Məhkəmə qərarları › İş №e-2(006)-4260/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4260/2023

23.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4260/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi, ev 7, mənzil 100 saylı mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi, həmin mənzilin boşaldılması və ödənilmiş 100 manat dövlət rüsumunun 0.40 manat bank xidməti haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-370/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bank BTB ASC-nin iddia tələbi qismən təmin edilərək, cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan 30344,09 manat əsas borc, 4374,41 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 34768,50 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat, 30,40 manat dövlət rüsumu tutularaq, iddiaçı olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin ilkin satış qiyməti 58000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzilin boşaldılması, Məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Mirzəyev Elxan Bəhram oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat, məbləğində pul vəsaiti Mirzəyev Elxan Bəhram oğlundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2010/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-370/2021 saylı qətnaməsinə ipoteka predmetinə ilkin satış qiymətinə aid hissədə dəyişiliklik edilmişdir. İpoteka predmeti olan Cavabdeh2 mülkiyyətindı olan Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi, ev 7, mənzil 100 mənzilin açıq hərracda ilkin satış qiyməti 76500 manat məbləğində müəyyən edilmişdir. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində cavabdeh Mirzəyev Elxan Bəhram oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1482/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Mirzəyev Elxan Bəhram oğlunun kassasiya şikayəti təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 126/23 nömrəli təklif bildirişinə əsasən Cavabdeh2 mülkiyyətində olan Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi, ev 7, mənzil 100 saylı mənzil Bank "xxxx" ASC-nin balansına keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli Çıxarışına əsasən Nəsimi rayonu, 4-cü mkr, 20 Yanvar küçəsi, ev 7, mənzil 100 saylı mənzil hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-370/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan 30344,09 manat əsas borcu, 4374,41 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 34768,50 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manatın, 30,40 manat dövlət rüsumunun tutularaq, iddiaçı olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin ilkin satış qiyməti 58000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh2 verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada cavabdeh Mirzəyev Elxan Bəhram oğlundan iddiaçının xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m olan 100 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzilin boşaldılması, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Mirzəyev Elxan Bəhram oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin Mirzəyev Elxan Bəhram oğlundan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2010/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2021ci il tarixli, 2(004)-370/2021 saylı qətnaməsi mübahisələndirilən - ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 76500 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. 6710522 saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1 -ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Göründüyü kimi Qanunvericilik istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh2 məxsus olsa da, məhkəmə qətnamələrinə əsasən hərrac qaydasında satılmış, iddiaçı həmin əmlakı alaraq əmlak sonuncunun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı, cavabdehlərin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini və həmin mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsi, ev 7 ünvanında yerləşən 100 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilsin və həmin mənzil boşaldılsın. Ödənilmiş 100 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar