Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4212/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Yusı̇ fova Yeganə Rafael qızının (Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və Şuşa Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh Şahı̇ d qızına qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusı̇ fova Yeganə Rafael qızı Cavabdeh Şahı̇ d qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 4/66 saylı evin 100 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin cavabdeh tərəfindən tam boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 4/66, mənzil 100 iddiaçıya məxsusdur və xüsusi mülkiyyətindədir. Birinci Qarabağ müharibəsi gedən zaman Şuşa şəhərindən məcburi köçkün düşən cavabdeh ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 4/66, mənzil 100 yaşamağa başlamışdır. Dəfələrlə aralarında şifahi olaraq danışıqlar aparsalar da heç bir nəticəyə gəlməmişlər. Həmçinin hazırda Şuşa şəhəri işğaldan azad edilmişdir və məcburi köçkünlərin bu rayona qayıdışı başlamışdır. Buna görə də hesab edir ki, cavabdeh artıq ona məxsus olan evdən tamamilə çıxmalı, həmin ev boşaldılıb ona təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X2 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan: Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnaməyə əsasən Nümayəndə ilə İddiaçı arasında nikah xx.xx.2007-ci il tarixdə bağlanmış 1742 sayla qeydiyyatdan keçmişdir. Nikah bağlandıqdan sonra qadına «Yusifova» kişiyə «Rəsulov» soyadı verilmişdir. Bakı şəhəri 31 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli M-175 saylı arayışına əsasən Cavabdeh Bakı şəhəri Nəsimi rayonu, 5 mkr. A.Məhərrəmov küçəsindəki 4/66 saylı evin 100 saylı mənzilində 1992-ci ildən Şuşadan gəlmiş məcburi köckün kimi məskunlaşmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu, A.Məhərrəmov küçəsindəki 4/66 saylı evin 100 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-15/2- 1378/2025 saylı məktubuna əsasən vətəndaş Cavabdeh Şuşa rayonundan məcburi köçkün kimi həyat yoldaşı Nümayəndə məxsus Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 4/66 nömrəli evin 100 nömrəli şəxsi mənzilində yaşayır. Onun Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi mənzillə təmin edilib-edilməməsi barədə Rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Şuşa şəhərindən məcburi köçkün Cavabdeh tək şəxs olaraq Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 4/66 saylı binanın 100 nömrəli mənzilində qeydiyyata alınmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatmışdır. Növbəti mərhələdə Şuşa şəhərinə köçürülmə başlanan zaman məcburi köçkün Cavabdeh da doğma yurduna köçürülməsi nəzərə alınacaqdır. Köçürülmə vaxtı mənzil boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022– 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir: 6.1. Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması məqsədilə əlverişli mühitin yaradılması Dövlət Proqramının ümumi qayəsini təşkil edir. 6.2.3. İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası: 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. 2.11. Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir: 2.11.1. müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə; 2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla); 2.11.3. digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3(üç) ildə həmin obyektdə yerləşib yaşayanlara; 2.11.4. artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə. Qeyd edilməlidir ki, Qarabağa köçkünlərin köçürülməsində növbəlilik "Böyük Qayıdış" proqramı çərçivəsində bir neçə əsas prinsipə əsasən müəyyən edilir: Yaşayış şəraiti: Hazırda ən ağır şəraitdə (yataqxanalarda, yarımçıq binalarda, qəzalı tikililərdə) yaşayan ailələrə üstünlük verilir. Ailə tərkibi və sosial status: Şəhid ailələri, qazilər, müharibə veteranları və ailə tərkibi böyük olan (çoxuşaqlı) ailələr prioritet siyahısındadır. Yaşayış faktı: Köçürülmə obyektlərində (yataqxana və s.) faktiki yaşama müddəti (məsələn, son 3 ildə davamlı yaşayış) nəzərə alınır. Qeydiyyat yeri: Köçürülən ailənin mütləq həmin işğaldan azad edilmiş ərazidə (kənd və ya şəhərdə) daimi qeydiyyatda olması mütləqdir. Məşğulluq imkanları: Azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət müəssisələrində və ya infrastruktur layihələrində işləyənlərin (müəllim, həkim və s.) ailələrinə köçdə öncəlik verilə bilər. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında mübahisə olmadığından iş üzrə icraata işə məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında mübahisəli mənzildə yaşamaları üçün hazırda zəruri ehtiyacın olmadığını, cavabdeh isə iddianı qəbul edərək mənzili tərk etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi olaraq öz əmlakını başqasının qanunsuz sahibliyindən geri tələb etmək hüququna malik olsa da, hazırda cavabdehin mənzildə yaşamasının iddiaçı tərəfin razılığı əsasında təmin edilməsi halında, mənzildən çıxarılma tələbinin irəli sürülməsində hüquqdan sui-istifadə elementləri müşahidə olunmaqdadır. İlk növbədə qeyd edilməlidir ki, məhkəmənin iclasında hər iki tərəf qeyri-səmimilik nümayiş etdirməklə, ziddiyyətli ifadələr verərək, əvvəlcə cavabdehin sıradan bir məcburi köçkün kimi iddiaçının evində məskunlaşdığını, aralarında hər hansı qohumluq münasibətlərinin olmadığını bildirsələr də, sonradan Cavabdeh iddiaçının nümayəndəsi qismində çıxış edən ərinin bibisi olduğunu bildirmişlər. Bundan başqa, məhkəmənin sualına cavab olaraq cavabdeh mənzildən çıxarıldığı təqdirdə yaşamağa başqa yerinin olmadığını, müvafiq qətnamə çıxarıldıqdan sonra dövlət tərəfindən mənzillə təmin olunanadək mənzildə yaşamağa davam edəcəyini bildirmişdir. Belə olan halda cavabdehin mənzili tərk etməyə qeyd-şərtsiz razılıq verməsindən (əslində isə orada yaşamağa davam edəcəyindən) anlaşılan hal odur ki, hazırkı iddianı qaldırmaqda məqsəd məcburi köçkün statusuna malik cavabdehin köçkün düşdüyü Şuşa şəhərinə qaytarılmasının tezləşdirilməsindən ibarətdir. Cavabdeh özü də məhkəmə iclasında bunu təsdiq etmişdir və məhkəmədən bu işin həll olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Proqram köçürülmənin strateji çərçivəsini, mərhələlərini və prioritetlərini müəyyən edir. Yuxarıda sadalanan normalardan görünür ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması növbəlilik əsasında həyata keçirilir. Göründüyü kimi tərəflər, iddianın cavabdeh tərəfindən etiraf edilməsinə əsaslanıb aralarında mövcud olmayan mübahisə üzrə məhkəmə qətnaməsinin əldə olunmasına və müvafiq məhkəmə aktını Komitəyə təqdim etməklə yaşayış yerlərinin olmamasına istinad edib, Şuşaya növbədən kənar köçürülmələrinə nail olmaq niyyətindədirlər. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdehin iddianı etiraf etməsinin qəbul edilməsi Qarabağ ərazisinə köçkünlərin köçürülməsində növbəlilik qaydalarının süni şəkildə pozulması ilə nəticələnməklə, yuxarıda sadalanan şərtlərə real cavab verərək, daha əvvəl köçürülməsi nəzərdə tutulan digər məcburi köçkünlərin hüquqlarını və qanunla qorunan mənafeyini pozar. Ona görə də məhkəmə MPM-in 52.5-ci maddəsinin tələbinə uyğun olaraq iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qəbul edilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, mənzildən çıxma ilə bağlı tərəflər arasında razılıq olduğuna görə bunun məhkəmədən kənar həlli mümkün olduğu halda, hazırda mübahisəyə mahiyyəti üzrə baxılmasına zərurət qalmır. AR Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, tarix: xx.xx.2025-ci il, saat 11:43:03) İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Yusı̇ fova Yeganə Rafael qızının Cavabdeh Şahı̇ d qızına qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi **********, tarix: xx.xx.2025-ci il, saat 11:43:03) İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4212/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4212/2025
30.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver