Məhkəmə qərarları › İş №e-2(006)-4408/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4408/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4408/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh3 qarşı "pul tələbinə dair" dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh3 qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 000 manat əsas borcun, 350 manat gecikmə faizini, cəmi 26 350 manat pulun cavabdehlər Cavabdeh3 Salman oğlundan,Cavabdeh2və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnidən birgə qaydada tutulub İddiaçı ödənilməsi,171 manat dövlət rüsumu və 120 manat hüquqi xidmət xərci, cəmi 291 manat pul cavabdehlər Cavabdeh3 Salman oğlundan, Cavabdeh2və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnidən birgə qaydada tutulub İddiaçı ödənilməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, cavabdeh Türkiyə Respublikası vətəndaşı Cavabdeh3 Salman oğlunun sifarişi əsasında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirlik deyilən ünvanda villa inşa etmişdir. Həmin villa tikilib 2022-ci ilin dekabr ayında təhvil verilsə də bu günə qədər Cavabdeh3 həmin işdən qalıq borcu olan 26 000 manatı hələ də iddiaçıya ödəməyib. Məhz həmin 26 000 manat pulun cavabdehin iddiaçıya borclu olduğuna dair xx.xx.2023-cü il tarixində İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır (Müqavilə əlavə olunur). Bu Müqavilədən də görünür ki, Cavabdeh3 xx.xx.2024-cü ilə qədər həmin 26.000 manat pulu ödəməlidir. Bundan başqa tərəflər arasında olan VVatsap yazışmaları bunu sübut edir ki, cavabdeh iddiaçıya 26 000 manat borcludur. İddiaçı dəfələr ilə həmin pulu cavabdehdən tələb etsə də o həmin pulu hələ də iddiaçıya ödəmir. Hesab edirlər ki, həmin 26 000 manat pul Cavabdeh3 tutulub İddiaçı ödənilməlidir. Başqa bir ifadə ilə iddiaçı ilə cavabdeh arasında şifahi qaydada Podrat müqaviləsi bağlanmışdır. Həmin Podrat müqaviləsi üzrə də cavabdehin, iddiaçıya 26 000 manat borcu qalmışdır. Bunu xx.xx.2023-cü il tarixində bağlanmış borcun etirafı xarakterli Müqavilə təsdiq etdiyi kimi, həm də Vvatsap yazışmaları və şahidlər də təsdiq edir. Göründüyü kimi, həmin 26 000 manat pul xx.xx.2024-cü il tarixində iddiaçıya ödənilməli idi. Lakin həmin tarixdən 100 gündən çox vaxt keçməsinə baxmayaraq hələ də ödənilməyib. Yəni 100 gün gecikdirilib. İddiaçı eyni zamanda 100 gün üçün gecikmə faizini də tələb edir. Qeyd edilir ki, Cavabdeh3 təsisçisi və direktoru olduğu iki MMC qeydiyyatdan keçib. Bunlar "xxxx" MMC və "xxxx" MMC-dir. Hesab edirik ki, həmin MMClər də cavabdeh ilə birlikdə, iddiaçıya qarşı məsuliyyət daşıyırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, Mariflə birgə işləmişdir və işi onlara Cavabdeh3 vermişdir. Bina Mərdəkanda “Əncirlik” deyilən yerdə yerləşir. Fəxri müəllimin sifarişi əsasında tikilirdi, 3 mərtəbəli binadır və hamısını onlar sıfırdan etmişdilər. Cavabdeh3 özü gəlib onlaran binanı təhvil götürdü. 36000-dən çox borcu var, bugün sabah verəcəyini deyir, lakin vermir. Kağız imzaladı ki 4 aya verəcək, lakin vermədi, onlar də məcbur olub məhkəməyə iddia verdilər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, onlar Mariflə eyni rayondadılar və çox yerdə birlikdə işləmişlər. O beton ustasıdır. O özü Mərdəkan tərəfdəki villada işləmişdir. Qəlibi düzəldib öz işini tam təhvil verib və hazırda 2300 AZN alacağı var Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, qəlibçiustasıdır və Mariflə iş yoldaşı olub. Elçinlə qardaşdılar, qardaşı Mariflə dostdur. O evlə bağlı ona da verəcəkləri var, lakin Mustafa bunlara pullarını vermir ki, onlar da ona versinlər. Onlara aid olan iş təhvil verilib. 3 mərtəbəli binadır, 1-i “podvaldır”, 2-si yaşayış binasıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, Mariflə Elçin 2 nəfər olublar, ikisi də onların ustalar olub. Onlar malları xaricdən gətirirlər. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq mallarla çox pis davranırdılar, sındırırdılar. İşlərini də yarımçıq tamamlamadan qoyub gediblər, onlara hər hansı borcu yoxdu. Bunları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ilə Cavabdeh3 Salman oğlu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı 26.000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu “Borc alan” Cavabdeh3 Salman oğluna verməyi, “Bor alan” isə borcu müqavilənin şərtinə uyğun olaraq xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. - 06 noyabr 2023-cü il tarixli “vurulmuş maddi zərər” haqqında aktdan görünür ki, İddiaçı istifadəsində olan müəssisənin inventarlarının istifadəsi zamanı onları bilərəkdən yarasız hala salaraq müəssisəyə geri qaytarması nəticəsində Korkmaz Group MMC-yə bazar qiymətilə orta hesabla 41429 manat maddi zərər vurmuşdur. Belə ki, həmin inventarlar o dərəcədə yararsız hala salınmışlar ki, onların gələcək istifadəsi qeyri mümkün olduğundan həmin vəziyyətdə də hazırda saxlanılır. - ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 171.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarına fotoşəkillər və CD-disk əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh3 sifarişi əsasında villa inşa etmişdir. Həmin villa tikilib 2022-ci ilin dekabr ayında təhvil verilsə də bu günə qədər Cavabdeh3 həmin işdən qalıq borcu olan 26 000 manatı hələ də iddiaçıya ödəməmişdir. Məhz həmin 26 000 manat pulun cavabdehin iddiaçıya borclu olduğuna dair xx.xx.2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh3 xx.xx.2024-cü ilə qədər həmin 26.000 manat pulu ödənilməsini öhdəliyinə götürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 26 000 manat əsas borcun, 350 manat gecikmə faizini, cəmi 26 350 manat pulun və həmçinin 171 manat dövlət rüsumu və 120 manat hüquqi xidmət xərcinin cavabdehlər Cavabdeh3 Salman oğlundan, Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnidən birgə qaydada tutulub ona ödənilməsini xahiş etmiş, Cavabdeh3 isə hər hansı borcun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsası öhdəlik münasibətləridir. Azərbaycan Respublikasının Mülk Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə tərəflər arasında razılaşmalar və yuxarıda sadalanan qanunvericiliyin imperativ normaları üzrə hesab edir ki, İddiaçı və cavadbeh Cavabdeh3 arasında mövcud xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə cavabdeh üzərinə xx.xx.2024-cü il tarixədək 26.000 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüş, lakin hazırkı vaxta kimi həmin öhdəliyi tam olaraq icra etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəməyə 06 noyabr 2023-cü il tarixli “vurulmuş maddi zərər” haqqında aktın sürətini təqdim edərək, İddiaçı istifadəsində olan müəssisənin inventarlarının istifadəsi zamanı malları bilərəkdən yarasız hala salaraq müəssisəyə geri qaytarması nəticəsində Korkmaz Group MMC-yə 41429 manat maddi zərər vurduğunu bildirsə də, həmin akt birtərəfli olaraq MMC-nin işçiləri tərəfindən imzalanmış, İddiaçı həmin aktla tanış olması barədə sübut (imza və sair) aşkar edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi CD-diskdə olan WhatsApp proqramı üzərindən aparılmış yazışmalardan açıq-aydın müəyyən olunur ki, cavabdeh heç birində iddiaçıya borcu olmasını inkar etməmiş, əksinə hər dəfə vaxt istəmişdir. Məhkəmə onu da qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. İş materiallarından da göründüyü kimi, iddiaçı borcun mövcudluğu barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş, həmçinin borcun olması şahidin ifadələri ilə də təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq hazırda 26000 manatı Cavabdeh3 tələb etmişdir. Lakin bu hissədə məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı iddia tələbində borc məbləğini eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən də tələb etsədə, xx.xx.2023-cü il tarixli borc müqaviləsi Cavabdeh3 ilə bağlandığından iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddia ərizəsinin “350 manat gecikmə faizi” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin 1.2-ci maddəsinə əsasən bu müqavilənin şərtlərinə əsasən borun faiz üzrə verilməsi nəzərdə tutulmadığından, iddia bu hissədə də rədd edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 171 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı 120 manat məbləğində hüquqi xidmət xərci tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia bu hissə də rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 26.000 manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 171 manat, ümumilikdə 26.171 (iyirmi altı min yüz yetmiş bir) manat məbləğində pul Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 İddiaçı xeyrinə 26.000 manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 171 manat, ümumilikdə 26.171 (iyirmi altı min yüz yetmiş bir) manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar