Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3975/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işdən azad edilmə barədə qərarın qəbul edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "Kənan İnşaat və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «işdən azad edilmə barədə qərarın qəbul edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi yığıncağının protokolunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin 100% payla təsisçisi olduğu "xxxx" MMC-nin direktoru işləmiş, cavabdehin göstərişinə əsasən xx.xx.2023-cü il tarixdə həmin vəzifədə əmək funksiyalarını dayandırmış və təhvil-təslim işləri aparmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli K-38 saylı etibarnamə əsasında, cəmiyyətin təsis sənədləri, möhürü və asan imza nömrəsi, cəmiyyətin baş mühasibi X4 tərəfindən cavabdehin nümayəndəsi X2 təhvil verilmişdir. Lakin, iddiaçının vəzifədən azad edilməsi barədə məlumatlar kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmədiyi üçün, hal-hazırda da reyestrdə "xxxx" MMC-nin qanuni təmsilçisi kimi iddiaçı qeyd olunmuşdur. Bu isə iddiaçıya çətinliklər yaradır. İddiaçı, xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək, cəmiyyətin ümumi yığıncağının iclasının çağırılmasını və yığıncağın qərarı ilə cəmiyyətin direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. Cavabdehin rəhbəri, ərizəni aldıqdan sonra iddiaçı ilə telefonla əlaqə saxlayaraq, ərizənin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. "xxxx" MMC-nin baş mühasibi Əminə Ramazanova ilə cavabdehin nümayəndəsi Vüqar Əhmədov arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçı, "xxxx" MMC-nin direktoru vəzifəsində əmək funksiyalarını həmin tarixdən sonra icra etməmişdir. "xxxx" MMC-nin nizamnaməsinin 4.3-cü bəndinin 6-cı abzasına əsasən, cəmiyyətin direktorunun təyin edilməsi və geri çağırılması cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərindəndir. Cavabdeh iddiaçının vəzifədən azad edilməsi ilə bağlı əmək qanunvericiliyinin MMC-nin nizamnaməsindən irəli gələn öhdəliyini icra etməməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-69-cu maddələrinin tələblərini pozmuşdur. Qanun normalarından və işin hallarından göründüyü kimi, iddiaçının işdən azad edilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş əsaslar olduğu halda cavabdeh iddiaçının ərizəsini təmin etməmişdir. İddiaçı qeyd olunan tələblə bağlı cavabdehə mediasiya təklifi göndərmiş, sonra bununla bağlı 14 saylı mediasiya təşkilatında mediasiya sessiyası keçirilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə əmrin (qərarın) verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsi əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl Cavabdeh ilə əvəz edilmişdir. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə, mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MŞB/14/2025- 00019 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etsə də, cavabdeh tərəf iştirak etməmiş, mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən "Kənan İnşaat və Ticarət” MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli, K-21 saylı cavab məktubuna əsasən "Kənan İnşaat və Ticarət” MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı təqdim edən hüquqi şəxslərin siyahısından çıxarılması üçün "xxxx" MMC-nin təsisçi dəyişikliyi faktı dövlət qeydiyyatına alınmalıdır. Odur ki, "xxxx" MMC-nin təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim edilməsi tövsiyə edilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinə ünvanlanan xx.xx.2023-cü il tarixli, K-26 nömrəli cavab məktubuna əsasən xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçən "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-yə qoşularaq ləğv edilməsi və bu barədə qeydin xx.xx.2023-cü il tarixdə dövlət reyestrinə daxil edilməsi bildirilərək, həmin sübut və faktlar əsasında "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC-nin hüquqi varisi olduğu nəzərə alınaraq, sonuncunun hüquqi şəxs kimi ləğv edilməsi tam sübuta yetirilir. Odur ki, "Kənan İnşaat və Ticarət” MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı təqdim edən hüquqi şəxslər siyahısından çıxarılması xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 172 nömrəli "xxxx" əmrinə əsasən MMC-də direktor vəzifəsində işləyn İddiaçı Abduləli oğlunun müraciəti əsasında onunla bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC-nin təsis sənədləri, möhürü, asan imzası X4 tərəfindən etibarnamə əsasında nümayəndəsi olan X2 təhvil verilmişdir. "Kənan İnşaat və Ticarət” MMC və Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli təsis payının alqı-satqı müqaviləsinə əsasən birinci tərəf "xxxx" MMC-də olan 100% payını ikinci tərəfə satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi İddiaçı, "Kənan İnşaat və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndədur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən kommersiya qurumlarının dövlət reyestr məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında 100 manat, 100% paya malik yeganə təsisçisi Cavabdehdur. Qeyd: Cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100 manat, 100% payı 19 mart 2024cü il tarixli, 3M-1860 nömrəli notarial alqı-satqı müqaviləsi ilə "Kənan İnşaat və Ticarət” MMC-dən satın almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeganə təsisçisidir, nizamnamə kapitalındakı payı 100 manat olmaqla 100%-dir. "Kənan İnşaat və Ticarət” MMC-nin direktoru X1 iddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə əsasən sonuncu, cəmiyyətin ümumi yığıncağının iclasının çağrılmasını və yığıncağın qərarı ilə onun cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh iddiaçı tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəyə əsasən sonuncu, cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi barədə əmr verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi: İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının: 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-c hissəsinin a) yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aiddir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49-cu maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. 91-ci maddəsinin 1-ci bəndinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. 91.3.5-ci maddəsinə əsasən cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri və tərəflərin izahatlarını nəzərə almaqla müəyyən edir ki, İddiaçı "xxxx" MMC-də 2016-cı ildən etibarən direktor vəzifəsində çalışmışdır. İddiaçının xx.xx.2023-cü il tarixli əmrinə əsasən öz təşəbbüsü ilə əmək münasibətlərinə xitam verməsi, eləcə də xx.xx.2023-cü il tarixli aktla cəmiyyətə məxsus sənədləri, möhürü və digər atributları təhvil verməsi iş materialları ilə təsdiq olunur. Bu hallar onu göstərir ki, faktiki olaraq iddiaçı direktor vəzifəsini icra etməyi dayandırmış, lakin hüquqi baxımdan həmin vəzifədən azad edilməsinə dair təsisçinin müvafiq qərarı qəbul edilməmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli pay alqı-satqısı müqaviləsi ilə cəmiyyətin yeganə təsisçisi dəyişmiş və Cavabdeh olmuşdur. Lakin yeni təsisçi iddiaçının vəzifədən azad olunması üçün tələb olunan hüquqi prosedurları həyata keçirməmişdir. İddiaçının bu vəziyyətdə cavabdehə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir rəsmi qərar qəbul edilməmiş və iddiaçının əmək münasibətinə hüquqi qiymət verilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, təsisçinin fəaliyyətsizliyi nəticəsində hüquqi qeyrimüəyyənlik yaranmış və bu hal iddiaçının hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməsini zəruri etmişdir. Beləliklə, iddiaçının direktor vəzifəsindən azad edilməsi barədə müvafiq qərarın qəbul edilməməsi və bu səbəbdən hüquqi vəziyyətinin qeyri-müəyyən qalması iddianın əsaslı şəkildə irəli sürüldüyünü göstərir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli əmr əsasında əmək müqaviləsinə xitam verilməsi ilə faktiki olaraq əmək münasibətləri dayandırılsa da, "xxxx" MMC-nin yeganə təsisçisi tərəfindən onun direktor səlahiyyətlərinə formal hüquqi son verilməmişdir. Halbuki, bu hal hüquqi baxımdan ciddi əhəmiyyət kəsb edir. Belə ki, kommersiya hüquqi şəxsi olan MMC-lərdə direktorun vəzifədən azad edilməsi üçün təkcə əmək müqaviləsinə xitam verilməsi kifayət etmir, həm də bu barədə təsisçinin (və ya iştirakçılar yığıncağının) müvafiq qərarı qəbul olunmalı və aidiyyəti üzrə dövlət reyestrinə təqdim edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı öz təşəbbüsü ilə bu vəzifədən azad edilməsini istəyərək cavabdehə müraciət etsə də, cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq bu müraciətə hər hansı rəsmi cavab verməmiş və müvafiq qərar qəbul etməmişdir. Bu isə onun passiv davranışı nəticəsində iddiaçının hələ də rəsmi olaraq Cəmiyyətin direktoru kimi görsənməsinə, adından hüquqi addımlar atılmasına və onun üzərinə hüquqi məsuliyyətin yüklənməsi riskinin yaranmasına səbəb olmuşdur. Beləliklə, cavabdehin fəaliyyətsizliyi nəticəsində yaranmış hüquqi qeyri-müəyyənlik iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə bu vəziyyətdə iddiaçının direktor səlahiyyətlərinə hüquqi olaraq xitam verilməsini zəruri hesab edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə qərarın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi öhdəliyi Cavabdeh həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə qərarın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3975/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3975/2025
09.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver