Məhkəmə qərarları › İş №e-2(006)-4101/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4101/2024

24.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4101/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru Samir Məmmədovun 28 iyun 2024-cü il tarixli, COE/06.24/109 nömrəli işdən çıxarma haqqında əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 iyun 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/06.24/109 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Lakin Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 10 iyun 2024-cü il tarixində İddiaçı ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində əmək müqaviləsinə xitam verilməsi barədə heç bir məlumat verilməmişdir. 10 iyul 2024-cü il tarixində yenidən ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət edilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə xatırlatma edilmişdir. 11 iyul 2024-cü il tarixində də iddiaçı tərəfindən Əmək Müfəttişliyinə şikayət edilmişdir. Bundan sonra, yəni 12 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən 28 iyun 2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/06.24/109 nömrəli əmri İddiaçı təqdim edilmişdir. e-sosial dövlət portalında iddiaçının əmək müqaviləsinin hələ də qüvvədə olduğu görünür. Bununla bağlı Əmək Müfəttişliyinə şikayətlə müraciət edilmiş və qurumdan iddiaçıya bunun qanunsuz olduğu və yazılı şikayətlə müraciət etməli olduğunu bildirmişlər. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Cavabdeh MMC iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı xərclərin ödənilməsinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və işdən azad edilmə ilə bağlı xərclərin ödənilməsinə dair iddiası hal-hazırda Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Cavabdeh iddia ərizəsinin dəlilləri əsassız olduğundan onunla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024cü il tarixində həmin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə ki, müəssisə daxilində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı şəxsi maraqları müqabilində bir sıra mərc oyunları, maliyyə piramidası, narkotik vasitələrin satışı və oğurluq şübhəsi ilə əlaqədar olaraq bloklanmış M10 hesablarına qanunsuz yolla daxil olaraq həmin hesabları blokdan çıxarmış və bunun nəticəsində blokda olan 41741,66 AZN məbləğində pul vəsaitinin məxaric edilməsinə şərait yaratmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 6 ədəd hesabı 3000 AZN pul müqabilində blokdan azad etmiş, bloklamadan bir neçə dəqiqə sonra həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra əməlini gizləmək niyyəti ilə həmin hesabları yenidən bloklamışdır. Nömrə Məbləğ Tarix 1 **********08 6 288,65 xx.xx.2024 2 **********95 1 940,00 xx.xx.2024 3 **********72 146,01 xx.xx.2024 4 **********29 4 090,00 xx.xx.2024 5 **********29 790,00 xx.xx.2024 6 **********62 28 487,00 xx.xx.2024 Total 41 741,66 Törədilmiş əməl ilə əlaqədar olaraq, İddiaçı xx.xx.2024-cü il tarixində öz yazdığı izahatında etdiyi əməlləri etiraf etmiş və bildirmişdir ki, tanımadığı şəxslər tərəfindən “Telegram” tətbiqi vasitəsilə onunla əlaqə saxlanılmış və pul müqabilində bəzi hesabları blokdan çıxarması ona təklif edilmişdir. O da həmin təklifi qəbul etdiyini və 3000 AZN pul müqabilində hesabları blokdan çıxardığını etiraf etmişdir. İddiaçı heç bir üzrlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixindən etibarən işə gəlməmişdir. O, öz əmək funksiyasını kobud şəkildə pozub, pul müqabilində hesabları blokdan çıxarması aşkar ediləndən sonra, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam veriləcəyini anlayaraq və bu prosesə qarşılıq tədbir kimi əmək müqaviləsinə xitam verilməsi barədə məktub ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Həmçinin, ona məlumat verilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə tanış olmamış, dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, əmək kitabçası və əmrin surətini təhvil almaqdan yayınmışdır. Buna görə də cavabdeh tərəfindən iddiaçının qeydiyyat ünvanına həmin sənədlər bildiriş ilə birlikdə göndərilmiş, lakin yenə də təhvil alınmamışdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış İDM-482 №-li Əmək Müqaviləsinin 3.6-cı bəndinə əsasən, işçi üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək öhdəliyini götürür. İddiaçı iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən etiraza mülahizə təqdim edilərək, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilən iddia ərizəsinə etirazın nəzərə alınmaması və iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 etiraza mülahizəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli işdən çıxarma əmri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İşdən çıxarma əmri əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə və mövcud praktikaya uyğun olaraq işdən çıxarma əmrində işdən çıxarmanın səbəbi izah olunmalı və mütləq əsaslandırılmalıdır. Lakin xx.xx.2024-cü il tarixli əmrdə ümumiyyətlə heç bir səbəb göstərilməmiş və qeyd edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndi ilə xitam verilir. Əmr Əmək qanunvericiliyinin tələblərini pozmaqla sadə formada tərtib edilmişdir. Etirazda isə əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Bununla da Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbini pozmuşdur. İstinad olunan normaya əsasən işəgötürən ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Ali Məhkəmənin əmək mübahisələri ilə bağlı qərarlarına baxdıqda şahid olmaq olar ki, bu fakt işdən çıxarma əmrinin ləğvi üçün əsas qismində çıxış edir. Belə ki, ƏM-nin 71-ci maddəsinin tələblərinə görə, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa Cavabdeh MMCnin nümayəndəsi şirkətə edilən əməl nəticəsində zərər vurulduğunu bildirsə də, zərərin nədən ibarət olmasına dair münasibət bildirməmişdir. Buradan görünür ki, cavabdeh tərəfindən irəli sürülən arqument təsdiqlənmir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Belə ki, Cavabdeh MMC işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırmalı idi. Azərbaycan Republikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3935/2023 saylı qərarındakı mövqeyindən göründüyü kimi işçinin əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilirsə, bu halda işdən çıxarma əmri işəgötürən tərəfindən əsaslandırılmalıdır. Belə olan halda isə əmrin qanuniliyinin yoxlanılması da məhkəmənin vəzifəsi qismində çıxış edir. Əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Göründüyü kimi, göstərilən əməl hərəkət formasında törədilən əməldir. İddiaçı əmək funksiyasında isə həmin əməlin edilməməsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Etirazda iddiaçı tərəfindən edildiyi bildirilən əməl ƏM-nin 70ci maddəsinin “ç” bəndinin birinci hissəsinə uyğun gəlmir. Belə ki, əmək müqaviləsinə ƏM-nin 72-ci maddəsi ilə xitam verilməmişdir. Çünki əmək qanunvericiliyinin tələbinə əsasən işdən çıxarma əmrində işdən çıxarma üçün istinad olunan Əmək Məcəlləsinin maddəsi göstərilməli və ona istinad edilməlidir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrində isə Azərbaycan Respublikası ƏMnin 72-ci maddəsində nəzərdə tutulan pozuntuların edilməsi hesab edilməmişdir. Beləliklə, əmək müqaviləsinə işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən xitam verilmişdir. Lakin iddiaçı nümunəvi işçi olmuş, işə vaxtlı-vaxtında gəlmiş, əmək funksiyasına daxil olan işləri yüksək səviyyədə yerinə yetirmişdir. Etirazda göstərilən səbəb isə ümumiyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin müvafiq hissəsində göstərilən əməl hərəkətsizlik formasında törədilə bilər. İddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün ümumiyyətlə əsas olmamışdır. Belə ki, iddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməmişdən qabaq əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi barədə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/06.24/109 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Lakin Cavabdeh MMC iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə Cavabdeh MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş, əmək müqaviləsinə xitam verilməsi barədə xatırlatma etmişdir. xx.xx.2024-cü il tarixdə də iddiaçı tərəfindən Əmək Müfəttişliyinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli Cavabdeh MMCnin direktoru Samir Məmmədov COE/06.24/109 nömrəli əmri iddiaçıya təqdim edilmişdir. Bununla bağlı Əmək Müfəttişliyinə şikayət edilmiş və qurum bunun qanunsuz olduğu və yazılı şikayətlə müraciət edilməli olduğu bildirilmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Cavabdeh MMC məhkəməyə “mülahizəyə dair yazılı məhkəmə çıxışı” təqdim edərək qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanmışdır. İddiaçının qeyd etdiyi nüanslar tamamilə əsassızdır. Belə ki, əmrdə işçinin əmək müqaviləsinə xitam verilmə əsası və ona əsas olan təqdimat və izahat aydın şəkildə göstərilmiş və qoşma olaraq əmrə əlavə olunmuşdur. Ümumiyyətlə, qanunvericilikdə əmrin hansı formada əsaslandırılmasına dair birbaşa göstəriş yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə bağlı isə qeyd edilmişdir ki, iki məhkəmə işinin halları tamamilə birbirindən fərqlidir. Həmin Məhkəmə Qərarında kassasiya instansiya məhkəməsinin mövqeyi, 72-ci maddənin “e” bəndinin hüquqi əsasının sübut edilməməsi ilə bağlı olmuşdur. Belə ki, həmin işdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar xitam vermişdir. Hazırkı iş ilə istinad edilmiş məhkəmə qərarında əmək müqaviləsinə xitam verilmə əsasları eyni deyildir. Ümumiyyətlə kassasiya məhkəməsinin mövqeyində (əmrin əsaslandırılması və s.) iddiaçının qeyd etdiyi hallara rast gəlinməmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış İDM-482 №li əmək müqaviləsinin 3.6-cı bəndinə əsasən, işçinin aşağıdakı öhdəlikləri mövcuddur: İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla işəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vuracaq hərəkətlərə yol verməmək; İşəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (bundan sonra “Daxili Qaydalar”) əməl etmək; Müqavilə üzrə əmək funksiyalarının və vəzifələrinin icrası zamanı istifadə olunan əmlaka XDR (Extended Detection and Response/Genişləndirilmiş aşkarlama və reaksiya) və DLP (X10/X3 Alınması) texnologiyalarına əsaslanan proqram təminatının quraşdırılması da daxil olmaqla, işəgötürənin informasiya təhlükəsizliyi tələblərinə əməl etməyi öhdəsinə götürür; İşəgötürənin işçinin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımı qaydada yerinə yetirmək; Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siyasi partiyanın vəzifəli şəxsinə və ya namizədinə İşəgötürən və ya İşəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək. İddiaçı xx.xx.2024-cü il tarixində öz yazdığı izahatında etdiyi əməlləri etiraf etmiş və bildirmişdir ki, tanımadığı şəxslər tərəfindən “Telegram” tətbiqi vasitəsilə onunla əlaqə saxlanılmış və pul müqabilində bəzi hesabları blokdan çıxarması ona təklif edilmişdir. O da həmin təklifi qəbul etdiyini və 3000 AZN pul müqabilində hesabları blokdan çıxardığını bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsası hesab edilir. İddiaçı həm öz əmək funksiyasına, həm əmək müqaviləsi və Daxili Qaydalar üzrə öhdəliklərinə, həm də izahatında qeyd etdiyi kimi ona verilmiş təlimatlara zidd hərəkət etmişdir. “X7 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair” Daxili Qaydaların 3.3.4-cü bəndinə əsasən, hesabın blokdan çıxarılması isə yalnız X7 tərəfindən həyata keçirilə bilər. Əmək Müqaviləsinin 3.7-ci bəndinə əsasən, işçi Daxili Qaydalarla tanış olmaması və ya onları bilməməsinə görə məsuliyyətdən azad olmur. İddiaçı öz əmək müqaviləsi üzrə öhədlikləri kobud şəkildə pozub, pul müqabilində hesabları blokdan çıxarması aşkar ediləndən sonra, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam veriləcəyini anlayaraq və bu prosesə qarşılayıcı tədbir kimi əmək müqaviləsinə xitam verilməsi barədə məktub ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Həmçinin, mülahizədə Əmək Müfəttişliyi tərəfindən işdən azad etmənin qanunsuz olduğu bildirildiyi qeyd olunur. Məhkəmənin nəzəriniə çatdırılır ki, bu, tamamilə yalan və əsassız iddiadır. Belə ki, xx.xx.2024-cü il tarixində elektron qaydada məhkəmə iş materiallarına daxil edilmiş X5 Xidməti tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, İddiaçı DOST Mərkəzinə izahatının təqdim edilməsi üçün dəvət olunmuş, lakin iştirak etməmişdir. X5 Xidməti tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçının mülahizədə qeyd etdiyi məsələyə aid heç bir təsdiqləyici sübut təqdim edilməmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəməyə yazılı məhkəmə çıxışı təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli işdən çıxarma əmri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, işdən çıxarma əmri əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərinə və mövcud praktikaya uyğun olaraq işdən çıxarma əmrində işdən çıxarmanın səbəbi izah olunmalı və mütləq əsaslandırılmalıdır. Lakin xx.xx.2024-cü il tarixli əmrdə ümumiyyətlə heç bir səbəb göstərilməmiş və qeyd edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilir. Göründüyü kimi, əmr əmək qanunvericiliyinin tələblərini pozmaqla sadə formada tərtib edilmişdir. Etirazda isə əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Bununla da cavabdeh tərəfindən Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən edilən hərəkət əmək intizamını pozmamışdır, mülkiyyətçinin qanunla qorunan mənafelərinə ümumiyyətlə zərər dəyməmişdir. Qanunvericilik isə dəyən ziyanın dərəcəsinin də ciddi formada olmasını qeyd edir. Lakin cavabdehin nümayəndəsi ziyanın vurulmasını hələ sübut edə bilmir. Cavabdehin nümayənəsi iclasda qeyd etmişdir ki, müəssisənin işgüzar nüfuzuna xələl gəlmişdir. “İşgüzar nüfuz” anlayışı Azərbaycan Respublikasının leksikologiya lüğətində şəxsin təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə görə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda qazandığı hörmət və rəğbət kimi xarakterizə olunur. Məhkəmə praktikasından da bilindiyi kimi müəssisənin işgüzar nüfuzuna xələl gəlməsi üçün təqsirli şəxs müəssisə haqqında həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymalıdır. Göründüyü kimi, İddiaçı tərəfindən törədilmiş əməldə isə cavabdehin işgüzar nüfuzuna xələl gətirən hərəkətə yol verilməmişdir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Belə ki, cavabdeh işəgötürənin qanuni mənafeyinə hansı formada xələl gəlməsini əsaslandırmalı idi. Hələ də qarşı tərəfin nümayəndəsi tərəfindən müəssisəyə hansı formada ziyanın vurulması ilə bağlı sübut irəli sürülməmişdir. Azərbaycan Republikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3935/2023 saylı qərarındakı mövqeyindən göründüyü kimi, işəgötürən işçinin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verirsə, bu halda işdən çıxarma əmri işəgötürən tərəfindən əsaslandırılmalıdır. Belə olan halda isə əmrin qanuniliyinin yoxlanılması da məhkəmənin vəzifəsi qismində çıxış edir. İş üzrə Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsində nəzərdə tutulan əsaslardan da heç biri mövcud olmamışdır. Belə ki, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması halı müşahidə edilmir. Çünki blokdan azad edilən hesab üzərində müəssisənin heç bir hüququ və maddi marağı yoxdur. Bu baxımdan ona maddi ziyan dəyməsi halı da müşahidə edilə bilməz. Həmçinin, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı da müşahidə edilmir. Belə ki, bir daha qeyd edilir ki, blokdan azad edilən hesab üzərində cavabdehin sərəncam hüququ yoxdur. Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əsaslı səbəb tələb edir. Məhkəmə praktikasında mülkiyyətçinin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gəlməsi ilə bağlı bir çox nümunə mövcuddur ki, mübahisələndirilən əmr onların heç birinə uyğun gəlmir. Bu da onu göstərir ki, iddiaçı ilə bağlı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan pozuntuların edilməsi hesab edilməmişdir. Bundan başqa iddiaçı 2 aydır ki, mütəxəssis vəzifəsində çalışmış, 4 aydır ki, Cavabdeh MMC-də fəaliyyət göstərir. Onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun gələcəkdə mütəxəssisi olduğu bank sektoru sahəsində iş tapa bilmə imkanına maneə törədəcəkdir. 11 iyul 2024-cü il tarixdə də iddiaçı tərəfindənƏmək Müfəttişliyinə şikayət edilmişdir. Bundan sonra, yəni 12 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin direktoru Samir Məmmədov COE/06.24/109 nömrəli əmri İddiaçı təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin və yazılı məhkəmə çıxışının məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın və mülahizəyə dair məhkəmə çıxışının məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış İDM-482 nömrəli, xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinin: - 1.2-ci maddəsinə əsasən, İddiaçı əsas iş yeri olan Cavabdeh MMC-nin Satış və Müştəri Xidmətləri Departamentinin Müştəri əlaqələri üzrə Təcrübəçi vəzifəsinə işə qəbul edilmişdir. - 3.6-cı madddəsinə əsasən, işçi aşağıdakı öhdəlikləri üzərinə götürür: - İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla İşəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vura biləcək hərəkətlərə yol verməmək; - İşəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (daxili qaydalara) əməl etmək; - Daxili qaydalarda nəzərdə tutulmuş qaydada və hallarda birbaşa və ya dolayısı şəxsi marağını açıqlamaq; - İş prosesində yaranan hər hansı problem və çətinliklər barədə işəgötürənə dərhal məlumat vermək; - İşəgötürənin işçinin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımi qaydada yerinə yetirmək; - Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siyasi partiyanın vəzifəli şəxsinə və ya namizədinə işəgötürənin və ya işəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək; - 3.7-ci madddəsinə əsasən, İşəgötürən daxili qaydaları bütün işçilərin tanış ola biləcəyi yerdə - ya internet portalında, ya işçinin komputerində və yaxud daxili şəbəkədə yerləşdirir. İşçi daxili qaydalarla tanış olmaması və ya onları bilməməsinə görə məsuliyyətdən azad olmur. İşçi daxili qaydalarla tanış ola bilmədikdə bu barədə işəgötürənə və ya işəgötürənin adından göstəriş vermək səlahiyyəti olan tabe olduğu birbaşa rəhbərinə müraciət etməlidir. - 10.2-ci maddəsinə əsasən, işəgötürən bu əmək müqaviləsinə işçi daxili qaydalarda nəzərdə tutulmuş ciddi pozuntulara yol verdikdə dərhal xitam verilə bilər. - 13.7-ci maddəsinə əsasən, Əmək müqaviləsini imzalayarkən işçi işəgötürənin daxili qaydaları ilə tanış olduğunu təsdiq edir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Samir Məmmədova göndərilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, may ayının ortalarında iddiaçının şəxsi telegram nömrəsinə tanımadığı rusdilli şəxsdən (Pakistan nömrəsi) ona dəfələrlə müraciət olunub və onun adı, iş yeri və şirkətdə bloklanmış nömrələrlə bağlı ona bildirmişdirlər. Təxminən 10 dəqiqə sonra bloklanmış nömrə göndəriblər və bu nömrələrin blokdan açılması müqabilində iddiaçıya pul təklif etmişdilər. O, həmin nömrələri sistemə daxil edərək yoxlayırdı və həqiqətən də blokda olubolmamasını dəqiqləşdirirdi və nömrələrin hamısının blokda olduğunu, lakin bəzilərinin bloklist (shect) də olmadığını görüb. Lakin o bu nömrələrə hər hansısa müdaxilə olunmağına razılıq verməyib. Sonradan özlərini doğrultmaq və inandırmaq üçün qarşılıqsız olaraq iddiaçıya təxmini 300 ABŞ dolları vəsait göndərilmişdir. Daha sonra may ayının axırları həmin şəxslər əmin edərək ki, nömrəni blokdan çıxarmaq təhlükəsi və öncə bu əməliyyatın icra olunduğu 2 nömrə nümunə olaraq göstərilmiş və iddiaçı həmin nömrələri yoxlayıb buna əmin olmuşdur. Həmin şəxs iddiaçıya balansında təxminən 20 min bloklanmış vəsait olan 051 *** **** nömrəsinin blokdan çıxarılması qarşılığında 3 min manat vəsaiti vəd edib. İddiaçı 29 mayda növbədə olarkən həmin vəsaitin olduğu nömrəni saat 18:47-də blokdan azad edərək, pul vəsaitinin çıxarılması üçün imkan yaratmış və həmin şəxslərə məlumat vermişdir. Vəsait 18:52-də çıxarılmış və iddiaçı 18:53-də hesabı yenidən bloklamışdır. İddiaçı bu işin müqabilində təxminən 1100 manat vəsait qəbul etmişdir. İddiaçı öz səhvini etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. İzahatı özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. Cavabdeh MMC-nin Baş Risk İnzibatçısı Əli Quliyev tərəfindən X8 Samir Məmmədova ünvanlanmış təqdimatdan görünür ki, xx.xx.2024-cü il tarixdə işə götürülmüş İddiaçı xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 6 ədəd hesabı blokdan azad etmiş, bloklamadan bir neçə dəqiqə sonra həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra yenidən bloklamışdır. İddiaçı bu əməlləri etdiyi dövr yuxarıda adı çəkilən Əhmədov Elşənin üzrlü səbəbdən işdə olmadığı dövrə təsadüf edir. İddiaçı izahatında etdiyi əməlləri etiraf etmiş və bildirmişdir ki, tanımadığı şəxslər tərəfindən telegram proqramı vasitəsilə onunla əlaqə saxlanılmış və pul müqabilində bəzi hesabları blokdan açmasını ona təklif etmişlər. O da həmin təklifi qəbul etdiyini və 3000 AZN pul müqabilində balansında 28487 AZN məbləğində vəsait olan hesabı blokdan açdığını etiraf etmişdir. Həmçinin, bu əməlləri icra etməzdən əvvəl digər hesabların da qanunsuz olaraq blokdan açıldığı barədə məlumatlı olmuşdur və bu barədə rəhbərliyə məlumat verməmişdir. Nömrə Məbləğ Tarix Bloklama səbəbi 1 **********08 6 288,65 xx.xx.2024 Müştəri şikayəti- xarici köçürmə 2 **********95 1 940,00 xx.xx.2024 Müştəri şikayəti- xarici köçürmə 3 **********72 146,01 xx.xx.2024 Müştəri şikayəti- xarici köçürmə 4 **********29 4 090,00 xx.xx.2024 Narkotik satışı şübhəsi 5 **********29 790,00 xx.xx.2024 Narkotik satışı şübhəsi 6 **********62 28 487,00 xx.xx.2024 Mərc oyunları Total 41 741,66 X6 və İddiaçı Cavabdeh MMC-nin mənafeyinə, həmçinin onlara əvvəldən verilmiş təlimatlara və şirkətin daxili qaydalarına zidd olmasını, etdikləri hərəkətlərin qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olan şəxslərin maraqlarına xidmət etdiyini bildiklərinə baxmayaraq bu hərəkətlərə yol verməsini, bu hərəkətlərin şəxsi maraq və pul müqabilində icra edilməsi və özlərinin də bunu etiraf etmələrini, bu hərəkətlər nəticəsində ümumilikdə 52392 AZN məbləğin hesablardan çıxarılması nəzərə alaraq adıçəkilən şəxslərlə bağlı müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Samir Məmmədova göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırda Cavabdeh MMC-də müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a maddəsinə (əmək müqaviləsinə xitam verilməsi əsasları, tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə “Əliyeva” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Satış və Müştəri Xidmətləri Departamentinin Müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən işə gəlmədiyini qeyd etmişlər. Cavabdeh MMC-nin Müştəri Xidmətləri üzrə X4 tərəfindən X8 Samir Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Müştəri Xidmətləri Şöbəsinin işçiləri, müştəri xidmətləri üzrə kiçik mütəxəssislər X6 və İddiaçı onlara təlimlər zamanı şifahi və elektron təlimatla yazılı formada blokda olan hesabların açılmasının qadağan olunması barədə təlimat verilməsinə baxmayaraq, texniki imkanlardan sui istifadə edərək bəzi hesabları blokdan açmışlar və açılmış hesablarda olan vəsaitlərin hesabdan çıxarılmasına birbaşa şərait yaratmışlar. Qeyd edilən halların aidiyyatı şöbə tərəfindən ətraflı araşdırma aparılması üçün müraciət edilmişdir. Araşdırma nəticəsində bu kimi halların baş verməsi sübuta yetirilmiş və əməkdaşlar izhatlarında etdikləri əməlləri etiraf etmişlər. Göstərilən halların Şöbənin iş ahənginə ciddi təsir göstərməsini və əməkdaşların etdikləri əməllərin cavabdeh tərəfindən kobud qayda pozuntusu hesab edildiyini nəzərə alaraq adı çəkilən əməkdaşlarla bağlı tədbir görülməsi xahiş edilmişdir. Cavabdeh MMC-nin direktoru Samir Məmmədov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, COE/06.24/109 nömrəli Əmrdən görünür ki, Cavabdeh MMC-də Müştəri Əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə İDM-482 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 28 iyun 2024-cü il tarixindən etibarən xitam edilməsi, bu əmrin surəti əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş 11 gün əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi, əmr edilmişdir. Əmr Azərbaycan və İngilis dillərində tərtib edilmişdir. Dillər arasında hər hansı bir uyğunsuzluq aşkar edildikdə Azərbaycan dilində olan mətn üstün tutulacaqdır. Ülviyyə Əfəndiyevanın təqdimatı və xx.xx.2024-cü il tarixli İddiaçı izahatı əmrin verilməsinə əsas olmuşdur. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC-də Müştəri əlaqələri üzrə Kiçik Mütəxəssis vəzifəsində çalışan İddiaçı İDM-482 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə məlumat verilmiş, işdə olmadığını nəzərə alıb və təqdim olunan +**********11 nömrəsinə cavab vermədiyi üçün əmrin surəti və əmək kitabçası ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müraciət vərəqəsindən görünür ki, xx.xx.2024cü ildə Cavabdeh MMC şirkətinə yazılı ərizə ilə müraciət edərək Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə uyğun olaraq 1 ay qabaqcadan xəbərdarlıq etmiş və Cavabdeh MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (A) bəndi ilə xitam verilməsini xahiş etmişdir. Lakin, ərizə üzrə xahişinin icra edilmədiyi üçün xx.xx.2024-cü il tarixində yenidən Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq 1 ay qabaqcadan xəbərdar etməklə əmək müqaviləsinə xitam etmək istədiyini, artıq 1 aylıq müddətin başa çatdığını, lakin hələ də əmək müqaviləsinin qüvvədə olduğunu və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (A) bəndi ilə xitam verilmədiyini bildirmişdir. Ərizədə təkrarən xahiş etmişdir ki, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə 68.2-ci maddəsinin (A) bəndi ilə xitam verilsin. Lakin, hələ də Cavabdeh MMC-nin direktoru Samir Məmmədov tərəfindən xahişi icra edilmir. Bu baxımdan Əmək Müfəttişliyi Xidmətindən xahiş edir ki, Cavabdeh MMC ilə bağlanmış olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (A) bəndi ilə xitam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Samir Məmmədova göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağlamış olduğu xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə “Abdullayeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş “sorğuya cavab” məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin başlanğıc tarixi – xx.xx.2024, Müqavilənin statusu - qüvvədən düşmüş, Etibarlılıq statusu – Etibarlı, Müqavilənin müddəti – müddətli, Xitam bildirişinin sistemə daxil edilmə tarixi – xx.xx.2024, Xitam bildirişinin imzalanma vaxtı – xx.xx.2024, işçinin işdən çıxma tarixi – xx.xx.2024, Xitam maddəsi – 70ç qeyd olunmuşdur. X7 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair Daxili Qaydalardan görünür ki: - Bloklaşdırma – şübhəli əməliyyat səbəbilə müştərinin ödəniş alətinə girişinin məhdudlaşdırılmasıdır. - Blokdan çıxarılma – araşdırma nəticəsində ödəniş alətinə girişin və istifadənin bərpa olunmasıdır. - 3.3.1.1. İşin hallarında qeyd olunan risk indikatorları mövcuddursa və ya hesabın bloklaşdırılmasını zəruri edən hər hansı əhəmiyyətli hal varsa (hesabın təhlükəsizliyinin qarşısının alınması, qanunvericilikdə və müştəri ilə istifadə qaydalarında nəzərdə tutulmuş digər hallar) X7 tərəfindən hesabın bloklaşdırlması barədə qərar qəbul edilir. - 3.3.1.2. İş saatlarından sonra, həftə sonları və ya bayram günlərində vacib hallarda (hesab məlumatlarının oğurlanması, müxtəlif saxta lotereya linklərinə daxil olmaqla hesabdan vəsait oğurlanması və s. bu kimi hallar) müştəri xidmətləri tərəfindən barəsində şikayət olunan ödəniş alətləri müvəqqəti bloklaşdırıla bilər. Belə olan halda müvafiq qaydada qeyd yazılmaqla dərhal müvafiq kanal vasitəsilə şöbəyə məlumat verilir. - 3.3.4 Blokdan çıxarılma Hesabın blokdan çıxarılması isə yalnız X7 tərəfindən həyata keçirilə bilər. Bloklaşdırılmış hesabın blokdan azad edilməsi məqsədilə müştəri müraciəti etdikdə onun müraciəti müştəri xidmətləri tərəfindən qeydə alınır və baxılıb qərar verilməsi məqsədilə şöbəyə təqdim olunur. Belə müraciətlərə ən geci 10 gün müddət ərzində (əgər vaxtın uzadılmasına vacib olan hallar istisna olmaqla) baxılır və işin hallarından hesabın blokda saxlanılması və ya blokdan çıxarılması barədə (əməlin dələduzluq faktı olmamasına dair müvafiq sübutlar təqdim edildikdə, müştərinin zərərçəkmiş olması və digər səbəblər) qərar verilərək müştəriyə məlumat verilməsi məqsədilə müştəri xidmətlərinə təqdim olunur. X2 edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və Cavabdeh MMC-nin nümayəndəsi iclasda iştirak etməmişdir. Mediasiya xərcinin məbləği (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC işçi və işəgötürən olmaqla xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin tərəfləridir. xx.xx.2024-cü il tarixdə iddiaçı izahat yazaraq cavabdeh tərəfindən ********** mobil nömrəsinə qoyulmuş bloku ləğv etdiyini, həmin nömrədən 20 000 manat pul vəsaitinin çəkilməsinə köməklik etdiyini və bu işin müqabilində təxminən 1000 manat pul vəsaiti qəbul etdiyini etiraf etmiş və öz əməlindən peşman olduğunu bildirmişdir. Elə həmin tarixli ərizə ilə öz xahişinə görə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir (müvafiq ərizə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir). xx.xx.2024-cü il tarixdə Müştəri Xidmətləri üzrə X4, Baş Biznes İnzibatçısı Rəşad Həsənli və X1 Departamentinin Direktoru İvan Belov İddiaçı xx.xx.2024-cü il tarixdən işə gəlmədiyini öz imzaları ilə təsdiqləyərək aktlaşdırmışlar. xx.xx.2024-cü il tarixdə Müştəri Xidmətləri üzrə X4 Cavabdeh MMC-nin X8 Samir Məmmədova təqdimat ünvanlayaraq İddiaçı ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Həmçinin, Baş Risk İnzibatçısı Əli Quliyev Cavabdeh MMC-nin X8 Samir Məmmədova təqdimat ünvanlayaraq İddiaçı barəsində müvafiq qərar verilməsini xahiş etmişdir. Belə olan halda xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Samir Məmmədov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, COE/06.24/109 nömrəli Əmr ilə Müştəri Əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə bağlanmış İDM-482 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 28 iyun 2024-cü il tarixindən etibarən xitam edilməsi əmr edilmişdir. Əmrə əsas Ülviyyə Əfəndiyevanın təqdimatı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. xx.xx.2024-cü il tarixli Bildiriş ilə İddiaçı əmək müqaviləsinə xitam verildiyi barədə məlumatlandırılmış, əmrin surəti və əmək kitabçası ona göndərilmişdir. xx.xx.2024-cü il tarixli ərizə ilə iddiaçı yenidən Cavabdeh MMC-nin direktoruna ərizə göndərərək, sonuncu müraciətindən 1 ay keçməsinə baxmayaraq, müqaviləyə xitam verilməməsi barədə xatırlatma etmiş və Əmək Müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir (ərizə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir). İddia ərizəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işçiyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddaçı İddiaçı müvafiq pul vəsaiti qarşılığında işəgötürən müəssisə tərəfindən mobil nömrələrə qoyulmuş məhdudiyyəti öz mülahizəsinə əsasən götürmüş və həmin nömrəyə bağlı hesabdan pul çəkilməsinə birbaşa olaraq (qəsdən) şərait yaratmışdır. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməyən işin mübahisəsiz halıdır. İddiaçı qeyd olunan əməli ilə öz əmək vəzifələrini pozmuşdur. Belə ki, Əmək Müqaviləsinin 3.6-cı maddəsinin (İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla işəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vura biləcək hərəkətlərə yol verməmək; Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək) tələblərini pozmuşdur. Belə ki, iddiaçı blok qoyulmuş hesabı əsassız olaraq, şəxsi mənafeyi üçün (pul vəsaiti əldə edərək) blokdan çıxarmaqla işəgötürənin maraqlarına uyğun fəaliyyət göstərməmişdir. İddiaçı bu hərəkəti ilə işəgötürənin maraqlarına birbaşa xələl gətirmiş, dolayı yolla onun işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkət etmişdir. Belə ki, Cavabdeh MMC “M10” tətbiqi vasitəsi ilə müxtəlif ödəniş əməliyyatlarının aparılması, müvafiq ödəniş xidmətlərindən və tətbiqin funksiyalarından istifadə etmək imkanı yaradır. Daha çox istifadəçi və daha çox əməliyyatın aparılması Cavabdeh MMC-nin mənafeyinə xidmət edir. İddiaçı müştəri şikayəti nəticəsində blok edilmiş, o cümlədən narkotik satışı şübhəsi, mərc oyunları səbəbindən hesabları blok edilmiş istifadəçilərin hesabını tanımadığı şəxslərin pul vədinə əsasən blokdan çıxarmış və Cavabdeh MMC-nin digər müştərilər qarşısında nüfuzunu aşağı salacaq hərəkətlər etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi xahiş edilmiş və həmin məktub xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli akt ilə təsdiq olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən sonra işə gəlməmişdir. 1 ay müddət tamam olmamış, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək Müfəttişliyi Xidməti tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilən çıxarışdan da görünür ki, xitam bildirişi sistemə xx.xx.2024-cü il saat 15:29:48-də daxil edilmişdir. Yəni, iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinə baxılma müddəti (1 ay) bitməmiş, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının əmrin əsaslandırılmaması dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas Ülviyyə Əfəndiyevanın təqdimatı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. İddiaçı öz əməllərini izahatında etiraf etmiş, müvafiq təqdimatda isə iddiaçının hərəkətlərinin şöbənin iş ahənginə ciddi təsir göstərməsi və əməkdaşların etdikləri əməllərin cavabdeh tərəfindən kobud qayda pozuntusu hesab edildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. Azərbaycan Respublikasının əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmr qəbul edilərkən əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə imperativ norma yoxdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır” norması işçinin mənafeyini qorumaq üçün müəyyən edilmişdir ki, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qarşısı alınsın. Bir sözlə, qanunla işəgötürənin öz səlahiyyətlərindən sui-istifadə etməsi ehtimalı məhdudlaşdırılmışdır. Həmçinin, müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmişdir. İddiaçı isə hesab edir ki, müvafiq əmrin məzmununda mütləq qaydada işçinin işdən çıxarılmasının səbəbləri əsaslandırılmalıdır. O, öz mövqeyini Ali Məhkəmənin qərarı və mövcud praktika ilə əsaslandırır. Halbuki, Ali Məhkəmənin müvafiq qərarında işin halları ilə hazırkı işin halları fərqlidir. Həmçinin, Ali Məhkəmənin qərarları digər məhkəmə instansiyaları üçün məcburi hüquqi qüvvəyə malik deyildir. Qeyd etmək lazımdır ki, normanın bu qaydada (iddiaçının bildirdiyi kimi) şərh edilməsi və tətbiq edilməsi əmək məcəlləsinin ümumi prinsiplərinə, o cümlədən əmək müqaviləsi tərəflərinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə ziddir. İşəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqi təminatı ondan ibarətdir ki, işçi əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə onun barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görsün və bu tədbirlər qanunla qorunsun. Əks halda, formal mülahizələrə əsasən işəgötürənin əmrinin ləğv edilməsi yolverilməzdir. Həmçinin, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi əsasının müəyyən edilməsinin mahiyyəti odur ki, işçi işəgötürənin mənafeyinə zərər vuran hərəkət və ya hərəkətsizliyi etdikdə digər işçilərə münasibətdə işgüzar nüfuzu qorunsun. İşçi öz vəzifə öhədliklərini yerinə yetirmədikdə və ya kobud şəkildə pozduqda və əmək müqaviləsinə xitam verilməsini xahiş etdikdə işəgötürənin işçi ilə bağlanmış əmək müqaviləsini hansı əsasla ləğv etməsi onun hüququdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdə Müştəri Əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə bağlanmış İDM-482 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 28 iyun 2024-cü il tarixindən etibarən xitam edilməsi hissəsində əmək məcəlləsinin tələblərinin pozulması barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsinin əsaslarında (Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsi) Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsası mövcud deyil. Hazırkı iş üzrə işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsində haqlıdır. xx.xx.2024-cü il tarixli müvafiq əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” hissəsi ilə əmək müqaviləsinin ləğv edilməsinin səbəbi işçinin əmək müqaviləsinin 3.6-cı maddəsində müəyyən edilmiş öhdəliklərini, “X7 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair” Daxili qaydaların 3.3.4-cü maddəsində müəyyən olunmuş tələbləri yerinə yetirməməsi olmuşdur. Belə ki, müqavilənin 3.6-cı maddəsində İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla İşəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vura biləcək hərəkətlərə yol verməmək; İşəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (daxili qaydalara) əməl etmək; Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək kimi öhdəlikləri olduğu halda işçi həmin öhdəliklərə əməl etməmişdir. Yəni işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi həmin öhdəliklərin mahiyyətinə münasibətdə dəyişən hərəkət və ya hərəkətsizliklərdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının dəlillərinə görə onun müvafiq əməlləri nəticəsində işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəyməmişdir. Halbuki, müəssisənin işçisinin müvafiq pul vəsaiti qarşılığında əmək müqaviləsi üzrə öhdəliklərinə zidd olaraq, öz səlahiyyətinə aid olmayan hərəkəti (əməli) işəgötürənin mənafeyinə zidd olduğu üçün hər bir halda onun qanunla qorunan mənafelərinə də ziyan vurmuş olacaqdır. Əgər işçi işəgötürənin mənafeyinə zidd olan hərəkət (işəgötürən tərəfindən hesaba qoyulmuş məhdudiyyəti işəgötürənin tapşırığı olmadan və daxili qaydalara zidd olaraq götürmək) edirsə və bu hərəkəti etmək üçün üçüncü şəxslərdən müəyyən hədiyyə (pul və s.) qəbul edirsə, deməli, işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Nəzərə almaq lazımdır ki, bəzi hesablara müştəri şikayətinin olması səbəbindən məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyət əsassız yerə götürülmüşdur. Yəni işəgötürənin nüfuzu, etibarı zədələnmişdir. Məhkəmə öz mövqeyini aşağıdakı normalara görə əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması ... prinsiplərinə əsaslanır. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən:

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası Qanununun: 37.2-ci maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: 37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; 37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; 37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «Nümayəndə1anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar