Məhkəmə qərarları › İş №e-2(006)-4650/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4650/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4650/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən 726 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 05 sentyabr 2022-ci il tarixdə "xxxx" QSC-yə məxsus olan «Buta Airvays» şirkətindən 13 sentyabr 2022-ci il tarixdə Bakı Mineralniye Vodi gediş, 27 sentyabr 2022-ci il tarixdə Mineralniye Vodi Bakı dönüş istiqamətində uçmaq üçün bilet almışdır. Aldığı biletin ümumi dəyəri 830 manat 46 qəpik edir. 13 sentyabr 2022-ci il tarixdə uçuşda iştirak etmək üçün Heydər Əliyev adına X5 gedib müvafiq qeydiyyat yerinə yaxınlaşmışdır. Ondan "xxxx" QSC-nin nümayəndələri qeydiyyatdan keçərkən «Covid 19» virusu üzrə PCR testi tələb etmişlər. O, müvafiq testinin olmadığını bildirdiyi təqdirdə onu uçuşa buraxmayacaqlarını qeyd etmişlər. Təkidlə uçuşda iştirak qaydalarını pozmadığını bildirsə də, ona Rusiya Federasiyasının tələbidir, həmin ölkəyə PCR testi olmadan daxil olmaq qadağandır demişlər. O, Azərbaycandan PCR testi olmadan çıxmağın qadağan olmadığını, Rusiya Federasiyasına giriş qaydalarınının Rusiya Federasiyası tərəfindən tələb olunmasını, bunun "xxxx" QSC-yə heç bir adiyyəti olmadığını, bileti mövcud olduğu təqdirdə həmin uçuşda iştirak etmək hüququnun olduğunu bildirsə də, "xxxx" QSC-nin əməkdaşları onu uçuşa buraxmamışlar. Qeyd edir ki, uçuşda iştirak etmək onun tam hüququdur. Mövcud bileti var. Azərbaycan Respublikası ölkədən çıxış üçün Azərbaycan vətəndaşlarından PCR testi və ya bir sənəd tələb etmir. "xxxx" QSC bileti alarkən uçuşda iştirak etməsi üçün PCR testinin lazım olması ilə bağlı heç bir xəbərdarlıq etməmişdir. Hesab edir ki, "xxxx" QSC onun hüquqlarını pozmuşdur, uçuşda iştirak etməli olduğu halda uçuşa buraxmamışdır. Daha sonra ona 103 manat 81 qəpik pul geri qaytarılmışdır. Bununla da ona, 726 manat 65 qəpik zərər vurulmuşdur. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" QSC İddiaçı tərəfindən "xxxx" QSC-dən 726 manat məbləğində maddi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə irəli sürülmüş iddia tələblərinə etiraz edir. İrəli sürülmüş iddia tələblərini aşağıdakı əsaslarla qanunsuz və əsassız hesab edirlər. 9 oktyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya qoşulmasını bəyan etmiş və 8 noyabr 1992-ci il tarixdə Beynəlxalq Mülki Aviasiya X1muşdur. 14 iyul 1992-ci il tarixdə beynəlxalq müqavilə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ratifikasiya edilmişdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya «Rəsmiyyətin sadələşdirilməsi» 9 nömrəli Əlavəyə uyğun olaraq: 3.32. Səlahiyyətli orqanlar beynəlxalq tibbi sanitariya qaydalarına (2005) uyğun olaraq profilaktik peyvəndlərin aparılmasını təsdiq edən sənədi tələb etdikləri hallarda, X8 profilaktik peyvəndlərin aparılması haqqında Beynəlxalq şəhadətnaməni tanıyırlar. 3.35. Hava gəmilərinin istismarçıları enmə məntəqəsində hava gəmisində səxslərin tranzit və təyinat dövlətlərinə nəzarət məqsədləri üçün nəzərdə tutulmuş və bu fəsildə təsvir edilmiş yol sənədlərinə malik olduqlarına əmin olmaq üçün zəruri tədbirlər görürlər. 5.9. Hava gəmisinin istismarçısı, müvafiq sənədləri olmayan şəxslərin ölkəyə giriş hüququnun olmadığını müəyyən etdiyi andan etibarən mühafizəsi və qəyyumluğu ilə bağlı xərclərə və onların ölkədən çıxarılması üçün hava gəmisinin istismarçısına qaytarılmasına görə məsuliyyət daşıyır. 5.14. Ölkəyə gələn və tranzit keçən şəxslərin lazımi sənədləri olmadığı təqdirdə, istismarçılar isə həmin şəxslər tərəfindən qəbul edən dövlətə giriş üçün lazım olan sənədlərlə bağlı irəli sürülən tələblərin yerinə yetirildiyinin təmin edilməsi üçün lazımi ehtiyat tədbirlərini həyata keçirdiklərini sübut edə bildikləri halda, X8 hava gəmilərinin istismarçılarına cərimə qoymurlar. 5.15. Tövsiyə olunan təcrübə. İstismarçılar ölkəyə giriş hüququ olmayan şəxslərin daşınmasına yol verilməməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə, səlahiyyətli dövlət orqanları ilə, məsələn, müvafiq tərəflər arasında bağlanılan qarşılıqlı anlaşma haqqında memorandumlara uyğun olaraq əməkdaşlıq etdiyi və bu əməkdaşlıq həmin orqanları təmin etdiyi hallarda X8 belə şəxslərin öz ərazisinə daşınması zamanı tətbiq oluna biləcək cərimələri və sanksiyaları yumşaltmalıdırlar. Beynəlxalq Konvensiyanın yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, "xxxx" QSC cərimələrə yol verməmək üçün təyinat və tranzit ölkəyə daxil olmaq hüququ verən müvafiq sənədlərə malik olmayan şəxslərin daşımadan kənar edilməsi ilə bağlı bütün zəruri tədbirləri görür. 13 sentyabr 2022-ci il tarixdə sərnişin İddiaçı Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş, Rusiya Federasiyasına daxil olmaq üçün tələb olunan sənədlərin olmaması səbəbindən J29717 nömrəli Bakı-Mineralnıye Vodı reysi rəsmiləşdirilməmiş və müvafiq olaraq reysə buraxılmamışdır. Rusiya Federasiyasının Baş X3 xx.xx.2020-ci il tarixli 7 nömrəli qərarına və xx.xx.2021-ci il tarixli 34 nömrəli qərarla tətbiq edilmiş əlavələrinə əsasən: «1 sentyabr 2021-ci il tarixdən Siyahı üzrə Azərbaycan Respublikasının, Moldova Respublikasının, Tacikistan Respublikasının, Türkmənistan Respublikasının və Özbəkistan Respublikasının ərazilərindən Rusiya Federasiyasının dövlət sərhədindən buraxılış məntəqələrindən keçərək Rusiya Federasiyası ərazisinə daxil olan, Sərəncamın 2-ci bəndinin müddəaları şamil edilən əcnəbilər və vətəndaşlığı olmayan səxslər Rusiya Federasiyasına daxil olan zaman «COVlD-19-suz səyahət edirəm» mobil tətbiqində əks olunan, Rusiya Federasiyasının ərazisinə girişdən əvvəl iki təqvim günündən gec olmayaraq alınmış yeni növ koronavirus infeksiyasının olmasına dair materialın laboratoriya tədqiqatının mənfi nəticəsini təqdim edirlər. Rusiya Federasiyasının ərazisinə girişdən əvvəl iki təqvim günündən gec olmayaraq alınmış yeni növ COVİD-19 virusunun olmasına dair materialın polimeraz zəncirvari reaksiya üsulu ilə aparılmış laboratoriya tədqiqatının mənfi nəticəsini, həmçinin Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabilətlən və (və ya) minik talonlarını təqdim etmək şərti ilə qeyd edilən dövlətlərin ərazisindən keçərək üçüncü dövlətlərdən tranzit və ya qısamüddətli dayanma ilə Rusiya Federasiyasına daxil olan şəxslər istisna olunur. Belə ki, iddiaçı aviabileti aldığı andan "xxxx" QSC ilə daşıma müqaviləsi bağlamış və bu müqavilənin bütün şərtləri ilə razılaşmışdır. İddiaçı ilə bağlanılan daşıma müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.7-ci maddəsinin müddəalarına əsasən ümumi oferta hesab edilir. Öz növbəsində, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təmdiq edilən və mülki aviasiya sahəsində dövlət idarəetmə orqanı – Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi ilə müəyyən edilmiş qaydada razılaşdırılan «Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları» (daşıyıcının saytında yerləşdirilmişdir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 418.1-ci maddəsinə müvafiq olaraq tərəflər arasında bağlanmış daşıma müqaviləsinin tərkib hissəsidir və müqavilənin bağlandığı yerdə, yəni daşıyıcının saytında bu barədə əyani qeyd aparılmışdır. Həmin Qaydalara əsasən: 1.1. Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları milli aviadaşıyıcı - "xxxx" QSC-nin (sonra mətndə - «Aviaşirkət») sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması üzrə fəaliyyətini tənzimləyən əsas normativ sənəddir və Aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimləyir. - qüvvədə olan beynəlxalq qanunvericilik, həmçinin ərazisindən kənara, ərazisinə və ya ərazisindən keçməklə sərnişinlərin ve baqajın hava daşımalarının həyata keçirildiyi istənilən dövlətin hava daşımalarını tənzimləyən qanun, qərar və sərəncamları, digər normativ hüquqi aktları. 9.1.1. Sərnişin səyahət üçün lazım olan bütün sənədlərin, vizaların, icazələrin və s. alınmasına, habelə yola düşmə, təyinat və tranzit ölkəsinin ölkədən getmək, ölkəyə gəlmək və tranzit haqqında bütün tətbiq olunan qanunlarına riayət edilməsinə görə məsuliyyət daşıyır. Sərnişin belə sənədləri və ya vizaları almadıqda və ya tətbiq olunan qanunların tələblərini yerinə yetirmədikdə, Aviaşirkət Sərnişin qarşısında heç bir məsuliyyət daşımır. 9.1.2. Aviaşirkətin tələbi ilə Sərnişin Aviaşirkətin səlahiyyətli şəxslərinə, müvafiq dövlət orqanlarının nümayəndələrinə ölkəyə gəlmək, ölkədən getmək və ölkədən keçmək, sağlamlığı haqqında sənədləri və tətbiq olunan qanunlarla tələb olunan bütün digər sənədləri təqdim etməli və Aviaşirkətə onların surətini çıxarıb saxlamağa, yaxud müvafiq sənədlərdə olan Sərnişin haqqında məlumatları hər hansı digər üsulla özündə saxlamağa icazə verməlidir. 9.1.3. Aviaşirkət tətbiq olunan qanunlara riayət etməyən və ya sənədləri lazımi qaydada rəsmiləşdirilməyən Sərnişinlərin (o cümlədən vizanın, pulun, əks istiqamətə biletin və digərlərinin olmaması) daşınmasından imtina etmək huququna malikdir. İddiaçı "xxxx" QSC ilə hava daşıması barədə müqavilə bağlamış və xx.xx.2022/xx.xx.2022-ci il tarixli J2 9717/9718nömrəli Bakı- Mineralnıye Vodı-Bakı reysinə ekonom sinif tarifi üzrə **********223 nömrəli aviabileti əldə edilmişdir. Həmin bilet onlayn qaydada, yəni aviaşirkətin rəsmi internet saytından əldə edilmişdir. Aviabilet rəsmiləşdirilərkən, ödəmə yerinə yetirilənədək sərnişinə daşıma qaydaları, seçilmiş tarif qaydaları ilə tanış olmaq təklif olunur və yalnız sərnişin tərəfindən bu qaydalarla tanış olduğu təsdiq edildikdən sonra aviabiletin rəsmiləşdirilməsinə və ödənilməsinə başlamaq olar. Bu fakt aviabiletin əldə edildiyi vaxt sərnişinin seçilmiş tarif qaydaları və təyinat ölkəsinin karantin tələbləri və məhdudiyyətləri ilə tanış olduğunun təsdiq olunmasına sübutdur. Saytda təxsisetmə prosedurunun ətraflı izahı əlavə olunub. İddiaçı müraciətinə əsasən "xxxx" QSC tərəfindən **********223 nömrəli aviabiletin dəyəri, tətbiq olunan tarifin qüvvədə olan qaydalarına müvafiq olaraq, yəni tarifin 75 %-i tutulmaqla, 103 manat 81 qəpik məbləğində geri qaytarılmışdır (aviabiletin uçuşdan öncə qaytarılması – tarifin 75 %-i məbləğində cərimə ilə). Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" QSC-nin rəhbərliyi, məhkəmədən İddiaçı tərəfindən "xxxx" QSC-yə qarşı irəli sürülmüş iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını və işə baxılması ilə əlaqədar məhkəmə xərclərinin tam həcmdə iddiaçının hesabına aid edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. 9 oktyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya qoşulmasını bəyan etmiş və 8 noyabr 1992-ci il tarixdə Beynəlxalq Mülki Aviasiya X1muşdur. 14 iyul 1992-ci il tarixdə beynəlxalq müqavilə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ratifikasiya edilmişdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya «Rəsmiyyətin sadələşdirilməsi» 9 nömrəli Əlavəyə uyğun olaraq: - 3.32. Səlahiyyətli orqanlar beynəlxalq tibbi sanitariya qaydalarına (2005) uyğun olaraq profilaktik peyvəndlərin aparılmasını təsdiq edən sənədi tələb etdikləri hallarda, X8 profilaktik peyvəndlərin aparılması haqqında Beynəlxalq şəhadətnaməni tanıyırlar. - 3.35. Hava gəmilərinin istismarçıları enmə məntəqəsində hava gəmisində səxslərin tranzit və təyinat dövlətlərinə nəzarət məqsədləri üçün nəzərdə tutulmuş və bu fəsildə təsvir edilmiş yol sənədlərinə malik olduqlarına əmin olmaq üçün zəruri tədbirlər görürlər. - 5.9. Hava gəmisinin istismarçısı, müvafiq sənədləri olmayan şəxslərin ölkəyə giriş hüququnun olmadığını müəyyən etdiyi andan etibarən mühafizəsi və qəyyumluğu ilə bağlı xərclərə və onların ölkədən çıxarılması üçün hava gəmisinin istismarçısına qaytarılmasına görə məsuliyyət daşıyır. - 5.14. Ölkəyə gələn və tranzit keçən şəxslərin lazımi sənədləri olmadığı təqdirdə, istismarçılar isə həmin şəxslər tərəfindən qəbul edən dövlətə giriş üçün lazım olan sənədlərlə bağlı irəli sürülən tələblərin yerinə yetirildiyinin təmin edilməsi üçün lazımi ehtiyat tədbirlərini həyata keçirdiklərini sübut edə bildikləri halda, X8 hava gəmilərinin istismarçılarına cərimə qoymurlar. - 5.15. Tövsiyə olunan təcrübə. İstismarçılar ölkəyə giriş hüququ olmayan şəxslərin daşınmasına yol verilməməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə, səlahiyyətli dövlət orqanları ilə, məsələn, müvafiq tərəflər arasında bağlanılan qarşılıqlı anlaşma haqqında memorandumlara uyğun olaraq əməkdaşlıq etdiyi və bu əməkdaşlıq həmin orqanları təmin etdiyi hallarda X8 belə şəxslərin öz ərazisinə daşınması zamanı tətbiq oluna biləcək cərimələri və sanksiyaları yumşaltmalıdırlar. "xxxx" QSC-nin «Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları»na əsasən: - 1.1. Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları milli aviadaşıyıcı - "xxxx" QSC-nin (sonra mətndə - «Aviaşirkət») sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması üzrə fəaliyyətini tənzimləyən əsas normativ sənəddir və Aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimləyir. - 9.1.1. Sərnişin səyahət üçün lazım olan bütün sənədlərin, vizaların, icazələrin və s. alınmasına, habelə yola düşmə, təyinat və tranzit ölkəsinin ölkədən getmək, ölkəyə gəlmək və tranzit haqqında bütün tətbiq olunan qanunlarına riayət edilməsinə görə məsuliyyət daşıyır. Sərnişin belə sənədləri və ya vizaları almadıqda və ya tətbiq olunan qanunların tələblərini yerinə yetirmədikdə, Aviaşirkət Sərnişin qarşısında heç bir məsuliyyət daşımır. - 9.1.2. Aviaşirkətin tələbi ilə Sərnişin Aviaşirkətin səlahiyyətli şəxslərinə, müvafiq dövlət orqanlarının nümayəndələrinə ölkəyə gəlmək, ölkədən getmək və ölkədən keçmək, sağlamlığı haqqında sənədləri və tətbiq olunan qanunlarla tələb olunan bütün digər sənədləri təqdim etməli və Aviaşirkətə onların surətini çıxarıb saxlamağa, yaxud müvafiq sənədlərdə olan Sərnişin haqqında məlumatları hər hansı digər üsulla özündə saxlamağa icazə verməlidir. - 9.1.3. Aviaşirkət tətbiq olunan qanunlara riayət etməyən və ya sənədləri lazımi qaydada rəsmiləşdirilməyən Sərnişinlərin (o cümlədən vizanın, pulun, əks istiqamətə biletin və digərlərinin olmaması) daşınmasından imtina etmək huququna malikdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, İddiaçı "xxxx" QSC ilə hava daşıması barədə müqavilə bağlamış və xx.xx.2022/xx.xx.2022-ci il tarixli J2 9717/9718 nömrəli Bakı- Mineralnıye Vodı- Bakı reysinə ekonom sinif tarifi üzrə **********223 nömrəli aviabileti əldə edilmişdir. Həmin bilet onlayn qaydada, yəni aviaşirkətin rəsmi internet saytından əldə edilmişdir. Aviabilet rəsmiləşdirilərkən, ödəmə yerinə yetirilənədək sərnişinə daşıma qaydaları, seçilmiş tarif qaydaları ilə tanış olmaq təklif olunur və yalnız sərnişin tərəfindən bu qaydalarla tanış olduğu təsdiq edildikdən sonra aviabiletin rəsmiləşdirilməsinə və ödənilməsinə başlamaq olar. Bu fakt aviabiletin əldə edildiyi vaxt sərnişinin seçilmiş tarif qaydaları və təyinat ölkəsinin karantin tələbləri və məhdudiyyətləri ilə tanış olduğunun təsdiq olunmasına sübutdur. Saytda təxsisetmə prosedurunun ətraflı izahı əlavə olunub. İddiaçı müraciətinə əsasən "xxxx" QSC tərəfindən **********223 nömrəli aviabiletin dəyəri, tətbiq olunan tarifin qüvvədə olan qaydalarına müvafiq olaraq, yəni tarifin 75 %-i tutulmaqla, 103 manat 81 qəpik məbləğində geri qaytarılmışdır (aviabiletin uçuşdan öncə qaytarılması – tarifin 75 %-i məbləğində cərimə ilə). İddiaçı cavabdehin yuxarıda qeyd olunan prosedura riayət etməsi nəticəsində hüquqlarının pozulduğunu bildirərək, cavabdehdən 726 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazda istinad etdiyi normalardan göründüyü kimi, aviaşirkət tərəfindən iddiaçının hüquqları pozulmamış, cavabdeh tərəf aviadaşımaları tənzimləyən normativ hüquqi aktlara tam şəkildə riayət etmiş, cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya hər hansı zərər vurulmamışdır. Bu səbəbdən, iddia əsaslı deyil, təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar