Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4248/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi, əmək haqqı kartından qanunsuz tutmaya son qoyulması və qanunsuz tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 avqust 2022-ci il tarixdə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi, əmək haqqı kartından qanunsuz tutmaya son qoyulması və qanunsuz tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə cavabdeh – Cavabdeh ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Z112GTKR170120003 saylı zaminlik müqaviləsinə xitam verilməsi, cavabdeh - Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan maaş kartındakı əmək haqqı məbləğindən qanunsuz tutulmaya son verilməsi, cavabdeh - Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus maaş kartındakı əmək haqqı məbləğindən iş üzrə yekun məhkəmə aktı çıxarılanadək qanunsuz olaraq tutulmuş məbləğin tam həcmdə həmin kart hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı - İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi – X2 etiraz etmədiyini bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi, əmək haqqı kartından qanunsuz tutmaya son qoyulması və qanunsuz tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu da İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi, əmək haqqı kartından qanunsuz tutmaya son qoyulması və qanunsuz tutulan məbləğin hesaba geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 30 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4248/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4248/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver