Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4528/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh “X8” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru (Amil Əmirov) və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru (Amil Əmirov) və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2013-cü iltarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında kredit və ipoteka müqavilələri bağlanmış, qeyd edilən mənzil ipoteka müqaviləsinə əsasən cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə cavabdeh tərəfindən iddiaçı və qeyrilərinə qarşı iddia qaldırılmış, məhkəmə proseslərinin yekunu olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-3535/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi verilmiş və həmin icra sənədi icra edilməsi üçün Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə iddiaçı və qeyrilərindən cavabdehin xeyrinə 39,056.86 ABŞ dolları pulun tutulması qət edilmiş və tutmanın ipoteka predmetinə - ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65,000.00 manat müəyyən edilməsi qət edilmişdir. Sabunçu rayon icra şöbəsi tərəfindən qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Sabunçu rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sonradan Sabunçu rayon icra şöbəsi hərrac təşkilatı olan "xxxx" MMC-yə 752- 31091/17 saylı, xx.xx.2022-ci il tarixli Sifariş məktubu göndərmişdir. Hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci ildə ilkin, xx.xx.2022-ci ildə isə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Sonradan, Hərrac mərkəzi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildiriş ünvanlamışdır. Bildirişdə ünvan 1 ünvanında yerləşən mənzilin hərracda satılacağı, hərracın isə xx.xx.2022-ci ildə keçiriləcəyi qeyd edilmişdir. Nəticə etibarı ilə, cavabdeh “İpoteka haqqında” qanunun 43.8-ci maddəsini rəhbər tutaraq Hərrac mərkəzi ilə xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 48/02 saylı protokol imzalayaraq ünvan 1 ünvanında yerləşən mənzili əldə etmişdir. İddia ərizəsinə qoşulmuş sənədlərlə təsdiq edilir ki, qeyd edilən mənzilə tutma yönəldilməsi ilə bağlı artıq ilkin və təkrar hərrac keçirilib, lakin bu hərraclar baş tutmadığına görə, ipoteka predmetini əldə etmək cavabdehə təklif edilib. Cavabdeh isə, mənzili qanunvericiliyi ilə tələb edilən müddət ərzində əldə etməyib. İpotekaya xitam verilməsi üçün əsas ortaya çıxıb və bu əsas “İpoteka haqqında” qanunun 43.8-ci maddəsinə söykənir. Hərrac mərkəzi tərəfindən 3-cü hərracın keçirilməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X8” ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, İcra Baş İdarəsi ilə "xxxx" MMC arasında müqavilə bağlandığına görə Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə icraat onun tərəfindən dayandırılmışdır. Həmin müqavilənin müddəti isə bitmişdir. Buna görə də o icra sənədi üzrə icraatı dayandırmış, lakin bildirilmişdir ki, müddət bitmiş olsa da, əvvəlcədən yönləndirilmiş işlər üzrə icraat davam etdirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Amil Əmirov heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC heç bir üzrlü səbəb təqdim etmədən nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan sənədlərdən görünür ki, “X8” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 78Bk/13 saylı Əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 (altmış) ay müddətinə 23 (iyirmi üç) % ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli 78Bk/13 saylı Əsas kredit müqaviləsinə əsasən “X8” ASC ******* (bir milyon) AZN məbləğində 60 (altmış) ay müddətinə “16 iyul 2018-ci il tarixinədək Əsas Kredit Müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir, borc alan isə krediti və kreditdən istifadəyə görə Əlavə Kredit Müqaviləsində nəzərdə tutulmuş faizləri Əlavə Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın ssuda hesabına daxil olduğu müvafiq günündə) borcverənə (ipoteka saxlayana) ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli 78Bki/13 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzili “X8” ASC-yə ipotekaya qoymuşdur. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli Sazişdən (19 avqust 2014-cü il tarixli 79BKƏ/14 saylı Əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında) görünür ki, X8” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə 2 ay güzəşt müddəti müəyyən edilmiş, bu Sazişlə kredit müqaviləsinə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının “Borcverən”ə qaytarılmasının dövriliyini müəyyən edən yeni ödəniş cədvəli tərtib olunmuş və həmin cədvəl kredit müqaviləsinə 2 (iki) saylı əlavə hesab edilmişdir. Mülki işin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(008)-102/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “X8” ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 27.266,80 ABŞ dolları əsas, 5694.72 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961.52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq ləğv prosesində olan “X8” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, iddianın qalan hisəsədə təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 27.266,80 ABŞ dolları əsas, 10790.06 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 39056,86 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsum tutularaq Ləğv prosesində olan “X8” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətindən cavabdehlər İddiaçı və X7, yetkinlik yaşına çatmayan X3 və X4 ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, icra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Amil Əmirov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Mülki işin materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclular İddiaçı və X2 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Mülki işin materiallarında olan “X8” ASC-nin Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, bank ipoteka saxlayan kimi Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə tələbin ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin Sabunçu rayon İcra şöbəsi tərəfindən seçilmiş 5 (beş) ildən az fəaliyyət göstərməyən hər hansı bir ixtisaslaşdırılmış təşkilatda hərracının keçirilməsinə etiraz etmir və həmin əmlakın ixtisaslaşdırılmış təşkilata hərrac vasitəsilə satışının təşkil edilməsi üçün göndərilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli 752- 31091/17 nömrəli məktubundan (icraçı Amil Əmirov) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin hərrac vasitəsi ilə satılması üçün sənədlər "xxxx" MMC-yə göndərilmiş, ipoteka predmeti üzrə ilkin satış qiymətinin ümumilikdə 65.000 (altmış beş min) manat müəyyən edildiyi qeyd edilmiş və icranın nəticəsi barədə Sabunçu rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/927 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişindən (№ 1) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin hərrəcda satılması və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 4 ünvanında keçirilməsi barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/1183 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişindən (№ 2) görünür ki Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin hərrəcda satılması və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 4 ünvanında keçirilməsi barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan Sabunçu rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli 996-31091/17 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin satılması üçün keçirilən hərracın dayandırılması xahiş edilmişdir. Mülki işin materiallarında olan Sabunçu rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli 31091/17 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin satılması üçün keçirilən hərracın bərpa edilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/1493 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişindən (№ 2) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin hərrəcda satılması və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 4 ünvanında keçirilməsi barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/1595 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifindən görünür ki, Sabunçu rayon İcra Şöbəsinin № 752- 31091/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni, 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Mülki işin materiallarında olan Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli 48/02 nömrəli protokolundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra vərəqəsinə əsasən və Sabunçu rayon İcra Şöbəsinin 752-31091/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun və X8” ASC-nin müvafiq məktubunun icrasına əsasən ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin ilkin hərrac qiyməti 65000,00 (altmış beş min manat 00 qəpik) manat, təkrar hərracdakı satış qiyməti 55250,00 (əlli beş min iki yüz əlli manat 00 qəpik) manat müəyyən edilmiş, İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat qiymətlə əmlakı təkrar tələbkar əldə edərək cavabdehlərlə qarşlıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. Mülki işin materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Sifarişçi "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzili “X8” ASC-yə verməyi, “X8” ASC həmin daşınmaz əmlakı qəbul edib, onun dəyəri 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat pulu ödəməyi öhdəsinə götürür. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “X8” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 78Bk/13 saylı Əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 (altmış) ay müddətinə 23 (iyirmi üç) % ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında eyni tarixli müqaviləsi bağlanmış, iddiaçı tam mülkiyyət hüququ üzrə özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzili “X8” ASC-yə ipotekaya qoymuşdur. Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(008)-102/2020 saylı qətnaməsi ilə “X8” ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı “X8” ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı cəmi 33961.52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq ləğv prosesində olan “X8” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı cəmi 39056,86 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsum tutularaq Ləğv prosesində olan “X8” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 65.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətindən cavabdehlər İddiaçı və X7, yetkinlik yaşına çatmayan X3 və X4 ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış, icra sənədi xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, həmin icra sənədi üzrə icra hərəkətlərinə başlanılmışdır. Sabunçu rayon İcra şöbəsi tərəfindən 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsini təşkil etmək üçün ilk öncə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət olunmuş, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə ipoteka predmeti olan əmlakın hərrəcda satılması və hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edilərək keçirilən hərracın dayandırılmasını xahiş etsə də, sonradan xx.xx.2022ci il tarixli məktubla müraciət edərək mənzilin satılması üçün keçirilən hərracın bərpa edilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01/1493 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədi üzrə İddiaçı məxsus hərrəcda satılması və hərracın keçiriləcəyi yer və vaxtı barədə məlumat verilmişdir. "xxxx" MMC tərəfindən Sabunçu rayon İcra Şöbəsinin № 752-31091/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni, 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən sifarişçi "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzili “X8” ASC-yə verməyi, “X8” ASC həmin daşınmaz əmlakı qəbul edib, onun dəyəri 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat pulu ödəməyi öhdəsinə götürür. İddiaçı iddia edir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinin satılmasına dair 3-cü dəfə hərrac keçirilmişdir, sonuncu xx.xx.2022-ci il tarixində keçirilmiş hərracı qanunsuz keçirilmiş hesab edir, xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracdan sonra bank ipoteka predmetini əldə etmək üçün nəzrdə tutulmuş 30 təqvim gün müddətini ötürüldüyü üçün də ipotekaya xitam verilməsi tələbini əsaslı hesab edir. Bu səbəbdən ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin üzərindəki ipoteka hüququna xitam verilməsi və bu barədə qeyd daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarından həmçinin, o da müəyyən edilmişdir ki, Sabunçu rayon İcra Şöbəsinin № 752-31091/17 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni, 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Lakin "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilinin satılmasına dair hərracın keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda 3 bildirişin göndərilməsi, üç hərracın keçirilməsinin sübuta yetirilməsinə dəlalət etmir. Belə ki, ipoteka predmeti olan əmlak Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli 48/02 nömrəli protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən “X8” ASC-yə satılmışdır. Mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi hərrac təşkilatı olan "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin hərracda satılmasını Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov sifarişi əsasında həyata keçirmişdir. İşin materiallarında olan məktublardan, habelə icra məmurunun öz izahatından müəyyən edilir ki, icra məmuru birinci hərrac keçirildikdən sonra xx.xx.2022-ci il tarixli 996- 31091/17 nömrəli məktub ilə "xxxx" MMC-yə müraciət edərək hərracın keçirilməsinin dayandırılmasını xahiş edilmiş, sonra isə yenidən həmin hərrac təşkilatına xx.xx.2022-ci il tarixli 31091/17 nömrəli məktub ilə (yani ikinci hərracın keçirilməsi nəzərdə tutulmuş xx.xx.2022-ci tarixdən sonra) müraciət edərək hərracın bərpa edilməsi xahiş edilmişdir. Göründüyü kimi, hərrac icra məmurunun sifarişi əsasında təşkil edilir və icra məmurunun hərracın dayandırılması ilə bağlı məktubu hərrac təşkilatı üçün imperativ xarakter daşımaqdadır. Məhkəmə hərracın ixtisaslaşdırılmış müəssisələri tərəfindən yalnız icra məmurunun sifarişi əsasında keçirilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, həmin hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci tarixdə hərrac keçirilmiş olsaydı belə, həmin hərracın keçirilməsi əsassız olduğundan etibarsız sayılmalıdır, çünki sifarişçinin (icra məmurunun) buna niyyəti olmamışdır, lakin məhkəmə bir daha vurğulamaq istəyir ki, xx.xx.2022-ci tarixdə hərracın keçirilməsini təsdiq edən mötəbər subutlar məhkəməyə təqdim edilməmiş, bunun əksinə icra məmurunun hərracın dayandırılması məktubu mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı məhkəmədə hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmamış, iddia qaldırsaydı belə bu hərracın və ya hərracın nəticələrinin etibarsız hesab edilməsi ipotekaya xitam verilməsinə əsas ola bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsində nəzərdə tutulan müddət cavabdeh “X8” ASC tərəfindən ötürülmədiyindən sonuncunun xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi üçün əsas olmadığına görə iddia tələbi rədd edilməlidir. Qanunun 18.1-ci maddəsində qeyd edilmişdir ki: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri ilə tənzimlənir. Qanunun 43.7-ci maddəsinddə subyektiv hüquq, 43.8-ci maddəsində isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşdə olan sənədlərdən göründüyü kimi təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində dərc edilmiş elana əsasən ipoteka yüklü Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzili “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni, 41437.50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manat olmaqla ipoteka saxlayan (tələbkar) “X8” ASC-yə təklif olunmuşdur. Nəticədə isə ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmiş, Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli 48/02 nömrəli protokoluna və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasan ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilin ilkin hərrac qiyməti 65000,00 (altmış beş min manat 00 qəpik) manat və təkrar hərracdakı satış qiyməti 55250,00 (əlli beş min iki yüz əlli manat 00 qəpik) manat müəyyən edilməklə, İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 41437,50 (qırx bir min dörd yüz otuz yeddi manat 50 qəpik) manata “X8” ASC-yə satılmışdır. Beləliklə, iddiaçının iddianın əsası kimi istinad etdiyi əsaslarla ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1a ünvanında yerləşən 15 saylı mənzilə dair 3-cü hərracın keçirilməsi, habelə bank tərəfindən 30 təqvim günü müddətin ötürülməsi öz təsdiqini tapmadığından, iddia tələbi üzrə cavabdehin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə iddianın həmin hissədə əsassız olduğundan rədd edilməsi qənətinə gəlir. İpoteka hüququna xitam verilməsi üçün hüquqi əsaslar mövcud olmadığından, məhkəmə hesab edir ki, iddiaçının iddiası digər hissələrdə də rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2021ci il tarixli, 2(103)-3535/2021 saylı icra sənədinin icrası ilə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququna malik olması izah edilməlidir (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X8” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka hüququna xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4528/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4528/2022
06.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver