Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4385/2025 17.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı "ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixə qədər Cavabdeh MMCdə iş icraçısı vəzifəsində çalışdığı dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixə qədər Cavabdeh MMC-də iş icraçısı vəzifəsində çalışmışdır. İşləməyilə bağlı qeydlər əmək kitabçasında da mövcuddur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına şəxsi hesabı ilə bağlı sosial arayış almaq üçün müraciət etmişdir. O zaman ona məlum olmuşdur ki, yuxarıda qeyd etdiyi dövrlər üzrə sığortaedən Cavabdeh MMC tərəfindən işlədiyi dövrlər üçün məcburi dövlət sığorta haqqı üzrə ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən həmin dövlər üzrə işləməyi nəzərə alınmır və iş stajı kimi hesablanmır. Bu da onun konstitusion hüquqlarını pozur. Halbuki o, faktiki olaraq qeyd edilən cəmiyyətdə işləmiş və onlar tərəfindən əmək müqaviləsinin elektron sistemə daxil edilib-edilməməsindən, yaxud sosial sığorta ödənişlərinin həyata keçirilib-keçirilməməsindən xəbərsiz olmuşdur. Belə ki, görülməli olan bu işlər işəgötürənin vəzifəsidir. Onların öz vəzifələrini yerinə yetirməməsi onun hüquqlarını pozur. Bununla bağlı mediasiyaya müraciət etsə də, cavabdehin nümayəndəsinin mediasiya prosesində iştirak etmədiyindən hər hansı nəticə əldə edə bilməmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin münasibəti: "xxxx" MMC-nin qanuni təmsilçisi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Şirkət həmin dövrlər ərzində digər məsul şəxslər işləmiş və məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsində müəyyən çatışmazlıqlar olmuşdur. İddiaçı 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixə qədər Cavabdeh MMC-də iş icraçısı vəzifəsində çalışmış və 100 manat aylıq əmək haqqı almışdır. İddia tələbini qəbul edir, həmin dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsini öz öhdəsinə götürürlər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının mülahizəsi: İddiaçı iddia ərizəsində xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinə qədər İnşaat Servis YKT MMC-də iş icraçısı vəzifəsində çalışdığını və işləməsi ilə bağlı qeydlərin əmək kitabçasında mövcud olduğunu qeyd etmişdir. Həmçinin, sosial arayış almaq üçün müraciət etdiyi zaman qeyd edilən dövrlər üzrə sığortaedən “İnşaat Servis-YKT" MMC tərəfindən işlədiyi dövrlər üzrə məcburi dövlət sığorta haqları üzrə ödənişlərin həyata keçirilməməsini bildirmişdir. Bununla əlaqədar iddia ərizəsinə mülahizəsini təqdim edir və icraatına qəbul edib, hüquqi qiymət verməsini xahiş edir. Məlumat üçün bildirirlər ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığrtaedən “İnşaat Servis-YKT" MMC-nin 2012-2014-cü illər üçün təqdim etdiyi məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında sığorta olunan kimi iddiaçının məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 01 yanvar 2006-cı il tarixdən başlayaraq aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.10-cu maddəsinin məzmununda qeyd olunduğu kimi məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Sözügedən Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta X3 haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta X3u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 2019-cu il 1 yanvar tarixindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Əlavə olaraq bildirirlər ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı iş müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0. 5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0. 5-ci maddələrinin tələblərinə görə, sıöortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sıöortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələbləhnə uydun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.6-cı bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqları Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Dövlət Sosial Sığorta X3 Haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək sığortaedənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfmn 4.1.1 və 4.1.3cü bəndlərinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı əmək kitabçasına, xx.xx.2006cı ildən sonrakı dövr üzrə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən is müddəti əmək pensiyası təyin edilərkən sığorta stajı kimi nəzərə alınır. “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nəzərə alınması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedən Cavabdeh MMC-nin 2012-2014-cü illər üçün təqdim etdiyi məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında sığorta olunan kimi iddiaçının məlumatları aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 izahatında bildirmişdir ki, mülahizədə qeyd olunanları müdafiə edir. Sığorta ödənişi olmayıb. Həmin dövrlər üçün hesabatlar verilib. Ödəniş proporsional qaydada bölünür. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı xx.xx.2010-cu il tarixli əmək kitabçasına əsasən "xxxx" MMC-nin xx.xx.2012-ci tarixli əmrinə əsasən icraçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən öz ərizəsi əsasında işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Ucot üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli məktubuna əsasən Kaspi-Lit Construction MMC-nin rekvizitləri (SUN və ya VÖEN) əlavə edilmədiyindən həmin təşkilat barədə Nazirliyin uçot bazasında araşdırmanın aparılması mümkün olmamışdır. Qeyd edilir ki, sözügedən təşkilatın rekvizitləri (SUN və ya VÖEN) təqdim edildikdən sonra 2010-2011-ci illər üzrə fərdi şəxsi hesab məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedən "xxxx" MMC-nin (SUN: 10410053-128 VOEN **********) 2012-2014-cü illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında sığortaolunan kimi məlumatları aşkar edilməmişdir. "xxxx" MMC-nin iddiaçının nümayəndəsi Nümayəndə1 ünvanlanmış məktubundan görünür ki, İddiaçı "xxxx" MMC-də 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixədək iş icraçısı vəzifəsində əmək müqaviləsinə əsasən işləmiş və 100 manat aylıq əmək haqqı almışdır. Məsul şəxslər dəyişdiyi üçün İddiaçı əmək haqqından tutulmalar, o cümlədən DSMF və vergilər üzrə ödənişlər barədə məlumat vermək imkanı xaricindədir. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16-2025-00783 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə, saat 12:30-13:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası): 9-cu maddəsinin j) bəndində göstərilir ki, işçinin ən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüququ vardır. 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması. 54-cü maddəsinin 1-ci hissəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:... işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini. 287-ci maddəsinə əsasən, Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 304-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 306-cı maddəsinin 2-ci hissəsinə əsasən işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. 307-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. “Dövlət sosial sığorta X3 haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2-ci maddəsinə əsasən fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, əməkhaqqı (gəlir) və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarına köçürülməsinə nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və köçürülən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 7.1-ci maddəsinə əsasən sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları qeydiyyatdan keçdikləri dövlət sosial sığorta X3u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 9.2-ci maddəsinə əsasən sığortaedənin vəzifələri aşağıdakılardır: 9.2.1. dövlət sosial sığorta X3u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; 9.2.2. hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta X3u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək; 9.2.3. sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası): 2-ci maddəsinə əsasən Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün fərdi əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biridir. 14.1-ci maddəsinə əsasən, Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 29-cu maddəsinə əsasən sosial sığorta ilə əlaqədar sığortaedənlə sığorta olunan arasında yaranan mübahisələrə “Fərdi əmək mübahisələrinin həlli haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaçı ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 2.1-ci bənd. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında əmək münasibətləri olmuşdur. İddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də icraçı vəzifəsində işləmişdir. İddiaçı şəxsi hesabı ilə bağlı sosial arayış alarkən müvafiq icra hakimiyyəti orqanında ona bildirilmişdir ki, onun şəxsi sığorta hesabına işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları köçürülməmişdir. Bu barədə iddiaçı tərəfindən cavabdehə müraciət olunmuş, cavabdeh "xxxx" MMC-nin direktoru məsul şəxslər dəyişdiyi üçün İddiaçı əmək haqqından tutulmalar, o cümlədən DSMF və vergilər üzrə ödənişlər barədə məlumat verməyin imkanı xaricində olduğunu bildirilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı öz məktubunda qeyd edir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedən "xxxx" MMC-nin 2012-2014-cü illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında sığortaolunan kimi məlumatları aşkar edilməmişdir. Üçüncü şəxslər qeyd edir ki, sığortaedən (cavabdeh) tərəfindən təsdiqedici sənədlər tam və düzgün şəkildə təqdim edildikdən sonra müvafiq araşdırma aparılacaqdır. Hazırda iddiaçı 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixə qədər Cavabdeh MMC-də iş icraçısı vəzifəsində çalışdığı dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə xahiş edir. Cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini bildirir. Beləliklə, iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də icraçı vəzifəsində işləməsi və məcburi dövlət sosial sığorta ödənişlərinin edilməməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Əksinə, cavabdeh tərəf qeyd edir ki, iddia tələbini qəbul edir, həmin dövrlər üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirdiyinə görə onun səlahiyyətli qurumları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi məlumata əsasən, 2012- 2014-cü illər üçün təqdim edilmiş məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığorta olunan kimi iddiaçının məlumatları aşkar edilməmişdir. Məhkəmə mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin maddi hüquq normalarına istinad edərək qeyd edir ki, sığortaedən olaraq cavabdeh sığortaolunanlar haqqında qanunla müəyyən edilmiş məlumatları dövlət sosial sığorta X3u həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməli idi. Bu, sığortaedənin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh həmin məlumatları və məcburi dövlət sosial sığorta haqlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Dövlət sosial sığorta X3 haqqında” Azərbaycan Respublikası Qanunun və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur. Buna görə də cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğ hesabatda əks olunmaqla İddiaçı 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; 9.1.20. məhkəmədə verilən iddialar üzrə -... qaçqınlar və məcburi köçkünlər. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı Qanunun 9.1-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu (iddia təmin edildiyindən) cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan məbləğ hesabatda əks olunmaqla İddiaçı 06 yanvar 2012-ci il tarixdən 30 may 2014-cü il tarixə kimi əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Cavabdeh "xxxx" MMC-dən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4385/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4385/2025
17.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver