Məhkəmə qərarları › İş №e-2(006)-421/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-421/2023

22.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-421/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 14, mənzil 18 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 14, mənzil 18 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdehin adına başqa əmlaklar mövcuddur və hazırda özünə məxsus əmlaklardan birində yaşayır. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 14, mənzil 18 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, iddiaçı mənzili aldıqdan sonra cavabdeh heç vaxt həmin mənzildə yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Cavabdehin formal olaraq qeyd etdiyi iddiaçının mülkiyyətindəki mənzilə daimi qeydiyyatda qalması, iddiaçının mülkiyyət hüquqlarınının kobud şəkildə pozulması ilə nəticələnir. Cavabdehin iddiaçıya məxsus əmlaka hər hansı bir formada istifadə hüquqları yoxdur, onun qeyd edilən əmlakdan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehin hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus evdə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsinin mətnində və xahiş hissəsində ünvanı “ünvan 1ayonu, 28 may küçəsi 14, mənzil 18” kimi qeyd etməsini nəzərə alıb, iddia ərizəsində “ünvan 2 ünvanının “ünvan 3dir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq izahatında qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən mənzil ona məxsusdur, cavabdeh həmin mənzildə ümumiyyətlə yaşamamış, çünki mənzil iddiaçı tərəfindən kirayəyə verilmişdir. Cavabdeh orada formal olaraq qeydiyyata salınmışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, izahatında bildirdi ki, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının keçmiş əri İddiaçı məxsusdur, cavabdeh həmin ünvana qeydiyyata düşmüş, lakin qeydiyyatda olmasına baxmayaraq, hazırki vaxtadək orada yaşamamışdır. Çünki mənzil gəlir əldə edilməsi məqsədilə iddiaçı tərəfindən kirayəyə verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09 fevral 2007-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 4 ünvanında yaşayan İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak ünvan 4-dən ibarətdir. Mülki işin materiallarında olan xx.xx.2010-cu il tarixli ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanına arvadı Cavabdeh qeydiyyata düşməsinə razı olmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05Q-936/69 nömrəli arayışdan görünür ki, İddiaçı ilə X2 nikahı haqqında xx.xx.2005-ci il tarixdə 280 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahı xx.xx.2008-ci il tarixində 202 saylı akt qeydi ilə Nəsimi rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-170/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 12 oktyabr 2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 871 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və s. qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, mübahisə predmeti olan mənzil birgə nikahları dövründə xx.xx.2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmiş, xx.xx.2008-ci il tarixində tərəflərin nikahı pozulmuşdur. Bundan sonra tərəflər yenidən xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, xx.xx.2010-cu il tarixdə iddiaçı hazırki mübahisənin predmeti olan özünə məxsus mənzilə cavabdehin qeydiyyata düşməsinə razılıq vermiş və xx.xx.2022ci il tarixdə tərəflərin nikahı pozulmuşdur. İddiaçı və cavabdeh tərəfin izahatları əsasında müəyyən edilir ki, cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatda olması formal xarakter daşımış, cavabdeh həmin mənzildə heç vaxt yaşamamış, çünki həmin mənzil kirayəyə verilmişdir. Hazırda iddiaçı cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda olması nəticəsində özünün mülkiyyət hüquqlarının pozulmasına əsaslanmaqla cavabdehin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatda olmasına baxmayaraq, o, həmin mənzildə faktiki olaraq yaşamadığından onun həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə ki, mənzilin mülkiyyətçisi olan iddiaçının razılıq ərizəsi əsasında cavabdeh həmin ünvana formal olaraq qeydiyyata düşmüş, lakin qeyd edilən ünvanda ümumiyyətlə yaşamamış, nəticə etibarilə həmin mənzildən istifadə hüququ yaranmamışdır. Belə olan halda qeyd edilməlidir ki, mövcud olmayan hüququn xitamı məsələsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla yanaşı, iddia ərizəsinin mahiyyətindən aydın olur ki, iddiaçı cavabdehin ona məxsus mənzildə formal olaraq qeydiyyatda olmasına görə öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Qanunvericiliyin tələbinə görə, hazırki mübahisənin predmeti olan mənzildə faktiki yaşamayan və həmin mənzildən istifadə hüququ olmayan cavabdehin qeydiyyatına iddiaçının müvafiq müraciəti əsasında aidiyyəti inzibati orqan tərəfindən xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Plenum qərarında o cümlədən göstərilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qərarda həmçinin qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, hər iki tərəfin izahatlarından aydın olur ki, cavabdeh həmin mənzildə yaşamır. İş materialları əsasında isə müəyyən edilmişdir ki, cavabdehin həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda cavabdehin iddiaçıya məxsus mənzildə formal qeydiyyatına xitam verilməsi məsələsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Göründüyü kimi, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir, bu barədə inzibati orqan tərəfindən imtina edildikdə bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 15.4cü bəndində əks olunmuş hüquqi mövqeyə görə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (müvafiq polis idarəsinə) müraciət etmək, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilmək hüququ izah edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə (mülki məhkəmə icraatı qaydasında) müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar