Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3989/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı Cavabdeh MMC tərəfindən qəbul olunan 17 mart 2025-ci il tarixli 15/X nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqımın ödənilməklə, əvvəlki vəzifəmə bərpa olunmas,ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manatın iddiaçıya ödənilməsi barəd qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixindən Cavabdeh MMC-yə məxsus The Ritz-Carlton Otelində “qonaqların qeydiyyatı üzrə agent” vəzifəsində işləmişdir, əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) 7 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək bağlanmışdır. xx.xx.2025-ci il tarixində öz vəzifələrini icra edən zaman otelin qeydiyyat hissəsinə Rusiya Federasiyası vətəndaşı olan müştəri yaxınlaşdı və “booking.com” səhifəsi üzrə rezerv etdiyi otaqlar üçün ödəniş etmək istədiyini dedi, o isə onun borcunu hesablayıb 1030 manat borcu olduğunu rus dilində bildirmiş, hətta hesablama cihazında borcunun nə qədər təşkil etdiyini göstərmiş, bundan sonra həmin müştəri dollar ilə ödəniş etmək istəmiş, lakin bunun mümkün olmadığını bildirdikdə, o, banka getməli olduğunu demiş, daha sonra müştəri yaxınlaşıb borcunu ödəmək istədikdə o bir daha ona nə qədər borcunun olduğunu bildirmiş, əvvəlcədən rezerv olduğu üçün həmin borc məbləği şəxsin “booking.com” mobil tətbiqində də əks olunur. Məbləği bildirdikdən sonra müştəri mənə pul məbləğini 50 manatlıq əskinazlarla verdi və açarı təqdim etməyimi tələb etdi. O isə tələsik vəziyyətdə həmin pul vəsaitindən qalıq məbləği verdiyini və qeydiyyat hissəsində (reseption) yerləşən şkafdakı ümumi növbə ərzində yığılan pulların üzərinə qoyduğunu,bu hadisədən sonra əldə etdiyi məlumata əsasən Rusiya Federasiyası vətəndaşı olan müştəri səhər saatlarında otelin işçilərinə yaxınlaşaraq 300 manatın ondan sanki oğurlandığını, onun çox verməsinə baxmayaraq geri qaytarılmadığını bildirib. Halbuki həmin şəxsə borcun nə qədər olduğunu dəfələrlə dediyini və hətta hesablama cihazında göstərdiyini,bundan sonra isə otelin müdiriyyəti tərəfindən ondan heç bir izahat alınmadan araşdırma başladılmış və onun işdən çıxarılmağı qərara alınmışdır. Növbədə olmadığı üçün bunlardan xəbərim olmayıb. Yalnız 17 mart 2025- ci il tarixdə otelə getdikdə ona işdən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığımı bildirmişlər, o buna etiraz etmiş, izahat yazaraq, təqsirsiz olduğunu və müştəridən alınan məbləğin artıq olduğunu bilmədiyini,lakin müdiriyyət tərəfindən ona təzyiq göstərilməyə başlanıldığını və barəsində mənimsəmə cinayətinin törədilməsi əsası ilə şikayət ediləcəyini, əgər izahatı dəyişib, “təqsirimi” qəbul etməsəm azadlıqdan məhrum oluna biləcəyimi bildirdilər. O isə hüquqi savadı olmadığı üçün, şəxsin cinayət məsuliyyətinə hansı hallarda cəlb oluna biləcəyini bilmədiyi üçün və ümumiyyətlə, təzyiq altında qaldığı və kəskin həyəcan keçirdiyi üçün izahatını dəyişməli olduğunu və guya həmin pulu qəsdən mənimsədiyini izahatında bildirdiyini, həmin izahatın tərəfindən yazılmasına baxmayaraq, hesab edir ki, həmin sənəd etibarsız sənəddir və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağım üçün əsas vermir. Qeyd olunanlardan sonra “ƏMAS” sistemindən əmək müqaviləmə xitam verildiyini və sistemdə xitam səbəbi olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan əmək vəzifələrini kobud şəkildə pozduğunu göstərdiklərini, halbuki bunu işəgötürən ona bildirməli olduğunu, bundan əlavə, işəgötürən məni araşdırma materialları ilə tanış etməli və əmri əsaslandıran sənədlərin surətini təqdim etməli idi. Bütün bu hadisələrdən sonra iddiaçı mediasiya təşkilatına müraciət edərək işəgötürənlə barışmaq, bu mümkün olmadıqda isə məhkəməyə müraciət etmək qərarına gəldiyini, xx/xx/2025-ci ildə mediasiya təklifini cavabdehə göndərdiyini və mediasiya təşkilatına müraciət etdiyini, Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesi keçirildiyini, mediasiya prosesində cavabdehin nümayəndəsi müzakirə olunanları müdiriyyətə bildirməli olduğunu, lakin müdiriyyətin hazırda xaricdə olduğunu nəzərə alaraq mediasiya müddətinin 1 ay uzadılmasını istədiyini, buna etiraz etmədiyini və hər iki tərəfin mediasiya təşkilatına müraciət edərək mediasiya müddətinin uzadılmasını xahiş etdiklərini, lakin uzun müddət cavabdeh tərəfindən heç bir məlumat verilmədi və daha sonra barışmaq istəmədikləri bildirildiklərini,buna görə də, mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci ildə “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi” barədə arayış təqdim olunduğunu, mediasiya prosesində işəgötürən tərəfindən tərtib olunan əmr ilə tanış olmaq imkanım olmuşdur. Belə ki, işdən çıxarıldığı gün şirkətin əməkdaşları mənə əmri təqdim etsə də onu oxuya bilməmiş. Bundan əlavə, əmrin surəti də ona təqdim olunmayıb. xx.xx.2025-ci il tarixli 15/X saylı əmrə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarılmağısının səbəbi o olmuşdur ki, guya o müsafirdən aldığı 300 manatı mənimsəmiş və bunu izahatımda etiraf etmişəm. Həmçinin, əmrdə qeyd olunmuşdur ki, bu hal işəgötürənə vurulmuş ziyan olaraq qiymətləndirilmiş və işçinin əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmişdir. Halbuki maddi ziyanın vurulması üçün işəgötürənin maddi vəziyyətinin pisləşməsi, onun vəsaitində azalmanın müşahidə olunması halları baş verməlidir. Hazırki vəziyyətdə isə ümumiyyətlə, işəgötürənin vəsaitində azalma baş verməmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən əmr düzgün əsaslandırılmamışdır. Hazırda pozulmuş əmək hüquqlarının bərpasının yeganə üsulu məhkəməyə müraciət etməkdir. Hesab edir ki, məhkəmə tərəfindən ədalətli qərar verilərək onun kobud şəkildə pozulmuş hüquqlarım bərpa olunacaqdır, bu şəkildə işdən çıxarılmaqla işindən qanunsuz olaraq məhrum olunmaqla yanaşı, hazırda iş yeri tapmaqda da çətinlik çəkir. Belə ki, yeni iş yerlərində sanki həqiqətən kobud pozuntu törətdiyimi və buna görə də, oteldə işləməyə layiq olmadığını düşünürlər. Bu isə ona həm mənəvi, həm də maddi cəhətdən çox ağır təsir edir. Hazırda mo iş tapa bilmədiyi üçün ailəsinə baxa bilmir və buna görə çox əziyyət çəkir. Ailədə anası və iki bacısı var və ondan başqa heç kəs işləmir. Anası “sümük yeyilməsi” xəstəliyindən əziyət çəkir və səhhətində ciddi problemlər olduğu üçün müalicə xərclərini ödəməlidir, Bütün bu xərcləri isə heç bir gəlir yeri olmadan qarşılamaq təbii ki qeyri-mümkün olduğun bildiriərək, Cavabdeh MMC tərəfindən qəbul olunan 17 mart 2025-ci il tarixli 15/X nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqımın ödənilməklə, əvvəlki vəzifəmə bərpa olunmas,ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manatın iddiaçıya ödənilməsi barəd qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları : Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavadehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştrirakı olmadan keçiilməsini və icraata xitam verilməsini xahiş etmişdir. İş materialları : İş materiallarında olan 17 mart 2025- ci il tarixli 15/X saylı əmrin surətindən görünür ki, X3" Məhdud Məsuliyyətli Cəmiyyətində qonaqların qeydiyyatı üzrə agent peşəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. . İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin əməliyyatlar üzrə direktoru X5 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladıyıblar:
1. Tərəflər təsdiq edir ki, Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında 17 mart 2025-ci il tarixli, 15/X nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası dəyişdirilərək əmək müqaviləsinə xitam verilməsi əsası kimi işçinin ərizəsi nəzərə alınmalı və onunla bağlanılmış xx.xx.2024-cü il tarixli 315 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin - “İşçinin” təşəbbüsü) əsasən, yəni işçinin öz xahişi ilə 17 mart 2025-ci il tarixdən xitam verilməsi müəyyən edilməlidir.
2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, bu Sazişin təsdiq edilməsinə dair müvafiq məhkəmə qərardadı rəsmi qaydada Cavabdehə təqdim edildikdən sonra ən geci 3 (üç) iş günü müddətində bu Sazişin 2.1 -ci bəndində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi haqqında 17 mart 2025-ci il tarixli 15/X nömrəli əmrdə edilməli olan dəyişikliklə əlaqədar Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciətin edilməsi təmin ediləcəkdir.
3. İddiaçı bəyan edir ki, Cavabdeh bu Sazişin 2.1 və 2.2-ci bəndində göstərilmiş vəzifələrini vaxtında icra edəcəyi təqdirdə, Cavabdehdən heçnə tələb etməyəcəkdir.
4. Cavabdeh bu Saziş ilə müəyyən olunmuş öhdəliklərini lazımınca icra etməzsə, bu halda İddiaçı Cavabdehin “Barışıq Sazişi”ndən irəli gələn öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir 5.Tərəflər bu Sazişin şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52,191,261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.
6. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 7.Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.
8. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Tərəflər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. xx.xx.2025-ci il tarixli, 27545 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
Məhkəmənin mövqeyi :
Məhkəmə iddia ərizəsini, barışıq sazişini və iş materiallarını araşdıraraq qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı ilə cavabdehin nümayəndəsi X1 arasında xx.xx.2025-ci il tarixdə Barışıq Sazişi bağlanılmış və həmin Barışıq Sazişinə əsasən tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada həll edilməsi barədə qarşılıqlı razılıq əldə etmişdirlər. Tərəflər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Belə olduqda məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi ” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış Barışıq Sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Tərəflər təsdiq edir ki, Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında 17 mart 2025-ci il tarixli, 15/X nömrəli əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası dəyişdirilərək əmək müqaviləsinə xitam verilməsi əsası kimi işçinin ərizəsi nəzərə alınmalı və onunla bağlanılmış xx.xx.2024-cü il tarixli 315 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin - “İşçinin” təşəbbüsü) əsasən, yəni işçinin öz xahişi ilə 17 mart 2025-ci il tarixdən xitam verilməsi müəyyən edilməlidir.
2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, bu Sazişin təsdiq edilməsinə dair müvafiq məhkəmə qərardadı rəsmi qaydada Cavabdehə təqdim edildikdən sonra ən geci 3 (üç) iş günü müddətində bu Sazişin 2.1 -ci bəndində nəzərdə tutulan əmək müqaviləsinə xitam verilməsi haqqında 17 mart 2025-ci il tarixli 15/X nömrəli əmrdə edilməli olan dəyişikliklə əlaqədar Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciətin edilməsi təmin ediləcəkdir.
3. İddiaçı bəyan edir ki, Cavabdeh bu Sazişin 2.1 və 2.2-ci bəndində göstərilmiş vəzifələrini vaxtında icra edəcəyi təqdirdə, Cavabdehdən heçnə tələb etməyəcəkdir.
4. Cavabdeh bu Saziş ilə müəyyən olunmuş öhdəliklərini lazımınca icra etməzsə, bu halda İddiaçı Cavabdehin “Barışıq Sazişi”ndən irəli gələn öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir 5.Tərəflər bu Sazişin şərtlərini qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52,191,261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar.
6. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 7.Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.
8. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır. Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Gülşən Fərəcova