, Agentliyin Aparatının və regional bölmələrinin inzibati və yardımçı vəzifələri üzrə işə qəbul (təyin), başqa işə keçirmə, işdən azad etmə (xitam), əmək münasibətləri şərtlərinin, hüquq və vəzifələrin dəyişdirilməsi, o cümlədən bununla bağlı əmək müqavilələrinin, əmrlərin və digər sənədlərin imzalanması Agentlik sədrinin müavini X4 həvalə edilmişdir. Azərbaycan Respublikasının X12 ilə İddiaçı arasında bağlanmış 1483 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsindən görünür ki, İddiaçı X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Qida X2 nəzarət sektorunun müdiri Elçin Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, İddiaçı işlədiyi müddət ərizində 2023-cü ilin mart ayında Novruz bayramı ilə əlaqəli Kazımov Kazım 50 manat, 2024-cü ilin yeni il bayramında Rövşən 50 manat verib. Bundan əlavə 2023-cü ilin yeni il bayramında Əmin bazar tərəfindən 50 manat verilib. İzahatı özü yazmış, imzası ilə təsdiq etmişdir. Həmçinin, İddiaçı bağışlanmasını, azyaşlı övladının olmasını, cavan olduğunu, ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Nə etmişdirsə, ehtiyac ucbatından etdiyini, himayəsində ağır xəstə olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 2024-cü il 14 may tarixli 9 nömrəli Protokolundan görünür ki, Agentliyə daxil olmuş müraciət əsasında Daxili nəzarət sektoru tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı, Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər aparılmış, Agentliyin X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamlar olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X14 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X19 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. İddiaçı izahatında ona adıçəkilən sahibkarlardan deyil, digər sahibkarlıq subyektlərindən müxtəlif bayram günlərində üç halda, hər dəfə 50 (əlli) manat olmaqla pul verildiyini bildirmişdir. Təqdimatda adıçəkilən əməkdaşın yol verdiyi nöqsan ölkədə Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə salmış, Agentliyin mənafeyinə xələl gətirmişdir. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 2024-cü il 14 may tarixli 9 nömrəli Protokolundan çıxarışdan görünür ki, İddiaçı qanunvericiliyin tələblərini pozaraq, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində ona edilən maddi təklifi qəbul edərək, habelə bu barədə birbaşa rəhbərinə məlumat verməyərək, Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, habelə Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə saldığına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “e” bəndlərinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikasının X5 3-2K-228 №-li xx.xx.2024-cü il tarixli işdən azadetmə haqqında əmrindən görünür ki, Agentliyə daxil olmuş müraciət əsasında Daxili nəzarət sektoru tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Sabirabad rayonunda fəaliyyət göstərən bəzi sahibkarlıq subyektləri ilə profilaktik söhbətlər aparılmış, Agentliyin X11 Qida Təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı əməllərində şübhəli məqamların olduğu müəyyən edilmişdir. Belə ki, Sabirabad şəhəri, Muğan prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X14 (VÖEN **********) və Sabirabad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən ictimai iaşə müəssisəsinin rəhbəri fiziki şəxs X19 (VÖEN **********) İddiaçı onlardan dövri olaraq pul aldığını bildirmişlər. Qeyd olunanlarla bağlı İddiaçı Agentliyə dəvət olunmuş və izahatı alınmışdır. F. Əliyev izahatında ona adıçəkilən sahibkarlardan deyil, digər sahibkarlıq subyektlərindən müxtəlif bayram günlərində üç halda, hər dəfə 50 (əlli) manat olmaqla pul verildiyini bildirmişdir. Qeyd olunanları və fəaliyyətində qanunvericiliyin tələblərini pozaraq, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində ona edilən maddi təklifi qəbul edərək, habelə bu barədə birbaşa rəhbərinə məlumat verməyərək, Agentliyin qanuni mənafeyinə ciddi xələl gətirdiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X12 haqqında Əsasnamənin 5.5.10-cu yarımbəndini və Agentlik sədrinin “Azərbaycan Respublikasının X12ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 noyabr tarixli U/154 nömrəli əmrinin 2-ci bəndi rəhbər tutularaq Agentliyin X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi İddiaçı 2024-cü il 16 may tarixindən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, Aparatın Maliyyə və təminat şöbəsinin xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətinin istifadə edilməmiş 20 (iyirmi) təqvim günü üçün pul əvəzinin İddiaçı ödənilməsinin təmin edilməsini və bu əmrdən irəli gələn məsələləri həll etməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”, 72-ci maddəsinin “e” bəndləri (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək faəliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə) Agentlik sədrinin müavini Əziz Şərifovun 2024-cü il 13 may tarixli D2/28/002734 nömrəli elektron məruzəsi, X9 İttifaqı Komitəsinin Qərarı və İddiaçı izahatı olmuşdur. Əmr Sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 3-2K-228 nömrəli, xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Azərbaycan Respublikasının X12 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli “Əmək kitabçasının təhvil alınması barədə” məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının Agentliyin Hüquq, kadr və icraya nəzarət şöbəsindən təhvil alınması barədə məlumat verilmiş, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi üçün yazılı müraciət edilməsi xahiş edilmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli 3-2K-228 nömrəli əmrinin surəti məktuba əlavə edilmişdir. X10 edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və Azərbaycan Respublikasının X5 nümayəndəsi iclasda iştirak etməmişdir. 50 (əlli) manat ilkin mediasiya və 10 (on) manat poçt-kargüzarlıq xərcləri İddiaçı tərəfindən ödənilmişdir. İş materialları araşdırılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının X12 işçi və işəgötürən olmaqla əmək münasibətlərinin tərəfi olmuşlar. 1483 nömrəli, xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsi ilə İddiaçı X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikasının X12 tərəfindən aparılmış araşdırmalar nəticəsində İddiaçı ictimai iaşə obyektlərinin rəhbərləri X7 və X17 dövri olaraq pul aldığı məlum olduğuna görə iddiaçı Agentliyə dəvət olunmuş və izahat alınmışdır. İddiaçı yazılı izahatında ona Kazımov Kazım, Rövşən və Əmin bazar tərəfindən 50 manat (hər birindən) verildiyini bildirmiş, məhkəmə iclasında isə həmin izahatı məcburi olaraq ona yazdırdıqlarını, könüllü iradə ifadəsi olmadığını iddia etmiş, həmçinin, Kazımov Kazım adlı şəxsin ümumiyyətlə mövcud olmadığını, izahatda bilərəkdən elə yazdığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında ona pul vəsaitinin verildiyini qeyd etsə də, həmin pul vəsaitinin hansı məqsədlərlə verilməsi, qarşılığında iddiaçının öz vəzifə səlahiyyətlərindən istifadə edərək pul verən şəxslərə nə vəd etməsi barədə qeyd edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl məsələ araşdırılmamış, iddiaçının pul vəsaitini alması qarşılığında hansı hərəkət və ya hərəkətsizlikləri etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda Vüqar Ələkbərov və Musa Sultanov tərəfindən Agentliyə edilmiş müraciəti təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Şahid qismində cəlb edilən Vüqar Ələkbərov sahibkar olduğunu, iddiaçının onu iki dəfə cərimə etdiyini, cərimənin birini ödədiyini və iddiaçıya heç vaxt pul vermədiyini bildirmişdir. Şahid qismində cəlb edilən Musa Sultanov da sahibkar olduğunu, işlərə uzaqdan nəzarət etdiyini, iddaçının ondan heç vaxt pul tələb etmədiyini, nə vaxtsa cərimə olunduğunu, lakin nə vaxt və hansı məbləğdə cərimə edildiyini xatırlamadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, müvafiq əmr Azərbaycan Respublikasının X5 sədr müavini Zəkiyyə Mustafayeva tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının X12ndə kadr məsələləri ilə bağlı səlahiyyətlərin müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmrə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı əmrlərin imzalanması Agentliyin sədrinin müstəsna səlahiyyətinə aiddir. Sədr müavininin isə işdən azad etmə (xitam) ilə bağlı əmrləri imzalamaq səlahiyyəti vardır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi intizam tənbehi növlərindən biridir (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi). Yəni, Agentliyin sədri işçilərə intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi məsuliyyətli bir vəzifəni öz müstəsna səlahiyyətində saxlamışdır. Eyni zamanda, əgər Agentliyin sədri intizam tənbeh tədbirinin tətbiq edilməsi səlahiyyətini öz müavininə həvalə etsəydi, həmin səlahiyyəti hansı səbəbə görə həmin şəxsə həvalə etdiyini əsaslandırmalı idi (Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci hissəsi). Halbuki, cavabdehin nümayəndələrindən dəfələrlə sədr müavininin intizam tənbeh tədbiri tətbiq etmək səlahiyyətinin olub-olmaması barədə sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, başqa əmrin olmadığı bildirilmiş, yalnız xx.xx.2021-ci il tarixli, Ü/154 nömrəli əmr məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Qida X1 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclas protokolunda (əmrin verilməsinə əsas olan sənədlərdən biri) iddiaçının yol verdiyi nöqsanın Agentliyin regionlarda həyata keçirilən nəzarət tədbirlərinə kölgə salmış olduğu və Agentliyin mənafeyinə xələl gətirildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, X16 Komitəsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə razılıq verərkən iddiaçının hərəkət və ya hərəkətsizliklərini, onun nəticələrini ətraflı araşdırmamış, müəssisənin mənafeyinə hansı formada xələl gəlməsini aydınlaşdırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr səlahiyyətli şəxs tərəfindən imzalanmamış, əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin (iddiaçının) hərəkət və ya hərəkətsizlikləri ətraflı araşdırılmamış (pul verilibsə belə, işəgötürən o pulun hansı məqsəd ilə verildiyini aydınlaşdırmalı idi), müəssisənin mənafeyinə hansı formada ziyan dəyməsi müəyyən edilməmişdir. Yəni Azərbaycan Respublikasının X5 3-2K-228 №-li xx.xx.2024-cü il tarixli işdən azadetmə haqqında əmri qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini aşağıdakı normalara görə əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması ... prinsiplərinə əsaslanır. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b) işəgötürənin əsas hüquqlarındandır. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək (b) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 188-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. 188-ci maddəsinin 2-ci hissəsinə əsasən müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 188-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının X5 xx.xx.2024-cü il tarixli, 3-2k-228 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının X5 X11 “qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi” vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının X12ndən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməlidir. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərkən məhkəmə iddia ərizəsində belə bir tələbin olub-olmamasından asılı deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilən hüquq normasına əsasən məhkəmə mediasiyaya dair xərci məhkəmə xərci kimi qiymətləndirir və hesab edir ki, iddia təmin edildiyinə görə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının X12ndən alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının X5 xx.xx.2024-cü il tarixli, 3-2k-228 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının X5 X11 “qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi” vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının X12ndən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının X12ndən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3933/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3933/2024
01.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver