Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4684/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı baş mühasib vəzifəsinə bərpa edilməsi və buraxılmış müddət üçün hesablanmış əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü "xxxx" MMC-də baş mühasib olaraq fəaliyyət göstərməyə başlamışdır. O, öz xahişi ilə işdən azad olunmaq üçün müraciət etdiyi zaman onun əmək müqaviləsinə xitam verilməsindən imtina edilmiş, daha sonra qərəzli olaraq bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Qeyd etmişdir ki, nə əmək müqaviləsinə xitam verilmə barədə əmr, nə də əmək kitabçası işəgötürən tərəfindən ona təqdim edilməmişdir, bu səbəbdən həmin sənədlərin iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Qeyd etmək istəmişdir ki, Mediasiya Şurasına etmiş olduğu müraciət əsasında mediator X1 dəvəti ilə xx.xx.2024-cü il tarixdə o və cavabdeh "xxxx" MMC ilkin mediasiya sessiyasına dəvət edilmişlər. Lakin, "xxxx" MMCnin nümayəndəsi mediasiya sessiyasında iştirak etmədi və mediator X3 tərəfindən ona bununla bağlı MŞB/1/2024-00374 saylı arayış təqdim edilmişdir. Həmin arayış iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə daxil olan xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024-cü il tarixində qəbul edilməyən ərizəsini qoşma etdiyini bildirərək əmək müqaviləsinə onun tələbi ilə xitam verilməsini xahiş etmişdir. İddiaçı cavabdehə əvvəlcədən heç bir ərizə və ya məlumat vermədən xx.xx.2024-cü il tarixindən işə gəlməmişdir. İddiaçı "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmiş, eyni zamanda insan resursları üzrə baş mütəxəssis vəzifəsi işi ona həvalə edilmişdir. İddiaçı "xxxx" MMC-də məsul şəxs olmuşdur. Cavabdehdə baş mühasib vəzifəsində işləyən, eyni zamanda insan resursları üzrə baş mütəxəssis vəzifəsi işi həvalə edilən İddiaçı işə gəlməməklə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixində daxil olan xx.xx.2024-cü il tarixli ərizəsi daxil olmamış 03 iyul 2024-cü il tarixində Əmək müqaviləsinin ləğvinə dair bildiriş göndərmişdir. Bu fakt iddiaçının işə gəlməməsinin sübutudur. Bildirişdə cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC-yə heç bir üzrlü səbəb göstərməməklə işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsi (Məcəllə) əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. "xxxx" MMC-də əmək fəaliyyətinə başladıqdan sonra peşəkar mütəxəssis olaraq vəzifənizin icrasına başlaması üçün onun ödənişli əsasla təlimə cəlb olunması və xərcin rəhbərlik tərəfindən qarşılanması qeyd olunmuşdur. O, təlimə könüllü şəkildə cəlb olunmuşdur, təlimdə əldə etdiyi bilik və bacarığını əmək müqaviləsi əsasında "xxxx" MMCdə tətbiq edəcəyi barədə öhdəlik götürmüşdür. Ondan Əmək müqaviləsi və razılaşma ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tələb edilmiş, bununla bağlı şifahi qaydada dəfələrlə xəbərdarlıq edilmişdir. Bununla da o, əmək funksiyasını tam yerinə yetirmədiyi, eləcə də keyfiyyətsiz yerinə yetirdiyi üçün, o cümlədən Məcəllənin 10-cu maddəsinin a), b), ç), f) bəndlərində nəzərdə tutulan, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinizi, eyni zamanda Məcəllənin 72-ci maddəsinin a), c), e) bəndlərində sadalanan hallar üzrə əmək vəzifələrinizi kobud şəkildə pozduğunuz üçün Məcəllənin 70-ci naddəsinin ç) bəndinin tətbiqi ilə əmək müqaviləsinin ləğvinin əsası yaranmışdlr. "xxxx" MMC-də əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərinizi) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, mülkiyyətçinin hüquqlarına və qanunla qorunan mənafelərinə tərəfinizdən ziyan dəymişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, əmək vəzifələrini kobud şəkildə pozması, mülkiyyətçinin hüquqlarına və qanunla qorunan mənafelərinə tərəfindən dəymiş ziyan barədə izahatınının alınması məqsədilə 5 iş günü ərzində "xxxx" MMC-yə dəvət olunmuşdur. "xxxx" MMC-də İddiaçı işdənçıxma barədə ərizəsi daxil olan kimi, 08 iyul 2024-cü il tarixində akt tərtib olunmuşdur. Aktdan göründüyü kimi, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləmiş, eyni zamanda insan resursları üzrə baş mütəxəssis vəzifəsi həvalə edilən İddiaçı tərəfindən maliyyə sənədləri, maliyyə hesabatları, eləcə də insan resurusları işi üzrə əmək kitabçaları, əmək müqavilələri, əmrlər, əmr kitabı, işçilərə aid qovluqlar cavabdehə təqdim edilməmişdir. Sənədlər pərakəndə halda tapılmış və əmək kitabçalarının işlənilməməsinin, əmr kitabının yazılmamasının və maliyyə sənədlərinin əksər hissəsinin tapılmamasının şahidi olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 iş günü ərzində dəvətini qəbul etmədiyi üçün onun tərəfindən əmək və icra intizamının pozulması haqqında X6 Xidmətinə cavabdeh tərəfindən 18 iyul 2024-cü il tarixində bildiriş göndərilmişdir. X6 Xidməti bu pozuntuya heç bir münasibət bildirməmişdir. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələb etdiyi tərzdə müvafiq tədbirlərə başlamışdır. X6 Xidmətinə göndərilən bildirişdə cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2024-cü il tarixində qəbul edilməyən ərizəsini qoşma etdiyini bildirərək əmək müqaviləsinə onun tələbi ilə xitam verilməsini xahiş etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin rəsmi qaydada Asterias Mərkəzində qəbuluna dair heç bir təsdiqedici sənəd yoxdur. İddiaçı baş mühasib vəzifəsini daşımışdır və insan resurusları üzrə mütəxəssis vəzifəsinin işi ona həvalə edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinin əsasları olmadığı aşkar olunmuşdur. Eyni zamanda həmin Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış Əmək müqaviləsində ona xitam verilməsinin başqa halları nəzərdə tutulmamışdır. Asterias Mərkəzində İddiaçı işlədiyi vəzifələrində peşə hazırlığının yüksəldilməsi və ixtisaslaşması üçün onun razılığı ilə beynəlxalq və daxili təlimlərə cəlb olunmuş və bu təlimlərə görə Asterias Mərkəzi vəsaitlər ödəmişdir. Qeyd edilən şəxsdən daşıdığı vəzifəsinin icrası ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tələb edilmiş, bununla bağlı ona dəfələrlə şifahi qaydada xəbərdarlıq edilmişdir. Amani X2 Mərkəzinə aid sənədləri (sertifikatlar, maliyyə sənədləri, əmək kitabçaları, əmək müqavilələri, bildirişləri), eləcə də vəzifəsinin icrası olaraq özündə saxladığı digər sənədləri, vəzifə öhdəliklərindən irəli gələrək gördüyü işləri təhvil-təslim etməmişldir. Asterias Mərkəzində əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, mülkiyyətçinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Bununla bağlı "əmək müqaviləsinin ləğvinə dair" İddiaçı bildiriş göndərilmiş və izahatının alınması məqsədilə 5 iş günü ərzində Asterias Mərkəzinə dəvət olunmuşdur. İddiaçı çağırış müddətində gəlməsə də, sonradan nümayəndəsi ilə birlikdə Asterias Mərkəzinə gəlmişdir. Ona əmək və icra intizamının pozması diqqətinə çatdırılsa da, bunun aradan qaldırılması ilə bağlı nəinki təşəbbüs göstərmişdir, hətta özünə haqq qazandırmağa çalışmışdır. İddiaçı əmək və icra intizamını pozması, əmək funksiyasını tam yerinə yetirməməsi, eləcə də keyfiyyətsiz yerinə yetirməsi, o cümlədən Məcəllənin 10-cu maddəsinin a), b), ç), f) bəndlərində nəzərdə tutulan, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, eyni zamanda Məcəllənin 72-ci maddəsinin a), c), e) bəndlərində sadalanan hallar üzrə əmək vəzifələrini kobud şəkildə pozması Məcəllənin 70-ci naddəsinin ç) bəndinin tətbiqi ilə onunla bağlanmış əmək müqaviləsinin ləğvinin əsasını yaratmışdlr. "xxxx" MMC-nin rəhbərliyi iddiaçının 1 aydan çox müddətdə işə gəlməməsi məsələsini 22 iyul 2024-cü il tarixində keçirilmiş iclasının gündəliyinə salmışdır. Gündəlik- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib vəzifəsində işləyən, insan resursları üzrə baş mütəxəssis vəzifəsi həvalə edilən İddiaçı əmək və icra intizamını pozması haqqında olmuşdur. İclasın Protokolunda cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən, insan resursları üzrə baş mütəxəssis vəzifəsi həvalə edilən İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir, işə gəlməməyinin səbəbi barədə rəsmi olaraq məlumat verməmişdir. Qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-də daşıdığı vəzifələrinin əhəmiyyətini və məsuliyyətini dərk etdiyindən onun bu hərəkətləri qəbuledilməzdir. Belə ki, "xxxx" MMC-nin maliyyə sənədlərini təqdim etmədən, maliyyə hesabatı vermədən, eləcə də insan resursları üzrə özündə saxladığı sənədləri (əmək kitabçaları, əmək müqavilələri, əmrləri, əmr kitabını, işçilərə aid qovluqları) təqdim etmədən işə gəlməyərək iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, mülkiyyətçinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, «Asterias Trainig and Development Center” MMC İddiaçı razılığı ilə onu ödənişli təlimlərə cəlb etmiş və o təlimlərdə iştirak etmişdir. Təlimlərdə iştiraka cəlb etmənin məqsədi onunla uzun müddət əmək münasibətlərini davam etdirmək olmuşdur. İddiaçı təlimdə iştirakını təsdiq edən sertifikatı təqdim etməmişdir. Əmək və icra intizamını pozması ilə bağlı İddiaçı rəsmi qayada bildiriş göndərilmiş və o əmək və icra intizamının pozması ilə bağlı izahatını verməsi üçün «Asterias Trainig and Development Center” MMC-yə dəvət edilmişdir. Bildirişin qəbul edilməsindən sonra da, İddiaçı yuxarıda qeyd edilən əmək və icra intizamı pozuntuları barədə nəinki izahat vermiş, hətta aradan qaldırılması üçün təşəbbüs göstərməmişdir. İddiaçı "xxxx" MMC-yə yalnız xx.xx.2024-cü il tarixli ərizəsi rəsmi qaydada daxil olmuş və həmin ərizəsində qeyd etmişdir ki, xx.xx.2024cü il tarixində qəbul edilmədiyi işdən çıxması ilə bağlı olan ərizəsini, əmək müqaviləsinə onun tələbi ilə xitam verilməsini xahiş edir. xx.xx.2024-cü il tarixli ərizə "xxxx" MMC MMCyə təqdim edilməmişdir və həmin ərizənin qəbuluna dair heç bir təsdiqedici sənəd yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı insan resursları üzrə vəzifəni daşımışdır və işçinin işdən çıxması qaydalarını bildiyi halda, şəxsində bu qaydaları öz hərəkətləri ilə kobud şəkildə pozmuşdur. Məruzəçi bildirmişdir ki, İddiaçı əvvəllər əmək və icra intizamı qaydalarını pozması halları tez-tez baş vermiş və ona dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Məruzəçinin çıxışından sonda "xxxx" MMC-nin direktoru X4 İddiaçı əmək və icra intizamını kobud şəkildə pozduğunu qeyd etmişdir ki, onun bu hərəkətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində ç-bəndində nəzərdə tutulan intizam tənbeh növü tətbiq edilməklə qiymətləndirilməlidir. xx.xx.2024-cü il tarixində keçirilən iclasın Protokolunda "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən, insan resursları üzrə baş mütəxəssis vəzifəsi həvalə edilən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində ç-bəndində nəzərdə tutulan intizam tənbeh növü tətbiq edilməsi, İddiaçı barəsində seçilən intizam tənbeh növünün əmrləşdirilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi qərara alınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC xx.xx.2024-cü il tarixli əmr verilmişdir və həmin əmr və əmək kitabçasının götürülməsi barədə məlumat 31 iyul 2024-cü il tarixində iddiaçının ünvanına göndərilmişdir. İddiaçı öz qanunsuz hərəkətlərini pərdələmək üçün X6 Xidmətinə cavabdeh barəsində şikayət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi X6 Xidmətinin İddiaçı xx.xx.2024-cü il tarixli cavab məktubundan göründüyü kimi, o, şikayətinə dair izahatını və s. sənədləri təqdim etməmişdir. Buna baxmayaraq cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixli əmrin verilməsinə əsas olmuş halları sübut edən sənədlərin surətinin X6 Xidmətinə təqdim edilməsini təmin etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr №11-dən görünür ki, “Office işçiləri” bölməsində “İnsan Resursları üzrə baş mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndiişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallard əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr №11-dən görünür ki, “Office işçiləri” bölməsində “Baş mühasib” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallard əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun olaraq ofisə yaxınlaşıb əmək kitabçasının təhvil alınması nəzərinə çatdırılmışdır. İş materiallarında olan iddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində qəbul etdikləri işdən çıxma ilə bağlı olan ərizəsini əlavədə təqdim etməklə, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cəmiyyət tərəfindən sənədlər təqdim edilmədiyindən əmək müqavilənizə qanunvericiliyin tələblərinə uyğun xitam verilibverilməməsinə münasibət bildirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən "xxxx" MMC tərəfindən əmək müqavilələrinin bağlanmasına dair bildirişlərin müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qeydiyyata alındığı və həmin bildirişlərin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin inzibati binasında sənədlərin yoxlanılmasına dair xx.xx.2024-cü il tarixdə direktor Nafiyə Səidova, direktor müavini Nərgizə Çalbay və Vəkillər Kollegiyasının üzvü Vəkil2 tərəfindən imzalanan aktda göstərilmişdir ki, Mərkəzdə baş mühasib vəzifəsində işləyən, insan resursları üzrə baş mütəxəssis vəzifəsi həvalə edilən İddiaçı tərəfindən Asterias Mərkəzinin maliyyə sənədləri, maliyyə hesabatları, eləcə də insan resursları işi üzrə əmək kitabçaları, əmək müqavilələri, əmrlər, əmr kitabı, işçilərə aid qovluqlar təqdim edilməmişdir. Sənədlər pərakəndə halda tapılmış və əmək kitabçalarının işlənilməməsinin, əmr kitabının yazılmamasının və maliyyə sənədlərinin əksər hissəsinin tapılmamasının şahidi olmuşlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə direktor Nafiyə Səidova, direktor müavini Nərgizə Çalbay və Vəkillər Kollegiyasının üzvü Vəkil2 tərəfindən imzalanan aktda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən aktın tərtib olunduğu tarixinədək "xxxx" MMC-nin ofis binasına giriş etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli iclasının №01/24 protokolundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində “ç” bəndində nəzərdə tutulan intizam tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinin tələbinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməmiş, heç bir üzürlü səbəb olmadan iş yerinə gəlməmiş, işə gəlməməsinin səbəbi barədə rəsmi olaraq məlumat verməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» bəndində nəzərdə tutulmuş əmək müqaviləsidə müəyyən edilmiş əmək funksiyasını kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdən onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə cavabdehə müraciət etməsi işin hər hansı halı ilə öz təsdiqini tapmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli ərizəsindən bir daha sübut olunur ki, o, xx.xx.2024-cü il tarixdən üzrsüz səbəbdən iş yerində olmamışdır. Bundan əlavə, xx.xx.2024-cü il tarixli ərizəsində onunla bağlanmış hansı müqaviləyə xitam verilməsini göstərməmişdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçının işdən azad edilməsi barədə əmr qanunvericiliyin tələblərinə uyğun qaydada verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hansı tarixdən, hansı əmrlə və hansı əsasla işdən azad edilməsi barədə ətraflı məlumatı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq eilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınun cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və sairə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4684/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4684/2024
26.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver