Məhkəmə qərarları › İş №e-2(006)-4441/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4441/2024

04.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4441/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsinə qarşı "əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsinə qarşı "əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29- 59/3-l-1095k/2024 saylı Əmrinin ləğv edilməsi, iddiaçının vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Bakı şəhəri 310 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Lakin xx.xx.2024-cü il tarixində xəstəliyi ilə əlaqədar olaraq işdə olmadığı zaman Bakı şəhəri üzrə Təhsil İdarəsinin işçisi Bakir Məmmədov iddiaçıya təzyiq göstərərək zorla işə çağırmış və ona qanunsuz olaraq işdən azad olmağı barədə ərizə yazdıraraq dərhal ərizəni götürmüşdür. Həmin vaxt iddiaçının qan təzyiqi kəskin dərəcədə yüksəldiyi üçün təcili tibbi yardıma (103) zəng vurmuş və təcili yardım gələrək ona ilkin tibbi yardım göstərmişdir. Bakı şəhəri Təcili və X1 Stansiyasının xx.xx.2024-cü il tarixli 12/290 saylı xəbərdarlıq vərəqəsində onun sağlamlığının ciddi şəkildə pozulması öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixində iddiaçının övladı X2 burun travması diqnozu ilə “X4”ə aparılmışdır (müvafiq arayış əlavə edilir). Bununla da iddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq işdən azad olunmuş və bu barədə müvafiq tibbi arayış əlavə edilir. İddiaçı yüksək qan təzyiqi və eyni zamanda xəstə vəziyyətdə məcburi işə çağırılaraq zorla, işdən çıxarılacağı hədəsi altında yazdığı ərizəni təcili tibbi yardım həkiminin müdaxiləsindən sonra özünə gələn zaman işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin işçisi Bakir Məmmədova ərizə təqdim etsəm də o, qəbul etməkdən imtina etmiş və bundan sonra iddiaçı dərhal xx.xx.2024-cü il tarixində saat 16:18 radələrində Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevə və saat 16:19 radələrində Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixində təzyiq altında zorla yazdırılmış işdən çıxma ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin elə həmin gün ona qanunsuz olaraq əmrinin verildiyi bildirilmiş və həmin əmrin surəti belə ona təqdim edilməmişdir. Lakin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixinədək onun işdə olduğu görünsə də həmin elektron informasiya sistemindən çıxarılmış digər sənəddə əmək müqaviləsinin xitam tarixi xx.xx.2024- cü il tarixi göstərilmişdir. Nəhayət xx.xx.2024-cü il tarixində əmrin surəti müraciət edildikdən sonra nümayəndəyə təqdim edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-l- 1095k/2024 saylı Əmrinin 1-ci bəndinə əsasən mənimlə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 12 iyul 2024-cü il tarixindən xitam verilməsi göstərilmişdir. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Göründüyü kimi, qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçının işdən çıxmağı barədə ərizə onun xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirən zaman, yəni xx.xx.2024-cü il tarixində zorla, işdən çıxarılması hədəsi altında, eyni zamanda sağlamlığı ciddi təhlükədə olan vaxt alınmış, həmin ərizədə iddiaçının əmək münasibətini dayandırmaq istədiyi gün göstərilməmişdir. Bundan sonra da dərhal iddiaçı xx.xx.2024-cü il tarixində saat 16:18 radələrində Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevə və saat 16:19 radələrində Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixində təzyiq altında zorla yazdırlmış işdən çıxma ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İşə əlavə etdiyimiz "xxxx"MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli teleqramda göstərilir ki, iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevə və saat 16:19 radələrində Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanlanmış göndəriş müvafiq olaraq xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində təyinatı üzrə çatdırılmışdır. Cavabdeh hətta nəinki xəbərdarlıq müddətini gözləməmiş, onlarda ərizənin etibarsız sayılımasına dair yeni ərizə olmasına baxmayaraq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla qanunsuz olaraq əmək müqaviləsinə xitam vermişdir. Lakin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixinədək iddiaçının işdə olduğu görünsə də həmin elektron informasiya sistemindən çıxarılmış digər sənəddə əmək müqaviləsinin xitam tarixi xx.xx.2024-cü il tarixi göstərilmişdir. Daha sonra İddiaçı “iddia tələbinin artırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmrinin və xx.xx.2024-cü il tarixli 3-29-59/3-l-1095k/2024 saylı Əmrinin ləğv edilməsi, iddiaçının vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və vəkilinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzdirilmiş Elektron İnformasiya Sistemindən “iş yerinə dair” xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən Bakı şəhəri 310 saylı uşaq bağçasının müəssisənin müdiri vəzifəsində işləmişdir. - “X4”-in ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, X2 burun travması diqnozu ilə “X4”ə aparılmışdır. - “Bakı Şəhəri Təcili və X1 Stansiyası” PHŞ “işdən və dərsdən azad etməyə əsas verməyən” xx.xx.2024-cü il tarixli, 12/290 saylı sahə həkimi xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı ilkin tibbi yardım göstərmişdir. - SN00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq işdən azad edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə işdən çıxmaqla bağlı olan ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Elm və Təhsil Nazirliyinin naziri Emin Əmrullayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü ildə ondan təziq altında alınan ərizənin (işdən çıxış ərizəsinin) etibarsız hesab edilməsini xahiş etmişdir. - AZ1008/********** nömrəli teleqramdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin naziri Emin Əmrullayevə ünvanladığı göndəriş xx.xx.2024-cü il tarixində təyinatı üzrə çatdırılmışdır. - AZ1052/********** nömrəli teleqramdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanladığı göndəriş xx.xx.2024-cü il tarixində təyinatı üzrə çatdırılmışdır. - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmri ilə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri İddiaçı 12 iyul 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bakı şəhər üzrə Tədris İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-59/3-l-1095k/2024 saylı əmri ilə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 12 iyul 2024-cü il tarixdən xitam verilməsinin nəzərə alınması və sair məsələlər əmr edilmişdir. - Bakı şəhəri 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-01582 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 16:30-da keçirilən ilkin mediasiya sessiyasında Bakı şəhər üzrə Tədris İdarəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, habelə, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin ixtisar edilməsi qadağandır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk olaraq İddiaçı ərizəni yazdığı tarixdə əmək qabiliyyətinin olub olmamasının yoxlanılması ilə başlanmasını müvafiq hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, SN00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024cü il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq işdən azad edilməsinə baxmayaraq, iddiaçı təcili tibbi yardıma ərizəni yazdıqdan sonra zəng vurmuş, təcili yardım gələrək ona ilkin tibbi yardım göstərmiş və nəticədə o xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, işdən öz təşəbbüsü ilə azad edilmə barədə ərizənin yazıldığı vaxt İddiaçı əmək qabiliyyətini mövcud olmuşdur. Lakin məhkəmə qeyd edir ki, işçinin müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan ərizə yazaraq çıxması və ərizə yazdıqdan sonra halın pisləşməsi, dərhal müvafiq orqanlara həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizələr ünvanlanması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirmək çətindir. İşçi tərəfindən bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) ərizənin yazılması, ağlabatan bir səbəblə izah olunmadıqda işdən öz təşəbbüsü ilə azad edilmə barədə ərizənin işəgötürənin təzyini altında bağlanması daha inandırıcı görünür. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı işdən azad edilməsinə əsas kimi göstərilmiş ərizənin mahiyyəti (iddiaçının hansı tarixdən işdən azad edilməsini xahiş etdiyi və sair) barədə hər hansı məlumat ərizənin məhkəməyə təqdim edilməməsi səbəbindən mövcud deyildir. Belə ki məhkəmə tərəfindən cavabdehə sorğu göndərilərək, iddiaçının işdən çıxarılması ilə bağlı bütün prosedurlara əməl olunub olunmaması barədə sənədlərin tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ərizə və digər sənədlər məhkəməyə təqdim edilməmiş və cavabdeh hər iclas barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Bakı şəhər üzrə Tədris İdarəsinin iddiaçının öz təşəbbüsü ilə azad edilmə barədə ərizənin təqdim etməkdən yayındığını da nəzərə alaraq bir daha həmin ərizənin işəgötürənin təzyini altında bağlanması qənaətinə gəlir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləridə nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin cavabdeh tərəfindən iddiaçının ərizəsi məhkəməyə təqdim edilmədiyindən iddiaçının işdən azad edilməsini istədiyi gün, ümumiyyətlə həmin günün ərizədə göstərilib göstərilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmçinin, 69.4-cü maddəyə əsasən işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etdiyi təqdirdə işəgötürən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitmədən əmək müqaviləsi ləğv edə bilər. Lakin mülki iş materiallarından görünür ki, yeni işçinin götürülməsi barədə İddiaçı rəsmi qaydada yazılı xəbərdarlıq edilməmiş və buna baxmayaraq iddiaçının xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova və Elm və Təhsil Nazirliyinin naziri Emin Əmrullayevə ünvanlanmış “işdənçıxma barədə ərizəsinin etibarsız hesab edilməsi” barədə ərizələri də nəzərə alınmamışdırlar. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə həmçinin, iddianın iddiaçının Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-l-1095k/2024 saylı Əmrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, tələbin əmrin ləğv edilməsi hissəsi təmin edildiyindən, avtomatik olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmri ləğv edilərkən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-l-1095k/2024 saylı Əmri ləğv ediləcəyindən, yenidən mübahisə varmış kimi məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə də zərurət qalmamışdır. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsindən tutularaq İddiaçı ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsinə qarşı "əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunsun. Məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar