Məhkəmə qərarları › İş №e-2(006)-4516/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4516/2022

02.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4516/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X13 28 iyul 2022-ci il tarixli, 257 saylı əmrinin ləğv edilməsi, onun Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 “Xəstə xidmətləri üzrə Şöbə müdiri” vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 600 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 650 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdehndə“Xəstə xidmətləri üzrə Şöbə müdiri” vəzifəsində çalışmağa başlamışdır. Qeyd olunan müddətli əmək müqaviləsinin bitmə müddəti xx.xx.2022-ci il olaraq nəzərdə tutulmuşdur. Cavabdeh tərəf qarşı tərəfə xx.xx.2022-ci il tarixində bildiriş göndərərək izah etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndini rəhbər tutularaq, müvafiq olaraq xx.xx.2022-ci il tarixində qeyd olunmuş müqaviləyə xitam veriləcəkdir. Sonradan əmək müqaviləsi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 257 nömrəli əmr qəbul edilmişdir. Əmrin surəti iddiaçıya verilməmiş, yalnız əmək kitabçası qaytarılmışdır. Bununla bağlı tərəfindən cavabdehə sorğu ünvanlansa da, münasibət bildirilməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçının oğlu X5 da həmin müəssisədə çalışmışdır. Belə ki, həmin X19 iddiaçının oğlu X5 “direktor köməkçisi” vəzifəsində çalışırdı. X20 rəhbərliyində yeni təyinatlar olduqdan sonra iddiaçının oğlu X2 qurumdakı əmək fəaliyyətinə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Əsaslanmış maddəyə görə belə anlaşılır ki, X2 öz xahişi əsasında müqaviləyə xitam verilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, müqavilənin xitamında X2 heç bir iradə ifadəsi olmamış, müqaviləyə əslində cavabdeh tərəfindən şəxsi münaqişə zəminində xitam verilmişdir. Bundan sonra X1 Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətə cavab olaraq X9 Cavabdehn vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin, X7 həmin sənəddə tövsiyə etmişdir ki, şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgotürənin əsas hüquqlarına aid olduğundan işə bərpa edilmək üçün müəssisəyə müraciət edə bilər. Lakin, müraciət əsnasında X5 və iddiaçı Cavabdehndə çalışan hüquqşünas Rasim Babayev tərəfindən şikayət ərizəsinin geri götürülməsi ilə bağlı dəfələrlə təzyiqə məruz qalmışdır. Nəticədə, iddiaçının oğlu öz şikayət ərizəsini geri götürmədiyindən və cavabdeh təşkilat barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edildiyindən cavabdeh təşkilat iddiaçı ilə ədavət aparmış və bunun nəticəsində onunla əmək müqaviləsinin uzadılması barədə yeni müqavilə imzalamamışdır. Nəzərə alsaq ki, İddiaçı X15 əmək fəaliyyətinin daimiliyi qabaqcadan məlum idi, o zaman iddiaçı ilə müddətsiz müqavilə bağlanmalıdır. Dolayısı ilə qeyd olunan situasiyada iddiaçının əmək müqaviləsinə xitamı bunun ədavət nəticəsində yarandığının bariz sübutudur. İddiaçı bütün bu başverən qanunpozuntuları ilə bağlı müxtəlif instansiyalara müraciət etsə də, nəticəsi olmamışdır. Qanuna müvafiq qaydada iddiaçı tərəfindən cavabehlə mübahisənin qısa həlli üçün mediasiya sessiyası təklif olunmuş, lakin cavabdeh bu sessiyada iştirak etməkdən imtina etmişdir. Hesab edilir ki, Cavabdeh 28 iyul 2022-ci il tarixli 257 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının Cavabdehndə “Xəstə xidmətləri üzrə Şöbə müdiri” vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafıə edən vəkilə ödədiyi 600 manat məbləğində pul, medasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 650 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı müddətli əmək müqaviləsi dövründə (xx.xx.2021-xx.xx.2022) fasiləsiz olaraq qurumda çalışmışdır. Cavabdeh digər işçilərə münasibətdə iddiaçıya ədalətsiz davranmış, nəticə etibarı ilə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini pozmuşdurlar. Belə ki, ilk olaraq iddiaçı daimi xarakterli əmək fəaliyyəti ilə məşğul olduğu bəlli olsa da, onunla müddətsiz müqavilə bağlanmamış, həmçinin mövsümi işçilərin müddətli əmək müqavilələri uzadılsa da, iddiaçının təklifinə rəğmən onun əmək müqaviləsi uzadılmamış, bununla, qurum tərəfindən vicdansız münasibət sərgilənmişdir. Mediasiya prosesinin tətbiqi üçün 50 (əlli) manat xidmət haqqı ödənilmişdir. Bundan başqa hüquqularının müdafiə edilməsi üçün vəkillə bağladığı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 600 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də hesab edilir ki, Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsasən Cavabdehndən 50 (əlli) manat məbləğində mediasiya prosesinin tətbiq edilməsi üçün ödənilmiş rüsum və hüquqlarını müdafıə edən vəkilə ödədiyi 600 manat məbləğində pul tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının tutduğu vəzifə müddətsiz vəzifədir. İlkin hüquq pozuntusu əmək müqaviləsini müddətli bağlamaq olmuşdur. İddiaçı və iddiaçının oğlu direktorun müavini olaraq işləyib. Onun qanunsuz olaraq işdən çıxarılması ilə bağlı Əmək Müfəttişliyinə müraciət edilib. Daha sonra həm iddiaçı, həm də onun oğluna şikayətini geri götürməsi ilə bağlı təzyiqlər göstərilmişdir. Bu səbəbdən də cavabdeh Vəfa xanımın əmək müqaviləsinə xitam vermişdir. Həmkarlar İttifaqından ən azından rəy alınmalı idi. 28 iyul 2022-ci il tarixli Əmr ləğv edilməlidir. Tələblə bağlı 10 avqust 2022-ci il tarixdə mediasiya təşkilatına müraciət edilmişdir. İşdən azadolunma barədə əmrin surəti tərəfə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, Cavabdehn 257 saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qanunsuz və əsassız hesab edərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh X24 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə (işə başlamışdır xx.xx.2021-ci il tarixdə) 57 saylı müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh X24 ilə İddiaçı arasında 57 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə 1 saylı xx.xx.2022-ci il tarixli əlavə razılaşma imzalanmışdır. Razılaşma ilə əmək müqaviləsinin 2.1 və 2.3 bəndlərinə dəyişikliklər edilmiş, əmək müqaviləsinin müddəti 1 ay müəyyən edilərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi bağlanmışdır. Cavabdeh tərəfindən İddiaçı (qeydiyyatda olduğu və yaşadığı ünvana-ünvan 1 xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli Bildiriş poçt vasitəsilə göndərilmişdir. İddiaçı bildirişi xx.xx.2022-ci il tarixdə xəbərnaməyə şəxsən imza edərək almışdır. Cavabdehn 257 saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə X20 257 saylı xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə) məlumatlı olmuşdur və bu barədə İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə və iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Göründüyü kimi, Cəmiyyət tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Əksinə, iddiaçı olaraq İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, 2020-ci ildən Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X14 mühəndis vəfizəsində çalışmağa başlamışdır. Direktor dəyişildikdən sonra Əlviz Qasımov vəzifəyə gəlmişdir. Onu ümumi sığorta məsələləri və s. İlə bağlı yanına dəvət etmişdir. Müəyyən işlərlə bağlı məlumat toplamağını demiş və 3 gün vaxt vermişdir. Ona demişdir ki, ərizə yaz və işdən azad olunursan. Daha sonra anası İddiaçı gəlmiş və ona yazdığı şikayət ərizəsini geri götürməyini bildirmişdir. Çünki, ona təyziqlər göstərirdilər, 15 gün keçməsinə baxmayaraq son haqq-hesabını ödəməmişdilər. Anasına da işdən ərizə yazdırmışdılar. Bu məsələ ilə bağlı bütün aidiyyəti qurumlara şikayət etmişdir və bütün bunlara baxmayaraq şikayətini geri götürməmişdir. Şikayəti əsasında sonradan müəssisə müəyyən məbləğdə cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanılmış, bu əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək bağlanılmışdır. Mülki işin materiallarında olan 29 aprel 2022-ci il tarixli “Əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında” Razılaşmadan görünür ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanan 04 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, tərəflər arasında bağlanmış 57 saylı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bununla əlaqədar X24 tərəfindən ünvanına xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq tərəflərindən şəxsən xəbərnaməyə imza edilərək götürülmüşdür. Qeyd olunanları nəzərə alaraq, tərəflə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz bağlanmasına dair ərizənin təmin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Mülki işin materiallarında olan 14 iyun 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” Bildirişdən görünür ki, İddiaçı ilə bağlanmış 57 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində başa çatır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəkdir. Mülki işin materiallarında olan 21 iyun 2022-ci il tarixli Məmmədov Vəfa tərəfindən verilən ərizədən görünür ki, onun xx.xx.2022-ci il tarixində 1 illik və ya müddətsiz olaraq uzadılmalı olan əmək müqaviləsi Əmək qanunvericiliyinin tələblərinə zidd olaraq mövsümi işçilərə şamil edilən 1 aylıq uzadılma ilə 2 dəfə uzadılmışdır. Bu qanun pozuntusunu aradan götürmək üçün onun əmək müqaviləsinin 1 il müddətinə və ya müddətisz uzadılmasına göstəriş verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı məxsus ИТ-İ № ******* seriyalı Əmək kitabçasının surətindən və 28 iyul 2022-ci il tarixli, 257№-li Əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Xəstə xidmətləri şöbəsinə şöbə müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir. Mülki işin materiallarında olan 12 sentyabr 2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil əmək mübahisəsinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh nümayəndəsi iştirak etməmişdir. Mülki işin materiallarında olan 02 iyun 2022-ci il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında Protokolun və 10 iyun 2022-ci il tarixli, MN № ******* seriyalı İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, X2 əmək məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilmişdir. Nəticədə, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən ərizədən görünür ki, 2022-ci il tarixdə direktor vəzifəsinə təyin olunan Əlviz Qasımov direktorun köməkçisi vəzifəsində çalışan X21ü guya öz xahişi ilə işdən azad etmişdir. X21 dəfələrlə şikayət ərizəsi ilə müvafiq qurumlara müraciət edərkən, eyni zamanda cavabdeh tərəf ona təzyiqlər göstərərək onun şikayət ərizəsini geri götürməsini tələb etmişdir. Eyni zamanda bundan istifadə edərək cavabdeh tərəf iddiaçının hüquqlarını pozaraq, işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda müddətsiz əmək müqaviləsi bağlamamışlar, hətta digər işçilərə müqavilə müddətini 1 il müddətinə artırdıqları halda, onun xx.xx.2022-ci il tarixindən uzadılmalı olan müqaviləni, mövsümi işçilərdə olduğu kimi 2 dəfə 1 ay müddətinə (tərəfin razılığı olmadan) artırmışlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 01 noyabr 2021-ci il tarixdən Cavabdehndə “Xəstə xidmətləri üzrə Şöbə müdiri” vəzifəsinə müddətli olaraq işə qəbul edilmiş, sonradan digər işçilərin əmək müqaviləsi 1 il müddətinə uzadıldığı halda, iddiaçının əmək müqaviləsi mövsümi işçilərdə olduğu kimi 2 dəfə 1 ay müddətinə onun razılığı olmadan uzadılmışdır. Daha sonra cavabdeh 14 iyun 2022-ci il tarixdə iddiaçıya bildiriş göndərərək, əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində başa çatdığını bildirərək, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xitam veriləcəyini bildirmişdir. Həmçinin, iddiaçının öz oğlunun da əmək müqaviləsinə cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozaraq xitam verildiyindən cavabdeh tərəfin məsul vəzifəli şəxsi barəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Hazırda iddiaçı belə hesab edir ki, cavabdeh 28 iyun 2022-ci il tarixli, 257 №li Əmri qəbul edərkən əmək qanunvericiliyin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı əmrin ləğv edilməsini, onun əvvəlki işə (vəzifəyə) bərpa olunmasını və onun məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsini və həmçinin, məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 62-ci maddəsinin 5-ci hissəsinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından göründüyü kimi tərəflər arasında əmək müqaviləsi ilk öncə müddətli bağlansa da, sonradan cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş, daha sonra isə onun heç bir razılığı olmadan müqavilə 2 dəfə 1 ay müddətinə uzadılmışdır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 28 iyul 2022-ci il tarixli Əmri qanunvericiliyin tələbləri pozularaq tərtib edilmişdir. Hazırda isə iddiaçı həmin Əmrin ləğv edilməsini və əvvəlki işə bərpa edilməsini mübahisələndirməkdə haqlı olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyəödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Lakin, iş materiallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surəti tərəfə göndərilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməklə Cavabdeh 28 iyul 2022-ci il tarixli, 257 saylı Əmri ləğv edilməli, İddiaçı Cavabdehndə “Xəstə xidmətləri üzrə şöbə müdiri” vəzifəsinə işə bərpa edilməli, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin məhkəmə xərcləri ilə bağlı olan hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin bu hissəsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2022ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir. Belə ki, iddiaçı tərəf 10 avqust 2022-ci il tarixdə mediasiyaya müraciət etmiş, mediasiya prosesi xx.xx.2022-ci il tarixə təyin edilmiş və eyni zamanda Cavabdeh nümayəndəsinə mediasiya prosesi barədə ətraflı məlumat verilmiş, lakin Cavabdeh nümayəndəsi xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə barədə həmin tarixdə arayış tərtib edilmişdir. AR “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 28 iyul 2022-ci il tarixli, 257 saylı Əmri ləğv edilsin. İddiaçı Cavabdehndə “Xəstə xidmətləri üzrə şöbə müdiri” vəzifəsinə işə bərpa edilsin. İşə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar