Məhkəmə qərarları › İş №e-2(006)-429/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-429/2023

03.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-429/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - Vəkil, Cavabdehin nümayəndəsi - X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Nürəddin qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi olmaqla cavabdeh "xxxx" ASC-yə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi və işə bərpa» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nürəddin qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidməti, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi olmaqla cavabdeh "xxxx" ASC-yə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” məzmunlu 2.1-ci bəndinin etibarsız hesab edilməsi, cavabdehin, iddiaçının 25 iyul 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək iddiaçının cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin, iddiaçının 28 iyun 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək iddiaçının cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya ödəmədiyi son haqq hesabın hesablanıb, 300 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nürəddin qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 15 may 2017-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 600 manat maaş ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə təyin olunmuş və həmin tarixdən həmin vəzifədə işləmişdir. Həmin Əmək müqaviləsinə 4 il sonra "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixində qəbul etdiyi qətnamə ilə cavabdehin xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmiş, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq ona ödənilməsi və cavabdehdən 290 manat hüquqi xidmət xərcinin əvəzi alınaraq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə və Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi də Azərbaycan Respublikası Ali Məhkəməsinin qüvvəsində saxlanıldı. xx.xx.2022-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qismən icra olundu. Belə ki, cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa olunmuş, lakin ona məcburi iş buraxma ilə bağlı əmək haqqının hamısı ödənilməmişdir. Məcburi iş buraxma ilə bağlı əmək haqqının hamısının ödənilməsi ilə bağlı icra işi Nəsimi rayon icra şöbəsində davam edir. xx.xx.2022ci il tarixindən iddiaçı cavabdehin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsində çalışırdı. xx.xx.2022-ci il tarixində uşağının xəstəliyi səbəbi ilə bülletendə olduğu vaxt (bu barədə e-mail və vatsap yolu ilə işəgötürənə məlumat da vermişdir) onun əmək müqaviləsinə müddəti bitdiyini əsas göstərərək cavabdeh xitam vermişdir. xx.xx.2022-ci il tarixində Tibb müəssisəsi tərəfindən bağlanmış bülleteni cavabdehə təqdim etmiş və işə çıxmışdır. Lakin ona demişlər ki, onun əmək müqavilənizə müddət bitdiyi üçün xitam vermişdir. Bundan sonra iddiaçı e-sosial sisteminə baxmış, lakin həmin məlumatı görə bilməmişdir. Əmri tələb etmiş, əmri də verməmişlər. xx.xx.2022-ci il tarixində internetdən e-sosial sisteminə baxdığı vaxt görmüşdür ki, onun əmək müqaviləsinə xitam verildiyi tarix olaraq xx.xx.2022-ci il tarixi (şənbə günü), xitam səbəbi isə müqavilə müddətinin bitməsi yazılmışdır. Bu o mənaya gəlir ki, cavabdeh özünün xx.xx.2022-ci il tarixli əmrini özü ləğv edib və xx.xx.2022-ci il tarixinə qədər işdə olmuşdur. Bu məlumatı isə e-sosiala xx.xx.2022-ci il tarixində yerləşdirdiyi kimi, ona da həmin yeni Əmri də rəsmi qaydada göndərməmişlər. xx.xx.2022-ci il tarixində internetdən e-sosial sisteminə təkrar baxmış və bu vaxt görmüşdür ki, cavabdeh onun əmək müqaviləsinin xitam tarixi olaraq sistemə xx.xx.2022-ci il tarixini yazmışdır. Bu da onun göstərir ki, xx.xx.2022-ci il tarixində 25 iyul 2022-ci il tarixinə qədər işdə olduğu halda, xx.xx.2022-ci il tarixli məlumata görə 28 iyun 2022-ci il tarixinə qədər işdə olub. Başqa bir ifadə ilə elektron sistemdə olan 10 avqust 2022-ci il tarixli məlumata görə 10 avqust 2022-ci il tarixində rəsmi olaraq işdə olub. 11 avqust 2022-ci ildə onu 25 iyul 2022-ci ildən işdən azad ediblər. 12 avqust 2022-ci ildə isə onu 28 iyun 2022-ci ildən işdən azad ediblər. Bu tutarsızlıqlar cavabdehin Əmək Məcəlləsinin tələblərinə hörmət etmədiyini, onları pozduğunu sübut edir. Başqa bir ifadə ilə bütün bunlar onu da göstərir ki, cavabdeh onun xx.xx.2022-ci il tarixində əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilməyi barədə Əmri məhz xx.xx.2022-ci il tarixində verib. Bu isə Əmək Məcəlləsinin tələblərinə ziddir. Onun, əmək müqaviləsinin müddətinin bitdiyi əsası ilə işdən azad edilməsi barədə cavabdehin əmri qanunvericiliyin tələblərinə ziddir və bu səbəblə ləğv edilməlidir. Belə ki, onun əmək müqaviləsinin müddətinin bitdiyi əsası ilə işdən azad edilməsi barədə cavabdehin əmri Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə ziddir. xx.xx.2022-ci il tarixində işə çıxıb. Cavabdeh onun əmək müqaviləsinə əvvəl xx.xx.2022-ci il tarixində xitam verib. Bülleten təqdim etdiyi üçün cavabdeh, xx.xx.2022-ci il tarixli əmrinin qanuna zidd olduğunu qəbul edib. Lakin bundan sonra 1 həftə ərzində yeni əmr verib onu işdən azad etməyib. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini, xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini bildirib. Bu isə tamamilə qanunsuzdur. Cavabdeh, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 44 gün sonra, xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 45 gün sonra göndərib və qeydiyyata aldırıb. Bu durum onu göstərir ki, cavabdehin, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmr və xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmri hələ xx.xx.2022-ci il tarixində mövcud deyildi, mövcud olsaydı elektron bildirişi göndərərdi. Bundan başqa MyGov elektron sistemindən çıxarılan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli arayışlardan, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, onun əmək müqaviləsi 2022-ci ilin avqust ayının 11-nə qədər hələ də qüvvədə olub. Cavabdeh hakimiyyətindən sui-istifadə edərək onunla müddətli əmək müqaviləsi bağlamışdır. Bu səbəblə cavabdeh ilə onun arasında olan 15 may 2017-ci il tarixli əmək müqaviləsinin müddət ilə bağlı şərti Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz (etibarsız) hesab edilməlidir. Məlum olduğu kimi, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli idi. Buna baxmayaraq cavabdeh təzyiq (mobinq) ilə onunla müddətli əmək müqaviləsi bağlamağa nail olub. Belə ki, həmin müddətli əmək müqaviləsini imzalamasaydı təbii ki, cavabdeh onu işə götürməyəcəkdi. Evli və iki az yaşlı uşaq anası kimi məcbur qalaraq həmin əmək müqaviləni bağlayıb. Belə bir durumda həmin müddətli əmək müqaviləsinin bağlanmasında onun razılığı olduğunu irəli sürmək qəbul edilməzdir. Həmin müqavilə hər il 1 il müddətinə uzadılaraq 5 il davam edib. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə ona xitam verilib. Bütün bunlar onun göstərir ki, cavabdehin onunla bağladığı 15 may 2017-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndi, yəni, “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” şərti Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin imperativ tələbinə zidd olduğu üçün əhəmiyyətsiz hesab edilməlidir. Məlum olduğu kimi, cavabdeh ilə onun arasında əmək münasibətləri xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsi ilə başlanıb və həmin müqavilə xx.xx.2022-ci il tarixinə (əslində xx.xx.2022-ci il tarixinə) qədər, yəni 5 il 1 ay 13 gün fasiləsiz olaraq qüvvədə qalıb. Yəni cavavdeh ilə onun arasında olan əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab olunur. Müddətsiz əmək müqaviləsini isə müddəti bitdiyi əsası (Əmək Məcəlləmizin 73-cü maddəsi) ilə xitam vermək qanunvericiliyin tələblərinə ziddir. Məlum olduğu kimi, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilən məlumat əsasında öyrənib. Onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində xitam verildiyini xx.xx.2022-ci il tarixində elektron sistemə yerləşdirilən məlumat əsasında öyrəndiyi üçün bu səfər xx.xx.2022-ci il tarixində həmin əmrlərin ləğv edilməsi barədə mediasiya prosesini başlatdı və bu mediasiya prosesi üzrə İcbari Mediasiya iclası xx.xx.2022-ci il tarixində keçirildi, lakin cavabdeh həmin iclasda da iştirak etmədi. Ona xx.xx.2022-ci il tarixli Mediasiya Arayışı təqdim olunmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Nürəddin qızı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətin “SUMQAYİT” və “ƏCƏMİ” filiallarının aparıcı sığorta əməliyyatçısı vəzifələrində çalışmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla 1 il müddətinə bağlanılmışdır. İddiaçı 13 may 2022-27 may 2022-ci il tarixlərini əhatə edən əmək qabiliyyətinin olmaması haqqında vərəqəni Cəmiyyətə təqdim etmişdir. Bu səbəblə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə həmin məcəllənin 73-cü maddəsinə əsasən xitam verilməmişdir. Bundan sonra sonuncu əmək qabiliyyətinin olmaması haqqında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərini əhatə edən növbəti vərəqəni Cəmiyyətə təqdim etmişdir. Həmin vərəqəyə əsasən İddiaçı işə çıxmalı olduğu tarix xx.xx.2022-ci il tarixinə təsadüf edirdi. Bundan sonra Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı qızına xx.xx.2022-ci il tarixli, AS-22/608 saylı məktubla müraciət olunmuşdur. Həmin məktubda "xxxx" ASC bildirir ki, Sizinlə Cəmiyyətimiz aranızda bağlanmış əmək müqaviləsinin müddəti sizin əmək qabiliyyətinizi müvəqqəti itirdiyiniz dövrdə başa çatmışdır. Cəmiyyətimizə təqdim etdiyiniz əmək qabiliyyətinin olmaması barədə TƏBİB “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi 1 nömrəli X2 ******* nömrəli arayışdan görünür ki, Siz xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə əmək qabiliyyətinizi itirdiyiniz üçün işdən azad edilmisiniz və xx.xx.2022-ci il tarixdə işə çıxmalı idiniz. Qeyd olunanlara baxmayaraq Siz nə xx.xx.2022-ci ildə, nə xx.xx.2022-ci ildə hər hansı üzrlü səbəbi təsdiq edən sənəd təqdim etmədən işə çıxmamısınız. Bildiyiniz kimi, Sizinlə bağlanmış əmək müqaviləsinin müddəti xəstələndiyiniz üçün əmək qabiliyyətini itirdiyiniz dövrdə bitmişdir. Bildirmək istəyirik ki, Sizinlə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi Sizin xəstəliklə bağlı əmək qabiliyyətinizi itirdiyiniz dövrə təsadüf etdiyindən AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən işə çıxmalı olduğunuz gündən etibarən işəgötürənin müəyyən eldiyi gündə, lakin bir təqvim həftəsi keçməmiş əmək müqaviləsinə xitam verilə bilər.” qeyd olunmuşdur. Bundan sonra sonuncu Cəmiyyətə şifahi şəkildə xəstəlik dövrünün uzanması ilə bağlı məlumat versə də hər hansı bu halı təsdiq edən sənəd təqdim etməmişdir. "xxxx" ASC tərəfindən Əmək Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri gözlənilməklə, həmçinin rəsmi sənəd vermə ehtimalı nəzərə alınmaqla normada işəgötürən tərəfindən müəyyən etdiyi gün kimi xx.xx.2022-ci il (yəni sonuncu gün) tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi bu mərhələyə qədər işəgötürən qanunvericiliyin bütün tələblərinə əməl etmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra İddiaçı Cəmiyyətə yenidən əmək qabiliyyətinin olmaması haqqında vərəq təqdim etmişdir. Bundan sonra həmin vərəq nəzərə alınmaqla növbəti ilk iş günü, yəni xx.xx.2022-ci il tarixdə yeni əmrlə əmək müqaviləsinə xitam verilmişdir. “Əmək müqavilələrinin elektron informasiya sistemində” işəgötürən tərəfindən geri tarixə düzəliş edilə bilmədiyi üçün bu halın elektron informasiya sistemində də düzəldilməsi üçün elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən X7 də əmrlə göndərilməklə məktubla müraciət edib “Əmək müqavilələrinin elektron informasiya sistemində” düzəlişin edilməsi üçün köməklik istənilmişdir. Bundan sonra E-govda da düzəliş edilərək İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci (yəni əmək müqaviləsinin müddətinin başa çatdığı tarixdə işçi xəstəliyi ilə bağlı işdə olmadığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən bu tarixə təsadüf edir) il tarixdə xitam verilmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən əmək qanıınvericiliyinin tələbləri vaxtında və tam qanuni şəkildə icra edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2-ci maddəsi tam olaraq qanunidir. Əmək Məcəlləsinin 45ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan başqa, Mülki Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Həmin Məcəllənin 354-cü maddəsində “əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.” qeyd olunmuşdur. Bu da o deməkdir ki, iddiaçı tərəf ümumiyyətlə iddia tələbi müddətini çoxdan ötürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndəsi X8 iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2017-ci il tarixli 37 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı xx.xx.2017ci il tarixdən cavabdehin “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə qəbul edilmiş və müqavilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 il müddətinə müddətli bağlanmışdır. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli AS-K-22/106A saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. "myGov" elektron hökumət portalından çıxarışdan görünür ki, iddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il tarixlər göstərilmişdir. 0652441 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmiş və işə başlama tarixi xx.xx.2022-ci il tarix nəzərdə tutulmuşdur. Azərbaycanın Vahid Sosial Reyestrindən (e-sosial) çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçı xx.xx.2017-ci il tarixli xxxxxxx000303 nömrəli əmək müqaviləsinə əsasən işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir. Azərbaycanın Vahid Sosial Reyestrindən (e-sosial) çıxarışdan görünür ki, iddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il, müqaviləyə xitam tarixi xx.xx.2022-ci tarixlər göstərilmişdir. Azərbaycanın Vahid Sosial Reyestrindən (e-sosial) çıxarışdan görünür ki, iddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il, müqavilənin bitmə tarixi xx.xx.2022-ci il, müqaviləyə xitam tarixi xx.xx.2022-ci tarixlər göstərilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin Bakı şəhəri idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli AS- 22/651 saylı, xx.xx.2022-ci il tarixli AS-22/687 saylı və xx.xx.2022-ci il tarixli AS-22/707 saylı məktublarından görünür ki, "xxxx" ASC ilə "ƏCƏMİ” filialının aparıcı sıgorta əməliyyatçısı İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndinə əsasən həmin məcəllənin 73-cü maddəsi nəzərə alınmaqla 17 iyun 2022-ci il tarixdə xitam verilmişdir. Bundan sonra İddiaçı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "Sumqayıt Tibb Mərkəzi” 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin verdiyi ******* saylı əmək qabiliyyətinin olmaması haqqında vərəqi Cəmiyyətə təqdim etmiş və müəyyən olunmuşdur ki, xəstəlik müddəti əmək müqaviləsinin xilam verilməsindən sonra 2 dəfə uzadılmışdır. Qeyd olunan əmək qabiliyyətinin olmaması vərəqindən də göründüyü kimi İddiaçı işə çıxmalı olduğu gün kimi 25 iyun 2022-ci il tarixi qeyd olunmuşdur. "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsi üçün müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına mərkəzləşdirilmiş elektron informasiya sisteminə xitamla bağlı daxil edilmiş xxxxxxx0003X1 nömrəli əmək müqaviləsi bildirişi etibarsız edilmişdir. Yeni bildirişin sistemə daxil edilməsinin təmin olunmalıdır. xx.xx.2022-ci il tarixli 004748 saylı Ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən 666,29 manat məbləğində son haqq-hesab iddiaçıya ödənilmişdir. xx.xx.2023-cü il tarixli 000530 saylı Ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən 171,90 manat məbləğində xəstəlik vərəqəsi üzrə vəsait iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: d) əmək müqaviləsinin müddəti; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1, 2, 3 və 5-ci bəndlərinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 37 nömrəli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən cavabdehin “Sumqayıt” filialının aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə qəbul edilmiş və müqavilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 il müddətinə müddətli bağlanmış və 2022-ci ilin 15 may tarixinədək əmək müqaviləsinin müddəti hər il uzadılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bülletendə olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdən işə başlamış və cavabdeh, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən (iddiaçının işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermiş və bu barədə bildiriş "Əmək müqavilələrinin elektron informasiya sistemində" yerləşdirilmişdir. Lakin iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bülletendə olması barədə sənəd təqdim etmiş və xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixli əmri ləğv edərək, xx.xx.2022-ci il tarixli AS-K-22/106A saylı əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən (iddiaçının işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermişdir. Cavabdeh xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidməti xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək, İddiaçı adına mərkəzləşdirilmiş elektron informasiya sisteminə xitamla bağlı daxil edilmiş xxxxxxx0003X1 nömrəli əmək müqaviləsi bildirişi etibarsız edildiyini və yeni bildirişin sistemə daxil edilməsinin təmin olunmasını bildirmişdir. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə "Əmək müqavilələrinin elektron informasiya sistemində" iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinə müvafiq düzəlişi etmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kimi göstərmişdir ki, “cavabdeh onun əmək müqaviləsinə əvvəl xx.xx.2022-ci il tarixində xitam verib. Bülleten təqdim etdiyi üçün cavabdeh, xx.xx.2022-ci il tarixli əmrinin qanuna zidd olduğunu qəbul edib. Lakin bundan sonra 1 həftə ərzində yeni əmr verib onu işdən azad etməyib. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini, xx.xx.2022-ci il tarixində Əmr verərək onu xx.xx.2022-ci il tarixində işdən azad etdiyini bildirib. Bu isə tamamilə qanunsuzdur. Cavabdeh, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 44 gün sonra, xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə 45 gün sonra göndərib və qeydiyyata aldırıb. Bu durum onu göstərir ki, cavabdehin, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmr və xx.xx.2022-ci il tarixindən xitam verildiyi barədə əmri hələ xx.xx.2022-ci il tarixində mövcud deyildi, mövcud olsaydı elektron bildirişi göndərərdi. Bundan başqa MyGov elektron sistemindən çıxarılan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli arayışlardan, İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, onun əmək müqaviləsi 2022ci ilin avqust ayının 11-nə qədər hələ də qüvvədə olub.” Məhkəmə iddiaçının istinad etdiyi hallarla bağlı aşağıdakıları qeyd edir: Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, iddiaçı tərəfindən həmin tarixdə bülletendə olması barədə sənəd təqdim edildikdən sonra cavabdeh həmin əmri ləğv etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işə başladıqdan sonra onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam vermişdir. Göründüyü kimi əmək müqaviləsinin müddəti qurtardığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmuşdur. "Əmək müqavilələrinin elektron informasiya sistemində" göstərilmiş tarixlərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublardan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməklə "Əmək müqavilələrinin elektron informasiya sistemində" müvafiq düzəlişin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidməti isə həmin müraciətlərə xx.xx.2022-ci il tarixdə cavab vermiş, cavabdeh isə xx.xx.2022-ci il tarixdə müvafiq düzəlişləri etmişdir. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinin "Əmək müqavilələrinin elektron informasiya sistemində" xx.xx.2022-ci il tarixədək qüvvədə olması kimi göstərilməsi yalnız müvafiq yazışmalara görə olmuşdur ki, bu hal iddianın təmin olunması üçün əsas ola bilməz. Azərbaycanın Vahid Sosial Reyestrində (e-sosial) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam tarixinin xx.xx.2022-ci tarix göstərilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd olunan halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndəsi izahatında bildirdi ki, sistemdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəyişiklik yalnız onlardan icazə alındıqdan sonra edilə bilər və sistemə məlumatlar yalnız onların razılığı ilə vurulur. xx.xx.2022-ci il tarixli düzəlişlə bağlı cavabdeh tərəfindən onlara hər hansı müraciət olunmamışdır və o, texniki səhv olmuşdur. Göründüyü kimi "Əmək müqavilələrinin elektron informasiya sistemində" müqavilənin xitam tarixinin xx.xx.2022-ci il göstərilməsi cavabdehin hərəkətləri ilə bağlı olmadığından, habelə cavabdeh tərəfindən həmin tarixli hər hansı əmrin qəbul edilməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmadığından iddia göstərilən hissədə əsassızdır. Bundan başqa, iddiaçı iddia ərizəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə istinad etmişdir. Həmin normaya əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi normanın tələbi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi üzrə münasibətlərə aiddir. Hazırki iş üzrə isə göstərilən normanın tətbiq olunması üçün əmək müqaviləsinin xx.xx.2017-ci il tarixdə bağlandığını nəzərə aldıqda 5 ilin tamam olduğu xx.xx.2022-ci tarixdən sonra əmək münasibətləri davam etdirilmiş olmalıdır. Lakin işin hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən (müqavilənin müddəti qurtarmamış) xx.xx.2022-ci il tarixədək bülletendə olmuş, xx.xx.2022-ci il tarixdən işə başlamış və xx.xx.2022-ci il tarixdə (bir həftə keçməmiş) əmək müqaviləsinə xitam verilmişdir. Yəni iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam etməmişdir ki, bu halda məhkəmə hesab edir ki, göstərilən norma hazırki mübahisəyə münasibətdə tətbiq oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, əmək müqaviləsinin müddəti qurtardığına görə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə istinad edilməklə xitam verilməsi qanuni və əsaslı olduğundan iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilə baglanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə baglandıqdan sonra uzun müddət onun şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə xx.xx.2017-ci ildə baglanmış, lakin həmin tarixdən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin Baglanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında Baglanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin 2.1-ci bəndinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər əmrlərin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələblər üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar