Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4558/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün orta əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün orta əmək haqqı tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 aprel 2015-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, iddiaçı B.X6 RETSİ-nin X2 balans şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 09 mart 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair k/22-00801 saylı əmr verilmişdir. Əmrdə qeyd olunur - Şimal-Qərb RETSİ X3 Enerji satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı xidmət ərazisi üzrə ödənişə cəlb etmənin təşkilində, istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsinin tam təmin edilməsində ciddi nöqsanlara yol verdiyi, qeyri balansın həcminin artmasına şərait yaratdığı və əmək müqaviləsi ilə öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı müəyyənləşdirilmişdir. Belə ki, 2022-ci il yanvar ayının yığım nəticələrini təşkil edərkən nəzarətçi mühəndis İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinə görə 21041 manat oxunma apardığı, ərazisində mövcud debitoru (9505 manat) nəzərə alaraq oxunmadan əlavə 400 manat olmaqla ay ərzində mütləq yığım tapşırığı 21441 manat öhdəlik qoyulmasına baxmayaraq, 1677 manat plandan, 1277 manat isə oxunmadan az vəsait topladığı aşkar edilmişdir. Əmək funksiyası əvvəllər də pozduğuna görə nəzarətçi mühəndis İddiaçı xx.xx.2021-ci il tarixli töhmət intizam tənbehi verilməsinə baxmayaraq, əmək fəaliyyətində heç bir dönüş yaratmamışdır. Göstərilənlərə əsasən tutduğu vəzifə üzrə əmək funksiyasının icrasına səhlənkar yanaşdığına, əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını pozduğuna görə X3 nəzarətçi mühəndisi İddiaçı barəsində intizam tənbehinin görülməsinə hüquqi əsas vardır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində əmək vəzifələrini keyfiyyətsiz yerinə yetirən, müəssisədaxili əmək və intizam qaydalarını pozan işçilər barəsində işəgötürənin intizam tənbehi tətbiq etmək hüququnun olduğunu nəzərə alaraq, habelə gələcəkdə belə nöqsanların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə bağlanmış 15 aprel 2015-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndində işçinin əmək funksiyaları təsbit olunur. İşçinin əmək funksiyasında əmək müqaviləsinə xitam verilməsinin ləğv olunmasına əsas olan hallar əmrdə qeyd olunan İddiaçı xidmət ərazisi üzrə ödənişə cəlb etmənin təşkilində, istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsinin tam təmin edilməsində ciddi nöqsanlara yol verdiyi, qeyri-balansın həcminin artmasına şərait yaratdığı və əmək müqaviləsi ilə öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı müəyyənləşdirilməsi barədə hər hansı bir bəndə rast gəlinmir. Eyni zamanda, İddiaçı Xidməti ərazisində mövcud məişət abonentlərində istifadə olunan elektrik enerjisinin aylıq yığımı ilə bağlı hər hansı bir öhdəlik daşıması müqavilədə nəzərdə tutulmur. Belə olan təqdirdə işçinin əmək funksiyasında nəzərdə tutulmayan işlərə cəlb olunaraq, onunla əmək müqaviləsinin xitam olunması qanunvericiliyə ziddir. xx.xx.2021-ci il tarixli “töhmət” intizam tənbehi verilməsinə dair qərarın surəti, işçinin izahatı və töhmət verilməsinə dair digər zəruri sənədlərin surəti İddiaçı ilə bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti göndərilsə də, digər zəruri sənədlərin surəti göndərilməmişdir. Göstərilənlərə əsasən İddiaçı barəsində əmək müqaviləsinin ləğv olunması haqqında 09 mart 2022-ci il tarixli, k/22- 00801 saylı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlu, onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən "xxxx" ASC-nin sədri B.H.Rzayev ilə işçi Abdullayev Bı̇ lal Abdulla oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, Abdullayev Bı̇ lal Abdulla oğlu Şimal-Qərb RETSİ-nin Zaqatala EŞ-də balans şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən başlayaraq, 3 ay müddətinə bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin materiallarında olan "xxxx" ASC-nin k/22-00801 №-li, 09 mart 2022-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına və əvvəllər verilmiş intizam tənbehlərindən heç bir nəticə çıxarmayaraq, təkrarən əmək funksiyasını yerinə yetirmədiyinə görə Şimal-Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi Abdullayev Bı̇ lal Abdulla oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmiş, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq ödənilməsi təmin edilmişdir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlu "xxxx" ASC-də nəzarətçi mühəndis vəzifəsində işləmiş, o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi vəzifə təlimatı ilə bağlı qeyd edir ki, həmin vəzifə təlimatı rəsmi sənəd deyil. Belə ki, üzərində nə imza, nə də ki möhür var. Belə olan halda, rəsmi sənəd hesab edilməyən, barəsində iddiaçının məlumatı olmayan vəzifə təlimatına əsasən iddiaçının vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunaziddir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan vəzifə təlimatı rəsmi (həqiqi) sənəd kimi qəbul edildiyi halda da işəgötürən olaraq "xxxx" ASC-nin nəzarətçi mühəndislər qarşısında qoyduğu debitor borcların ödənilməsini təmin etmək tələbi qeyri-müəyyən olmaqla, həm də real olaraq icra olunması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx" ASC tərəfindən iddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunması açıqaşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2022-ci il tarixli, k/22- 00801 saylı əmri ləğv edilməli, iddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal-Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Abdullayev Bı̇ lal Abdulla oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09 mart 2022-ci il tarixli, k/22- 00801 saylı əmri ləğv edilsin. İddiaçı Abdullayev Bı̇ lal Abdulla oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal- Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Abdullayev Bı̇ lal Abdulla oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4558/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4558/2022
14.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver