Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4560/2025 26.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X9 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında olan xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 194 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5% hissəsi olan 271 manat, vəkilə ödənilən 320 manat, cəmi 4663 (dörd min altı yüz altmış üç) manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 66,63 manat pul vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı bakalavr və magistr dərəcəsini bitirdikdən sonra doktorantura təhsilini xarici ölkədə davam etdirmək üçün 2024-cü ilin iyun-iyul aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh idarə etdiyi “Hope Academy” adlı quruma müraciət etmişdir. Özünü onlara, yəni dostları Kamran Rzayevə və Mustafa Aslanova həmin şirkətin rəhbəri kimi təqdim edən Cavabdeh onları Avropa və ya ABŞ-da yerləşən kolleclər və ya universitetlərdə doktorantura təhsili ilə təmin edəcəyinə köməklik göstərəcəyini bildirmişdir. Bu səbəblə İddiaçı ilə “Hope Academy”-nin rəhbəri Ülvi Mahmudov arasında 08 iyul 2024-cü il tarixli 200-024 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 1 il müddətində yəni xx.xx.2025-ci il tarixədək İddiaçı Avropa və ya Amerika universitetlərində doktorantura təhsilinə qəbul etdirəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin tarixdə İddiaçılə birlikdə onun tanışları Mustafa Aslanov və Kamran Rzayev də müqavilə bağlamışdır. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli **********6 №-li qəbzdən görünür ki, Mustafa Aslanov özünün və İddiaçı müqavilə üzrə hər birinin ayrı-ayrılıqda 1600 manat ödənişini (cəmi 3200 manat) Cavabdeh kart hesabına göndərmişdir. Bundan sonra 2024-cü ilin avqust ayında Cavabdeh İddiaçı müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli **********7 №-li qəbzdən görünür ki, İddiaçı Cavabdeh kart hesabına Mustafa Aslanovun kart hesabı vasitəsilə 546 ABŞ dolları (həmin günün məzənnəsinə əsasən 500 avro) göndərmişdir. Qeyd edilən hadisədən 2-3 ay müddət ərzində Cavabdeh iddiaçıya narahat olmamasını, işlərin davam etdiyini bildirmiş, 2024-cü ilin noyabr ayında universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılmalı olduğunu və buna görə ayrı 350 manat ödəniş edilməli olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli **********5 №-li qəbzdən görünür ki, Mustafa Aslanov özünün və İddiaçı hər birinin ayrı-ayrılıqda 350 manat (cəmi 700 manat) pul vəsaitini Cavabdeh kart hesabına göndərmişdir. Daha sonra İddiaçı Cavabdehla telefonda danışdıqları zaman ona sənədlərin toplanması və göndərilməsi üçün hərəsinin əlavə 1000 manat pul ödəməli olduqlarını bildirmişdir. Onlar isə artıq müəyyən qədər pul ödədikləri üçün həmin pulların batmamasından ötrü Ümidin tələbi ilə məcburən razılaşmışlar. İddiaçı dostları Kamran Rzayev, Mustafa Aslanov və X4 ilə birlikdə təxminən 2024-cü ilin noyabr ayında Cavabdeh fəaliyyət göstərdiyi Yasamal rayonu Tbilisi prospekti 27 ünvanında yerləşən "ASK" Plazaya getdikdə onlara işlərin uğurla davam etdiyini bildirmiş, bu zaman İddiaçı Mustafa Aslanov, Kamran Rzayevlə birlikdə hər biri ayrı-ayrılıqda 1000 manat, cəmi 3000 manat pul vəsaitini nağd şəkildə Cavabdeh vermişlər, həmin vaxt yanlarında tanışları X4 da olmuşdur. 2025-ci ilin fevral ayında İddiaçı məlum olmuşdur ki, Cavabdeh 546 ABŞ dolları (hazırki məzənnəyə əsasən 928 manat) və 2950 manat pul vəsaiti ödəməsinə baxmayaraq, Ümid pulları alandan sonra heç bir iş görməmiş, İddiaçı cavabdehə zəng edib hər dəfə işin gedişatı ilə maraqlananda müxtəlif bəhanələrlə onu aldatmağa və vaxtı uzatmağa başlamışdır. Beləliklə, bir müddət sonra o, dostları ilə birlikdə Cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, sonuncu ilə əlaqə saxlayaraq pullarını geri qaytarmasını tələb etmişlər. Cavabdeh əvvəlcə üzrxahlıq edərək və onları arxayın edərək pullarını geri qaytaracağını bildirsə də, sonradan yenə onları müxtəlif bəhanələrlə aldadaraq pullarını geri qaytarmamışdır. Məhkəməyə təqdim edilən Yasamal RPİ-nin 24 mart 2025-ci il tarixli qərarından görünür ki, Mustafa Aslanov, Kamran Rzayev və İddiaçı dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPİ-yə müraciət etmişlər, Cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir. Məhkəməyə təqdim edilən Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir. Tərəflərin iştirakı və izahatları: İddiaçının iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etdi, iddianın əsassız olduğunu bildirirək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, bildirdi ki, iddia ərizəsində qeyd edilən məsələlərin heç biri reallığı əks etdirmir və həm ibtidai istintaq, həm də məhkəmə müddətində yalançı şahidlik və yalan ifadələr verilməsinin yeganə səbəbi onun məhkəmə qarşısında etibarını sarsıtmaq və ədalət mühakiməsinə birbaşa müdaxilə etmə motivini özündə əks etdirir. İddiaçı şəxsən özünün cavabdehə təqdim etdiyi 27 dekabr tarixli Pretenziya məktubu və sonrasında 14 yanvar tarixində özünün və şirkət əməkdaşlarının olduğu WhatsApp tətbiqi qrupunda ona dəydiyini iddia etdiyi maddi ziyanı geri tələbini yazdığı mesajda qeyd etdiyi məbləğlər sadəcə 1600 manat xidmət haqqı, 500 Avro qeydiyyat rüsumu ödənişi və 350 manat research proposal letter adlanan sənəd üçün göndərdiyi ödənişlərdir. Bundan əlavə, məhkəməyə təqdim etdiyi 03 fevral tarixli ofis görüşməsinin 1 saat 7 dəqiqə 46 saniyəlik səsyazmasında da bütün məbləğləri geri tələb edən qarşı tərəf qeyd olunan 1000 manat məbləğdən bəhs etmir. İddia ərizəsinin 5 və 6-cı punktlarında qeyd edilən “Bundan sonra 2024-cü ilin avqust ayında Cavabdeh İddiaçı müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmişdir.” və “Məhkəməyə təqdim etdiyimiz xx.xx.2024-cü il tarixli **********7 №-li qəbzdən görünür ki, İddiaçı Cavabdeh kart hesabına Mustafa Aslanovun kart hesabı vasitəsilə 546 dollar (həmin günün məzənnəsinə əsasən 500 avro) göndərmişdir.” reallığın təhrifidir. Qeyd edilən məbləğ bir universitetin yox, bütün xarici universitetlərə müraciət zamanı ödənilməli olan və vətəndaşa müqavilə bağlandıqdan həm öncə, həm də proses ərzində göndərilən universitet araşdırması siyahılarında bildirilən qeydiyyat rüsumunun ödənişidir və sadəcə depozit olaraq alınmışdır. Alınan məbləğ haqqında vətəndaşa depozit qəbulu ərizəsi göndərilmiş və sözügedən sənəddə bu məbləğin özündə şirkətin heç bir qazancını ehtiva etmədiyi qeyd edilmişdir. Sözügedən məbləğin geri qaytarılmasından heç bir zaman boyun qaçırmamışdır. Hətta 31 yanvar tarixində ilk dəfə ofisə gələn və onu axtaran vətəndaş Xeybər Məmmənağıyev və dostları cavabdehin yeni ofisə köçdüyündən xəbərsiz olduqları üçün cavabdeh bu haqda həmin ofisin resepşn heyətindən xəbər almış və şəxsən özü onlara zəng edib yeni ofisimə dəvət etmişdir. 03 fevral tarixində ofisə gələn İddiaçı, Mustafa Aslanov, Kamran Rzayev və dostları Fəridə Əliyevaya həmin günki görüşdə də qeydiyyat rüsumu ödənişini xitam ərizəsi imzalayan kimi geri qaytaracağını bildirmişdir. Amma hər 3 şəxs xitam ərizəsi imzalamaq istəmədiyini və ödədikləri ödənişlərin hamısını geri tələb etdiklərini bildirdilər. İddia ərizəsinin 7-ci punktunda qeyd edilən “Qeyd edilən hadisədən 2-3 ay müddət ərzində Cavabdeh iddiaçıya narahat olmamasını işlərin davam etdiyini bildirmiş, 2024-cü ilin noyabr ayında universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılmalı olduğunu və buna görə ayrı 350 manat ödəniş edilməli olduğunu bildirmişdir.” məlumat da tamamən reallığa ziddir. Sözügedən research proposal sənədinin barəsində məlumat vətəndaş İddiaçı və müqaviləni birlikdə imzaladığı, hətta hər ikisinin cavabdehlə birgə WhatsApp qrupunun olduğu Mustafa Aslanova hətta müqavilə imzalanmazdan 2 gün öncə belə verilmişdir. Bununla bağlı Mustafa Aslanovun whatsapp yazışmalarında özünün və dostu Xeybərin haqqında 6 iyul tarixində yazdığı “Hal-hazırda ikimiz də spring semestri tərcih edirik ki, research proposal üçün vaxtımız olsun deyə” mesaj hər ikisinin öncədən məlumatlandırıldığının sübutudur. Qeyd edilən sənəd doktorantura qəbulu proseduru üçün ən vacib və əvəzolunmaz sənəd olduğu üçün vətəndaşların bu sənədi təqdim etməməsi qəbul prosesinin özlərinin günahı və səhlənkarlığı səbəbilə ləngiməsinə və dayanmasına səbəb olmuşdur. Vətəndaşla aralarında imzalanan xidməti müqavilənin 2.3-cü bəndində qeyd olunduğu kimi “Əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir.” və 3.3-cü bənddə qeyd olunan “Bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ, İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır.” müddəalara əsasən vətəndaşın ödədiyi 1600 manat xidmət haqqı geri qaytarılmamalıdır. İddia ərizəsinin 12-ci punktunda qeyd edilən “Məhkəməyə təqdim etdiyimiz Yasamal RPİ-nin 24 mart 2025-ci il tarixli qərarından görünür ki, Mustafa Aslanov, Kamran Rzayev və İddiaçı dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPİ-yə müraciət etmişlər, Cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir.” məhkəməyə təqdim olunan dəlilin yanlış təfsiri və təhrifidir. Məhkəməyə sübut olaraq təqdim etdiyi Yasamal Rayon Polis İdarəsinə (bundan sonra Yasamal RYPİ) verdiyi izahatında da 6 noyabr 2024 tarixində göndərilən siyahıdan Kamran Rzayevin heç bir seçim etmədiyini və 4 dekabradək əlaqə saxlamadığını, bundan əlavə dostları İddiaçı və Mustafa Aslanovun 8 iyulda tələb olunan sənədləri 11 noyabradək təqdim etmədikləri barədə və hər 3 şəxsin öz səhlənkarlığı ucbatından proseslərin yubanmasına səbəb olmalarına baxmayaraq əsassız şəkildə barəsində şikayət edərək ödədikləri pulu geri almaq niyyətində olduqlarını qeyd etmişdir. Yəni, nə izahatlarında, nə məhkəmə proseslərində, nə vətəndaşlarla olan zəng və mesajlarında, nə də üzbəüz görüşlərdə hər 3 vətəndaşa hər hansısa etiraf etməmişdir, çünki etiraf edəcək heç bir nüans yoxdur. Odur ki, iddiaçının ödədiyi 350 manat proposal letter adlı sənəd və qeydiyyat rüsumları kimi ödənilmiş 546 ABŞ dollarının iddiaçılara qaytarılmasına ilk gündən razıdır, lakin müqavilə üzrə ödənilmiş 1600 manat pulun tutulması tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları: İddiaçı (sifarişçi) ilə Cavabdeh - “Hope Academy” (icraçı) arasında xx.xx.2024-cü il tarixli 200- 024 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, müqavilənin müddəalarını nəzərə almaq şərti ilə, icraçı kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar sifarişçiyə məsləhət xidmətləri göstərir, həmçinin, həmin təhsil müəssisəsində sifarişçi üçün müvafiq kursu rezervasiya etməklə, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısını təqdim edir. Müqavilə imzalandığı anda Sifarişçinin qəbul prosesi üçün, Avropa, Amerikada yerləşən Kolleclər ilə danışıqlar aparılır və proses sonunda Sifarişçinin doktorantura təhsil proqramına qəbulu alınacaqdır. Sifarişçi, şirkətin xidmət haqqı olan 1600 AZN (bir min altı yüz manat) məbləği xx/xx/2024 tarixində tam olaraq şirkətə ödəyir. Şirkətin xidmət haqqı tam ödənildikdən sonra, sənədləşmə prosessinə start verilir. Sifarişçi müqaviləni imzaladığı anda bu şərtlə razılaşır. Ödənilən məbləğə təhsil haqqı, qeydiyyat rüsumu, viza rüsumu və ya digər xərclər daxil deyildir. xx.xx.2024-cü il tarixli deposit qəbulu ərizəsindən görünür ki, iddiaçı, Cavabdeh - Hope Academy ilə aralarında bağlanmış müqaviləyə əsasən qeydiyyat rüsumu olaraq xx.xx.2024-cü il tarixdə 946 manat ödəniş etmişdir. Təqdim edilən qəbzlərin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 3.200 manat, xx.xx.2024-cü il tarixdə 546.05 ABŞ Dolları, xx.xx.2024-cü il tarixdə 412.98 ABŞ Dolları (700 manat) məbləğində vəsait Cavabdeh kart hesabına köçürülmüşdür. X5, X2 və İddiaçı Yasamal RPİ-yə ərizə ilə müraciət edərək "Hope Academy" təşkilatının rəhbəri Cavabdeh onları Avropa və ABŞ-da doktorantura təhsili alması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı eyni qaydada şirkətə müraciət edərək xidmətlərdən yararlanmaq istəmiş, 08 iyul 2024-cü il tarixində aralarında xidməti müqavilə imzalanmış və bunun müqabilində müqavilə imzalanan tarixdə onun bank kartının hesabına 1600 (bir min altı yüz) manat ödəniş etmişdir. Bundan sonra 21 avqust 2024-cü il tarixində universitetlərin qeydiyyat rüsumları üçün 500 avro pul ödəməli olduğunu bildirmiş və 23 avqust 2024-cü il tarixdə İddiaçı eyni qaydada onun bank kartının hesabına 500 avro pul köçürmüşdür. Onun tərəfindən xidmət haqqı müqabilində vətəndaşlar üçün universitet siyahısının hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması işlərini icra edib özlərinə göndərmişdir. 08 iyul 2024cü il tarixində İddiaçı universitet qeydiyyatları üçün müəyyən sənədlər dəfələrlə tələb olunduğu halda, 11 noyabr 2024-cü il tarixinədək tələb olunan sənədləri ona təqdim etmədiyinə görə universitet qeydiyyatları və digər proseslərə davam edə bilməmişdir. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı pоlis kapitanı X3 tərəfindən 24 mart 2024-cü il tarixdə Cavabdeh əməlində cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tərəflər arasında mobil tətbiq üzərində aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər aralarında bağlanmış müqavilə şərtərinə uyğun olaraq zəruri sənədlərin toplanması barədə,habelə müqavilənin icrasından irəli gələn məsələləri və nəticədə aralarında yaranan mübahisənin həlli ilə bağlı danışıqlar aparmışlar. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 27 dekabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ona dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə borcun qaytarılmasını məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. Təqdim edilmiş qəbzdən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün Mərkəz Vəkil bürosunun hesabına 320 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 66.63 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xarici ölkədə doktorantura təhsili almaq üçün cavabdehin rəhbərlik etdiyi quruma müraciət etmiş, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçının xaricdə təhsil alması üçün müəyyən prosedurların həyata keçirilməsi ilə bağlı, iddiaçı isə bu xidmətin qarşılığı olaraq pul vəsaiti ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Həm təqdim edilmiş qəbzlərlə, həm də təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı tərəflərin verdiyi izahatlarla cavabdehin iddiaçıdan pulu alması öz təsdiqini tapmışdır. Beləlikdə, iddiaçının cavabdehə ödəniş etməsi işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahatda pulu aldığını, lakin iddiaçının xaricdə doktorantura təhsili almasının məhz cavabdehin tələb olunan sənədləri vaxtında təqdim etməməsi, yəni cavabdehin özünün təqsiri ucbatından baş tutmamasını bildirmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində belə qənaətə gəlir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması və öhdəliyin icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, müqavilədə göstərilən xidmətin dəyəri olaraq 1600 manat vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh də müqavilə üzrə öhdəliklərinin icrasına başlamışdır. Lakin iddiaçının müqavilədə qeyd edilən şərtlərə müvafiq olaraq tələb edilən sənədləri təqdim etməməsi nəticəsində cavabdeh öhdəliyini tam şəkildə icra edə bilməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş səs yazılarında da cavabdehin iddiaçıdan rəsmiləşdirməni tamamlamaq üçün niyyət məktubunun onun tərəfindən hazırlanaraq təqdim edilməli olduğunun iddiaçının nəzərinə çatdırıldığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmçinin, müqavilənin 3.3-cü bəndinə görə bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ (1600 manat), İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır. Odur ki, məhkəmə müqavilədə göstərilən 1.600 manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını əsaslı hesab etmir. Tələb olunan digər məbəğlərə - 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin məbləğlərin verilməsi tərəflər arasında bağlanmış müqavilədə şərtləndirilmədiyindən həmin hissədə iddianın hüquqi əsasını əsassız varlanma ilə bağlı Mülki Məcəllənin normaları təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh həmin hissədə iddianı etiraf etmişdir və həmin pul vəsaitlərinin iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Belə olan halda məhkəmə 928 manat və 350 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. İddia tələbinin “1000 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi həmin pul vəsaitini cavabdehə verdiyini sübut etməlidir. İddiaçı 1000 manat pulu nağd şəkildə cavabdehə pulu verdiyini bildirsə də, tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da hazırki iş üzrə cavabdehin izahatı, habelə pulu almasını etiraf etməsi öz əksini tapmamışdır. Məhkəmə iclasında da cavabdeh həmin hissədə iddianı qəbul etməmişdir. Məhkəmə cavabdehin iddiaçıdan universitetə müraciət üçün ayrıca aldığı 500 avro, yəni 546 ABŞ dolları (iddiaçının özünün də tələb etdiyi kimi Azərbaycan manatı məzənnəsində) və universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılması üçün aldığı 350 manata münasibətdə belə qənaətə gəlir, iddia məhz bu hissədə təmin edilməlidir. Məhkəmə işə baxan zaman tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın bu hissəsi üzrə tətbiq edilməli olan maddi hüquq norması məhz əsassız varlanmadan irəli gəlir. Belə ki, qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün üç zəruri şərt mövcud olmalıdır. 1) cavabdehin əmlak əldə etməsi; 2) həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; 3) əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Beləliklə, hazırkı hala uyğun olaraq cavabdehin iddiaçıdan həmin məbləğdə vəsaiti alması bütün bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması özlüyündə qeyd edilən üç şərti ehtiva edir. Odur ki, cavabdehin iddiaçıdan pul vəsaiti alması onun əsassız varlanmasına səbəb olmuşdur. İddia tələbinin “pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 194 manatın ödənilməsi” hissəsinə gəldikdə, məhkəmə həmin hissəni qismən əsaslı hesab etməklə, cavabdehdən iddiaçının xeyrinə tutulan 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinin gecikdirilməsinə görə qanuni faizin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddiaçının pul vəsaitinin qaytarılmasına dair cavabdehə ünvanladığı pretenziya məktubunun xx.xx.2024-cü il tarixli olmasını nəzərə almaqla, cavabdehin, iddiaçının tələbi əsasında həmin tarixdən pulu qaytarmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, məhz həmin tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək olan dövr üzrə 1278 manatın (350+928) gecikdirilməsinə görə 39.4 manat (1278manat x 0.05 faiz/365 gün x 225 gecikmə günlərinin sayı) gecikmə məbləği cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5% hissəsi olan 271 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsi pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin vəkilə ödənilən 320 manat pulun cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və ödənilmiş 320 manatın 160 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dövlət rüsumu qismində ödənilmiş 66,63 manata münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 66.63 manat dövlət rüsumunun 19.98 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 46.65 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 350 manat və 546 ABŞ dollarının Azərbaycan Respublikası Manatı ekvivalentində 928 manat məbləğində pul vəsaiti, habelə həmin məbləğlərin cəminə görə gecikdirilmiş müddət nəzərə alınmaqla 39.4 manat, göstərilən hüquqi xidmətə görə ödənilmiş vəsaitin 160 manatı və dövlət rüsumunun 19.98 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat və 546 (beş yüz qırx altı) ABŞ dollarının Azərbaycan Respublikası Manatı ekvivalentində 928 (doqquz yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti, gecikdirilmiş müddət üçün hesablanmış 39,4 (otuz doqquz manat qırx qəpik) manat, göstərilən hüquqi xidmətə görə ödənilmiş vəsaitin 160 (bir yüz altmış) manatı və dövlət rüsumunun 19,98 (on doqquz manat doxsan səkkiz qəpik) manatı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun 46,65 (qırx altı manat altmış beş qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4560/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4560/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver