Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4391/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh, vəkili-nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X2 arasında xx.xx.1994-cü il tarixdə, 382 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi X3 etiraz təqdim edərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, tərəflərin rəsmi nikahı olsa da, faktiki ailə münasibətlərində olmamışlar. İddiaçı xaricdə başqa şəxslə evlidir, lakin kommersiya məqsədilə cavabdehlə rəsmi nikah bağlamışdır. Mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-108/2023 nömrəli işə birləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, iddiaçı ilə 25 ildir ailəli olublar. Birlikdə də yaşayıblar. Mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-108/2023 nömrəli işə birləşdirilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh vəkili-nümayəndəsi X3 iddiaya etiraz edib bildirdi ki, tərəflərin arasındakı mübahisə 2 ildir ki, davam edir. Xəzər Rayon Məhkəməsində “nikahın pozulması və əmlak bölgüsü” tələbinə dair iş olmuş, nikahın pozulması tələbi ayrı icraata ayrılaraq, tərəflərə 3 ay vaxt verilmiş, 2022-ci ilin sentyabr ayında nikah pozulmuşdur. Əmlak bölgüsü tələbi isə hazırda da Xəzər Rayon Məhkəməsinin icraatındadır və iş üzrə ekspertiza təyin edilmişdir. İddiaçı tərəf həmin iş üzrə çıxışları zamanı cavabdehin adına olan əmlakın birgə nikah dövründə əldə edildiyini bildirdiyi halda, hazırda nikahın etibarsızlığını mübahisələndirir. Buna görə də iddiaçının hazırki tələbinə baxıla bilməz, nikahın pozulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var. Mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-108/2023 nömrəli işə birləşdirilməsinə etiraz etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və cavabdehin etirazını araşdıraraq hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)- 108/2023 nömrəli mülki işə birləşdirilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1732/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından və xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakda bərabər payların müəyyən edilməsi tələblərinin ayrı-ayrı icraatlara ayrılması və iddialara ayrı icraatlarda baxılması qərara alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə 2(003)- 108/2023 nömrəli mülki iş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) icraatındadır (daxil olma: xx.xx.2022). Məhkəmə hər iki mülki iş üzrə tələbləri araşdıraraq hesab edir ki, həmin tələblər birlikdə baxılmalı olan tələblər olduğundan işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-4391/2023 nömrəli mülki iş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə 2(003)-108/2023 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(003)-108/2023 nömrəsi verilməli, mülki iş Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-4391/2023 nömrəli mülki iş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə 2(003)-108/2023 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(003)-108/2023 nömrəsi verilsin. Mülki iş Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4391/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4391/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver