Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4144/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdehnə qarşı mənzilin artıq hesablanmış sahəsinə görə ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin artıq hesablanmış sahəsinə görə ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 1 ədəd, 1 zirzəmili, 1 girişli, 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, 54 nömrəli, 3 otaqlı mənzilin (yeni qaydalarla AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, giriş 78, M9, m5) artıq hesablanmış 31,45 kv.m. sahəsinin hər kv.m.-i üçün 1491,64 manat hesablanmaqla ödənilmiş 46912,078 (149,5-118,05=31,45; 31,45x1491,64=46912,078) manatın; tərəfindən ödənilmiş 231 (iki yüz otuz bir) manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə 325 (üç yüz iyirmi beş) manatın Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müəyyən edilir ki, həm iddia ərizəsində, həmçinin də “Elektron Məhkəmə” İnformasiya Sistİddiaçı məlumatlarına əsasən cavabdeh hüquqi şəxs Cavabdeh MTK-nin ünvanı ünvan 2ya üzərində hüquqlarla bağlı deyil, pul tələbinə dairdir. Belə olan təqdirdə iddia tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin artıq hesablanmış sahəsinə görə ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 231 (iki yüz otuz bir) manat məbləğində dövlət rüsumu (Hökumət ödəniş portalı və ya “Asanpay”, qəbz nömrə: **********, tarix: xx.xx.2025, saat: 22:21:39) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistİddiaçı yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4144/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4144/2025
16.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver