Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4570/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum qeydiyyatının bərpası” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum qeydiyyatının bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1902-ci il tarixdə, Bakı şəhərində anadan olmuş X1 doğum qeydiyyatının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, babası X3 1900-1910-cu illərdə Bakı şəhərində anadan olmuşdur. Babası ünvan 1 ünvanında yaşamış və 1942-ci ildə 1941-1945-ci illərdə gedən X2 gedən döyüşlərdə vəfat etmişdir. Bununla bağlı yaşadığı ünvana bildiriş (qara kağız) gəlmiş, lakin sonradan itirilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən 1902-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 ölmüş elan edilmişdir. Ulu nənəsindən sonra ünvan 3 ünvanında yerləşən mənzil miras olaraq qalmış və həmin əmlakı ərizəçi idarə edir, lakin onun oğlu olan, babası X1 doğum haqqında şəhadətnamənin olmaması üzündən faktiki idarə etdiyi miras əmlakını adına rəsmiləşdirə bilmir. Ərizəçi doğum haqqında şəhadətnaməni almaq üçün Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməkdən imtina edib məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hüquq haqqında mübahisə olduğu üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmə müəyyən edir ki, ərizəçi, X1 doğum qeydiyyatının bərpası barədə tələblə çıxış etsə də, təqdim olunan sübutlardan şəxsin doğum faktının daha əvvəl dövlət qeydiyyatına alınması və sonradan bu qeydiyyatın itirilməsi, yaxud məhv edilməsi halları müəyyən edilməmişdir. Yəni ərizəçi doğum aktının əvvəllər mövcud olub, sonradan itməsi faktını sübut edən hər hansı sənəd və ya dəlil təqdim etməmişdir. Hüquqi baxımdan, "doğum aktının bərpası" yalnız əvvəlki qeydiyyatın itməsi və ya məhv olması hallarında mümkündür. Hazırkı iş üzrə isə ərizəçinin babası X1 doğum faktı üzrə əvvəlki qeydiyyatın mövcudluğu təsdiqlənmir. Əksinə, iş materiallarından yalnız şəxsin 1902-ci ildə Bakı şəhərində doğulduğu barədə ümumi məlumat əldə olunur. Bununla belə, konkret doğum tarixi (gün, ay və il), valideynlərin (ata və ana) adları və digər tələb olunan məlumatlar göstərilməmişdir ki, bu da doğum qeydinin tərtibi üçün zəruri elementlərdən biridir. Bundan başqa, iş materialarına əlavə edilmiş məhkəmə qətnaməsi ilə həmin şəxsin ölüm faktı artıq müəyyən edilib. Məhkəmə bu halı da nəzərə alaraq bildirir ki, ölüm faktı artıq müəyyən edilmiş şəxsin doğum qeydinin bərpası barədə tələbinin hüquqi əsasları yoxdur. Belə ki, doğum faktı əvvəllər dövlət qeydiyyatına alınmayıbsa, bu halda bərpa deyil, yalnız doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Bu baxımdan, doğum qeydinin bərpası barədə ərizə hüquqi cəhətdən əsassız hesab edilir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq və işin hallarını araşdıraraq hesab edir ki, belə olan vəziyyətdə ərizəçiyə doğum qeydinin bərpası deyil, onun tərəfindən doğum faktının məhkəmə qaydasında müəyyən olunması barədə iddia irəli sürülməli olması izah edilməklə hazırki ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.10, 306, 317, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum qeydiyyatının bərpası” barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("Hökumət ödəniş portalı", mədaxil qəbzi: **********, tarix: xx.xx.2024, saat: 00:15:17) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4570/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4570/2025
05.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver