Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4297/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödəniməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödəniməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyul 2024-cü il tarixli PashaPay MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli işdən çıxarma haqqında əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 05 iyul 2024-cü il tarixli PashaPay MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmri ilə onun X8 verilmişdir. Lakin PashaPay MMC-nin onun X8 verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 20 iyun 2024-cü il tarixində İddiaçı ərizə ilə PashaPay MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində X8 verilməsi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra, yəni 11 iyul 2024-cü il tarixində qoşmaya əlavə edilən 05 iyul 2024-cü il tarixli Pashapay MMC-nin direktoru Samir Məmmədovun COE/07.24.114 nömrəli əmri onuna təqdim edilmişdir. Göründüyü kimi onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün əsas olmamışdır. Tərəfindən əmək mübahisəsinin həlli məqsədilə mediasiyaya müraciət edilmişdir, mediasiya prosesi isə 13 avqust 2024-cü il tarixində yekunlaşmışdır. Mediasiya prosesi ərzində 1 aylıq müddətin axımı dayandırılmışdır. Bu baxımdan 05 iyul 2024-cü il tarixli PashaPay MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmrinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC "işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödəniməsi və s." tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində həmin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xitam verilmişdir. Belə ki, müəssisə daxilində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı 8 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra əməlini gizləmək niyyəti ilə yenidən bloklamışdır. Törədilmiş əməl ilə əlaqədar olaraq, İddiaçı öz yazdığı xx.xx.2024-cü il tarixli izahatında etdiyi əməlləri etiraf etmişdir. Öz izahatında bloklanmış nömrələrin blokdan açılmasına icazəsinin olmaması barədə təlimatlar aldığını təsdiqləmişdir. Lakin öz vəzifə öhdəliklərini pozaraq həmin hesabları blokdan çıxardığını və pul vəsaitinin həmin hesablardan çıxanlmasına şərait yaratdığını və bu əməlinin səhv olduğunu, ondan peşman olduğunu qeyd etmişdir. Bildirilir ki, iddiaçının həmin hesabların kripto valyuta ilə əlaqədar istifadə olunduğunu bildirməsi tamamilə əsassızdır. Belə ki, blokdan açdığı nömrələrin bloklanma səbəbləri mərc oyunları, maliyyə piramidası və kart vəsaitindən oğurluq olmuşdur. İddia ərizəsinə münasibətdə bildirilir ki, iddia ərizəsində qeyd edilənlər tamamilə əsassızdır. Belə ki, İddiaçı öz əmək funksiyasını kobud şəkildə pozduqdan sonra işəgötürən tərəfindən X8 veriləcəyini anlayaraq və bu prosesə qarşılayıcı tədbir kimi xx.xx.2024-cü il tarixli məktub (izahatdan 6 gün sonra) ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş lisenziya əsasında elektron pul təşkilatı olaraq fəaliyyət göstərir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununa əsasən, elektron pul, təşkilatı üçün pul vəsaitlərinin, ödəniş hesablarının, ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilkin vəzifə və öhdəliklərdən biridir. Müəssisə buna uyğun olaraq, ödəniş sisteminin və ödəniş hesablarının təhlükəsizliyinə xüsusi diqqət göstərir. Lakin, İddiaçı qanunsuz əməli ilə ödəniş hesablarına qanunsuz şəkildə müdaxilə edilərək, bloklanmış pul vəsaitlərinin köçürülməsinə şərait yaradılmışdır. Öz izahatında da qeyd etdiyi kimi, üçüncü şəxslərin vəd və təklifləri ilə o bu əməllərini həyata keçirərək Müəssisənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirmişdir. Qeyd edilmişdir ki, PashaPay ilə İddiaçı arasında bağlanılmış İDM-499 №li Əmək Müqaviləsinin (bundan sonra “Əmək Müqaviləsi”) 3.6-cı bəndinə əsasən, işçinin aşağıdakı öhdəlikləri mövcuddur:
1. İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla İşəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən İşəgötürənə maddi zərər vuracaq hərəkətlərə yol verməmək;
2. İşəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (bundan sonra “Daxili Qaydalar”) əməl etmək;
3. Müqavilə üzrə əmək funksiyalarının və vəzifələrinin icrası zamanı istifadə olunan əmlaka XDR (Extended Detection and Response / Genişləndirilmiş aşkarlama və reaksiya) və DLP (X14 / X4 Alınması) texnologiyalarına əsaslanan proqram təminatının quraşdırılması da daxil olmaqla, İşəgötürənin informasiya təhlükəsizliyi tələblərinə əməl etməyi öhdəsinə götürür.
4. İşəgötürənin İşçinin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımi qaydada yerinə yetirmək;
5. Üçüncü şəxslərdən İşçinin İşəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siyasi partiyanın vəzifəli şəxsinə və ya namizədinə İşəgötürən və ya İşəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək. Göründüyü kimi, İddiaçı həm öz əmək funksiyasına, həm əmək müqaviləsi və Daxili Qaydalar üzrə öhdəliklərinə, həm də izahatında qeyd etdiyi kimi ona verilmiş təlimatlara zidd hərəkət etmişdir. Bildirilir ki, “X7 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair” Daxili Qaydaların 3.3.4-cü bəndinə əsasən, hesabın blokdan çıxarılması isə yalnız X7 tərəfindən həyata keçirilə bilər. Əmək Müqaviləsinin 3.7-ci bəndinə əsasən, X9 tanış olmaması və ya onları bilməməsinə görə məsuliyyətdən azad olmur. X9 tanış ola bilmədikdə bu barədə İşəgötürənə və ya İşəgötürənin adından göstəriş vermək səlahiyyəti olan tabe olduğu birbaşa rəhbərinə müraciət etməlidir. İddiaçı iddiası hər hansı sübuta və faktlara əsaslanmadığı üçün əsassızdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı xərclərin ödənilməsinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsinin xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə etiraza mülahizəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən elektron kabinetə yüklənmiş izahatın İddiaçı öz iradəsi ilə yazılmaması izahatdan da görünür. Belə ki, izahatda nömrələrin dəqiqliklə yazılması, o cümlədən izahatın məzmunu göstərir ki, izahat təzyiq altında yazılmışdır. Bundan başqa İddiaçı tərəfindən hər hansı məbləğdə pul müqabilində intizam pozuntusuna yol verilməmişdir. Blokun götürülməsi qarşılığında hər hansı güzəşt və ya imtiyaz da eldə edilməmişdir. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli işdən çıxarma əmri məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi işdən çıxarma əmri əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə və mövcud praktikaya uyğun olaraq işdən çıxarma əmrində işdən çıxarmanın səbəbi izah olunmalı və mütləq əsaslandırılmalıdır. Lakin xx.xx.2024-cü il tarixli Əmrdə ümumiyyətlə heç bir səbəb göstərilməmiş və qeyd edilmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilir. Göründüyü kimi Əmr əmək qanunvericiliyinin tələblərini pozmaqla sadə forma tərtib edilmişdir. Etirazda isə X8 verilməsi səbəbi kimi M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxanlması göstərilmişdir. Bununla da "xxxx" MMC tərəfindən Azərbaycan Respunblikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd etmək istəyir ki, Ali Məhkəmənin əmək mübahisələri ilə bağlı qərarlarına baxdıqda şahidi oluruq ki, göstərdiyimiz bu fakt işdən çıxarma əmrinin ləğvi üçün əsas qismində çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürənbu Məcəllənin 70-ci maddəsi ile müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddənin 3-cü hissəsi).Bundan başqa "xxxx" MMC-nin nümayəndəsi şirkətə edilən əməl nəticəsində zərər vurulduğunu bildirsə də, zərərin nədən ibarət olmasına dair münasibət bildirməmişdir. Burdan görünür ki, cavabdeh tərəfindən irəli sürülən arqument təsdiqlənmir. Əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün işçinin yol verdiyi kobud səhv nəticəsində işəgötürənin qanuni mənafeyinə xələl gəlməsi mühüm şərtdir. Belə ki, "xxxx" MMC tərəfindən işəgötürənin qanuni mənafeyinə hansı formada və həcmdə xələl gəlməsini əsaslandırmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-(102)-3935/2023 saylı Qərarındakı mövqeyindən göründüyü kimi işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə xitam verilirsə, bu halda işdən çıxarma Əmri işəgötürən tərəfindən əsaslandırılmalıdır. Belə olan halda isə Əmrin qanuniliyinin yoxlanılması da məhkəmənin vəzifəsi qismində çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ancaq keçən iclaslarda da qarşı tərəfin nümayəndəsinə dəfələrlə Əmrin Əmək Məcəlləsinin 71.2-ci maddəsinə uyğunluğunun əsaslandırılmasını bildirsə də heç bir əsaslandırma irəli sürülə bilməmişdir. Belə ki, İddiaçı tərəfindən edilmiş hərəkət “PashaPay" MMC-nin işin normal ahəngini pozmamışdır. Həmin gün "PashaPay” MMC iş fəaliyyəti iş gününün sonuna qədər davam etdirmişdir. İddiaçı tərəfindən edilmiş hərəkət nəticəsində nə mülkiyyətçinin, nə işəgötürənin, nə də əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Həmçinin İddiaçı 3 ayın işçisi olmuşdur. 3 aydır ki, əmək fəaliyyətinə müəssisədə başlamış 23 yaşlı şəxsin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsi onun gələcək əmək fəaliyyətinə başlamasına ciddi zərbə vuracaqdır. Belə ki, İddiaçı bank sektorunda çalışmaq üçün xeyli bilik və təcrübəyə malikdir və özünün də hesab etdiyi kimi onun əmək bazarında özünə müvafiq iş axtarışı daha çox bank sektoru ilə bağlı olacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun gələcək əmək fəaliyyətini zədələyəcək və işə götürülməsini çətinləşdirəcəkdir. Bu da 23 yaşlı bir gənc üçün ciddi mənəvi və maddi baxımdan sarsıntı yaradacaqdır. Bu baxımdan hesab edir ki, 05 iyul 2024-cü il tarixli "xxxx" MMC-nin direktoru Samir Məmmədovun COE/07İ24/114 nömrəli əmri ləğv edilməlidir. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi üçün ümumiyyətlə əsas olmamışdır. Belə ki, İddiaçı oğiu əmək müqaviləsinə 05 iyul 2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməmişdən qabaq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə xitam verilməsi ilə bağlı müraciət etmişdir. Belə ki, 05 iyul 2024-cü il tarixli “PashaPay" MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli əmri ilə İddiaçı X8 verilmişdir. Lakin PashaPay MMC-nin İddiaçı X8 verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, 20 iyun 2024-cü il tarixində İddiaçı ərizə ilə PashaPay MMC-nin direktoru Samir Məmmədova müraciət etmiş və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin (a) bəndi ilə xitam verilməsi xahiş edilmişdir. Lakin 1 ay müddətində X8 verilməsi barədə heç bir məlumat verilməmişdir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə xilam verilməsi üçün əsas olmamışdır. Bundan başqa etirazda əmək müqaviləsinə xilam verilməsi səbəbi kımı M10 hesablarına daxil olunaraq hesabların blokdan çıxarılması göstərilmişdir. Göründüyü kimi, göstərilən əməl hərəkət formasında törədilən əməldir. İddiaçı əmək funksiyasında isə həmin əməlin edilməməsi ilə bağlı hər hansı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən X8 verilə bilər. Göründüyü kimi etirazda İddiaçı tərəfindən edildiyi bildirilən əməl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndininin birinci hissəsinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) uyğun gəlmir. Belə ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməmişdir. Çünki əmək qanunvericiliyinin tələbinə əsasən işdən çıxarma əmrində işdən çıxarma üçün istinad olunan Əmək Məcəlləsinin maddəsi göstərilməli və ona istinad edilməlidir. Cavabdeh MMC-nin 05 iyul 2024-cü il tarixli əmrində isə Azerbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin hər hansı bəndinə istinad olunmamışdır. Bu da onu göstərir ki, İddiaçılə bağlı "PashaPay” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan pozuntuların edilməsi hesab edilməmişdir. Beləliklə, əmək müqaviləsinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməməsi səbəbindən xitam verilmişdir. X15 nümunəvi işçi olmuş, işə vaxtı-vaxtında gəlmiş, əmək funksiyasına daxil olan işləri yüksək səviyyədə yerinə yetirmişdir. Etirazda göstərilən səbəb isə ümumiyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin əmrdə istinad olunan hissəsinin əhatə dairəsinə düşmür. Belə ki, göstərilən əməl hərəkət formasında törədilən əməl olunsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin müvafiq hissəsində göstərilən əməl hərəkətsizlik formasında törədilə bilər. Göstərilənlərə əsasən 05 iyul 2024-cü il tarixli PashaPay MMC-nin direktoru Samir Məmmədovun COE/07.24/114 nömrəli işdən çıxarma haqqında əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəməyə “mülahizəyə dair yazılı məhkəmə çıxışı” təqdim edərək qeyd etmişdir ki, X8 verilməsinə dair əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanmışdır. İddiaçının bununla bağlı qeyd etdiyi nüanslar tamamilə əsassızdır. Belə ki, Əmrdə işçinin X8 verilmə əsası və ona əsas olan təqdimat və izahat aydın şəkildə göstərilmiş və qoşma olaraq əmrə əlavə olunmuşdur. Ümumiyyətlə qanunvericilikdə əmrin hansı formada əsaslandırılmasına dair birbaşa göstəriş yoxdur. İddiaçı izahatı öz iradəsi əsasında yazmaması ilə bağlı iddiası tamamilə etibarsızdır. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli izahatında, izahatı özünün yazdığını və imzasıyla doğruluğunu təsdiq etdiyini qeyd etmişdir. İddiaçının vəkili də, dələlərlə məhkəmə iclasında izahat ilə bağlı heç bir etirazlarının olmadığını və izahatda yazılan faktların həqiqini qəbul etdiklərini qeyd etmiş, nə iddia ərizəsində nə də ki digər sənədlərdə bununla bağlı heç bir fikir irəli sürməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə bağlı qeyd etməliyik ki, iki məhkəmə işinin halları tamamilə bir-birindən fərqlidir. Həmin Məhkəmə Qərarında kassasiya instansiya məhkəməsinin mövqeyi, 72-ci maddənin “e” bəndinin hüquqi əsasının sübut edilməməsi iiə bağlı olmuşdur. Belə ki, həmin işdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə əlaqədar xitam vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, hazırkı iş ilə istinad edilmiş məhkəmə qərarında əmək müqaviləsi xitam verilmə əsasları eyni deyildir. Ümumiyyətlə kassasiya məhkəməsinin mövqeyində (əmrin əsaslandırılması və s.) iddiaçının qeyd etdiyi hallara rast gəlinməmişdir. X8 verilmə əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin birinci hissəsi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) olmasına baxmayaraq iddiaçının vəkili tərəfindən əmək məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə dəfələrlə istinad edilməsi məhkəmə inamının yanıldılması məqsədilə və ya iddiaçının vəkilinin əmək Məcəlləsinin müvafiq maddələrini düzgün tövsif etməməsindən irəli gəlir. Cavabdeh MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş lisenziya əsasında elektron pul təşkilatı olaraq fəaliyyət göstərir. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununa əsasən, elektron pul təşkilatı üçün pul vəsaitlərinin, ödəniş hesablarının, ödəniş sistemlərinin təhlükəsizliyinin təmin edilməsi ilkin vəzifə və öhdəliklərdən biridir. Müəssisə buna uyğun olaraq, ödəniş sisteminin və ödəniş hesablarının təhlükəsizliyinə xüsusi diqqət göstərir. Lakin, İddiaçı qanunsuz əməli ilə ödəniş hesablarına qanunsuz şəkildə müdaxilə edilərək, bloklanmış pul vəsaitlərinin köçürülməsinə şərait yaradılmışdır, öz izahatında da qeyd etdiyi kimi, üçüncü şəxslərin vəd və təklifləri ilə o bu əməllərini həyata keçirərək ödəniş hesablarının təhlükəsizliyi qaydalarını pozmuş, həmin ödəniş hesablarına qanunsuz müdaxilə etmiş, pul vəsaitlərinin bloklanmış ödəniş hesablarından çıxarılmasına şərait yaratmış və Müəssisənin işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. İddiaçı həm öz əmək funksiyasına, həm əmək müqaviləsi və Daxili Qaydalar üzrə öhdəliklərinə, həm də izahatında qeyd etdiyi kimi ona verilmiş təlimatlara zidd hərəkət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müddətin ötürülməsinə dair ərizəyə münasibətdə qeyd edilir ki, ərizə tamamilə əsassızdır. Belə ki, əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən, İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Göründüyü kimi bir ay müddətin axımı pozuntunun aşkar edildiyi gündən başlayır. Bununla bağlı olaraq qeyd edilir ki, Şirkətdə xx.xx.2024-cü ildə aparılan daxili araşdırma zamanı Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi Rəsulzadə Səmədin əməli aşkar edilmiş və dərhal izahatı (həmin izahat məhkəməyə təqdim edilmişdir) alınmışdır. Daha sonra detallı şəkildə digər əməkdaşlar barədə də araşdırma aparılan zaman İddiaçı də oxşar əməllər törətdiyi aşkar edilmiş və dərhal yəni xx.xx.2024cü il tarixində törətdiyi əməl barədə izahatı alınmışdır. Qeyd edilir ki, müddətin axımı pozuntunun aşkar edildiyi tarixdən hesablandığı üçün, xx.xx.2024-cü il tarixində X8 verilməsi zamanı intizam tənbehinin verilmə müddəti buraxılmamışdır. Göstərilənlərə əsasən İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı xərclərin ödənilməsinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə yazılı məhkəmə çıxışı təqdim edərək qeyd etmişdir ki, ‘PashaPay’ MMC tərəfindən təqdim edilmiş məhkəmə çıxışında göstərilmişdir ki, Əmr Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, biz isə bir daha qeyd etmək istəyir ki, Əmr Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi halı işəgötürənin diskression səlahiyyəti kimi qiymətləndirilməməlidir. İstənilən halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndi ilə xitam verilməsi işçilərin hüquqlarını pozur və onların gələcəkdə İş tapa bilmə imkanını azaldır. Buna görə qanunvericiliyin teiəbinə müvafiq olaraq işdən çıxarma əmri əsaslandırılmalı, işəgötürənə hansı həcmdə ziyan dəyməsi, mənafelərinə toxunması və müəssisənin ahəngini pozması qeyd edilməlidir. Məhkəmə çrxışında onun məhkəmə iclasında izahatla bağlı etirazının olmaması göstərilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı Əmri imzalayarkən mövqeyini bildirmişdir və etirazının olduğunu da göstərmişdir. Bunun özü də göstərir ki, İddiaçı izahatı təzyiq altında yazılmışdır, həmin izahatın şəxsin iradəsinin olması qeyri-mümkündür. Göründüyü kimi izahat dəqiqliklə yazılmışdır, onun həmin psixoloji durumda elə dəqiqliklə izahatın yazılması, nömrələrin yazılması qeyrimümkündür. Məhkəmə iclasında izahatla bağlı mübahisələndirilməni etməməyinin səbəbi isə izahatın təzyiq altında yalan ifadənin olmasını bilməyidir. Bundan başqa qeyd etdiyi Ali Məhkəmənin Qərarı ilə bağlı onun işlə analoji olmaması göstərilmişdir. Əlbəttə ki, Ali Məhkəmənin axtarış sistemindən 2(006)-4297/2024 saylı işlə eyniyyət təşkil edən işi tapmaq mümkün deyil. Bu baxımdan Əmrin əsaslandırılmasının vacibliyini qeyd edən Qərarı məhkəmə çıxışında qeyd etmişdir. Bu zaman təbii ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 və ya 72- ci maddəsinin hansı əsası ilə xitam verilməsi önəm daşımır, əsas olan işdən çıxarma əmrinin əsaslandırılmalı olmasıdır. Məhkəmə çıxışında blokdan azad etməməyin İddiaçı vəzifəsi olması göstərilmişdir. Əks halın müəssisənin işgüzar nüfuzuna xeləi gətirməsi göstərilmişdir. Lakin məhkəmə iclasında da dəfələrlə qeyd etdiyi kimi işgüzar nüfuzuna xələl gətirən hal baş verməmişdir Çünki '‘PashaPay” MMC-nin cəmiyyətdə qazandığı nüfuzuna hörmətinə xələl gəlməmişdir. Blokdan çıxarılma ilə bağlı hadisənin "yayılması'' faktı mövcud deyildir Bu halda işgüzar nüfuza xələl gəlməsi məsələsindən danışmaq olmaz. Müddətin buraxılması məsələsi ilə bağlı isə qeyd etmək istəyir ki, blokun götürülməsi qarşılığında hər hansı güzəşt və ya imtiyaz da əldə edilməmişdir. Həmçinin etirazda göstərildiyi kimi blok götürülməsi ilk dəfə xx.xx.2024-cü ildə həyata keçirilmişdir, müştəri şikayəti əsasında intizam pozuntusu aşkar edilmişdir, son blok götürmə əməliyyatı isə xx.xx.2024-cü ildə həyata keçirilmişdir. Elşən tərəfindən isə blokdan götürmə xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər həyata keçirilmişdir. Onun tərəfindən son əməliyyat göründüyü kimi xx.xx.2024-cü ildə həyata keçirilmişdir, işdən çıxarma əməliyyatı isə xx.xx.2024-cü il tarixində verilmişdir. Göründüyü kimi əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam verilməsi üçün nəzərdə tutulan 1 aylıq müddət də ötürülmüşdür, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona emək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
Əsaslandırıcı hissə: Məhkəmə izahatları və iş materiallarını və işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. a) Mülki işin materialları: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış İDM-499 nömrəli, xx.xx.2024-cü il tarixli Əmək Müqaviləsinin: - 1.2-ci maddəsinə əsasən, iddiaçı X5 əsas iş yeri olan Cavabdeh MMC-nin Satış və Müştəri Xidmətləri Departamentinin Müştəri əlaqələri üzrə Təcrübəçi vəzifəsinə işə qəbul edilmişdir. - 3.6-cı madddəsinə əsasən, işçi aşağıdakı öhdəlikləri üzərinə götürür: - İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla İşəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vura biləcək hərəkətlərə yol verməmək; - İşəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (daxili qaydalara) əməl etmək; - Daxili qaydalarda nəzərdə tutulmuş qaydada və hallarda birbaşa və ya dolayısı şəxsi marağını açıqlamaq; - İş prosesində yaranan hər hansı problem və çətinliklər barədə işəgötürənə dərhal məlumat vermək; - İşəgötürənin işçinin əmək funksiyalarına və vəzifələrinə dair tapşırıqlarını vaxtında, keyfiyyətlə və lazımi qaydada yerinə yetirmək; - Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək, heç bir hökumət rəsmisinə və ya siyasi partiyanın vəzifəli şəxsinə və ya namizədinə işəgötürənin və ya işəgötürənin işinə dair hər hansı qərar üzrə birbaşa və ya dolayı təsir etməyə cəhd göstərməmək; - 3.7-ci madddəsinə əsasən, İşəgötürən daxili qaydaları bütün işçilərin tanış ola biləcəyi yerdə - ya internet portalında, ya işçinin komputerində və yaxud daxili şəbəkədə yerləşdirir. X9 tanış olmaması və ya onları bilməməsinə görə məsuliyyətdən azad olmur. X9 tanış ola bilmədikdə bu barədə işəgötürənə və ya işəgötürənin adından göstəriş vermək səlahiyyəti olan tabe olduğu birbaşa rəhbərinə müraciət etməlidir. - 10.2-ci maddəsinə əsasən, işəgötürən bu əmək müqaviləsinə işçi daxili qaydalarda nəzərdə tutulmuş ciddi pozuntulara yol verdikdə dərhal xitam verilə bilər. - 13.7-ci maddəsinə əsasən, Əmək müqaviləsini imzalayarkən işçi işəgötürənin daxili qaydaları ilə tanış olduğunu təsdiq edir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2024-cü il tarixində Satış və Müştəri Xidmətləri Departamentinin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Pashapay MMC-nin X12 Samir Məmmədov tərəfindən imzalanmış COE/07.24.114 nömrəli, 05 iyul 2024-cü il tarixli əmrinin surətindən və X8 Verilməsi ilə Bağlı X3 görünür ki, İddiaçı ilə İDM-499 nömrəli, 09 fevral 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 05 iyul 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, öz izahatında etdiyi əməlləri etiraf etmiş, 7 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra isə yenidən bloklamışdır. Öz izahatında bloklanmış nömrələrin blokdan açılmasına icazəsinin olmaması barədə təlimatlar aldığını təsdiqləmişdir. Lakin öz vəzifə öhdəliklərini pozaraq həmin hesablan blokdan çıxardığını və pul vəsaitinin həmin hesablardan çıxanlmasına şərait yaratdığını və bu əməlinin səhv olduğunu, ondan peşman olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Samir Məmmədova göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı hazırda Cavabdeh MMC-də müştəri əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışır. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a maddəsinə (X8 verilməsi əsasları, tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Pashapay MMC-nin X12 Samir Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimatın surətindən görünür ki, Müştəri Xidmətləri Şöbəsinin işçiləri, müştəri xidmətləri üzrə kiçik mütəxəssislər İddiaçı və X5 onlara blokda olan hesabların blokdan açılmasının qadağan olunması barədə təlimatlar verilməsinə baxmayaraq, texniki imkanlardan suiistifadə edərək bəzi hesabları blokdan açmışlar və açılmış hesablarda olan vəsaitlərin hesabdan çıxarılmasına bilərəkdən şərait yaratmışlar. X13 tərəfindən Pashapay MMC-nin X12 Samir Məmmədova ünvanlanmış təqdimatın surətindən görünür ki, Pashapay MMC-nin müştəri xidmətləri üzrə kiçik mütəxəssislər İddiaçı və X5 şəxsi maraqları müqabilində bir sıra mərc oyunları, maliyyə pramidası, oğurluq şübəsi ilə olaraq bloklanmış M10 hesablarına qanunsuz yolla daxil olaraq blokdan çıxarmış və bunun nəticəsində blokda olan vəsaitlərin məxaric edilməsinə şərait yaratmışlar. Müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixində işə götürülmüş İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək siyahıda nömrələri qeyd olunmuş 8 ədəd hesabı blokdan azad etmiş, bir neçə dəqiqə sonra həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra yenidən bloklamışdır. Həmçinin İddiaçı aidiyyatı şöbələr tərəfindən bloklanmamış 6 ədəd hesabı özbaşına bloklayıb və blokdan çıxarıb. İzahatında özü etdiyi əməlləri etiraf etmiş və bildirmişdir ki, özü kripto valyuta alqı-satqısı ilə məşğul olur və əvvəldən özünün bu məqsədlə istifadə etdiyi müxtəlif hesabları blokda olmuşdur. Məqsədinin həmin hesabları blokdan açmaq olduğunu bildirdiyinə baxmayaraq, blokdan açdığı nömrələrin bloklanma səbəblərinin mərc oyunları, maliyyə pramidası, oğurluq olduğu məlumdur. İddiaçı və X1 MMC-nin mənafeyinə, həmçinin onlara əvvəldən verilmiş təlimatlara və şirkətin daxili qaydalarına zidd olaraq etdikləri hərəkətlərin qanunla qadağa edilmiş fəaliyyətlə məşğul olan şəxslərin maraqlarına xidmət etdiyini bildiklərinə baxmayaraq bu hərəkətlərə yol vermiş, bu hərəkətləri şəxsi maraq və pul müqabilində icra etdiklərini özləri də etiraf etmiş, bu hərəkətləri nəticəsində ümumilikdə 52392 manat məbləğində pulun hesablardan çıxarılmasına şərait yaratmışlar. X7 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması,araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair Daxili Qaydalardan görünürki: - Bloklaşdırma – şübhəli əməliyyat səbəbilə müştərinin ödəniş alətinə girişinin məhdudlaşdırılmasıdır. - Blokdan çıxarılma – araşdırma nəticəsində ödəniş alətinə girişin və istifadənin bərpa olunmasıdır. - 3.3.1.1. İşin hallarında qeyd olunan risk indikatorları mövcuddursa və ya hesabın bloklaşdırılmasını zəruri edən hər hansı əhəmiyyətli hal varsa (hesabın təhlükəsizliyinin qarşısının alınması, qanunvericilikdə və müştəri ilə istifadə qaydalarında nəzərdə tutulmuş digər hallar) X7 tərəfindən hesabın bloklaşdırlması barədə qərar qəbul edilir. - 3.3.1.2. İş saatlarından sonra, həftə sonları və ya bayram günlərində vacib hallarda (hesab məlumatlarının oğurlanması, müxtəlif saxta lotereya linklərinə daxil olmaqla hesabdan vəsait oğurlanması və s. bu kimi hallar) müştəri xidmətləri tərəfindən barəsində şikayət olunan ödəniş alətləri müvəqqəti bloklaşdırıla bilər. Belə olan halda müvafiq qaydada qeyd yazılmaqla dərhal müvafiq kanal vasitəsilə şöbəyə məlumat verilir. - 3.3.4 Blokdan çıxarılma Hesabın blokdan çıxarılması isə yalnız X7 tərəfindən həyata keçirilə bilər. Bloklaşdırılmış hesabın blokdan azad edilməsi məqsədilə müştəri müraciəti etdikdə onun müraciəti müştəri xidmətləri tərəfindən qeydə alınır və baxılıb qərar verilməsi məqsədilə şöbəyə təqdim olunur. Belə müraciətlərə ən geci 10 gün müddət ərzində (əgər vaxtın uzadılmasına vacib olan hallar istisna olmaqla) baxılır və işin hallarından hesabın blokda saxlanılması və ya blokdan çıxarılması barədə (əməlin dələduzluq faktı olmamasına dair müvafiq sübutlar təqdim edildikdə, müştərinin zərərçəkmiş olması və digər səbəblər) qərar verilərək müştəriyə məlumat verilməsi məqsədilə müştəri xidmətlərinə təqdim olunur. X2 edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif edilmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya sessiyası keçirilmiş və Cavabdeh MMC-nin nümayəndəsi iclasda iştirak etməmişdir. Mediasiya xərcinin məbləği (50 manat) İddiaçı tərəfindən ödənilmişdir. Pashapay MMC-nin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün Pashapay MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin başlanması və icaata qəbul edilməsi haqqında Qərar ilə cinayət işi başlanılmış, Pashapay MMC zərərçəkmiş kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanması və icaata qəbul edilməsi haqqında Qərarın surətindən görünür ki, İddiaçı və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.2-ci maddələri ilə cinayət işinin başlanılması və icaata qəbul edilərək ibtidai istintaq aparılması barədə qərar qəbul edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-də Satış və Müştəri Xidmətləri Departamentinin müştəri əlaqələri üzrə təcrübəçisi vəzifəsinə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixində Satış və Müştəri Xidmətləri Departamentinin departamentin müştəri əlaqələri üzrə kiçik mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən verilmiş , 05 iyul 2024-cü il tarixli, COE/07.24/114 nömrəli əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə əmək haqqının verilməsi, qanunsuz işdən azad edilmə ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddaçı İddiaçı müvafiq pul vəsaiti qarşılığında işəgötürən müəssisə tərəfindən mobil nömrələrə qoyulmuş məhdudiyyəti öz mülahizəsinə əsasən götürmüş və həmin nömrəyə bağlı hesabdan pul çəkilməsinə birbaşa olaraq (qəsdən) şərait yaratmışdır. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməyən işin mübahisəsiz halıdır. İddiaçı qeyd olunan əməli ilə öz əmək vəzifələrini pozmuşdur. Belə ki, Əmək Müqaviləsinin 3.6-cı maddəsinin (İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla işəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vura biləcək hərəkətlərə yol verməmək; Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək) tələblərini pozmuşdur. Belə ki, iddiaçı blok qoyulmuş hesabı əsassız olaraq, şəxsi mənafeyi üçün blokdan çıxarmaqla işəgötürənin maraqlarına uyğun fəaliyyət göstərməmişdir. İddiaçı bu hərəkəti ilə işəgötürənin maraqlarına birbaşa xələl gətirmiş, dolayı yolla onun işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkət etmişdir. Belə ki, Cavabdeh MMC “M10” tətbiqi vasitəsi ilə müxtəlif ödəniş əməliyyatlarının aparılması, müvafiq ödəniş xidmətlərindən və tətbiqin funksiyalarından istifadə etmək imkanı yaradır. Daha çox istifadəçi və daha çox əməliyyatın aparılması Cavabdeh MMC-nin mənafeyinə xidmət edir. İddiaçı müştəri şikayəti nəticəsində blok edilmiş, o cümlədən kartdan oğurluq, piramida, mərc oyunları səbəbindən hesabları blok edilmiş istifadəçilərin hesabını blokdan çıxarmış və Cavabdeh MMC-nin digər müştərilər qarşısında nüfuzunu aşağı salacaq hərəkətlər etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə verilmiş əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi barədə xahiş etmişdir. 1 ay müddət tamam olmamış, xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. X3 da görünür ki, xitam bildirişi sistemə xx.xx.2024-cü il saat 15:44:36-də daxil edilmişdir. Yəni, iddiaçının öz xahişi ilə X8 verilməsi barədə ərizəsinə baxılma müddəti (1 ay) bitməmiş, işəgötürənin təşəbbüsü ilə X8 verilmişdir. Məhkəmə iddiaçının əmrin əsaslandırılmaması dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas Ülviyyə Əfəndiyevanın təqdimatı və İddiaçı xx.xx.2024-cü il tarixli izahatı olmuşdur. İddiaçı öz əməllərini izahatında etiraf etmiş, müvafiq təqdimatda isə iddiaçının hərəkətlərinin şöbənin iş ahənginə ciddi təsir göstərməsi və əməkdaşların etdikləri əməllərin cavabdeh tərəfindən kobud qayda pozuntusu hesab edildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrə əsas olan (onun tərkib hissəsi olan) sənədlərdə əsaslandırılmışdır. Azərbaycan Respublikasının əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmr qəbul edilərkən əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə imperativ norma yoxdur. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır” norması işçinin mənafeyini qorumaq üçün müəyyən edilmişdir ki, əsassız yerə, heç bir əsaslandırma olmadan işçi ilə bağlanmış əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinin qarşısı alınsın. Bir sözlə, qanunla işəgötürənin öz səlahiyyətlərindən suiistifadə etməsi ehtimalı məhdudlaşdırılmışdır. Həmçinin, müvafiq əmr Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmişdir. İddiaçı isə hesab edir ki, müvafiq əmrin məzmununda mütləq qaydada işçinin işdən çıxarılmasının səbəbləri əsaslandırılmalıdır. O, öz mövqeyini Ali Məhkəmənin qərarı və mövcud praktika ilə əsaslandırır. Halbuki, Ali Məhkəmənin müvafiq qərarında işin halları ilə hazırkı işin halları fərqlidir. Həmçinin, Ali Məhkəmənin qərarları digər məhkəmə instansiyaları üçün məcburi hüquqi qüvvəyə malik deyildir. Qeyd etmək lazımdır ki, normanın bu qaydada (iddiaçının bildirdiyi kimi) şərh edilməsi və tətbiq edilməsi əmək məcəlləsinin ümumi prinsiplərinə, o cümlədən əmək müqaviləsi tərəflərinin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə ziddir. İşəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqi təminatı ondan ibarətdir ki, işçi əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə onun barəsində qanunla müəyyən edilmiş müvafiq tədbirlər görsün və bu tədbirlər qanunla qorunsun. Əks halda, formal mülahizələrə əsasən işəgötürənin əmrinin ləğv edilməsi yolverilməzdir. Həmçinin, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə X8 verilməsi əsasının müəyyən edilməsinin mahiyyəti odur ki, işçi işəgötürənin mənafeyinə zərər vuran hərəkət və ya hərəkətsizliyi etdikdə digər işçilərə münasibətdə işgüzar nüfuzu qorunsun. İşçi öz vəzifə öhədliklərini yerinə yetirmədikdə və ya kobud şəkildə pozduqda və X8 verilməsini xahiş etdikdə işəgötürənin işçi ilə bağlanmış əmək müqaviləsini hansı əsasla ləğv etməsi onun hüququdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdə Müştəri Əlaqələri üzrə kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı ilə bağlanmış İDM-499 nömrəli, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 05 iyul 2024-cü il tarixindən etibarən xitam edilməsi hissəsində əmək məcəlləsinin tələblərinin pozulması barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X8 verilməsinin əsaslarında (Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsi) Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən X8 verilməsi əsası mövcud deyil. Hazırkı iş üzrə işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsində haqlıdır. xx.xx.2024-cü il tarixli müvafiq əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” hissəsi ilə əmək müqaviləsinin ləğv edilməsinin səbəbi işçinin əmək müqaviləsinin 3.6-cı maddəsində müəyyən edilmiş öhdəliklərini, “X7 tərəfindən fırıldaqçılıq və digər şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və digər tədbirlərin həyata keçirilməsinə dair” Daxili qaydaların 3.3.4-cü maddəsində müəyyən olunmuş tələbləri yerinə yetirməməsi olmuşdur. Belə ki, müqavilənin 3.6-cı maddəsində İşəgötürənin maraqlarına uyğun olaraq fəaliyyət göstərmək və birbaşa və ya dolayı yolla İşəgötürənin maraqlarına və işgüzar nüfuzuna xələl gətirə biləcək, o cümlədən işəgötürənə maddi zərər vura biləcək hərəkətlərə yol verməmək; İşəgötürənin daxili intizam qaydalarına, davranış məcəlləsinə, siyasətlərinə və s. (daxili qaydalara) əməl etmək; Üçüncü şəxslərdən işçinin işəgötürən qarşısındakı əmək funksiyalarını və vəzifələrini icra etməsinə təsir etmək üçün təklif olunan və ya bunun üçün təklif olunduğu güman edilən heç bir hədiyyə, vəd və ya digər dəyərli əşya qəbul etməmək kimi öhdəlikləri olduğu halda işçi həmin öhdəliklərə əməl etməmişdir. Yəni işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi həmin öhdəliklərin mahiyyətinə münasibətdə dəyişən hərəkət və ya hərəkətsizliklərdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının dəlillərinə görə onun müvafiq əməlləri nəticəsində işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəyməmişdir. Halbuki, müəssisənin işçisinin əmək müqaviləsi üzrə öhdəliklərinə zidd olaraq, öz səlahiyyətinə aid olmayan hərəkəti (əməli) işəgötürənin mənafeyinə zidd olduğu üçün hər bir halda onun qanunla qorunan mənafelərinə də ziyan vurmuş olacaqdır. Əgər işçi işəgötürənin mənafeyinə zidd olan hərəkət (işəgötürən tərəfindən hesaba qoyulmuş məhdudiyyəti işəgötürənin tapşırığı olmadan və daxili qaydalara zidd olaraq götürmək) edirsə deməli, işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Nəzərə almaq lazımdır ki, bəzi hesablara müştəri şikayətinin olması səbəbindən məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyət əsassız yerə götürülmüşdur. Yəni işəgötürənin nüfuzu, etibarı zədələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması ... prinsiplərinə əsaslanır. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü X8 verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. X8 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən:
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası Qanununun: 37.2-ci maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş hallarla yanaşı, ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda aşağıdakı məqsədlərlə ödəniş alətini bloklaşdırmaq hüququna malikdir: 37.2.1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması; 37.2.2. ödəniş alətinin dələduzluq məqsədilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması; 37.2.3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan X8 verilə bilər. Belə ki, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini pozması nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada dəymiş ziyana görə İddiaçı qanunvericilik və əmək müqviləsi ilə müəyyən olunmuş məsuliyyət daşıyır. Belə ki, xx.xx.2024-cü il tarixində işə götürülmüş İddiaçı öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək 8 ədəd hesabı blokdan azad etmiş, həmin hesablarda olan vəsait hesabı tərk etdikdən sonra yenidən bloklamışdır. İddiaçının bu hərəkətə yol verdiyi faktı iş materiallarına əlavə edilmiş və bir-birini tamamlayan müvafiq sənədlərə əsasən öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının əməllərində əmək vəzifələrini kobud şəkildə pozması halının olması məhkəmə baxışı zamanı tədqiq olunan cavabdeh tərəfin təqdim etdiyi sənədlər ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi, iddiaçı əmək fəaliyyəti zamanı üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı həm də X8 verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçı iş yeri üzrə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə yol verdiyi pozuntu nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyi və bu hərəkətləri əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi üçün işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsas vermişdir. Belə ki, məhkəmə hesab edir ki, əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan halda işəgötürənin X8 vermək hüququ yaranır. Beləliklə məhkəmə tərəfindən cavabdeh tərəfin təqdim etdiyi sübutlara nəzər salınmaqla iddiaçının əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndində göstərilən halların olmasının məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar ilə öz təsdiqini tapdığı müəyyən edilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "işdən azad etmə əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödəniməsi və s." tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.