Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4224/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin xx.xx.2021-ci il tarixli 96/K saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz iş yerinə bərpa olunması, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının, nümayəndəyə (vəkilə) ödənilmiş 111 manat, dəymiş ziyanın əvəzi kimi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsinin tələblərinə tam uyğun olmadığından ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin hüquqi ünvanı ünvan 1n: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 54.1-ci maddəsinə görə, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə görə, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-ci maddəsinə görə, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Beləliklə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi hüquqi şəxs deyil və İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxs, yəni "xxxx" MMC daşıyır. "xxxx" MMC-nin isə hüquqi ünvanı ünvan 2aycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin geri qaytarılması, buna səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4224/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4224/2022
25.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver