Məhkəmə qərarları › İş №e-2(006)-4301/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4301/2022

27.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4301/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Mərkəzinin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digərləri olmaqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s." tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digərləri olmaqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s." tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin “bu əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 1 il müddətinə müddətli bağlanmışdır” məzmunlu 2.1-ci bəndinin etibarsız hesab edilməsi 2) Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, iddiaçının 17 iyun 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi 3) Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, iddiaçının 25 iyun 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi 4) Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, iddiaçının 28 iyun 2022-ci il tarixindən işdən azad edilməsi barədə əmri ləğv edilərək İddiaçı Nürəddin qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Memar Əcəmi filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi 5) Cavabdehin iddiaçıya ödəmədiyi son haqq hesab hesablanıb iddiaçıya ödənilməsi 6) 300 manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər vəsatətə etiraz etmədiklərini bildirdilər. Məhkəmə tərəflərin izahatını, iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digərləri olmaqla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s." tələbinə dair ərizəsi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar