Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4637/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rafiq oğlu, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı «mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 oktyabr 2023-cü il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rafiq oğlu, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı «mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ünvan 1 ünvanda yerləşən 3 otaqlı evdə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 04 dekabr 2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rafiq oğlu, İddiaçı4, İddiaçı5 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi var. Müəyyən səbəblərdən iddia ərizəsini və əlavə olunan sənədləri geri götürmək zərurəti yaranmışdır. İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin və əlavə olunan sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rafiq oğlu, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı «mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi geri qaytarıldığına görə İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 114, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rafiq oğlu, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair ərizəsi qaytarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4637/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4637/2023
05.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver