Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-44/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X1 Yardım Stansiyası” X2rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair e-2(006)-44/2023 saylı mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “Bakı şəhəri X1 Yardım Stansiyası” X2rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-44/2023 saylı 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Sonradan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin iddiaçıya aid edilməsi göstərilsə də, həmin xərclərin nədən ibarət olması və iddiaçıdan hansı miqdarda pulun tutulmalı olduğu göstərilməmişdir. Belə ki, “mediasiya, hüquqi xidmət xərci və məhkəmə ekspertizasının dəyəri” qətnamənin əsaslandırıcı hissəsində məhkəmə xərcləri kimi qiymətləndirilmişdir. İddia üzrə əsas tələblər təmin edilmədiyindən, məhkəmə mediasiya və hüquqi xidmətə dair məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Lakin qətnamənin nəticə hissəsində ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli olduğu qeyd edilməmiş, yəni bu məsələyə münasibət bildirilməmişdir. Buna görə də hazırda iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə baxılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan əlavə qətnamə çıxarılması məsələsinə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, qətnamənin nəticə hissəsində ekspertiza xərclərinin iddiaçıdan tutulması məsələsinə münasibət bildirilmədiyindən, iş üzrə əlavə qətnamə çıxarılmalı, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: - işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; - hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; - məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsinə görə, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məcəllənin 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, e-2(006)-44/2023 saylı mülki iş üzrə əlavə qətnamə çıxarılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: e-2(006)-44/2023 saylı mülki iş üzrə əlavə qətnamə çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-44/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(006)-44/2023
19.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver