Məhkəmə qərarları › İş №e-2(006)-4637/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4637/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4637/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO Cavabdeh2 ASC-yə qarşı «borcun silinməsi və s.» tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddiası ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO Cavabdeh2 ASC-yə qarşı «kredit və ipoteka müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanmış 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsi və 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinin ləğv edilməsi; 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi; 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, rəngi: qara, WDBRF52H37A948773) nəqliyyat vasitəsinin ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində həmin nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə arasında bağlanmış 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsinə əsasən ona 24 (iyirmi dörd) ay müddətinə 11.500 (on bir min beş yüz) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, rəngi: qara, WDBRF52H37A948773) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən kredit və ipoteka müqavilələri üzrə borc verən "xxxx" ASC tərəfindən borcun ödənilməsinə dair heç bir tələb irəli sürülməmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsi üzrə müddət bitmiş və borc verən "xxxx" ASC tərəfindən ödənilməsi tələb edilməmişdir. Bununla da borc verən "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Bundan başqa kredit müqaviləsinin təminatı olaraq 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, rəngi: qara, WDBRF52H37A948773) nəqliyyat vasitəsi də ipoteka yüklülüyündən azad edilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə, yəni Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdeh İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xeyrinə 11.500 ABŞ dolları əsas kredit borcunun, habelə ödənilmiş 149 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2iqt(81)-2410/2012 saylı qətnaməsi ilə Cavabdeh2 ASC-nin müflis elan edilməsi və Cavabdeh2 ASC-yə ləğvedici qismində «X1 Company» MMC-nin təyin edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə Cavabdeh2 ASC-nin ləğvedicisi dəyişdirilərək, bankın ləğvetmə prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin və ipoteka müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin cavabdehə həvalə edilməsini və xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən şəxsin öz mülkiyyətində olan nəqliyyat vasitəsinin ipoteka yüklülüyündən azad edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 11.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı qeyd edilən öhdəliklərini icra etməməsi səbəbindən kredit müqaviləsi üzrə hal-hazırda xx.xx.2022-ci il tarixinə 11.500 ABŞ dolları məbləğində əsas borcu mövcuddur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirik ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə tərəf arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xeyrinə 11 500 ABŞ dolları əsas borc, habelə ödənilmiş 149 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi; 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, rəngi: qara, WDBRF52H37A948773) nəqliyyat vasitəsinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində həmin nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil məhkəməyə qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinə əsasən 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi, 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxıhşlı, rəngi: qara, WDBRF52H37A948773) nəqliyyat vasitəsinin ipoteka İlə yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsində həmin nəqliyyat vasitəsinin ipoteka yüklüiüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. X6 "xxxx" ASC qarşışlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə,yəni Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdeh Əliyev 5amiı Arif ogiunUtuı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti xeyrinə 11.500 ABŞ dolları əsas kredit borcu, habelə ödənilmiş 149 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 08 may 2012ci il tarixli 35 saylı kredit müqaviləsi üzrə müddət bitmiş və borc verən "xxxx" ASC tərəfindən ödənilməsi tələb edilməmişdir. Bununla da borc verən "xxxx" ASC tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Məhkəmədən iddia müddətinin ötməsi ilə bağlı olaraq qarşılıqlı iddianın rədd edilməsini, ilkin iddianın isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO "xxxx" ASC-nin nümayəndəsi X3 qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 35 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 24 ay müddətinə, illik 26% olmaqla 11.500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavlədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “RoyalBank" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 35 saylı ipoteka müqaviləsinə görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, 35 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il buraxılışlı, rəngi: qara, WDBRF52H37A948773) avtomobil ipoteka ilə yüklü edilmişdir. Yüklü edilmiş əmlak 15.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2012-ci il tarixli, 042028 saylı çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan “Mercedes Benz 230” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “RoyalBank" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. LPO “RoyalBank" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2012-c il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış əsas borc 11.500 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 14.227 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 3.052 ABŞ dolları, cərimə borcu üzrə 5.872 ABŞ dolları, ümumi yaranmış borc cəmi 36.482 ABŞ dolları təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılmış materiallarından göründüyü ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 35 saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 24 ay müddətinə, illik 26% olmaqla 11.500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən isə iddiaçı tərəf olduğu eyni tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Hazırda iddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə yaranmış öhdəliklərə iddia müddəti keçməsi əsası ilə xitam verilməsi, yəni adına hesablanmış borcun silinməsi və avtomobilin üzərindəki mövcud olan ipoteka yüklülüyünə xitam verilməsi, cavabdeh tərəf isə sözügedən kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı tutularaq bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə ilk öncə qarşılıqlı iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə təqdim etdiyi ərizəyə əsasən onun iş üzrə iddia müddətinin tətbiq edilməklə, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, müqaviləyə əsasən icra müddətinin sonu xx.xx.2014-cü il tarixi kimi müəyyən edilmişdir. Məhkəmənin aşağıda qeyd olunanlara əsasən gəldiyi qənaətə görə iddiaçı icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cavabdeh İddiaçı tərəfindən təqdim edilmiş ərizəyə əsasən isə məhkəmədən iddia müddətinin tətbiqi edilməsi xahiş edilmişdir. Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.2 və 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş, bununla da müqavilə ilə üzərinə düşən öhdəliyi və bankın müqavilə bağlanarkən ümid etdiyi gəlir əldə etmək üzrə subyektiv hüququnu pozmuşdur. Lakin iddia müddəti keçdiyindən və tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2014-cü il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 8 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə həmçinin ilkin iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Bu Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 527-ci maddəsinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından göründüyü kimi hazırki qətnamə ilə qarşılıqlı iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi də öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəliklərə tamamilə və ya qismən xitam verilməsinin bir sıra əsasları Mülki Məcəllənin 527-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə isə iddia müddətinin keçməsi və bu institutun məhkəmə tərəfindən tətbiq edilməsi nəticəsində iddianın rədd olunması borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi kimi əsas nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Məhkəmə qarşılıqlı iddianın iddia müddətinin keçməsi əsası ilə rədd edilməsi barədə hazırki qətnamənin qanuni qüvvəsini almadığı üçün eyni zamanda qeyd etməyi zəruri sayır ki, ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək bank tərəfindən borcun ödənilməsinə dair heç bir tələb irəli sürülmədiyinə, bununla da iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Belə olan halda məhkəmə həmçinin qeyd etməlidir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun olmaması tələbi istisna edilir. Bundan başqa qeyd edilməlidir ki, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir. Göründüyü kimi, qanunvericilik iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün heç bir halda əsas kimi tanımır. İlkin iddianın ikinci tələbi üzrə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 fevral 2022-ci il tarixli Qərarında həmin məsələyə konkret olaraq münasibət bildirmiş və qeyd etmişdir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO Cavabdeh2 ASC-yə qarşı «borcun silinməsi və s.» tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İddialar rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) LPO Cavabdeh2 ASC-yə qarşı «borcun silinməsi və s.» tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar