Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4091/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı İsmayil qızının cavabdeh laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv olunması, işə bərpa olunma, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı İsmayil qızı cavabdeh laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv olunması, işə bərpa olunma, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, əmək fəaliyyəti ilə məşğul olmuş, 2013-cü ildən isə hazırda cavabdeh təşkilat olan laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətində xadimə vəzifəsində işləmişdir. Son vaxtlar maddi vəziyyəti daha da çətinləşdiyindən xadiməçi işiylə əlaqədar ona verilmiş təxminən 10-12 manat məbləğində olan vasitələri evinə aparmış, bu barədə cavabdeh tərəfindən ona irad bildirildikdə isə həmin əşyaları qaytarmışdır. Cavabdehə faktiki olaraq maddi ziyan vurmamış, apardığı əşyaları da geri qaytarmışdır. Belə olan halda cavabdeh tərəfindən işdən çıxarılmağını, yəni onunla olan əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç" bəndinə əsasən onunla olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 731-k saylı əmrlə xitam verilməsini tam qanunsuz və əsassız hesab edir. Adı çəkilən Əmrdə qeyd olunur ki, guya vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Banka məxsus malları gizli yolla Bankın inzibati binasından çıxarmış və bununla da əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Cavabdehin adı çəkilən əmrində qeyd olunanlarla razı deyil, o, cəmi bir dəfə ailəsində maddi cəhətdən çətinlik olduğuna görə cəmi 10-12 manatlıq əşyaları aparmış və yenidən qaytarıb yerinə qoymuşdur. Düzdür səhv etmiş, rəhbərlikdən üzr də istəmiş, lakin bu hərəkətiylə cavabdehin mənafeyinə ciddi xələl gətirməmişdir. Ona görə də həmin əmri qanunsuz və əsassız hesab edir. Cavabdehlə işlədiyi 7-8 il müddətində heç bir vaxt əmək intizamını pozmamış və heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. Həmişə rəhbərliyin tapşırıqlarını, habelə xidmətçi olaraq vəzifə öhdəliyini vaxtında və layiqincə yerinə yetirmiş, rəhbərliyə, filial müdirlərinə, digər əməkdaşlara qarşı heç bir qeyri-etik davranış qaydalarına yol verməmişdir. Cavabdehin mənafeyinə ciddi zərər vurmamış və vurduğu cüzi maddi ziyanı da tam olaraq qaytarmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 731-k saylı əmrin surətini rəsmi qaydada xx.xx.2022-ci il tarixində almış, xx.xx.2022-ci il tarixində cavabdehə mediasiya təklifi göndərmiş, lakin cavabdeh tərəfindən təklifə cavabdeh verilmədiyindən 28 iyul 2022-ci il tarixində Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmiş, təyin olunmuş mediator tərəfindən xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Razılaşma əldə edilmədiyindən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Bu barədə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Göstərilənlərə əsasən, cavabdeh laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən xadimə vəzifəsində onunla bağlanılmış əmək müqaviləsinə 29 iyun 2022-ci il tarixində xitam verilməsi barədə olan xx.xx.2022-ci il tarixli, 731 k saylı əmrin ləğv edilməsi, həmin tarixdən xadimə vəzifəsinə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçı işindən ona əmanət edilən əmlakın götürülməsi səbəbində çıxarılmışdır. İddiaçı da bunu qəbul edir. Buna səbəb iddiaçının maddi vəziyyətinin aşağı olması olmuşdur. İddiaçı əməlindən peşman olaraq həmin əşyaları geri öz yerinə qaytarmışdır. İdiaçının əməlinə qarşı verilmiş cəza cox ağır olmuş və işçinin hüquqlarını pozmuşdur, çünki AR Əmək Məcəlləsində işçiyə verilən tənbeh tədbirlərinin siyahısında bir çox tənbeh tədbirləri nəzərdə tutulmuşdur ki, işdən çıxarılma da onların ən ağırıdır. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin içdən çıxarılma səbəbi kimi onun yol verdiyi pozuntunun müəssisənin nüfuzuna ciddi xələl gətirməsi qeyd edilmişdir. İddiaçının müəssisədən götürdüyü 10-12 manat dəyərindəki əmlakın Cavabdeh ASC kimi böyük müəssisəyə qeyd edilən kimi zərər vurması absurddur. Həmçinin həmin əşyalar da iddiaçı tərəfindən qaytarılmışdır. Bundan əlavə, əmək qanunvericiliyinin tələblərinə əsasən işçiyə onun yol verdiyi pozuntuya görə intizam təmbehi işçi həmin pozuntunu törətdiyi vaxtdan 1 ay müddətində verilə bilər. İddiaçı həmin pozuntunu mayın 19-u törətsə də buna görə onun tənbeh qismində əmək müqaviləsinə xitam verilməsi 29 iyun tarixində həyata keçirilmişdir. Bununla da qanunvericilikdə qeyd edilən müddət ötürülmüşdür. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər, qarşı tərəfin izahatında qeyd etdiyi kimi iddiaçı götürdüyü əmlakı geri qaytarmış olsa da bunu səmimi peşmançılıq səbəbindən deyil əməlininin üstü açıldığından etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi kimi müəssənin nüfuzuna zərər dəyməsi üçün vurulan ziyanın məbləğinin əhəmiyyəti yoxdur. İddiaçının yol verdiyi pozuntu onun vəzifəsində yol verilə biləcək ən ağır pozuntudur. Həmçinin müddət ötürülməmişdir. Qanunvericilikdə pozuntu aşkar edilən gündən bir ay müddət tələbi var ki, bu müddətə uyğun olaraq rəhbərlik tərəfindən iyun ayının 3-ü pozuntu faktı aşkarlanmış və işçinin izahatı alınaraq ona intizam tənbehi verilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni bütün prosedurlar tam qanuni şəkildə aparılmışdır. Bunun üçün də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, mülki işin materiallarında olan işəgötürən laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyəti ilə işçi İddiaçı İsmayil qızı arasında bağlanmış 05 yanvar 2016-cı il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı İsmayil qızı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin 1 saylı Xətai rayonu filialının xidmət bölməsində xadimə vəzifəsinə işə qəbul olunmuşdur.
7. Mülki işin materiallarında olan İddiaçı İsmayil qızının əmək müqaviləsinə №1, xx.xx.2019-cu il tarixli Əlavədən görünür ki, o, istifadə etdiyi avadanlığın qorunub saxlanılmasına görə cavabdehlik və məsuliyyət daşıyır. O, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə qanunvericilik, əmək müqaviləsi və bankdaxili korporativ aktlarla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
8. Mülki işin materiallarında olan 17 iyul 2019-cu il tarixli, 186 nömrəli əmrin surətindən görünür ki, mərkəz filialının xadiməsi İddiaçı İsmayil qızı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, işinə qeyri-ciddi yanaşdığına, daxili nizam-intizam qaydalarına riayət etmədiyinə, vəzifə öhdəliklərinə lazımınca əməl etməyərək, işçi və müştəri məmnuniyyətini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilməsi əmr edilmişdir. Həmçinin gələcəkdə bir daha belə hallara yol verərsə, haqqında daha ciddi intizam tədbiri görüləcəyi bildirilmişdir.
9. Mülki işin materiallarında olan İddiaçı İsmayil qızı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin filialında xadimə işləyir, həmin filialın saxlanc otağından banka məxsus təmizləyici-yuyucu və qida vasitələrini evinə aparmış, daha sonra geri qaytarmış və mühavizəçi buna şahid olmuşdur. İzahat onun tərəfindən yazılmış və imzası ilə təsdiq edilmişdir.
10. Mülki işin materiallarında olan laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin arxiv şöbəsinin mülki mühavizəçi xidmətinin mühavizəçisi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, X3 İddiaçı İsmayil qızı tərəfindən təmizləyici-yuyucu və qida vasitələrininin banka geri qaytarılması ilə bağlı xəbəri olmamışdır. İzahat onun tərəfindən yazılmış və imzası ilə təsdiq edilmişdir.
11. Mülki işin materiallarında olan laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin X2 Komitəsinin iclasının xx.xx.2022-ci il tarixli, 04 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, "xxxx" ASC-nin İnzibati idarəetmə departamentinin Xidmət şöbəsinin xadiməsi İddiaçı İsmayil qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə) rəsmiləşdirilməklə əmək müqaviləsinə xitam verilməsi məqbul hesab edilməsi qərara alınmışdır.
12. Mülki işin materiallarında olan 29 iyun 2022-ci il tarixli, 731-k nömrəli əmrin surətindən görünür ki, bankın İnzibati idarəetmə departamentinin Xidmət şöbəsinin xadiməsi İddiaçı İsmayil qızı ilə bağlanmış əmək müqaviləsinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Banka məxsus malları gizli yolla Bankın inzibati binasından çıxararaq aparması, bununla da əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yoil verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə) 29 iyun 2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.
13. Mülki işin materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı İsmayil qızı xx.xx.2013-cü il tarixli, 77 saylı əmr ilə laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin filialının inzibati bölməsinə xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 731-k nömrəli əmr ilə İddiaçı İsmayil qızının tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir.
14. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/3-01372 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında birinci tərəf İddiaçı İsmayil qızı və ikinci tərəf laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X4 iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İsmayil qızı xx.xx.2013-cü il tarixindən "xxxx" ASC-nin filialında xadimə vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 731-k əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə işdən azad olunmuşdur. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və işə bərpa olunmağını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır.
18. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
20. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.
21. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
23. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
25. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
26. Eyni Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
27. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
28. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa dühülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun.
29. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hə hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, iddiaçının banka məxsus təmizləyici-yuyucu və qida vasitələri gizli yolla bankdan çıxarmaq istədiyi özü tərəfindən verilmiş izahatı ilə öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndində göstərilən halların olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlər ilə də öz təsdiqini tapmışdır.
30. Məhkəmə eyni zamanda bunu da qeyd etməyi zəruri sayır ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçiiddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.
31. Göstərilənlərə əsasən, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətdiq etməsi tam qanunidir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
33. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir.
34. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı İsmayil qızının cavabdeh laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv olunması, işə bərpa olunma, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı İsmayil qızının cavabdeh laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv olunması, işə bərpa olunma, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov