Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-454/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Ələkbər-zadə Reyhan İbrahim qızının X21 mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X30 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 29 saylı Notariat ofisinə qarşı «əmlak üzərində payın tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, Ələkbər-zadə X14 Xatirə Qulam qızı mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X30 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 29 saylı Notariat ofisinə və Bakı şəhəri 1 saylı Notarial Ofisinə qarşı «əmlak üzərində payın tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küç. 110 saylı mülkdə yaşayırlar. Həmin mülkün 87/136 hissəsi üzrə mülkiyyətçi babaları X22 olmuşdur. X22 1942-cı ildə alqı-satqı müqaviləsinə əsasən həmin mülkü əldə etmişdir X1 babaları ilə birgə nikahından X27, X23 (anaları), X28 və X24 dünyaya gəlmişdir. xx.xx.1967-ci il tarixdə babaları X22 vəfat etmişdir. Onun vəfatından sonra xx.xx.1975-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək onun həyat yoldaşı, nənələri X25 vərəsə kimi əmlakın 87/136 hissəsini pay hüququ üzrə qəbul etmişdir. Daha sonra X25 xx.xx.1975-ci il tarixli bağışlama müqaviləsinə əsasən vərəsə kimi qəbul etdiyi hissəsini (87/136) anaları X15 bağışlamışdır. xx.xx.2008-ci il tarixdə anaları X11 vəfatından sonra 29 saylı DNK-da 2v-l/30 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən onlar X5, X6, İddiaçı1 hərəsi mülkün 116/544 hissəsinə vərəsəliyi qəbul etmişlər. Daha sonra dayıları mərhum X27 cavabdehlər qismində onlara Ələkbər-zadə Reyhan İbrahim qızına, X7 və X4, həmçinin Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinın Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri 1 saylı DNK tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin və onun əsasında Bakı şəhər X2 bürosu tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş bələdiyyələşdırilməmiş tikintilərin reyestrindən çıxarışın (63 nömrəli kitabın 39-cu səh), Bakı şəhəri l saylı DNK tərəfindən xx.xx.1975-ci ildə qeydə alınmış bağışlama müqaviləsinin və bu müqavilənin əsasında xx.xx.1975-ci ildə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat qeydiyyat vəsiqəsinin, Bakı şəhəri 29 saylı DNK tərəfindən xx.xx.2008-ci ildə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin və bunun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazisi İdarəsi tərəfindən xx.xx.2008-ci ildə cavabdehlər Ələkbər-zadə Reyhan İbrahim qızının, İddiaçı2 və İddiaçı1 adına verilmiş qeydiyyat vəsiqələrinin ləğv edilməsi və vərəsəlik hüququna dair şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2724/2008 saylı, 19 dekabr 2008-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri 1 saylı DNK tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında Bakı şəhər Sovetinin Texniki mventarlaşdırma bürosu tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış, Bakı şəhəri 1 saylı DNK tərəfindən xx.xx.1975-ci ildə qeydə alınmış bağışlama müqaviləsi və bu müqavilənin əsasında xx.xx.1975-ci ildə Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşma və mülkiyyət hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi, Bakı şəhəri 29 saylı DNK tərəfindən xx.xx.2008-ci ildə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi və bunun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı ərazi İdarəsi tərəfindən 0l.04.2008-ci ildə cavabdehlər Ələkbər-zadə Reyhan İbrahim qızı və İddiaçı1 verilmiş qeydiyyat vəsiqələrinin ləğv edilməsi, X16 Bakı şəhəri, Vidadi küçəsi, 110-da yerləşən mülkün yarısının 1/5 hissəsinə, yəni 34,8/544 hissəsi üzərində vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınması barədə qətnamə qəbul edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)-1811/2009 saylı qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2724/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(102)- 2721/09 saylı qərarına əsasən şikayətlərin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(103)-1811/2009 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin əmlak paylar üzrə 544 hissədə ibarətdir. Həmin paylardan 98/544 hissəsi qonşusu X13, 98/544 hissəsi X12, 34.8/544 hissəsi mərhum dayısı X18 məxsusdur. Qalan 313.2/544 (544-98-98-34.8-313.2) pay da onlar üç bacının arasında bölünərək hərəsinin 104.4/544 payı tanınmalıdır. Təəssüflər olsun ki, məhkəmə araşdırmaları gedərkən onların da həmin əmlakda yaşayıb əmlakı qəbul etmələri faktı müəyyən olunsa da qərarların yekun hissəsində onların payları qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 110-un üzərində 104.4/544 payının tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi; X3 Bakı şəhəri, Nəsimi rayonu. Vidadi küçəsi ev 110-un üzərində 104.4/544 payının tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və hüquqlarımın dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi; İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 110-un üzərində 104.4/544 payının tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişlər.
3. Sonra iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş materiallarında əlavə edilmiş Bakı şəhəri 29 saylı Notariat Ofisinin 2205 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan da göründüyü kimi, cavabdeh tərəfindən onlara hazırda payların müəyyən edilməsi ilə əlaqədar olaraq mübahisənin olduğu əsas gətirilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən İddiaçı1 Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 110-un üzərində 104.4/544 payının tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 29 saylı notariat ofisinin üzərinə qoyulması və hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; Ələkbər-zadə Reyhan İbrahim qızının Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 110-un üzərində 104.4/544 payının tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 29 saylı notariat ofisinin üzərinə qoyulması və hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 110-un üzərində 104.4/544 payının tanınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 29 saylı notariat ofisinin üzərinə qoyulması və hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birinə – Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı tələb irəli sürmədiyinə görə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 29 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X30 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində istifadədə olan 0,0108 ha torpaq sahəsində yerləşən 1 və 2 ədəd 2 mərtəbəli, 8 otaqlı, 71,1 kv.m. yaşayış, 29,3 kv.m. köməkçi sahədən ibarət 110 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Ələkbər-zadə Reyhan İbrahim qızının 116/544 hissə, İddiaçı2 116/544 hissə, İddiaçı1 116/544 hissə, X9 98/544 hissə, X8 98/544 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4307 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində istifadədə olan 0,0108 ha torpaq sahəsində yerləşən 1 və 2 ədəd 2 mərtəbəli, 8 otaqlı, 71,1 kv.m. yaşayış, 29,3 kv.m. köməkçi sahədən ibarət 110 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı2 116/544 hissə, İddiaçı1 116/544 hissə, Ələkbər-zadə Reyhan İbrahim qızının 116/544 hissə, X9 98/544 hissə, X8 98/544 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4307 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində istifadədə olan 0,01049 ha torpaq sahəsində yerləşən 1 və 2 ədəd 2 mərtəbəli, 8 otaqlı, 40,3 kv.m.,49,3 kv.m., 10,8 kv.m. ümumi, 23,2 kv.m.,40,5 kv.m., 7,4 kv.m. yaşayış, 17,1 kv.m.,8,8 kv.m., 3.4 kv.m. köməkçi sahədən ibarət 110 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 116/544 hissə (xx.xx.2008-ci il tarixdən), X9 98/544 hissə (xx.xx.2007-ci il tarixdə), X8 98/544 hissə (xx.xx.2007-ci il tarixdən), Ələkbər-zadə Reyhan İbrahim qızının 116/544 hissə (xx.xx.2008-ci il tarixdən), İddiaçı2 116/544 hissə (xx.xx.2008-ci il tarixdən) adlarına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4307 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2724/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri 1 saylı DNK tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında Bakı şəhər X2 bürosu tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış, Bakı şəhəri 1 saylı DNK tərəfindən xx.xx.1975-ci ildə qeydə alınmış bağışlama müqaviləsi və bu müqavilənin əsasında 01.101975-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi, Bakı şəhəri 29 saylı DNK tərəfindən xx.xx.2008-ci ildə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi və bunun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci ildə cavabdehlər X5, İddiaçı2 və X4 verilmiş qeydiyyat vəsiqələrinin ləğv edilməsi, X17 Bakı şəhəri, Vidadi küçəsi, ev 110-da yerləşən mülkün yarısının 1/5 hissəsinə, yəni 34,8/544 hissəsi üzərində vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması qət edilmişdir.
13. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1811/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(006)-2724/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2721/09 saylı, xx.xx.2009-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2205 nömrəli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisinə daxil olmuş ərizəsiniə xx.xx.1981-ci ildə vəfat etmiş X15 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 110-a dair vərəsələr İddiaçı1, Ələkbər-zadə Reyhan İbrahim qızına və İddiaçı2 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Hal-hazırda payın bölünməsi ilə əlaqədar mübahisə olduğu səbəbindən İddiaçı1 müvafiq məhkəməyə müraciət etmək tövsiyə olunur.Eyni zamanda bildirirlər ki, yuxarıda göstərilən səbəb görə, İddiaçı1 adına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini hal-hazırda qeyri-mümkün edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıların babaları X22 mübahisəli əmlakı (87/136 payı) 1942-ci ildə alğı-satqı müqaviləsi əsasənda əldə etmiş, daha sonradan X22 vəfat etdikdən sonra həmin hissəvi əmlaka iddiaçıların dayısı iddia irəli sürərək öz payını tanıtmışdır. Lakin həmin pay tanınarkən hazırki iddiaçıların orada yaşaması və əmlakı faktiki qəbul etmələri müəyyən edilsədə onların payı açıq qalmışdır. Odur ki, iddiaçılar həmin payın məhkəmə qətnaməsi əsasında tanınmasını tələb etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
19. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.
20. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
21. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
22. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
23. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
24. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
25. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
26. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3).
30. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
31. Qeyd edilən Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
32. Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.
33. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir.
34. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər.
35. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını əsas götürərək belə qənaətə gəlir ki, iddiaçıların Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2008-ci il tarixli 2(006)-2724/2008 saylı qətnaməsi ilə iddiaçıların dayısı X17 ünvan 2 ünvanında yerləşən mülkin yarısının 5/1 hissəsinə, yəni 34,8/544 payı müəyyən edilməsinə baxmayaraq onların payları müəyyən edilməmiş qalmışdır. Yəni bu halda geridə qalan 313,2/544 payın üç bacı (iddiaçılar) arasında bərabər bölünməlidir.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 110 saylı evə İddiaçı1 vərəsəlik hüququ tanınmalı və onun qeyd olunan əmlakın 104,4/544 hissəsinə pay hüququ müəyyən edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 110 saylı evə Ələkbərzadə Reyhan İbrahim qızının vərəsəlik hüququ tanınmalı və onun qeyd olunan əmlakın 104,4/544 hissəsinə pay hüququ müəyyən edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 110 saylı evə İddiaçı2 vərəsəlik hüququ tanınmalı və onun qeyd olunan əmlakın 104,4/544 hissəsinə pay hüququ müəyyən edilməli, İddiaçı1, Ələkbərzadə Reyhan İbrahim qızına və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 29 saylı Notariat Ofisinin üzərinə qoyulmalı, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və Ələkbər-zadə Reyhan İbrahim qızının, Ələkbər-zadə Reyhan İbrahim qızının və İddiaçı2 adına çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 110 saylı evə İddiaçı1 vərəsəlik hüququ tanınsın və onun qeyd olunan əmlakın 104,4/544 hissəsinə pay hüququ müəyyən edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 110 saylı evə Ələkbər-zadə Reyhan İbrahim qızının vərəsəlik hüququ tanınsın və onun qeyd olunan əmlakın 104,4/544 hissəsinə pay hüququ müəyyən edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsində yerləşən 110 saylı evə İddiaçı2 vərəsəlik hüququ tanınsın və onun qeyd olunan əmlakın 104,4/544 hissəsinə pay hüququ müəyyən edilsin. İddiaçı1, Ələkbər-zadə Reyhan İbrahim qızına və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 29 saylı Notariat Ofisinin üzərinə qoyulsun. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və Ələkbərzadə Re.yhan İbrahim qızının, Ələkbər-zadə Reyhan İbrahim qızının və İddiaçı2 adına çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçı1, Ələkbər-zadə Reyhan İbrahim qızına və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 29 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov