Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3984/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qıznın katibliyi, İddiaçı Bəbı̇ rov Vüsal Telman oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Bəbı̇ rov Vüsal Telman oğlunun cavabdeh "Araz Supermarket" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəbı̇ rov Vüsal Telman oğlu cavabdeh "Araz Supermarket" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bəbı̇ rov Vüsal Telman oğlu bildirmişdir ki, hazırki mülki iş üzrə cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Bununla bağlı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə 184-K nömrəli, xx.xx.2023-cü il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2.2-ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 184-K nömrəli, xx.xx.2023-cü il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verə bilər. İddiaçı cavabdehin 2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni - işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı, ödənilməmiş məzuniyyət haqqı və. s) imtina edir. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaqlarnı öz öhdələrinə götürürlər. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyrimüəyyənlik yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bəbı̇ rov Vüsal Telman oğlunun cavabdeh "Araz Supermarket" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbi"nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə 184-K nömrəli, xx.xx.2023-cü il tarixli əmrini ləğv edir, iddiaçının əmək müqaviləsinə barışıq sazişinin 2.2ci bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir.
2. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən etibarən 2 (iki) iş günü ərzində təqdim edəcəyi ərizə əsasında iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 184-K nömrəli, xx.xx.2023-cü il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilir. İddiaçı əmək münasibətlərini davam etdirmək istəməməsi ilə bağlı iradə ifadəsini məhkəmədə bildirdiyindən və əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən cavabdeh iddiaçının əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verə bilər.
3. İddiaçı cavabdehin 2-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, mülki iş üzrə iddia tələbindən və cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən, (yəni - işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı, ödənilməmiş məzuniyyət haqqı və. s) imtina edir.
4. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birlərinə qarşı heç bir iddia qaldırmayacaqlarnı öz öhdələrinə götürürlər.
5. Bu barışıq sazişi imzalandıqdan sonra dəyişdirilə və ləğv oluna bilməz. Bu barışıq sazişi 3 (üç) orijinal nüsxədə, Azərbaycan dilində tərtib olunub, sazişin hər bir iştirakçısında bir nüsxə saxlanılır.
6. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin məzmunu, müddəaları və şərtləri ilə bilavasitə və öz nümayəndələri vasitəsilə tanışdırlar, razılaşmalar onların iradəsinə uyğundur, məzmunu onlara tam aydındır və hər-hansı qeyri-müəyyənlik yoxdur. İddiaçı Bəbı̇ rov Vüsal Telman oğlunun cavabdeh "Araz Supermarket" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Hakim: Ramin Xəlilov