Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-429/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X29 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh2 nümayəndəsi X17, Cavabdeh1 vəkili-nümayəndəsi, digər Cavabdeh2 vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmətin göstərilməsinə dair cavabdehlər Cavabdeh1 841.50 manat, Cavabdeh2 1034 manat olmaqla, cəmi 1875,5 (bir min səkkiz yüz yetmiş beş manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 39.40 (otuz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin ünvan 1 ünvanındakı 16 mərtəbəli (+mansarda) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi 2 səviyyəli qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı qaraj) mövcud (məskunlaşdırılmış) vəziyyətdə 2015-ci il tarixində istismara qəbul edilmiş və Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2015-ci il tarixli sərancamı ilə dövlət qəbul komissiyasının aktı təsdiq edilmişdir. Bina istismara qəbul edildikdən sonra, sözügedən binanın mənzilləri müxtəlif şəxslərə satılmış və sakinlər də mənzilləri aldıqdan sonra onlar tərəfindən özəlləşdirilmişdir. Bundan sonra xx.xx.2022-ci ildə "xxxx" sakinləri könüllü olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradaraq xx.xx.2022-ci il tarixində dövlət qeydiyyatına aldırmışlar. "xxxx" MMMC xx.xx.2022-ci il tarixində müvafiq xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMC ilə müqavilə bağlamışlar. "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli 01-22 saylı iclas protokoluna görə sakinlər mənzilin hər kvadrat metrinə görə 0.40 manat (qırx qəpik), xx.xx.2023-cü il 01-22 saylı iclas protkoluna görə isə xx.xx.2023-cü ildən 0.50 manat (əlli qəpik) xidmət haqqı ödəməlidirlər. Həmin xidmət haqqında binanın təmiz və abad saxlanılması, cari təmir xərcləri, liftin təmiri, işçilərin əmək haqqları, mərkəzi istilik sistemi, su nasosxanasının və içməli hovuzunun yuyulması və dezinfeksiyası, mühafizəçilərin əmək haqqları və s. daxildir. İddiaçı MMC öz üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, lakin Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan sahəyə uğun yaşayış kompleksinin saxlanması üçün təyin edilən ödənişlərin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edərək xəbədarlıq edilmələrinə baxmayaraq öhdəliklərini icra etməmişlər. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. İddiaçının binanın saxlanılması üçün tələb olunan xərclərin cavabdehdən tutulmasını tələb etməyə subyektiv hüququ var. Cavabdehlər Cavabdeh2 vəkili və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini məhkəmən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlərin yaşadığı və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti 40A ünvanında yerləşməklə 2005-ci ildə inşasına başlanmış çoxmənzilli bina 2015-ci ildə istismara qəbul edilmiş və kobud qanun pozuntuları (ən başlıcası isə “kommunal xidmət haqqı” ilə bağlı məsələlər üzrə) ilə idarə edildiyinə görə xx.xx.2021-ci il tarixədək olan dövrdə bina sakinləri ilə kooperativ arasında çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Həmin məhkəmə çəkişmələri zamanı tərəflər arasında kommunal xidmətlərə dair müqavilə mövcud olmadığına görə "xxxx" MTK-nın “kommunal xidmət haqları üzrə borc tələbinin rədd edilməsi barədə” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5313/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2894/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-972/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnamələri olmaqla, 5 (beş) məhkəmə qətnaməsi mövcuddur. İddia tələbinin hüquqi əsaslarına cavab olaraq qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin tələbinə qətiyyən riayət edilmədən, yəni kobud pozuntularla çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 11 nəfərdən ibarət idarə heyəti seçilmişdir. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin 11 nəfərdən ibarət idarə heyəti üzvlərinin seçildiyi xx.xx.2021-ci il tarixli yığıncağın qərarı cəmi 29 nəfərin iştirakı ilə keçirilmiş və qərar qəbul edilmişdir. Hansı ki, çoxmənzilli binanın iki yüzə yaxın sahə mülkiyyətçisi vardır və göründüyü kimi, Mənzil Məcəlləsinin tələbi pozulmaqla qərar qəbul edilmişdir. Eləcə də qeyd edilməlidir ki, səlahiyyətli olmayan yığıncaqda 11 nəfərdən ibarət idarə heyətinin üzvləri və sədr seçilmişdir. Lakin idarə heyətinə üzv seçilmiş şəxslərin heç biri çoxmənzilli binada sahə mülkiyyətçisi olmamışdır. Digər tərəfdən, idarə heyətinin üzvləri xx.xx.2021-ci il tarixdə seçildikləri halda, “Xidmətlərin göstərilməsi haqqında” Müqaviləni xx.xx.2021-ci il tarixdə imzalamışlar. Belə olan halda “11 nəfərdən ibarət idarə heyətinin üzvləri” ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” Müqavilənin ümumiyyətlə hüquqi qüvvəsi mövcud deyil. Digər tərəfdən, Mənzil Məcəlləsinin tələbinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində “Ümumi yığıncağın qərarı əsasında fəaliyyət göstərən 11 nəfərdən ibarət idarə heyətinin üzvləri” ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə istinad edilməsi tamamilə əsassız və qanunsuzdur. Habelə qeyd edilməlidir ki, "xxxx" MMMC dövlət qeydiyyatına alındıqdan sonra Mənzil Məcəlləsinin tələbləri pozulmaqla, yəni qanunla müəyyən edilmiş prosedur qaydalar çərçivəsində ümumi yığıncaq keçirilmədən 11 nəfər şəxs özlərini idarə heyətinin üzvləri elan edərək xx.xx.2022-ci il tarixdə idarə heyətinin iclasını keçirmişlər. Həmin iclasda Mənzil Məcəlləsinin müxtəlif maddələri kobud şəkildə pozulmaqla idarə heyətinin səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qərarlar qəbul edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin X25 xx.xx.2022-ci il tarixli, 01/22 saylı protokolunun gündəliyinə digər məsələlərlə yanaşı binanın idarə edilməsi üsulunun seçilməsi və kommunal xidmət haqqının miqdarının müzakirə edilməsi məsələləri də daxil edilmişdir. İclas binanın idarəedici təşkilat tərəfindən idarə olunması üsulunu seçmiş, binanın idarə olunmasının İddiaçı MMC-yə həvalə olunması və kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən “Bakı şəhərindəki təcrübə nəzərə alınaraq” satış müqaviləsindəki hər kv.metr üçün 0,40 manat, xx.xx.2023-cü ildən isə 0.50 manat (əlli qəpik) təyin edilməsi barədə qərar qəbul etmişdir. Nəticədə, İdarə Heyəti xx.xx.2022-ci il tarixli iclasda binanın idarə olunması üsulunu seçməklə, ikinci bir idarəedici təşkilat dəvət etməklə, ümumi yığıncaq keçirilmədən idarə heyəti formalaşdırmaqla və kommunal xidmət haqlarının məbləğini təyin etməklə Mənzil Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. "xxxx" MMMC-nin idarə heyətinin sədri ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” 01/22 saylı Müqavilə ilə bağlı qeyd edilməlidir ki, həmin müqavilə idarə heyətinin sədri ilə deyil, hər bir sahə mülkiyyətçisi ilə bağlanmalıdır. Nəticədə, qeyd olunanlara əsasən İddiaçı MMC xx.xx.2021-ci il tarixdən hal-hazıradək olan dövrdə binanın idarə edilməsində qanunsuz fəaliyyət göstərmişdir. Mübahisə üzrə hüquqi məsələlərlə bağlı habelə qeyd edilməlidir ki, analoji iş üzrə, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Röya Məhərrəmovadan kommunal xidmətlərə görə 5,760 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2019-cu il tarixli qətnaməsi ilə "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək borcun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, R.Məhərrəmova tərəfindən 2013-cü ilədək kommunal xərclərin ödənilməsini təsdiq edən müvafiq qəbzlərin mövcudluğu onun "xxxx" Mənzil-Tikinti Kooperativi və onun xidmət üzrə fəaliyyətinin davamçısı olan "xxxx" MMMC ilə müqavilə münasibətlərində olmasına dəlalət edir. Ali Məhkəmənin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh R.Məhərrəmovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan şikayətə baxan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında formalaşan hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin müddəalarından göründüyü kimi, "xxxx" MTK-nın ləğvi və yeni hüquqi şəxsin yaradılması cəmiyyətin təsisçiləri arasında fəaliyyətlə bağlı yeni müqavilənin bağlanmasını tələb etdiyindən yeni yaradılmış "xxxx" MMMC onun hüquqi varisi kimi çıxış edə bilməz. Nəticədə, tərəflər arasında “Kommunal xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmadığına görə "xxxx" MMMC-nin Röya Məhərrəmovaya qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İddiaçı MMC tərəfindən kommunal xidmətlərə görə cavabdehlərin borcunun olduğu, öhdəliyi icra etmədikləri iddia edilsə də, cavabdehlərin həmin cəmiyyət qarşısında heç bir öhdəlikləri yoxdur. Çünki cəmiyyət ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsinə dair hər hansı bir müqavilə bağlanmamışdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Mülki Məcəllənin göstərişlərinə rəğmən, tərəflər arasında kommunal xidmətlərə dair müqavilə imzalanmadığı halda cavabdehlərin üzərinə kommunal xidmət haqqı ödənilməsi öhdəliyinin qoyulması tamamilə əsassızdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X22 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi, digər Cavabdeh2 vəkili Vəkil iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" MTK (kooperativ) ilə Cavabdeh1 (payçı) arasında bağlanmış kooperativ mənzil tikinti haqqında 04 dekabr 2010-cu il tarixli 151 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini “Kooperativ” tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda “Payçı”ların vəsaiti hesabına inşa ediləcək 100 saylı mənzil təşkil edir. “Kooperativ” inşa ediləcək binanın İİ giriş, XV mərtəbə, 100 saylı mənzilini “Payçı”ya verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsinin 187,0 kv.m. olması qeyd edilmişdir. "xxxx" MTK (kooperativ) ilə Cavabdeh2 (payçı) arasında bağlanmış kooperativ mənzil tikinti haqqında 11 fevral 2012-ci il tarixli 166 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini “Kooperativ” tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 163 saylı mənzili təşkil edir. “Kooperativ” inşa ediləcək binanın İİİ giriş, Xİİİ mərtəbə, 163 saylı mənzilini “Payçı”ya verməyi öhdəsinə götürmüş, mənzilin ümumi sahəsinin 163,0 kv.m. olması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, b. 40a, mənzil 100-ün (reyestr nömrəsi: **********42-05301-093001) ümumi sahəsi 183.1 m2, hüquq subyekti Cavabdeh1dur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0676383) görünür ki, ünvan 6, ümumi sahəsi 183.1 kv.m olan 100 nömrəli mənzil (reyestr nömrəsi: **********42-05301-093001, qeydiyyat nömrəsi: **********) xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2344 nömrəli reyestr kitabının 218251 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, b. 40a, giriş-3, m. 163ün (reyestr nömrəsi: **********42-05301-093015) ümumi sahəsi 147.0 m2, hüquq subyekti Cavabdeh2dır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 1151021) görünür ki, ünvan 6, ümumi sahəsi 147.0 kv.m olan 163 nömrəli mənzil (reyestr nömrəsi: **********42-05301-093015, qeydiyyat nömrəsi: **********) xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2727 nömrəli reyestr kitabının 254162 nömrəli vərəqində tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6 X16 Şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (qeydiyyat № 1122-MM9-0245) xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 01 nömrəli protokolundan görünür ki, 196 nəfər bina üzvündən 105 nəfər sahə mülkiyyətçisi ümumi yığıncaqda iştirak etmiş, çoxmənzilli binanın idarəetmə üsulu olaraq binanın sahə mülkiyyətçilərinin bilavasitə özləri tərəfindən idarəedilməsinin müəyyən edilməsi, İdarə heyətinin formalaşdırılması, X8, X10, X11, X5, X13 İdarə heyətinin üzvləri, üzvlərin siyahısından X8 İdarə heyətinin sədri seçilməsi yekdilliklə qərara alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Təsis yığıncağının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 196 nəfər sahə mülkiyyətçisindən 146 nəfər "xxxx" MMMC-nin: - təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi və nizamnamənin imzalanması səlahiyyətinin X12 həvalə edilməsi; - idarəetmə orqanlarının müəyyən edilməsi (MMMC-nin ali idarəetmə orqanı olan iştirakçıların ümumi yığıncağı, MMMC-nin İdarə heyətinin üzvlərinin X14, X18 və X19, İdarə heyəti sədrinin X8, Təftiş Komissiyasının üzvlərinin X8 və X4); - hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olmasının müəyyən edilməsi; - Dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, bununla bağlı bütün zəruri sənədlərin imzalanması (digər şəxsə etibarnamə vermək hüququ ilə) üzrə səlahiyyətli şəxs X3 yekdilliklə qərara almışlar; "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli X25 protokolundan görünür ki, ... binanın idarə olunmasının İddiaçı MMC-yə həvalə olunması, kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər kv.metr üçün 0,40 AZN təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqlar aparmağın Aşur Ağayevə həvalə edilməsi ... qərara alınmışdır; "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (Sifarişçi) ilə İddiaçı (İcraçı) arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 01/22 nömrəli müqavilənin: 1-ci bəndindən görünür ki, İcraçı Sifarişçinin tapşırığına əsasən Sifarişçinin göstərdiyi və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən Sifarişçiyə aid yaşayış kompleksinə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini həyata keçirir, Sifarişçi isə İcraçıya bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür. Sifarişçi İcraçıdan bu Müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu Müqavilənin 4.1-ci maddəsində qeyd edilən xidmət haqqında əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər; 2-ci bəndindən görünür ki, xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçinin sifariş verdiyi xidmətlərin göstərilməsini həyata keçirir. İcraçı bu Müqavilənin qüvvədə olduğu müddət ərzində Xidmətləri icra etməlidir. Xidmətlərin göstərilməsi haqqında müqaviləyə xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, yaşayış kompleksində aylıq kommunal ödəniş hər kv.m. üçün 0.40 AZN müəyyən olunmuşdur. İcraçı tərəfindən sifarişçiyə göstərilən xidmət və işlərin siyahısı aşağıdakılardan ibarətdir: - su nasosxanasına xidmətə nəzarət; - liftlərə texniki xidmətə nəzarət; - elektrik otaqlarına nəzarət; - yanğından mühafizə sistemlərinə nəzarət; - usta xidmətləri (elektrik, santexnik, boya və s.); - 24 saat ərazidə ümumi əmlakın mühafizəsinin təşkili və nəzarət; - binanın giriş-çıxışına video nəzarət; - əraziyə buraxılış işinin düzgün təşkili və nəzarət; - abadlıq işləri; - ümumi həyətyanı sahələrin, blok və mərtəbələrin təmizlənməsinə nəzarət; - məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət; - içməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; - binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət; - idarəetmə xidmətlərinin düzgün təşkili və nəzarət; - kommunal ödənişlərin yığımının təşkili, yığıma nəzarət və sifarişçiyə lazımi kömək və dəstəyin göstərilməsi. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01/22 nömrəli X25 protokolundan görünür ki, ... kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m2 üçün 0.50 AZN təyin edilməsi, kommunal xidmət haqqını ödəməyən mənzil mülkiyyətçiləri ilə sonuncu danışıqlar aparmağın Aşur Ağayevə həvalə edilməsi qərara alınmışdır; Göstərilmiş xidmətlərin haqqının ödəniş qrafikindən görünür ki: 100 saylı mənzilin sahibi Cavabdeh1 tərəfindən 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə 74,8 AZN, dekabr ayı üzrə 65 AZN ödənilmiş, 2023-cü il üzrə isə ödəniş edilməmişdir; 163 saylı mənzilin sahibi Cavabdeh2 tərəfindən 2022-ci ilin iyul ayından etibarən ödəniş edilməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, kommunal xidmətlərə görə yaranmış 579.7 manat borcun 2023-cü ilin iyul ayının sonunadək ödənilməsi xahiş edilmiş, əks təqdirdə göstərilən kommunal xidmətlərin haqqının ödənilməsinin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, kommunal xidmətlərə görə yaranmış 1034 manat borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 39,00 manat rüsum ödənilmişdir. İddiaçı MMC-nin arayışından görünür ki, kommunal xidmətlərə görə Nəsimi rayonu, Xətai pr. 40A ünvanında yerləşən çoxmənzilli binanın: 1) 100 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1 xx.xx.2023-xx.xx.2023-cü il tarixlər üzrə 953,70 AZN; 2) 163 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2022-xx.xx.2022-ci il tarixlər üçün, natamam ödənişlər 64 AZN, xx.xx.2022-xx.xx.2023-cü il tarixlər üçün 1222,5 AZN olmaqla, cəmi 1286,5 AZN borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında inşa ediləcək ümumi sahəsi 187 m2 olan mənzilin Cavabdeh1; MTK ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, MTK tərəfindən həmin ünvanda inşa ediləcək ümumi sahəsi 163 m2 olan mənzilin isə Cavabdeh2 verilməsi barədə razılığa gəlinmiş və MTK tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Belə ki, ünvan 6 ünvanında yerləşən 100 nömrəli mənzil xx.xx.2015-ci ildən Cavabdeh1, həmin ünvanda yerləşən 163 nömrəli mənzil isə xx.xx.2017-ci ildən Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda onların mülkiyyətlərindədir. Bina istismara verildikdən sonra sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli iclasında 196 nəfər bina üzvündən 105 nəfər sahə mülkiyyətçisi iştirak edərək, binanın sahə mülkiyyətçilərinin bilavasitə özləri tərəfindən idarəedilməsinin müəyyən edilməsi, idarə heyətinin formalaşdırılması, X8, X10, X11, X5, X13 İdarə heyətinin üzvləri, üzvlərin siyahısından X8 İdarə heyətinin sədri seçilməsi yekdilliklə qərara alınmışdır. Bundan sonra xx.xx.2022-ci ildə qəbul edilmiş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis yığıncağının qərarı ilə 196 nəfər sahə mülkiyyətçisindən 146 nəfər "xxxx" MMMC-nin təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi və nizamnamənin imzalanması səlahiyyətinin X12 həvalə edilməsi, idarəetmə orqanlarının müəyyən edilməsi (MMMC-nin ali idarəetmə orqanı olan iştirakçıların ümumi yığıncağı, MMMC-nin İdarə heyətinin üzvlərinin X14, X18 və X19, İdarə heyəti sədrinin X8, Təftiş Komissiyasının üzvlərinin X9 və X4), hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olmasının müəyyən edilməsi, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, bununla bağlı bütün zəruri sənədlərin imzalanması (digər şəxsə etibarnamə vermək hüququ ilə) üzrə səlahiyyətli şəxs X3 yekdilliklə qərara almışlar. Beləliklə, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında binanın idarə olunmasının İddiaçı MMC-yə həvalə olunması, kommunal xidmət haqlarının xx.xx.2022-ci il tarixdən Bakı şəhərindəki təcrübə nəzərə alınaraq satış müqaviləsindəki hər kv.metr üçün 0,40 AZN təyin edilməsi qərara alınmış və xx.xx.2022-ci ildə MMMC ilə İddiaçı MMC arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə və onun ayrılmaz tərkib hissəsi hesab edilən əlavəyə görə, iddiaçı cavabdehlərə məxsus mənzilin yerləşdiyi çoxmənzilli binada su nasosxanasına xidmətə, liftlərə texniki xidmətə, elektrik otaqlarına, yanğından mühafizə sistemlərinə nəzarət, usta xidmətləri (elektrik, santexnik, boya və s.), 24 saat ərazidə ümumi əmlakın mühafizəsinin təşkili və nəzarət, binanın giriş-çıxışına video nəzarət, əraziyə buraxılış işinin düzgün təşkili və nəzarət, abadlıq işləri, ümumi həyətyanı sahələrin, blok və mərtəbələrin təmizlənməsinə nəzarət, məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarət, içməli su hovuzunun yuyulması və dezinfeksiyası işlərinin təşkili və nəzarət; binada dezinfeksiya və deratizasiya işlərinə nəzarət, idarəetmə xidmətlərinin düzgün təşkili və nəzarət, kommunal ödənişlərin yığımının təşkili, yığıma nəzarət və MMMC-yə lazımi kömək və dəstəyin göstərilməsi ilə bağlı xidmətlərin göstərilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əlavə ilə müəyyənləşdirilən kommunal xidmətlərin göstərildiyini cavabdehlər mübahisələndirmirlər. Buna baxmayaraq, Cavabdeh1 2022-ci ilin iyul-noyabr ayları üzrə hər ay 78,80 manat, dekabr ayı üzrə 65 manat ödəniş etmiş, 2023-cü ildə isə ödəniş etməmişdir. Digər Cavabdeh2 isə 2022-ci ilin iyul ayınadək ödənişlər etsə də, iyul ayından etibarən ödəniş etməmişdir. MMMC-nin İdarə Heyətinin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında kommunal xidmət haqlarının xx.xx.2023-cü il tarixdən hər m2 üçün 0.50 AZN təyin edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən cavabdehlərə göstərilmiş kommunal xidmətlərin əvəzinin ödənilməsi barədə yazılı qaydada xəbərdarlıq verilsə də (Cavabdeh1 xx.xx.2023-cü, Cavabdeh2 xx.xx.2023-cü ildə), cavabdehlər heç bir ödəniş etməmişlər. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə cavabdehlər Cavabdeh1 841.50 manat, Cavabdeh2 isə 1034 manat məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin onlardan müştərək qaydada tutulmasını xahiş edir. Cavabdehlər isə binanın idarə edilməsi ilə bağlı MMMC tərəfindən həyata keçirilmiş proseslərin, eyni zamanda, kommunal xidmətlərin göstərilməsinin iddiaçıya həvalə edilməsinin Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığını, kommunal xidmətlərə görə mənzilin yaşayış sahəsi əsas götürülməklə hesablama aparılmalı və bu hesablamaya müvafiq ödəniş edilməli olduğunu bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iddia tələbinin və etirazın dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq, cavabdehlərə məxsus mənzillərin yerləşdiyi çoxmənzilli binada göstərdiyi kommunal xidmətlərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar cavabdehlərin çoxsaylı etirazlarından birincisi ondan ibarətdir ki, çoxmənzilli binanın 200-ə yaxın sahə mülkiyyətçisi olduğu halda, xx.xx.2021-ci il tarixli yığıncağın qərarının cəmi 29 nəfərin iştirakı ilə keçirilmiş iclasda qəbul edilərək MMMC-yə 11 nəfərdən ibarət idarə heyətinin seçilməsi Mənzil Məcəlləsinin tələblərinə zidd olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən etirazın bu dəlili ilə bağlı heç bir yazılı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli protokoldan isə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin həmin tarixdə keçirilən ümumi yığıncağında 196 nəfər bina üzvündən 105 nəfər sahə mülkiyyətçisi iştirak etmiş və çoxmənzilli binanın idarəetmə üsulu olaraq binanın sahə mülkiyyətçilərinin bilavasitə özləri tərəfindən idarəedilməsinin müəyyən edilməsi, idarə heyətinin formalaşdırılması, X8, X10, X11, X5, X13 İdarə heyətinin üzvləri, üzvlərin siyahısından X8 İdarə heyətinin sədri seçilməsi yekdilliklə qərara alınmışdır (lehinə 105 nəfər, əleyhinə 0 nəfər). Həmçinin, MMMC-nin təsis yığıncağının xx.xx.2022-ci il tarixli qərarından 196 nəfər sahə mülkiyyətçisindən 146 nəfərin "xxxx" MMMC-nin təsis edilməsi, Nizamnaməsinin təsdiq edilməsi və nizamnamənin imzalanması səlahiyyətinin X12 həvalə edilməsinin, idarəetmə orqanlarının müəyyən edilməsinin (MMMC-nin ali idarəetmə orqanı olan iştirakçıların ümumi yığıncağı, MMMC-nin İdarə heyətinin üzvlərinin X14, X18 və X19, İdarə heyəti sədrinin X8, Təftiş Komissiyasının üzvlərinin X9 və X1), hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olmasının müəyyən edilməsinin, dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi, bununla bağlı bütün zəruri sənədlərin imzalanması (digər şəxsə etibarnamə vermək hüququ ilə) üzrə səlahiyyətli şəxs X2 yekdilliklə qərara alması müəyyən edilmişdir (lehinə 146 nəfər, əleyhinə 0 nəfər, bitərəf 0 nəfər). Beləliklə, cavabdehlərin yuxarıda qeyd edilən dəlillərinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmələri dəlillərinin formal mülahizələrdən ibarət olmasını deməyə əsas verərək (xx.xx.2021-ci il tarixli olmayan qərara istinad (hansı ki, mövcudluğu ilə bağlı sübut yoxdur), 11 nəfər idarə heyəti üzvünün olması barədə iddia (hansı ki, 5 nəfərdən ibarətdir)), iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla həmin dəlillərin təkzib edilməsi müəyyən edilir. İkincisi, cavabdehlər MMMC ilə iddiaçı arasındakı müqavilənin xx.xx.2021-ci il tarixdə MMMC səlahiyyətli olmadığı halda bağlandığını və buna görə də hüquqi qüvvəsinin olmadığını mübahisələndirsələr də, iş materiallarında olan mötəbər sübutlar əsasında müəyyən edilir ki, MMMC ilə İddiaçı MMC arasında xidmətlərin göstərilməsi haqqında müqavilə məhz MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındıqdan sonra, xx.xx.2022-ci ildə bağlanmışdır. Bununla da, cavabdehlərin bu dəlili də məhkəmədə müvafiq qaydada öz təsdiqini tapmamışdır. Üçüncüsü, cavabdehlər İdarə Heyətinin xx.xx.2022-ci il tarixdə iclas keçirərək, yuxarıda qeyd olunan məsələlərə dair qərarlar qəbul etməsinin, idarə heyətinin sədri ilə iddiaçı arasında müqavilə bağlanmasının qanunsuz olduğunu, müqavilənin hər bir sahə mülkiyyətçisi ilə iddiaçı arasında ayrılıqda bağlanmalı olduğunu bildirsələr də, məhkəmə hesab edir ki, idarə heyətinin seçilməsi zamanı qanunvericiliyin pozulması halları müəyyən edilmədiyindən, tərkibi mülkiyyətçilərin əksəriyyətinin iştirakı ilə (yetərsay) keçirilmiş ümumi yığıncaqda təsdiq edilmiş həmin idarə heyətinin artıq mülkiyyətçilərin hər birindən razılıq almağa ehtiyacı olmadan, öz qərarı ilə binada kommunal xidmətlərin göstərilməsini iddiaçıya həvalə etməsi və iddiaçı ilə məhz xidmət göstərilməsi haqqında müqavilə bağlaması heç də qanunvericiliyə və mülkiyyətçilərin iradəsinə zidd hesab edilməməlidir. Belə ki, Mənzil Məcəlləsinin 127.1-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirməsi təsbit edilmişdir. Məcəllənin 128.0, 128.0.6-cı maddəsində isə çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamağın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsi olması müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, müqavilənin hər bir sahə mülkiyyətçisi ilə iddiaçı arasında bağlanması imperativ göstəriş olmamaqla yanaşı, cavabdehlərin ümumi binanın saxlanmasına çəkilən xərclərə görə müəyyənləşdirilmiş məbləğdə ödəniş etmələri isə onların qanundan irəli gələn vəzifələri kimi müəyyən edilmişdir. Dördüncüsü, göstərilənlərə əsasən iddiaçının müqavilə bağlanan andan qanunsuz fəaliyyət göstərdiyini bildirmələrinə baxmayaraq, Cavabdeh1 müqavilə bağlandıqdan sonra uzun müddət (6 ay) ödəniş etməsi, lakin 2023-cü ildə heç bir ay üzrə ödəniş etməməsi, digər Cavabdeh2 isə müqavilə bağlandığı andan ödəniş etməməsi, lakin bununla belə iddiaçı tərəfindən xidmət göstərildiyini inkar etməmələri onların həmin xidmətlərdən istifadə edərək əvəzini ödəməmələrini, iddiaçının isə ona həvalə edilmiş tapşırığı vicdanla yerinə yetirdiyini deməyə əsas verir. Deməli, etirazın bu dəlili də hazırki iddianın rədd edilməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Beşincisi və ən əsası, cavabdehlər iddiaçı ilə aralarında müqavilə olmadığına görə, iddiaçının göstərilmiş xidmətlərin əvəzini tələb etməyə qanuni əsasının (dolayısı ilə subyektiv hüququnun) və özlərinin iddiaçı qarşısında heç bir öhdəliklərinin olmadığını mübahisələndirsələr də, məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları müəyyən edilmişdir. Belə ki, buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının pul tələbinin (buna müvafiq olaraq cavabdehlərin pul ödəmək öhdəliyinin) müqavilədən və ya qanundan irəli gəldiyi aydınlaşdırılmalıdır. İddiaçı MMMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə və mənzil qanunvericiliyinə istinad edərək, həmin tarixdən etibarən xidmətləri faktiki olaraq göstərdiyini və binanın digər sakinləri kimi, cavabdehlərin də bu xidmətlərdən yararlandığını bildirir, cavabdehlər isə iddiaçı tərəfindən xidmətlərin göstərilməsini mübahisələndirmir. Göründüyü kimi, iddiaçı tələblərinin əsası kimi həm müqaviləyə, həm də qanundan irəli gələn öhdəliklərə istinad edir. Belə olan halda, iddia tələblərinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə, tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə qeyd edir ki, cavabdehlər həmin müqavilə üzrə tərəf olmasalar da, MMMC-nin ümumi yığıncağında iştirak edən əksər sahə mülkiyyətçilərinin razılığı ilə seçilmiş MMMC-nin səlahiyyətli icra orqanı qismində MMMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən idarə heyətinin qərarına müvafiq olaraq idarə heyəti ilə iddiaçı arasında müqavilənin bağlanması iş materiallarında olan sübutlardan açıq-aşkar görünür. Eyni zamanda, binanı idarə etmə üsulunu seçmək binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Bununla bağlı qeyd edilməlidir ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi, qanunverici çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəli binanın əvvəlcə sahə mülkiyyətçiləri (onların tərkibinə razılıq verdiyi idarə heyəti) tərəfindən idarə edilməsini seçməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə müəyyən edir ki, idarə heyətinin qərarı ilə binanın idarə edilməsinin iddiaçıya həvalə edilməsi qanuna müvafiq olmamışdır, çünki bu səlahiyyət yalnız MMMC-nin ümumi yığıncağına məxsusdur. Lakin məhkəmə bu məsələni iddiaçının hazırki tələbə subyektiv hüququ olmaması kimi ona görə qiymətləndirmir ki, hazırki işdə iddiaçı binanın idarə edilməsinin həvalə edildiyi idarəedici təşkilat kimi deyil, məhz MMMC-nin bu barədə müqavilə bağlamağa səlahiyyətli icra orqanı olan idarə heyəti ilə bağladığı müqaviləyə əsasən göstərdiyi kommunal xidmətlərin əvəzini tələb edən müqavilə tərəfi (öhdəlik münasibətlərində kreditor) kimi çıxış edir. Faktiki vəziyyət ondan ibarətdir ki, MMMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında binanın idarəçiliyini məhz iddiaçı şirkət həyata keçirir, bununla yanaşı, iddiaçı tərəfindən həm də kommunal xidmətlər göstərilir. Mənzil Məcəlləsinin 6.0, 6.0.8, 6.0.10-cu maddəsində, yəni “mənzil qanunvericiliyinin çoxmənzilli binaların idarə edilməsi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləməsinə dair” normada binanın idarə edilməsi ilə binaya kommunal xidmət göstərilməsinin ayırd edilərək başqa bəndlərdə qeyd edilməsi, bu anlayışlar Məcəllədə eyni bənd və ya norma daxilində işlədildikdə isə adətən digərindən əvvəl “həmçinin”, “habelə” ifadələrindən istifadə edilməsi qeyd olunan anlayışların bir-birindən fərqləndirilməsinin təsadüfi olmamasının, məqsədli şəkildə edildiyinin göstəricisidir. Buna görə də binanın idarə edilməsinin iddiaçıya həvalə edilməsinin qanuni olmaması məsələsi hazırkı iddia tələbinin məhz iddiaçının subyektiv hüququn olmaması səbəbindən rədd edilməsi üçün əsas hesab edilmir, çünki hazırda iddiaçı müqavilə əsasında kommunal xidmətlər göstərmiş şirkət olaraq cavabdehlərdən göstərilmiş xidmətlərin dəyərini ödəməyi tələb edir. Beləliklə, binada kommunal xidmətlərin faktiki olaraq iddiaçı tərəfindən göstərilməsi və bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, bu hallar ona dəlalət edir ki, həm MMMC, həm də sahə mülkiyyətçiləri binaya kommunal xidmətlər göstərilməsini iddiaçıya tapşırmışlar. İşin faktiki hallarından müəyyən edilir ki, müqavilə tərəfləri binaya xidmət göstərilməsi ilə bağlı əqddə razılaşdırılmış hərəkətləri faktiki olaraq icra etmişlər və edirlər. Odur ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətlər olması nəzərə alınmalıdır. Belə ki, mülki qanunvericiliyə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Məhkəmə vurğulayır ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə tərəfindən tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilə bilər. Belə ki, binaya xidmət göstərilməsi ilə bağlı bir sıra işlərin iddiaçı tərəfindən həyata keçirilməsi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları mübahisəsizdir. Belə olan halda iddiaçının tələbinə Mülki Məcəllənin 1087-ci və digər aidiyyəti maddələri çərçivəsində hüquqi qiymət verilmədən rədd edilməsi əsaslı yanaşma hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər mülki hüquqi müqaviləyə söykənir, lakin hətta müqavilə olmasaydı da belə, cavabdehlərin mənzil qanunvericiliyində göstərilmiş vəzifələri nəzərə alındıqda və iddiaçının göstərdiyi xidmətlərdən cavabdehlərin yararlanmasına baxmayaraq, göstərilmiş xidmətlərin əvəzini ödəməmələri məhkəmə tərəfindən müəyyən edildiyindən, bu hallar məhkəməyə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması qənaətinə gəlməyə əsas verir. Altıncısı, cavabdehlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli, 40 nömrəli Qərarına istinad edərək, ödənişlərin yaşayış sahəsinin 1 m2-i üçün müəyyənləşdirilməli olduğu halda, mənzilin ümumi sahəsinə görə müəyyənləşdirilməsinin düzgün olmadığını mübahisələndirmələrinə münasibətdə məhkəmə qeyd edir ki, istinad edilən qərar məhz dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tarifləri tənzimləyir. Məkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 137.4-cü maddəsinin tələblərini (çoxmənzilli binada kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər) nəzərə alaraq, hazırkı mübahisəyə həmin qərarın deyil, məhz MMMC-nin idarəetmə orqanı olan idarə heyətinin iclas protokolları ilə müəyyənləşdirilmiş tariflərin tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Məhkəmə hər m2-ə görə 2022-ci ilin iyul ayından 2023-cü ilin may ayınadək 10 ay ərzində 0,40 manat, 2023-cü ilin may ayından etibarən isə 0,50 manat məbləğində ödənişin müəyyən edilməsini real, ağlabatan və mənzil mülkiyyətçilərinin mənafeyinə uyğun kimi qiymətləndirir. Yeddincisi isə, cavabdehlərin “iddiaçının hər il hesabat tərtib edib sahə mülkiyyətçilərinin təsdiqinə təqdim etmək vəzifəsi olduğu halda, bunu icra etməməsi” dəlilinə münasibətdə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı hazırki işdə xidmət göstərilməsi haqqında müqavilənin icraçı tərəfi olan kommunal xidmətlər göstərən şirkət qismində çıxış edir. Lakin cavabdehlər iddiaçının idarəedici təşkilat kimi müəyyən edilməsinin qanunazidd olması və fəaliyyətində nöqsanlara yol verməsini mübahisələndirdiyindən, məhkəmə bu məsələyə dair bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, əgər iddiaçı idarəedici təşkilat qismində qüvvədə olan mənzil qanunvericiliyi ilə onun vəzifəsi kimi müəyyənləşdirilmiş məsələlərə gələcəkdə də səhlənkar yanaşsa və bu hallar davamedici xarakter daşısa, onun fəaliyyəti yol verilən kobud nöqsanlar səbəbindən qənaətbəxş olmayan kimi qiymətləndirilə və sakinlərə qarşı qaldırdığı hazırki xarakterli iddia tələblərinin təmin edilməməsi ilə nəticələnə bilər (həmçinin, hazırki iş üzrə tərəf olmasalar da, MMMC-lər öz fəaliyyətlərində qanunu rəhbər tutaraq ona uyğun davranmalıdırlar). Məhkəmə qeyd edir ki, necə ki, iddiaçı cavabdehlərdən öz vəzifələrinin icrasını gözləyirsə, eləcə də sahə mülkiyyətçiləri iddiaçıdan qanunla müəyyənləşdirilmiş vəzifələrin icrasını gözləməkdə haqlıdırlar. Buna görə də məhkəmə iddiaçıya öz vəzifələrini vicdanla yerinə yetirməli olması barədə xəbərdarlıq edərək, istisna hal kimi hazırkı iddianın qismən təmin edilməsini ədalətli hesab edir və iddiaçıya onun müqavilə əsasında əməkdaşlıq etdiyi MMMC-yə fəaliyyətində hazırki qətnamədə göstərilən qüsurların qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aradan qaldırılmasını tövsiyə edir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması məhkəmə tərəfindən müəyyən edildiyindən, növbəti addım kimi iddia tələbinin əsaslı olub-olmaması məhkəmə tərəfindən araşdırılmışdır. Bununla bağlı bildirilməlidir ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş MMMC-nin xx.xx.2022-ci il tarixli iclas protokolunda sahə mülkiyyətçilərinin satış müqaviləsində göstərilən hər m2 üçün xx.xx.2022-ci ildən başlayaraq kommunal xidmətlərə görə 0.40 manat, xx.xx.2023-cü il tarixli iclas protokolunda isə xx.xx.2023-cü il tarixdən başlayaraq hər m2 üçün 0.50 manat ödəməsi qərara alındığından (Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən, ... çoxmənzilli binada kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər), Cavabdeh1lə MTK arasında bağlanmış müqavilədə ona 187 m2, digər Cavabdeh2 ilə MTK arasında bağlanmış müqavilədə isə ona 163 m2 ümumi sahələri olan mənzillər verilməsi müəyyən edildiyindən, cavabdehlər iddiaçı tərəfindən kommunal xidmətlərin göstərildiyini mübahisələndirmədiyindən və yuxarıda sadalanan digər diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin “Cavabdeh1 841.50 manat tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, müqavilə ilə ona verilmiş mənzilin sahəsinin 187 m2 olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hər ay Cavabdeh1 iddiaçıya 74,8 manat (187 x 0,40 AZN) məbləğində ödəniş etməli idi. Cavabdeh1 2022-ci ilin iyul ayından noyabr ayı da daxil olmaqla, hər ay həmin məbləğdə ödənişlər etsə də, 2022-ci ilin dekabr ayında 65 manat ödəniş etmiş, 2023-cü il ərzində isə ödəniş etməmiş, bununla da, öhdəliyini lazımi qaydada icra etməmişdir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı heç bir ərizə verməməsi onun cavabdehlərdən 2023-cü ilin sentyabr ayı da daxil olmaqla aylıq ödənişi tələb etdiyini deməyə əsas verir. Cavabdeh1 iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə qalıq borcu 9,80 manat, 2023-cü ilin yanvar ayından sentyabr ayı da daxil olmaqla borcu 766,70 manat [(187 x 0,40 AZN x 4 ay) + (187 x 0,50 AZN x 5 ay)], cəmi borcu isə 776,50 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə qismən əsaslı olduğundan, qismən təmin edilməli, Cavabdeh1 776,50 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin “Cavabdeh2 1034 manat tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, müqavilə ilə ona verilmiş mənzilin sahəsinin 163 m2 olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hər ay Cavabdeh2 iddiaçıya 65,20 manat (163 x 0,40 AZN), xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək isə hər ay 81,50 manat (163 x 0,50 AZN) məbləğlərində ödəniş etməli idi. Lakin Cavabdeh2 2022-ci ilin iyul ayından etibarən ödəniş etməmiş, bununla da, öhdəliyini pozmuşdur. Cavabdeh2 iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək borcu 652 manat (163 x 0,40 AZN x 10 ay), xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək borcu 407,50 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 1034 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə cavabdehlərin etirazındakı hallarla bağlı bir daha qeyd edir ki, həmin dəlillərin əsassız olması müəyyən edilməklə yanaşı, kommunal xidmətlərin ödənilməsinin zəruriliyi qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, istifadə etdiyi liftin istismarı, yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisinin haqqını, binada onun yaşadığı mənzilin mühafizəsi və s. ilə bağlı iddiaçının tələb etdiyi digər ödənişlərin cavabdehlər tərəfindən ödənilməsinin zəruriliyi faktı mübahisəsizdir. Məhkəmə hazırki mübahisəyə aşağıdakı hüquq normalarını tətbiq edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777.1-777.2-ci maddələrinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-783.3-cü maddələrinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-1087.2-ci maddələrinə görə, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə müvafiq olaraq, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır; 6.0, 6.0.8, 6.0.10-cu maddəsindən görünür ki, mənzil qanunvericiliyi çoxmənzilli binaların idarə edilməsi; kommunal xidmətlərin göstərilməsi; yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-38.2-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 45.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; 122.1, 122.1.1 və 122.1.3-cü maddəsinə əsasən, qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarındandır; 125.1-ci maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2, 125.2.3-125.2.4-cü maddələrinə görə, cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindəndir. 127.1-ci maddəsinə görə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. 128.0, 128.0.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələrindəndir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq; 136.3-136.4-cü maddəsinə görə, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.9-137.10-cu maddələrinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; 141.1-ci maddəsinə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər; Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır; “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə isə: ... Yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulamışdır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 39 (otuz doqquz) manat rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh1, digər 22 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı MMC-yə verilməli, rüsumun qalan 1 (bir) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Eyni zamanda, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının 0,20 (iyirmi qəpik) manat hissəsi Cavabdeh1, qalan 0,20 manat bank xidmət haqqı isə Cavabdeh2 tutularaq İddiaçı MMC-yə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 776,50 manat, Cavabdeh2 1034 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 16 manat hissəsi və 0,20 manat bank xidmət haqqı Cavabdeh1, dövlət rüsumunun 22 manat hissəsi və 0,20 manat bank xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı MMC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı MMC-yə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 776,50 manat, Cavabdeh2 1034 manat məbləğində pul alınaraq İddiaçı MMCyə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 16 manat hissəsi və 0,20 manat bank xidmət haqqı Cavabdeh1, dövlət rüsumunun 22 manat hissəsi və 0,20 manat bank xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı MMC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-429/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-429/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver