Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4369/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərrac vasitəsilə satın alınan daşınmaz əmlakın ipoteka dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərrac vasitəsilə satın alınan daşınmaz əmlakın ipoteka dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən imzalanmış 71/01 saylı xx.xx.2010-cu il tarixli hərracın baş tutmasına dair yekun protokola və xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətinə keçmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin dövlət qeydiyyat orqanı tərəfindən ipoteka dövlət qeydiyyatının ləğv edilməsi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə ipoteka dövlət qeydiyyatının ləğvinə əsas olacaq ərizənin verilməsi öhdəliyini qoyulması, hüquqi yardım göstərilməsinə görə 500 (beş yüz) manat, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat və dövlət rüsumunun ödənilməsinə görə 100 (yüz manat) manat, cəmi 617,25 (altı yüz on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1357/2009 saylı xx.xx.2009-cu il tarixli icra vərəqəsinin və Nizami rayon İcra Şöbəsinin xx/xx-6160 saylı xx.xx.2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2010-cu il tarixində keçirilən açıq hərracda Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil dəyəri tam ödənilməklə İddiaçı tərəfindən satın alınmışdır. Hərrac protokulu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən hərrac baş tutmuş hesab edilib. Müqavilə şərtlərinə əsasən dəyəri tam ödənildikdən sonra əmlak satıcı tərəfindən alıcının mülkiyyətinə verilir. Satıcı qismində Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, alıcı kimi isə İddiaçı çıxış edib. xx.xx.2010cu il tarixində Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda İddiaçı tərəfindən alınmasının təsdiq edilməsi ilə bağlı şəhadətnamə verilib. Bundan sonra mənzil ilə bağlı proseslərin yekunlaşdığı düşünərək alıcı hər hansı hərəkətin icrasına ehtiyac görməmişdi. xx.xx.2023-cü il tarixində İddiaçı etibarnamə ilə nümayəndəsi X7 ləğv olunma prosesində olan Dəmir bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin yüklülükdən azad edilməsi üçün müraciət etmişdir. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023 tarixində ərizəyə verdiyi cavabda göstərilir ki, alıcı Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007)-1357/2009 saylı xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinin öhdəliklərini icra etmədiyinə görə mənzilin girovdan azad edilməsi məqsədə müvafiq hesab edilməsini, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun İddiaçı tərəfindən satın alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin yüklülükdən azad edilməsi üçün müraciətə imtinası əsassız və qanunsuzdur. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən onun iddia tələbi tam qanuni və əsaslıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, kredit müqaviləsi üzrə borc öhdəliyi tam icra olunmamışdır. Ona görə də ipoteka predmeti olan əmlak yüklülükdən azad edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, eyni zamanda tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli Bakı şəhəri 9 saylı dövlət notariat kontru tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı dövlət notariat kontorunun dövlət notariusu X2 «Nolariat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış mənzilinin açıq hərracda satılması barədə fiziki və hüququ şəxslərin və xx.xx.2009-cu il tarixli Bakı şəhəri Nizami rayon məhkəmə tərəfindən verilmiş qətnaməsinə icra vərəqəsinə və xx.xx.2010-cu il tarixli X3 Nəticələri haqqında 71/01 №-li protokoluna əsasən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun Ağstafa rayonu, Eynallı kəndində qeydiyyatda olan xx.xx.1992-ci ildə doğulmuş İddiaçı (ş/v AZE № ********. Ağstafa RPŞ tərəfindən xx.xx.2008-cı ildə verilmiş) məxsus olmasını təsdiq etmiş, həmin əmlak dörd otaqdan ibarətdir, əvvəl xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasının DƏDRX Bakı şəhəri İdarəsi tərəfindən verilmiş 172 kitab, 18136 vərəq, **********07-05101-093008 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi çıxarışa əsasən X5 məxsus olmuş və İddiaçı tərəfindən 21420 (iyirmi bir min dörd yüz iyirmi) manata alınmışdır. İş materiallarında olan X3 nəticələri haqqında 71/01 saylı xx.xx.2010-cu il tarixli prtokolunun surətindən görünür ki, Bakı, şəhəri, məhkəməsinin 2(007)-1357/2009 saylı xx.xx.2009-cu il tarixli icra vərəqəsinin və Nizami rayon İcra Şöbəsinin xx/xx-6160 salı, xx.xx.2010-cu il tarixli sifariş məktubunun icrasına əsasən 33600.00 manat dəyərində olan X5 məxsus olmuş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilini İddiaçı tərəfindən 21420 (iyirmi bir min dörd yüz iyirmi) manata alınmışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, X5 məxsus olmuş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilini İddiaçı tərəfindən 21420 (iyirmi bir min dörd yüz iyirmi) manata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun: 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1.1.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol və mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 319.6-cı maddəsinə əsasən, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə əsasən, açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirilir. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilir ki, X3 nəticələri haqqında 71/01 saylı xx.xx.2010-cu il tarixli protokoluna əsasən X5 məxsus olmuş Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzilini İddiaçı tərəfindən 21420 (iyirmi bir min dörd yüz iyirmi) manata alınmışdır. Baş tutmuş hərracda haqqı ödəniş çeki ilə müəyyən ediləcək çəkildə tam ödənilən mənzilin hərrac protokoluna, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə, 9 saylı notariat kontoru tərəfindən verilən şəhadətnaməyə əsasən İddiaçı məxsusluğu təsdiqlənmişdir. Belə ki, 71/01 saylı xx.xx.2010-cu il tarixli hərrac protokoluna və xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə keçmiş və o, öz əmlakı ilə digər şəxsin hər hansı bir öhdəliyin icrası üçün məsuliyyət daşıya bilməz. Cavabdehin istinad etdiyi kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunmaması ipoteka predmeti olmuş əmlakın yüklülükdən azad olunmaması üçün əsas ola bilməz. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli "xxxx" MMC tərəfindən imzalanmış 71/01 saylı xx.xx.2010cu il tarixli hərracın baş tutmasına dair yekun protokola və xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətinə keçmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin dövlət qeydiyyat orqanı tərəfindən ipoteka dövlət qeydiyyatının ləğv edilməsi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə ipoteka dövlət qeydiyyatının ləğvinə əsas olacaq ərizənin verilməsi öhdəliyi qoyulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 100 manat və hüquqi yardım üçün etibarnamə verilməsi üçün 17.25 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddia həmin hissədə təmin olunaraq 117.25 manat dövlət rüsumu cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın hüquqi yardım göstərilməsinə görə 500 (beş yüz manat) manat pul tələbi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı iddianın hüquqi yardım göstərilməsinə görə pulu ödədiyini bildirsə də həmin pulun ödənilməsi barədə ödəniş qəbzini məhkəməyə təqdim etmədiyindən iddianın həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.3-cü maddəsinə müvafiq olaraq iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC tərəfindən imzalanmış 71/01 saylı xx.xx.2010-cu il tarixli hərracın baş tutmasına dair yekun protokola və xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətinə keçmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin dövlət qeydiyyat orqanı tərəfindən ipoteka dövlət qeydiyyatının ləğv edilməsi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə ipoteka dövlət qeydiyyatının ləğvinə əsas olacaq ərizənin verilməsi öhdəliyi qoyulsun. Ödənilmiş 117.25 manat dövlət rüsumu cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4369/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4369/2023
04.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver