Məhkəmə qərarları › İş №e-2(006)-4472/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-4472/2022

30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4472/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin qapısına bitişik tikilinin sökulməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin qapısına bitişik tikilinin sökulməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Kazımovski küçəsi 17 saylı binanın birinci mərtəbəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik olan, Cavabdeh1 məxsus sahəsi 22,3 m2 olan qeyriyaşayış sahəsinə verilmiş Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-cı il tarixli, ******* saylı çıxarışının ləğv olunması və iddiaçıya məxsus onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qapısına bitişik hissədə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 17 (köhnə ünvanla ünvan 2rtəbəli binanın birinci mərtəbəsində sahəsi 106,4 m2 olan qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Bakı şəhəri Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 006311 nömrəli mülkiyyət şəhadətnaməsinə əsasən iddiaçının, yəni İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ölkə xaricində olduğu müddətdə xüsusi mülkiyyətində olan məlum qeyri-yaşayış sahəsinin girişçıxış qapısının ön hissəsi hasarla hörülərək bu sahəyə bitişik hissədə tikinti işi aparılmışdır. Aparılmış tikinti nəticəsində iddiaçının öz mülkiyyətindən istifadə hüquqları tamamilə məhdudlaşdırılmışdır. Aparılmış tikinti sahəsinin kimə məxsus olması ilə bağlı iddiaçı aidiyyatı üzrə ilkin olaraq Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətindən iddiaçıya ünvanlanan 04 sentyabr 2018-ci il tarixli 0/415 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Kazımovski küçəsi 17 saylı binanın birinci mərtəbəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik, sahəsi 22,3 m2 olan qeyri-yaşayış sahəsi hazırki iş üzrə Cavabdeh1 məxsusdur və Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-cı il tarixli ******* saylı çıxarışı ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hesab edirlər ki, iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qapısına bitişik hissəsində tikilinin aparılması əsassız və qanuna ziddir. Bu səbəbdən də hesab edirlər ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Kazımovski küçəsi 17 saylı binanın birinci mərtəbəsində yerləşən iddiçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik olan, hazırki iş üzrə Cavabdeh1 məxsus sahəsi 22,3 m2 olan tikili sökülməli və həmin qeyri-yaşayış sahəsinə Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-cı il tarixli ******* saylı çıxarışı ləğv olunaraq, qeyri-yaşayış sahəsinin qapısına bitişik hissədə aparılmış tikinti texniki cəhətdən tikinti qaydalarına zidd olduğu üçün sökülməlidir. Bu barədə məhkmənin icraatında işə baxılan zaman ekspertiza rəyi alınmışdır. Bundan başqa hazırki iş daha öncə Bakı şəhəri Nəsimi rayon Məhkəməsi (hakim Natəvan Tağıyeva) icraatında olmuş və dəfələrlə bu işlə bağlı məhkəmə prosesləri keçirilmişdir. Lakin son məhkəmə çəkişmə prosesində qanunsuz tikilinin sahibi digər cavabdeh iddiaçı tərəfə yaxınlaşaraq işin sülh yolu ilə həllini xahiş etdiyi üçün iddiaçı tərəf olaraq məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. İşin baxılmamış saxlanılmasından 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmiş və bu səbəbdən də yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Faktiki olaraq bu gün söküntü işlərini aparan şəxslər əmlakına qəsd etməklə yanaşı, əmlakın yerləşdiyi əraziyə iddiaçını buraxmamaqla hüquqlarını məhdudlaşdırır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehlər və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(006)-4472/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfat Birliyinin 04 sentyabr 2018ci il tarixli 0/415 saylı və 01 noyabr 2018-ci il tarixli 0/525 saylı məktublarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Kazımovski küçəsi 17 saylı binanın birinci mərtəbəsində yerləşən vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinə bitişik olan, sahəsi 22,3 m2 qeyri-yaşayış sahəsinə bitişik olan, sahəsi 22,3 m2 qeyri-yaşayış sahəsi DƏDRX-nin xx.xx.2015-ci il tarxli ******* saylı çıxarışı ilə vətəndaş Cavabdeh1 adına rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsi 67 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən (1-ci mərtəbə (1-ci səviyyə)) 22,3 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 14299 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli 10/3108 saylı ekspert rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən binanın birinci mərtəbəsində, sahəsi 22,3 m2 olan qeyri-yaşayış sahəsinə dair mülki iş materialında olan **********88-05301-083002 reyestr nömrəsi olan çıxarışın olduğunu nəzərə alaraq tikinti qaydalarına uyğun inşa olunduğu müəyyən edilir. ünvan 5 ünvanda inşa edilmiş tikilinin iddiaçının tikilisinə bitişik vəziyyətdə inşa olunduğunu və eləcə də, giriş-çıxış üçün nəzərdə tutulmuş qapıya bitişik vəziyyətdə olduğunu nəzərə alaraq inşa olunmuş tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1 və 69.4-cü maddəsinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi, ünvan 5 ünvanda Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin İddiaçı tikilisinin giriş-çıxış üçün nəzərdə tutulmuş qapısına bitişik hissəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun deyildir, tikilinin həmin hissəsi iddiaçının öz tikilisindən istifadə etməsinə maneə yaradır və iddiaçının hüquqlarını pozmaqla, haqlı narazılığına səbəb olur. İddia əsaslıdır və təmin olunmalıdır. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehlərdən tikilinin sökülməsini tələb etsə də, cavabdehlər könüllü şəkildə həmin tikilini sökməmişlər. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Kazımovski küçəsi 17 saylı binanın birinci mərtəbəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik olan, Cavabdeh1 məxsus sahəsi 22,3 m2 olan qeyriyaşayış sahəsinə verilmiş Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-cı il tarixli, ******* saylı çıxarış ləğv edilməli və iddiaçıya məxsus onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qapısına bitişik hissədə Cavabdeh1 tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməlidir. Ödənilmiş 101 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Kazımovski küçəsi 17 saylı binanın birinci mərtəbəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik olan, Cavabdeh1 məxsus sahəsi 22,3 m2 olan qeyri-yaşayış sahəsinə verilmiş Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-cı il tarixli, ******* saylı çıxarış ləğv edilsin və iddiaçıya məxsus onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qapısına bitişik hissədə Cavabdeh1 tərəfindən inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülsün. Ödənilmiş 101 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar