Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4059/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzildə yerləşən ümumi sahəsi 59 kv.m olan yaşayış evi xx.xx.2021-ci il tarixli ********** saylı Daşınmaz əmlakın dövlət reyestrindən (reyestr № **********54-05101-093058) çıxarışa əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər Ağdam rayonunun Ağdam şəhərindən məcburi köçkündürlər. Onlar Ağdam rayonundan məcburi köçkün düşdükdən sonra, yəni 1992-ci ilin aprel ayında ona məxsus olan mənzilə özbaşına girmişlər və indiyə qədər də orada yaşayırlar. Dəfələrlə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almağa, onları mənzildən çıxarmağa çalışsa da buna nail ola bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin indiyə qədər ona məxsus olan mənzildə yaşamaları onun Azərbaycan Respublikası Konstitusiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən də yaşamaq üçün başqa mənzili olmadığından hal-hazırda o və ailə üzvləri bacısına məxsus olan ünvan 2 ünvanında yaşayırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, onların başqa yaşayış yeri olmadığından onlara yeni mənzil verilənədək həmin ünvanda yaşamaq məcburiyyətindədirlər. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızına, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzildən İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinin ünvan 3i rayon sektoru tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, xx.xx.1960-ci il təvəllüdlü Cavabdeh1 ailə üzvləri ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzil ünvanında xx.xx.1995-ci il tarixdən karta qeydiyyatına alınmışdır. Qeyd olunan şəxslərin işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı soğuları keçirilib və münasibətləri müsbətdir. X5 əlaqədar Dövlət Proqramının icrası zamanı Ağdam rayonuna köçürülmələri təmin ediləcəkdir. İş materiallarında olan Asan 1 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzildə İddiaçı, X2, X3, X4 qeydiyyata alınmışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzil iddiaçı İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan ünvan 3i rayon İcra Başçısının xx.xx.2020-ci il tarixli 159 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncam ünvan 3i rayonu 3-cü mkr, H.B.Əliyev küçəsi 16№li evin 3 otaqlı yaşayış sahəsi 43.84 kv.m olan 12№li mənzili xidməti mənzil fondundan çıxarılması, həmin mənzilin daimi icarə müqaviləsinin İddiaçı ilə bağlanması və o həmin mənzilin icarədarı hesab edilməsi haqqında verilmişdir. İş materiallarında olan Qaçqınların və X1 Üzrə Dövlət Komitəsi Bakı şəhəri ünvan 3i rayonu sektoru tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 541 saylı arayışında göstərilmişdir ki, həmin arayış verilir Cavabdeh1 ondan ötəri ki, o, həqiqətəndə Ağdam rayonundan məcburi köçkündür. ünvan 3i rayonu H.B.Əliyev 16, mənzil 12 ünvanda öz ailə üzvləri ilə yaşamaqla müvəqqəti qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzilin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlər Ağdam rayonundan olan məcburi köçkünlər olmaqla həmin mənzildə xx.xx.1995-ci tarixdən məcburi köçkün kimi kart qeydiyyatına alınmışdırlar. Onların həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Ağdam rayonuna da şamil edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 İddiaçı məxsus Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızı, Cavabdeh7 Bakı şəhəri, Bakı şəhəri, ünvan 3i rayonu, Hüseynbala Əliyev küçəsi, ev 16 ünvanında yerləşən 12 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri ünvan 3i Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4059/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4059/2025
23.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver