Məhkəmə qərarları › İş №e-2(006)-4524/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4524/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4524/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktı tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1972-ci il tarixində Ermənistan Respublikası, Əzizbəyov rayonu, Saravan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X13, anasının milliyyətcə azərbaycanlı olan X9 olması faktı müəyyən edilərək, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi xx.xx.1972-ci il tarixində Ermənistan SSR, Əzizbəyov rayonunu Saravan kəndində anadan olmuşdur. Doğumun qeyd edildiyi yer Ermənistan SSR Əzizbəyov rayonu Saravan qəsəbəsidir. X2, X1r. 1988-ci ildə Ermənistan Respublikasından ailəlikcə qaçqın düşərək Azərbaycan Respublikasına gəlmişlər. Həmin vaxtdan Bakı şəhərində məskunlaşmışlar. Hazırda yuxarda qeyd etdiyi ünvan 1 ünvanında yaşayır. Ona məxsus olan doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı 1 saylı Bakı ASAN XİDMƏT mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüququi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların” 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın, və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllələr olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilir ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası tərəfindən mümükün olmamışdır. ”Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüququ aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə görə məhkəməyə müraciət etməyi tövsiyə olunur. Odur ki, doğum haqqında akt qeydinin bərbası üçün məhkəməyə müraciət etmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnaməsinin verilməsi bir cox sənəd işləri üçün, o cümlədən daşınmaz əmlak və sair sənədləşmə işlərinin həlledilməsi üçün tələb olunur. Milliyyətcə azərbaycanlı olan X2 xx.xx.1948-ci ildə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuşdur. Milliyətcə azərbaycanlı olan anası Mehtiyeva (Vəliyeva) Xanımzər Hüseyn qızı (Şəxsiyyət vəsiqəsi AA1675830) xx.xx.1952-ci ildə Ermənistan SSR Yerevan şəhərində anadan olmuşdur. X3 ilə anası X6 xx.xx.1968-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirərək ailə qurmuşlar. Ailədə 4 uşaq olmuşuq. X13 xx.xx.1977-ci ildə Ermənistan SSR-də vəfat etmişdir. Hal hazırda anası ilə birlikdə yaşayır. Bacısı Nağıyeva (Veliyeva) Zərqələm Telman qızı (şəxsiyyət vəsiqəsi seriya AZE № ********) xx.xx.1976-cı ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunda Saravan kəndində anadan olmuşdur. Hazırda Bakı şəhərində yaşayır. Bundan başqa, Orta təhsil haqqında Attestatdan görünür ki, həmin atessat verilir xx.xx.1972-ci ildə Ermənistan SSR Əzizbəyov rayonun Saraban kəndində anadan olmuş Ərizəçi ona görə ki, o 1989-cu ildə Bakı şəhəri Nəsimi rayonu, 19 saylı ümumtəhsil orta məktəbin tam kursunu bitirmişdir. Həmçinin BB-İİ 000046 saylı bu diplom verilir ƏrizəçiTelman qızına ondan ötrü ki, o 2001-ci ildə Gəncə Məişət Xidməti Kollecinə daxil olmuş və xx.xx.2004-cü ildə ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir. Qaçqının qeydiyyat vəsiqəsindən (19 saylı) görünür ki, Qaçqın Vəsiqəsi Ermənistanı tərk etmiş Ərizəçi Dövlət qaçqınkomun xx.xx.2002-ci il tarixli qərarına əsasən xx.xx.2002ci tarixdə verilmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, ərizəçinin anasıdır. Özü İrəvanda doğulmuşdur, Əzizbəyov rayonu, Saravan kəndində ailə qurmuşdur. 1972-ci ildə Ərizəçi dünyaya gəlib. 4 övladı olub, biri vəfat edib. 4 övladı da Əzizbəyov rayonu, Saravan kəndində doğulub. 1988-ci ildə Azərbaycana gəlmişlər. Şəhadətnamə Azərbaycana gələndən sonra itib. 4 övladından biri rəhmətə gedib, birinin şəhadətnaməsi var. Digər iki övladının şəhadətnaməsi itmişdi. O da məhkəməyə müraciət edərək bərpa etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İİ-CL № 098948 nömrəli doğum şəhadətnamənin surətinə əsasən ərizəçinin bacısı X10 xx.xx.1976-cı ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Saravan kəndində anadan olmuş, atası X11 və anası X9 qeyd edilmişdir. İ-ZJ seriyalı 215817 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X11 ilə X7 arasındakı nikah xx.xx.1969-cu ildə Ermənistan Respublikası, İrəvan şəhərində bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Vəliyeva» soyadı verilmişdir. Bakı şəhəri Nəsimi rayonu 19 №-li ümumi təhsil orta məhkətinin AK seriyalı 555890 nömrəli attestatına əsasən 1972-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonun Saravan kəndində anadan olmuş Ərizəçi 1989-cu ildə orta məktəbi bitirmişdir. 01 saylı Bakı «Asan xidmət» X4 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bildirilir ki, müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyiniz üçün doğum haqqında akt qeydinin bərpası tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Qaçqınlar və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin AB seriyalı 019559 saylı qaçqın vəsiqəsinə əsasən Ərizəçi Emənistan, Yerevan şəhərindən köçkün düşmüşdür. Azərbaycan Respblikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2000-ci il tarixli Z691204 nömrəli 9 saylı Arayışa əsasən xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi Ermənistan SSR-nin Əzizbəyov rayonunun Sarvan kəndində anadan olmuş, atası X11 və anası X9 qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Saravan kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs 01 saylı Bakı «Asan xidmət» X8 müraciət etmişdir. Lakin 01 saylı Bakı «Asan xidmət» X12 tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edildiyi, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Saravan kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçinun xx.xx.1972-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Saravan kəndində doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd-yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Məhkəmə ərizənin “Ərizəçi xx.xx.1972-ci il tarixində Ermənistan Respublikası, Əzizbəyov rayonu, Saravan kəndində doğulması, atasının milliyyətcə azərbaycanlı olan X13, anasının milliyyətcə azərbaycanlı olan X9 olması faktının müəyyən edilməsi” hissəsində təmin edilməməsi qənətinə gəlir və bu qənaətə gələrkən hazırkı icraatın ərizəçinin doğulması faktının deyil, doğumun qeyd edilmə faktının təsdiq edilməsi ilə bağlı olmasını nəzərə alır. Beləliklə, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Saravan kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X11”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X9”, ananın milliyəti “azərbaycanlı” qeyd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1972-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonu, Saravan kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Vəliyeva”, adı “Xatirə”, ata adı “Telman”, doğum tarixi “xx.xx.1972-ci il”, doğum yeri “Ermənistan SSR-nin Əzizbəyov rayonunun Sarvan kəndi”, ata qrafasında “atası X11, milliyyəti “azərbaycanlı”, ana qrafasında “anası X9, milliyyəti “azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar