Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-407/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların istifadə hüquqları olan cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçsəi, ev 111-də yerləşən 29 saylı mənzilə köçürülmələri və həmin mənzildən sərbəst istifadə etmələri və maneəsiz yaşamaqları, cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 ünvan 1 ünvanında yerləşən mənzildəki yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər ilkin iddia ərizəsini onunla əsaslandırmışlar ki, istifadə hüquqları olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111-də yerləşən 29 saylı mənzili cavabdehin mülkiyyətindədir. İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehin övladlarıdırlar. Heç bir yaşayış yerləri yoxdur və yaşayış yeri əldə etmək üçün heç bir maddi imkanları da yoxdur. Cavabdehlə İddiaçı3 iki dəfə nikahları pozub barışsalar da sonuncu nikahın pozulması məhkəməsindən sonra münasibətiləri bərpa olunmamışdır. Nikah pozulduqdan sonra cavabdehin mülkiyyətində olan, istifadə hüququları olan mənzildə yaşasalar da bir neçə aydır ki, cavabdeh onları mənzildən çıxararaq qapının açarlarını dəyişdirmiş və onların mənzilə girişinə mane olmağa başlamışdır. Onların isə hüquqi savadları olmadığından və vəkilə ödəniş etməyə gücləri çatmadığından bir neçə müddət qohumlarının evində qalsalar da artıq öz istifadə hüquqları olan evə köçərək yaşamaq istəyirlər. Lakin cavabdeh buna razı olmaq əvəzinə onları evdən qeydiyyatdan da çıxaracağı ilə hədələyir. Cavabdeh onların həmin mənzildə yaşamaqlarına hər cür maneələr törətməyə başlayır. Onların başqa yaşayış yerləri olmadığından orda yaşamağa məcbur qaldıqlarından və cavabdehin həmin ünvana köçürülməylərinə maneçilik törətdiyindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə cavabdeh onları həmin evin yaşayış və köməkçi sahəsindən normal şəkildə istifadə etməylərinə imkan vermir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə etdiyi çıxanşa əsasən ünvan 1 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Bu mənzil ona 3 avqust 2018-ci ildə atası tərəfindən notarial qaydada hədiyyə edilmişdir. Hal-hazırda isə həmin yaşayış sahəsində ondan başqa keçmiş həyat yoldaşı İddiaçı3 (Nəsimi rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə böşanmışıq), oğlu İddiaçı4, qızı İddiaçı1 qeydiyyatı mövcuddur. Ona məxsus mənzilə yuxarıda qeyd etdiyi 3 nəfər atasının razılığı ilə 26 noyabr 2009-cu ildə qeydiyyata düşüblər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-19021/2021-043 nömrəli, 15 noyabr 2021-ci il tarixli icra sənədi (əmlak bölgüsü ilə bağlı) onun tərəfindən tam şəkildə yerinə yetirilmişdir və evdəki əşyalara və satılmış şəxsi avtomobilinə görə keçmiş həyat yoldaşı İddiaçı3 5800 manat ödənilmişdir. Bundan əlavə birgə nigah dövründə əldə olunmuş Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 190A, M6, m4-də yerləşən mənzil 1/2 pay kimi satılmış və keçmiş həyat yoldaşı İddiaçı3 41750 manat pul almışdır. Beləliklə İddiaçı3 cəmi 47550 manat (5800 man.+41750 man.=47550 manat) pul ödənilmişdir. İddiaçı3 Həsən Əliyev küçəsindəki 1 nömrəli tədris mərkəzində repititor kimi işləyir və bundan əlavə Nəsimi rayonu, Vəzirov küçəsi 10, mənzil 60-da fərdi repititorluq fəaliyyəti ilə də məşğuldur. İddiaçı1 isə öz həyat yoldaşı ilə Xətai rayonu, A.Ələsgor küçəsi, 17-də yaşayır və “AZAL -Azerbaijan Airlines”də iqtisadçı vəzifəsində işləyir. Çox maraqlı bir haldır ki, ailə qurmuş və öz həyat yoldaşı ilə Xətai rayonu, A.Ələsgər küçəsi, 17 ünvanında yaşadığı halda onun mənzilinə necə köçürülə bilər. Çünki öz ailəsini qoyub onun mənzilinə köçürülmə istəyi gələcəkdə bu cavan ailədə də problemlər yarada bilər. İddiaçı4 isə şəxsi BMW 5351 markalı 90BM535 dövlət qeydiyyat nişanlı avtomobili var və özəl şirkətlərdən birində mühasib kimi işləyir. Beləliklə, yuxarıda adları qeyd olunan hər üç şəxs aldıqları 47550 manatdan əlavə kifayət qədər maddi təminata malikdirlər. Yuxarıda qeyd etdiyi şəxslər 47550 manat aldıqdan sonra qeydiyyatdan çıxacaqlarını desələr də, bu günə kimi atasının ona hədiyyə etdiyi mənzildən qeydiyyatdan çıxmayıblar. Keçmiş həyat yoldaşı və 3 övladı 3 ildir ona məxsus mənzildə yaşamırlar. İddiaçı3, İddiaçı1 vo İddiaçı4 2020-ci ilin oktyabr ayından atasının ona hədiyyə etdiyi Mərdanov qardaşları küçəsi 111, mənzil 29dan köçüb getmişlər. Halbuki nigahın pozulması ilə bağlı qətnamə 15 iyul 2021-ci ildə çıxarılmışdır. Maddi cəhətdən çox pis vəziyyətdədir. Hal-hazırda qohumlardan aldığı borclardan əlavə Kapital Bankdan da 3000 manat kredit götürmüşdür. Sağlamlığı ilə bağlı da fəqərə nahiyəsində iki qabarma və iki yırtıq aşkar olunsa da maddi imkanı müalicəyə başlamağa imkan vermir. Hesab edir ki, yuxarıda adıçəkilən şəxslər ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırda isə cavabdehlər həmin mənzildə deyil, tamamilə fərqli ünvanlarda yaşayırlar: keçmiş həyat yoldaşı X5, oğlu İddiaçı4 Cəlil Məmmədquluzadə küçəsi, 71, ailə qurmuş qızı İddiaçı1 isə öz həyat yoldaşı ilə ünvan 2 ünvanlarında yaşamaları öz təsdiqini tapmışdır. Onların mənzildə qeydiyyatı formal olaraq qalıb və mənzildən istifadə etmək hüququ da mövcud deyil. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçıların və qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət növü ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AZ-İ seriyalı 411693 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və nikah pozulduqdan sonra arvada “Ağazadə” soyadı verilmişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin sahə inspektoru tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 2020-ci ildən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamırlar. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli 51-3/2-K-6675/11 saylı məktubundan görünür ki, İddiaçı3 və övladları İddiaçı2, İddiaçı4 C.Məmmədquluzadə 71 faktiki ünvanında, X1 Xətai rayonu, A.Ələsgər 17 faktiki ünvanında yaşamaları öz təsdiqini tapmışdır. xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzili İddiaçı2 bağışlamışdır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 51/2-30150 saylı məktubundan görünür ki, ünvan 6 ünvanına İddiaçı3 xx.xx.2009-cu il, İddiaçı1 xx.xx.2013-cü il, İddiaçı4 xx.xx.2014cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 ünvan 6 ünvanına xx.xx.2018-ci il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçıların mənzilə köçürülməsi üçün əvvəlcə həmin hüququn yaranması müəyyən edilməlidir. Bu baxımdan hazırda məhkəmə tərəfindən müəyyən edilməli fakt iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlıdır. Bunun üçün qanunvericilikdə istifadə hüququnun yaranması əsaslarına diqqət yetirilməlidir. Məlum olduğu kimi, şəxsin yaşayış sahəsinə qeydiyyata düşməsi özlüyündə yaşayış sahəsinə istifadə hüququnun yaranmasını ehtiva etmir. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan mənzil ilkin iddia üzrə cavabdehin atasının mülkiyyətində olmuş və xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə birincinin mülkiyyətinə keçmişdir. İlkin iddia üzrə iddiaçılardan həmin mənzilə İddiaçı3 xx.xx.2009-cu il, İddiaçı1 xx.xx.2013-cü il, İddiaçı4 xx.xx.2014-cü il, İddiaçı2 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İlkin iddia üzrə iddiaçılar xx.xx.2009-2018-ci illərdə həmin mənzilə qeydiyyata düşdüylərindən onlara münasibətdə hüquq münasibətlərinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Normanın məzmunundan aydın olduğu kimi, mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılması yalnız keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə tətbiq edilə bilər. Sözügedən mənzil 2018-ci il tarixdən ilkin iddia üzrə cavabdehin mülkiyyətindədir və onun keçmiş arvadı və övladları olan ilkin iddia üzrə iddiaçılar 2020-ci il tarixdən həmin mənzildən getmələri və hazıradək geri qayıtmamaları, onların hazırda sözügedən yaşayış sahəsinə ehtiyaclarının olmamasına dəlalət edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı3 və övladları İddiaçı2, İddiaçı4 ünvan 7 ünvanında, X3 isə nikaha daxil olmaqla ünvan 8 ünvanında yaşayırlar. Beləliklə, ilkin iddia üzrə iddiaçıların sözügedən yaşayış sahəsinə ehtiyacları aradan qalxdığından onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi mümkündür ki, bu halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi rədd edilsin. İlk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 müştərək qaydada tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-407/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-407/2024
15.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver