Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4633/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında olan xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat pul vəsaitinin iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 % hissəsi olan 194 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5 % hissəsi olan 271 manat, vəkilə ödənilən 320 manat, cəmi 4663 (dörd min altı yüz altmış üç) manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 66,63 manat pul vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bakalavr və magistr dərəcəsini bitirdikdən sonra doktorantura təhsilini xarici ölkədə davam etdirmək üçün 2024-cu ilin iyun-iyul aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh idarə etdiyi “Hope Academy” adlı quruma müraciət etmişdir. Özünü onlara, yəni dostları Kamran Rzayevə və Xeybər Məmmədnağıyevə həmin şirkətin rəhbəri kimi təqdim edən Cavabdeh onları Avropa və ya ABŞ-da yerləşən kolleclər və ya universitetlərdə doktorantura təhsili ilə təmin edəcəyinə köməklik göstərəcəyini bildirmişdir. Bu səbəblə İddiaçı ilə “Hope Academy”-nin rəhbəri Ülvi Mahmudov arasında 08 iyul 2024-cü il tarixli 200-025 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 1 il müddətində yəni xx.xx.2025-ci il tarixədək X8 və ya Amerika universitetlərində doktorantura təhsilinə qəbul etdirəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin tarixdə İddiaçıla birlikdə onun tanışları Xeybər Məmmədnağıyev və Kamran Rzayev də müqavilə bağlamışdır. Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli **********6 №-li qəbzdən görünür ki, İddiaçı özünün və Xeybər Məmmədnağıyevin müqavilə üzrə hər birinin ayrı-ayrılıqda 1600 manat ödənişini (cəmi 3200 manat) Cavabdeh kart hesabına göndərmişdir. Bundan sonra 2024-cü ilin avqust ayında Cavabdeh İddiaçı müraciət üçün universitetə ayrıca 500 avro ödəniş etməli olduqlarını bildirmişdir. Məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli **********8 №-li qəbzdən görünür ki, İddiaçı Cavabdeh kart hesabına 546 dollar (həmin günün məzənnəsinə əsasən 500 avro) Cavabdeh kart hesabına göndərmişdir. Qeyd edilən hadisədən 2-3 ay müddət ərzində Cavabdeh iddiaçıya narahat olmamasını işlərin davam etdiyini bildirmiş, 2024-cü ilin noyabr ayında universitetlərə müraciət üçün ayrıca niyyət məktubunun (proposal letter) yazılmalı olduğunu və buna görə ayrı 350 manat ödəniş edilməli olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli **********5 №-li qəbzdən görünür ki, İddiaçı özünün və Xeybər Məmmədnağıyevin hər birinin ayrı-ayrılıqda 350 manat (cəmi 700 manat) pul vəsaitini Cavabdeh kart hesabına göndərmişdir. Daha sonra X11 Mahmudovla telefonda danışdıqları zaman ona sənədlərin toplanması və göndərilməsi üçün dostları ilə birlikdə hərəsinin əlavə 1000 manat pul ödəməli olduqlarını bildirmişdir. Onlar isə artıq müəyyən qədər pul ödədikləri üçün həmin pulların batmamasından ötrü Ümidin tələbi ilə məcburən razılaşmışlar. İddiaçı dostları Kamran Rzayev, Xeybər Məmmədnağıyev və X6 ilə birlikdə təxminən 2024-cü ilin noyabr ayında Cavabdeh fəaliyyət göstərdiyi Yasamal rayonu Tbilisi prospekti 27 ünvanında yerləşən "ASK" Plazaya getdikdə onlara işlərin uğurla davam etdiyini bildirmiş, bu zaman İddiaçı Xeybər Məmmədnağıyev, Kamran Rzayevlə birlikdə hər biri ayrıayrılıqda 1000 manat, cəmi 3000 manat pul vəsaitini nağd şəkildə Cavabdeh vermişlər, həmin vaxt yanlarında tanışları X6 da olmuşdur. 2025-ci ilin fevral ayında İddiaçı məlum olmuşdur ki, Cavabdeh 546 ABŞ dolları (hazırki məzənnəyə əsasən 928 manat) və 2950 manat pul vəsaiti ödəməsinə baxmayaraq, Ümid pulları alandan sonra heç bir iş görməmiş, İddiaçı cavabdehə zəng edib hər dəfə işin gedişatı ilə maraqlananda müxtəlif bəhanələrlə onu aldatmağa və vaxtı uzatmağa başlamışdır. Beləliklə, bir müddət sonra o, dostları ilə birlikdə Cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, sonuncu ilə əlaqə saxlayaraq pullarını geri qaytarmasını tələb etmişlər. Cavabdeh əvvəlcə üzrxahlıq edərək və onları arxayın edərək pullarını geri qaytaracağını bildirsə də, sonradan yenə onları müxtəlif bəhanələrlə aldadaraq pullarını geri qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş Yasamal RPİ-nin 24 mart 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı, Kamran Rzayev və Xeybər Məmmədnağıyev dələduzluqla üzləşdiklərini düşünərək Yasamal RPİ-yə müraciət etmişlər, Cavabdeh aldığı pulları və müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini etiraf etmiş, cinayət işinin başlanmasından imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2024-2025-ci illər arasında ortalama bank uçot dərəcəsi 7.5 %-dir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini ərizənin məzmununa uyğun müdafiə edərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, xarici universitetə qeydiyyatı aparmaq üçün müfaviq sənəd təqdim olunmalıdır. Niyyət mətubu tərtib olunmadan qeydiyyat qeyri-mümkündür. İddiaçı tərəfə dekabrda qeydiyyatın mümkün ola biləcəyin bildirmişdir. Onlar sənədi noyabr ayında təhvil verməli idi. İddiaçı tərəf sənədin tərtib olunmasını ondan istəmişdir, amma bu şəxsin öhdəliyidir və o, imtina etmişdir. Sənədin tərtibinə kömək məqsədi üçün başqa şəxsə yönləndirmişdir, lakin iddiaçı tərəf dayanmadan onunla əlaqə saxlamağa çalışırdı. Dekabr ayında pretenziya məktubları göndərilirdi. 1000 manatla əlaqədar iddianı qəbul etmir. Xidmət haqqının geri qaytarılmadığını idiaçı tərəfə bildirmişdir. Vətəndaşın bütün pulu geri istəməsi qeyri-mümkündür. 350 manat və 546 dolları qaytarmağa isə etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: X7, İddiaçı və X1 RPİ-yə ərizə ilə müraciət edərək "Hope Academy" təşkilatının rəhbəri Cavabdeh onları Avropa və ABŞ-da doktorantura təhsili alması üçün köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər. Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı və Xeybər Məmmədnağıyev eyni qaydada şirkətə müraciət edərək xidmətlərdən yararlanmaq istəmiş, 08 iyul 2024-cü il tarixində aralarında xidməti müqavilə imzalanmış və bunun müqabilində müqavilə imzalanan tarixdə hər biri ayrı-ayrılıqda onun bank kartının hesabına 1600 (bir min altı yüz) manat ödəniş etmişdir. Bundan sonra 21 avqust 2024-cü il tarixində universitetlərin qeydiyyat rüsumları üçün hər birinin 500 avro pul ödəməli olduğunu bildirmiş və 23 avqust 2024-cü il tarixdə İddiaçı və Xeybər Məmmədnağıyev eyni qaydada onun bank kartının hesabına 500 avro pul köçürmüşdür. Onun tərəfindən xidmət haqqı müqabilində vətəndaşlar üçün universitet siyahısının hazırlanması, motivasiya və tövsiyə məktublarının yazılması işlərini icra edib özlərinə göndərmişdir. 08 iyul 2024-cü il tarixində İddiaçı və Xeybər Məmmədnağıyevdən universitet qeydiyyatları üçün müəyyən sənədlər dəfələrlə tələb olunduğu halda, 11 noyabr 2024-cü il tarixinədək tələb olunan sənədləri ona təqdim etmədiyinə görə universitet qeydiyyatları və digər proseslərə davam edə bilməmişdir. X9 qəbul və qeydiyyatla bağlı yubanma səbəbi sonuncunun səhlənkarlığı ucbatından baş vermişdir. O, şirkət rəhbəri olaraq öz üzərinə düşən öhdəliyi müəyyən qədər yerinə yetirmiş, geri qalan işlər isə sırf müştərinin hərəkəti ilə icra olunmalı olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqəta şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının surətinə əsasən X5, İddiaçı və İddiaçı müraciətləri əsasında toplanmış HK-1/360, HK-1/361 və HK-1/362 saylı materialda və Cavabdeh əməlində cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39 1.1-ci maddəsinin tələblərinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı (sifarişçi) ilə Cavabdeh - “Hope Academy” (icraçı) arasında xx.xx.2024-cü il tarixli 200-025 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, müqavilənin müddəalarını nəzərə almaq şərti ilə, İcraçı kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi, və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar Sifarişçiyə məsləhət xidmətləri göstərir, həmçinin, həmin təhsil müəssisəsində Sifarişçi üçün müvafiq kursu rezervasiya etməklə, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısını təqdim edir. Müqavilə imzalandığı anda Sifarişçinin qəbul prosesi üçün, Avropa, Amerikada yerləşən Kolleclər ilə danışıqlar aparılır və proses sonunda Sifarişçinin doktorantura təhsil proqramına qəbulu alınacaqdır. Sifarişçi, şirkətin xidmət haqqı olan 1600 AZN (bir min altı yüz manat) məbləği xx/xx/2024 tarixində tam olaraq şirkətə ödəyir. Şirkətin xidmət haqqı tam ödənildikdən sonra, sənədləşmə prosessinə start verilir. Sifarişçi müqaviləni imzaladığı anda bu şərtlə razılaşır. Ödənilən məbləğə təhsil haqqı, qeydiyyat rüsumu, viza rüsumu və ya digər xərclər daxil deyildir. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən: 2.3. Əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilmərsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. 2.4. Sifarişçinin müvafiq qeydiyyatı üçün İcraçı 365 gün müddətində zaman ayırır. Əgər İcraçı ilə təhsil müəssisəsinin danışıqlarında gecikmələr yaranarsa, İcraçı Sifarişçinin qarşısında buna görə cavabdehlik daşımır. Sifarişçi yekun danışıqları gözləməlidir və gecikmə səbəbinə görə müqaviləni ləğv edə bilmə hüququna malik deyil. xx.xx.2024-cü il tarixli deposit qəbulu ərizəsindən görünür ki, iddiaçı, Cavabdeh - Hope Academy ilə aralarında bağlanmış müqaviləyə əsasən qeydiyyat rüsumu olaraq xx.xx.2024cü il tarixdə 946 manat ödəniş etmişdir. Təqdim edilən qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə 3.200 manat, xx.xx.2024cü il tarixdə 546.05 ABŞ Dolları, xx.xx.2024-cü il tarixdə 412.98 ABŞ Dolları (700 manat) məbləğində vəsait Cavabdeh kart hesabına köçürülmüşdür. Tərəflər arasında mobil tətbiq üzərində aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər aralarında olan mübahisənin həlli ilə bağlı danışıqlar aparmışlar. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 27 dekabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ona dəyən maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə borcun qaytarılmasını məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehi xəbərdar etmişdir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün Mərkəz Vəkil bürosunun hesabına 320 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 66.63 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5- ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 405.1- ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2- ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü ci maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xarici ölkədə doktorantura təhsili almaq üçün cavabdehin rəhbərlik etdiyi şirkətə müraciət etmiş, tərəflər arasında müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçının xaricdə təhsil alması üçün müəyyən prosedurların həyata keçirilməsi ilə bağlı, iddiaçı isə bu xidmətin qarşılığı olaraq pul vəsaiti ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Həm təqdim edilmiş qəbzlərlə, həm də təhqiqatçı tərəfindən aparılmış araşdırma zamanı tərəflərin verdiyi izahatlarla nağd şəkildə verilməsi iddia olunan 1000 manat istisna olmaqla, cavabdehin iddiaçıdan qalan pulu (1600 manat, 546 ABŞ dolları və 350 manatı) alması öz təsdiqini tapmışdır. Beləlikdə, iddiaçının cavabdehə ödəniş etməsi işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı cavabdeh verdiyi izahatda pulu aldığını, lakin iddiaçının xaricdə doktorantura təhsili almasının məhz cavabdehin tələb olunan sənədləri vaxtında təqdim etməməsi, yəni cavabdehin özünün təqsiri ucbatından baş tutmamasını bildirmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində belə qənaətə gəlir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması və öhdəliyin icra edilməməsi halı müəyyən edilməmişdir. Belə ki, müqavilədə göstərilən xidmətin dəyəri olaraq 1600 manat vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, cavabdeh də müqavilə üzrə öhdəliklərinin icrasına başlamışdır. Lakin iddiaçının müqavilədə qeyd edilən şərtlərə müvafiq olaraq tələb edilən sənədləri təqdim etməməsi nəticəsində cavabdeh öhdəliyini tam şəkildə icra edə bilməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş səs yazılarında da cavabdehin iddiaçıdan rəsmiləşdirməni tamamlamaq üçün niyyət məktubunun onun tərəfindən hazırlanaraq təqdim edilməli olduğunun iddiaçının nəzərinə çatdırıldığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, əgər Sifarişçi göstərilən zamanda tələb olunan sənədləri təqdim edə bilməzsə, İcraçı bu müqavilə ilə əlaqədar edilən ödənişi geri qaytarılmamaq şərti ilə prosesi dayandırma və müqaviləni ləğv edə bilmə hüququna malikdir. Həmçinin, müqavilənin 3.3-cü bəndinə görə bu müqavilənin 3.2-ci bəndinə əsasən ödənilən məbləğ (1600 manat), İcraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən, Sifarişçi müqavilədən hər hansı bir səbəbə görə imtina edərsə, ödənilən xidmət haqqı geri qaytarılmır. Odur ki, məhkəmə müqavilədə göstərilən 1.600 manat vəsaitin cavabdehdən tərəfindən iddiaçıya qaytarılmasını əsaslı hesab etmir. Tələb olunan digər məbəğlərə - 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin məbləğlərin verilməsi tərəflər arasında bağlanmış müqavilədə şərtləndirilmədiyindən həmin hissədə iddianın hüquqi əsasını əsassız varlanma ilə bağlı Mülki Məcəllənin normaları təşkil edir. Qeyd edilməlidir ki, cavabdeh həmin hissədə iddianı etiraf etmişdir və həmin pul vəsaitlərinin iddiaçıya qaytarmağa hazır olduğunu bildirmişdir. Belə olan halda məhkəmə 928 manat və 350 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. İddia tələbinin “1000 manatın cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi həmin pul vəsaitini cavabdehə verdiyini sübut etməlidir. İddiaçı 1000 manat pulu nağd şəkildə cavabdehə pulu verdiyini bildirsə də, tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da hazırki iş üzrə cavabdehin izahatı, habelə pulu almasını etiraf etməsi öz əksini tapmamışdır. Məhkəmə iclasında da cavabdeh həmin hissədə iddianı qəbul etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin “pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5% hissəsi olan 194 manatın ödənilməsi” hissəsinə gəldikdə, məhkəmə həmin hissəni qismən əsaslı hesab etməklə, cavabdehdən iddiaçının xeyrinə tutulan 928 manat (546 ABŞ dollarının Azərbaycan manatına uyğun ekvivalenti) və 350 manat pulun ödənilməsinin gecikdirilməsinə görə qanuni faizin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddiaçının pul vəsaitinin qaytarılmasına dair cavabdehə ünvanladığı pretenziya məktubunun xx.xx.2024-cü il tarixli olmasını nəzərə almaqla, cavabdehin, iddiaçının tələbi əsasında həmin tarixdən pulu qaytarmadığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, məhz həmin tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi tarixədək olan dövr üzrə 1278 manatın (350+928) gecikdirilməsinə görə 39.4 manat (1278manat x 0.05 faiz/365 gün x 225 gecikmə günlərinin sayı) gecikmə məbləği cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 7,5% hissəsi olan 271 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsi pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, iddia irəli sürmüş şəxs öhdəliyi icra etməmiş şəxsin bu cür faydalanmasını sübuta yetirməlidir. Lakin iddiaçı cavabdehin öhdəliyini gec icra etməsinin səbəbləri, yəni cavabdehin qərəzli olaraq öhdəliyi gec icra etdiyini, öhdəliyin icrasından yayınmasını, təqsirli olaraq hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmiş və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1278 manat məbləğində pul vəsaiti və həmin pulun gecikdirilməsinə görə 39.4 manat faiz Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 320 manatın cavabdehdən tutulması işin hallarına uyğun olmaqla, ədalətli və ağlabatandır. Məhkəmə dövlət rüsumu qismində ödənilmiş 66,63 manata münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 66.63 manat dövlət rüsumunun 21 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 1278 (bir min iki yüz yetmiş səkkiz) məbləğində pul vəsaiti, həmin pulun geckdirilməsinə görə 39.4 (otuz doqquz manat 40 qəpik) manat faiz, göstərilən hüquqi xidmətə görə ödənilmiş 320 manat və dövlət rüsumunun 21 manat hissəsi, ümumilikdə 1658.4 (bir min altı yüz əlli səkkiz manat 40 qəpik) manat Cavabdeh İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4633/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4633/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver