Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4269/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı X1, nümayəndəsi X8 və vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X9 iştirakları ilə İddiaçı X1 cavabdehlər Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X5 cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 70/k nömrəli əmrin etibarsız hesab olunaraq ləğv olunması, işə bərpa, Əmək və Məşğulluq altsistemində (ƏMAS) X1 əmək müqaviləsinə xitam verilməsi barədə 27 iyun 2024-cü il tarixli, 70/k nömrəli əmrin sistemdən silinməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin iddiaçı X1 əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 70/k nömrəli əmrin etibarsız hesab olunaraq ləğv olunması və onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 xx.xx.2012-ci il tarixdə 78 nömrəli əmr əsasında Bakı şəhəri, Nəsimi rayonu, 268 nömrəli xüsusi təhsil Cavabdeh1də evdə fərdi təhsil müəllimi vəzifəsinə təyin edilmişdir. Digər ümumtəhsil Cavabdeh1lərdən fərqli olaraq iddiaçının təhsil verdiyi şagirdlər daun, autizm,əqli geriləmə, psixoloji problemləri olan şagirdlər olub. Xüsusi təhsildə ən yaxşı halda ibtidai sinifdə oxuyan uşaqlara Cavabdeh1qədər təhsil səviyyəsində, yuxarı siniflərə isə ibtidai sinif səviyyəsində dərs keçirilir. 268 nömrəli xüsusi təhsil Cavabdeh1 şagirdlərinin universitet və ya kollecdə oxumaq kimi şansları olmadığından Cavabdeh1 üçün prioritet onların doğru şəkildə oxuyub, yazmağı bacarmalarıdır. İddiaçı X5 anası X14 xx.xx.2023-cü il tarixində komaya düşməsi nəticəsində xx.xx.2023-cü il tarixində vəfat etməsi ilə əlaqədar o həmin tarixdə keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməmişdir. X14 ölümü AZ-İİ seriyalı 344113 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində X16 verilmiş verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1949-cü il təvəllüdlü X21, xx.xx.1977-ci il təvəllüdlü X5 və xx.xx.1989-cu il təvəllüdlü X22 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 97/6 ünvanında yaşayır və qeydiyyatdadır. İddiaçı X5 valideynləri ilə qeydiyyatda olduğu ünvanda yaşayaraq yaşlı ana və atasına qulluq etməklə onların qayğısına qalır və övladlıq borcunu verir. İddiaçı X5 xx.xx.2024-cü il tarixində keçirilmiş sertifikasiya imtahanında iştirak edərək 20 bal toplamışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 268 saylı xüsusi Cavabdeh1in xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində sertifikasiya imtahanında iştirak edə bilməməsi ilə bağlı anası X14 ölüm haqqında şəhadətnaməsini Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə təqdim etməsinə baxmayaraq 27 iyun 2024-cü il tarixli, 70/k nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması qaydalarında göstərilmişdir ki, üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmada keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə üzrlü səbəb dedikdə, 3 konkret hal nəzərdə tutulur: 1. işçinin özünün xəstələnməsi; 2. yaxın qohumunun xəstələnməsi; 3. yaxın qohumunun vəfat etməsi. Qanunvericiliyə əsasən yaxın qohum – arvad (ər), valideynlər, baba və nənələr, övladları və onun tərəfindən övladlığa götürülən şəxslər, doğma (ögey) bacı və qardaşlar, nəvələr, bacı və qardaşın övladı, bacının əri və qardaşın arvadı, dayılar, əmilər, bibilər, xalalar, eləcə də arvadın (ərin) valideynləri, doğma (ögey) bacı və qardaşları sayılır. İddiaçı X5 xx.xx.2024-cü il tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklif”in hazırlanması üçün Mediasiyaya müraciət etmiş və xx.xx.2024-cü il tarixdə “Mediasiya prosesinə müraciət üçün ərizəsi” daxil olmuşdur. Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlamışdır. O, mediasiya prosesindən keçmiş və bu barədə ona mediator X23 tərəfindən xx.xx.2024-cü il tarixdə “X7 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir.
3. xx.xx.2024-cü il tarixdə iddiaçı X1 vəkili-nümayəndəsi Vəkil “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in direktorunun (X4) cavabdeh kimi mülki işə cəlb olunmasını, Əmək və Məşğulluq altsistemində (ƏMAS) X1 əmək müqaviləsinə xitam verilməsi barədə “27 iyun 2024-cü il tarixli, 70/k nömrəli” əmrin sistemdən silinməsi, X1 əmək müqaviləsinin ləğv edilməsi barədə “27 iyun 2024-cü il tarixli, 70/k nömrəli” əmrin ləğv olunması və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, xx.xx.2024-cü il tarixdə iddiaçı X5 “iddia tələbinin dəqiqləşdirilməsi” barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in əlavə cavabdeh kimi mülki işə cəlb olunmasını, Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrinin ləğv edilməsi, onun həmin Cavabdeh1 əvvəlki vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı, nümayəndəsi və vəkilinümayəndəsi xx.xx.2024-cü il tarixli ərizənin nəzərə alınmamasını, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhz xx.xx.2024-cü il tarixli ərizənin məhkəmənin icraatına qəbul edilməsini və həmin ərizədə göstərilmiş Cavabdeh1 cəlb edilməklə, ərizədə qeyd olunmuş tələblərə baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdirlər. Buna görə də xx.xx.2024-cü il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında iddiaçı X5 və nümayəndəsi X17 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.
6. Məhkəmə iclasında iddiaçı X1 vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X18 iddianı qəbul etməyib, iddianın əsasız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
10. Nikahın bağlanması haqqında İ-ЖГ seriyalı 373455 nömrəli şəhadətnamədən görünür ki, X21 ilə X12 nikahı Kirovabad şəhər VVAQ şöbəsində xx.xx.1976-cı il tarixində 561 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Rzayeva” soyadı verilmişdir.
11. Doğum haqqında İV-ЖГ seriyalı 465846 nömrəli şəhadətnamədən görünür ki, X13 xx xxx 1977-ci il tarixdə anadan olmuş, atası X21, anası X19r.
12. Nikah haqqında AZ-İİ seriyalı 003707 nömrəli şəhadətnamədən görünür ki, X17 ilə X6 nikahı 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 29 oktyabr 2014-cü il tarixdə 2230 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “İbrahimova” soyadı verilmişdir.
13. Ölüm haqqında AZ-İİ seriyalı 344113 nömrəli şəhadətnamədən görünür ki, X24 xx.xx.2023-cü il tarixində ölmüşdür.
14. Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in direktoru X2 (işəgötütən) ilə X13 (işçi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə “evdə fərdi təhsil müəllimi” vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir.
15. Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in 27 iyun 2024-cü il tarixli, 70 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən “Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada yuxarıda qeyd edilən qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in ibtidai sinif müəllimi, X5 təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas, 8.06.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Cavabdeh1qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29- 69/3-2-13F-2024 nömrəli əmri olmuşdur.
16. xx.xx.2024-cü il tarixli təkrar sertifikatlaşdırmanın keçirilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı X1 xx.xx.2024-cü il tarixli təkrar imtahanı uğursuz olmuşdur.
17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh1qədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin “təkrar sertifikatlaşdırmadan keçməyənlər” barədə xx.xx.2024-cü il tarixli 3-29- 69/3-2-13F/2024 nömrəli əmrindən görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər təhsil idarələrinə 08 iyun 2024-cü il tarixində keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
18. ******* nömrəli əmək kitabçasında edilmiş 03-04 nömrəli qeydlərdən görünür ki, X5 xx.xx.2012-ci il tarixli, 78 nömrəli Əmrə əsasən xx.xx.2012-ci il tarixdən 268 №-li xüsusi təhsil Cavabdeh1 evdə fərdi təhsil müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixli, 70 nömrəli Əmrə əsasən xx.xx.2024-cü il tarixdən 268 №-li xüsusi təhsil Cavabdeh1in ibtidai sinif müəlliməsi ilə bağlanmış əmək müqaviləsi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmək kitabçası 268 №-li xüsusi təhsil Cavabdeh1in direktoru tərəfindən imzalanmış və möhürlənmişdir.
19. xx.xx.2024-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə işəgötürən Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “70.c, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” əsası ilə xitam verilmişdir.
20. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/13/2024-01067 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, ilkin mediasiya sessiyasında X5 iştirak etsə də, digər tərəf Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi və X10 iştirak etməmişdir. X5 tərəfindən 50 (əlli) manat İMS xərci ödənilmişdir.
21. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı Xidmət və Əməliyyat Mərkəzinin xx.xx.2024-cü il tarixli 316 nömrəli arayışından görünür ki, Nəsimi rayonu 268 saylı xüsusi Cavabdeh1 xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi işləmiş müəllim X3 iyun ayında 15 iş gününə görə 1689.33 manat (min altı yüz səksən doqquz manat otuz üç qəpik) əmək haqqı və 43 təqvim gününə görə 2548.83 manat (iki min beş qırx səkkiz manat səksən üç qəpik) son haqq-hesab hesabalanıb ödənilmişdir.
22. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının: - 4.1. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrların işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. - 4.4. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu tabelik üzrə təhsil idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müsabiqədə müvafiq keçid balını toplayan namizədlər müddətli müqavilə ilə işə qəbul oluna bilərlər. - 5.13. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsil idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir. Nazirliyin göstərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəlim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X5 ilə Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in direktoru arasında bağlanmış (Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in möhürü ilə təsdiqlənmiş) xx.xx.2012-ci il tarixli “əmək müqaviləsi üzrə iddiaçı X5 Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə “evdə fərdi təhsil müəllimi” vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə təşkil edilmiş xx.xx.2023-cü il tarixli sertifikatlaşdırma imtahanında iddiaçı X5 üzrlü səbəbdən (anası X14 vəfat etməsi səbəbindən) iştirak edə bilməmişdir. Buna görə də iddiaçı X5 1 il sonra təkrar sertifikatlaşdırma imtahanına cəlb olunmuşdur. Lakin iddiaçı təkrar sertifikatlaşdırma imtahanında uğursuz olmuş və sertifikatlaşdırmadan keçməmişdir. Buna görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh1qədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmri əsasında Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in direktoru tərəfindən həmin tarixli əmr ilə iddiaçı X1 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilmişdir.
24. İş üzrə iki dəfə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixdə dəqiqləşdirmə barədə ərizə verilsə də, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı, nümayəndəsi və vəkilinümayəndəsi xx.xx.2024-cü il tarixli ərizənin nəzərə alınmamasını, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhz xx.xx.2024-cü il tarixli ərizənin məhkəmənin icraatına qəbul edilməsini və həmin ərizədə göstərilmiş Cavabdeh1 cəlb edilməklə, ərizədə qeyd olunmuş tələblərə baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdirlər. Buna görə də xx.xx.2024-cü il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Həmin ərizəyə əsasən hazırda iddiaçı Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrin ləğv edilməsini, onun həmin Cavabdeh1 əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi isə bu iş üzrə təmsil etdiyi idarənin əsl cavabdeh olmadığını, iddiaçı X1 əmək müqaviləsinin Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in direktorunun əmri əsasında ləğv edildiyini və buna görə də əsl cavabdehin Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1 olduğunu bildirir.
c) Məhkəmənin mövqeyi:
25. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbini 2023-cü ildə keçirilən sertifikatlaşdırma imtahanında məhz üzrlü səbəbdən iştirak etməməsi ilə əsaslandırır. İddiaçının əsaslandırmasına görə o, 2024-cü ildə keçirilən sertifikatlaşdırma imtahanından keçmədiyi halda, ona əlavə şans verilməsi lazım idi. Lakin onun əmək müqaviləsinə xitam verilmişdir.
26. Məhkəmə cavabdehlərə münasibətdə qeyd edir ki, iddiaçının işdən çıxarılmasına əsas olan və hazırkı iddianın əsas predmeti olan əmr Bakı şəhəri 268 nömrəli xüsusi Cavabdeh1 direktorunun verdiyi əmrdir. Eyni zamanda, iddiaçının əmək müqaviləsini bağladığı şəxs, işəgötürən Bakı şəhəri 268 nömrəli xüsusi Cavabdeh1dir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə əsl cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi Cavabdeh1dir.
27. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
28. Qeyd olunan normadan açıq və aydın şəkildə görünür ki, təhsilverən üzrlü səbəbdən sertifikatlaşdırma imtahanında iştirak etmirsə, onun 1 il müddətində iş yeri saxlanılır və təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə haqq qazanır. Hazırkı iş üzrə iddiaçı 2023-cü ildə keçirilən sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak etməmiş və ona təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə imkan yaradılmışdır. İddiaçı X5 təkrar keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin uğurlu nəticə əldə etməmişdir.
29. Qeyd olunan qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı X5 təkrar sertifikatlaşdırmada iştirak edərək müəyyən olunmuş keçid balını toplaya bilməmiş və buna görə də təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur.
30. İddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə qeyd olunan qaydaların 5.4-cü bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq ləğv edilmiş, cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1 tərəfindən əmək qanunvericiliyinin müddəaları pozulmamışdır. Belə olan halda məhkəmə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçı X1 iddiası cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə münasibətdə əsassız olduğuna və tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə isə iş üzrə əsl cavabdeh olmadığına görə rədd edilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin ləğv edilməsinə münasibətdə iddia tələbi rədd edildiyindən onun əsasında yaranan digər iddia tələbləri, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbləri də birbaşa rədd edilməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət Cavabdeh1qədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. - 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. - 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
32. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-1-ci maddəsinə görə Sertifikatlaşdırma – dövlət Cavabdeh1qədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. 33.3.9-cu maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət Cavabdeh1qədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin vəzifələrindən biridir. 36-2.5-ci maddəsinə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6-cı maddəsinə görə təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın: -5.2-ci bəndinə görə üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. -5.3-cü bəndinə görə təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. -5.4-cü bəndinə görə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
36. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X1 cavabdehlər Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
39. İddia təmin edilmədiyinə görə mediasiya xərcləri iddiaçı X3 aid edilməlidir.
Nəticə:
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X1 cavabdehlər Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərcləri iddiaçı X3 aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova