Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4106/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçıın iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 3 saylı region üzrə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 3 saylı region üzrə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "əmək müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən iddiaçının məlumatı olmadan, qanunsuz olaraq əmək müqaviləsi bağlanaraq nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd olunan şirkəti heç vaxt tanımamış, nə səbəblə, nə məqsədlə onunla əmək müqaviləsi bağladıqlarını bilməmişdir. Həmən şirkətlə onun arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlandığını yalnız elektron informasiya sistemi vasitəsi ilə bilmişdir. Lakin qeyd olunan müddət ərzində o, Cavabdeh MMC-yə ümumiyyətlə getməmişdir. Həmin iş yeri artıq bağlanmış və bu günə qədər nə səbəbdən bağlanması barədə məlumatı olmamışdır. Qeyd olunan şirkətdə yaxından tanıdığı X1 yalnız 1 ay müqaviləsi olmadan işləmişdir. Daha sonra onunla da məlumatı olmadan əmək müqaviləsi bağlanmışdır. Onun şəxsi məlumatları rəfiqəsinin telefonundan qanunsuz yolla əldə edilərək onunla şirkət arasında müqavilə bağlanmışdır. Başqa işə düzəlmək üçün müxtəlif qurumlara və şirkətlərə müraciət etsə də, ona əvvəlki iş yerində əmək müqaviləsinə xitam verilmədiyi, bu barədə elektron informasiya sisteminə bildiriş göndərilmədiyi bildirilmişdir. Bundan sonra Cavabdeh MMC-yə mediasiya prosesinin tədbiqi barədə təklif məktubu ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixində mediasiya təyin edilmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Bununla əlaqədar mediator tərəfindən arayış təqdim edilmişdir. Bu günə qədər ona heç bir cavab verilməmiş, nə də ki, rəhbərliyi tapa bilməmişdir. Sadalananlardan göründüyü kimi, cavabdehlə aralarında qanunsuz olaraq bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilmədiyi üçün və elektron informasiya sistemindən silinmədiyi üçün işsiz qalmış, başqa işə düzələ bilməmiş, bununla da əmək hüquqları pozulmuşdur. Cavabdehə pretenziya məktubu göndərilsə də, heç bir cavab verilməmişdir. Göstərilənlərə əsasən, İddiaçı ilə "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə bağlandığı tarixdən xitam verilmiş hesab olunması, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 3 saylı region üzrə X4 həvalə edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 3 saylı region üzrə X2 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, MŞB/6-3074 nömrəli arayışın surətindən görünür ki, "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi İddiaçı tərəfindən təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə xx.xx.2022-ci il tarixində 14.00-14.30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətində nəzarətçi vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək bağlanılmış, aylıq əmək haqqı 250 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının xəbəri və razılığı olmadan onunla cavabdeh "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «nəzarətçi» vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətli (xx.xx.2021-ci il tarixinədək) bağlanılmış və əmək haqqı 250 manat məbləğində təşkil etmişdir. İddiaçı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı cavabdeh "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ilə bağlanmış əmək müqaviləsinə bağlandığı tarixdən xitam verilmiş hesab edilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
10. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
12. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
14. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir.
15. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.
16. Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
17. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
19. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır.
20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında xx.xx.2020-ci il tarixində bağlanmış və xx.xx.2021-ci il tarixində müddəti bitmiş əmək müqaviləsinə xitam verilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında bağlanmış 30 iyun 2020-ci il tarixili əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixindən xitam verilmiş hesab edilsin. Bu qətnamə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İddiaçı ilə "X7" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti arasında bağlanmış 30 iyun 2020-ci il tarixli əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixindən xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov