Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4077/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı3 və digərləri cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” xx.xx.2024-cü il tarixli, 6-2-22/2-24896/2024 nömrəli bildirişin qanunvericiliyə uyğun tərtib edilmədiyindən etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, onların vəkilinümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə (vəsatət) təqdim edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş 100 (yüz) AZN məbləğində dövlət rüsumunun geri qaytarılması, həmçinin, məhkəmə iclasında iştirak edə bilməyəcəyindən ərizəyə onun iştirakı olmadan baxıb qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 ərizəyə etiraz etmədi.
4. Məhkəmə iddiaçı tərəfin ərizəsini (vəsatətini) nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır.
5. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100,60 (bir yüz manat almış qəpik) manat dövlət rüsumu ödənilmişdir.
Əsaslandırıcı hissə:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 170.1-ci maddə. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır.
7. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə:
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100,60 (bir yüz manat altmış qəpik) manat məbləğində pul İddiaçı1 geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova