Məhkəmə qərarları › İş №e-2(006)-4692/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4692/2025

07.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4692/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və sair" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İnsan Resursları üzrə baş direktoru Sara Cavlalova tərəfindən onun barəsində verilmiş AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləmə xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli, 416/25 nömrəli əmrin ləğv edilməsi, onun yəni İddiaçı Cavabdeh MMC-yə sifariş toplayıcı vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi iş buraxmaya görə alıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Avromed Company" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə barışıq sazişini təqdim etməklə, İddiaçı ilə Cavabdeh arasında barışıq sazişinin bağlandığını bildirmiş, təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ünvanlayaraq, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni qarşılıqlı güzəştlər yolu ilə həll edərək aşağıdakı şərtlərlə barışıq sazişi bağlayırlar: 1.1. İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbi ilə məhkəmə işi Nəsimi rayon Məhkəməsinin işin nömrəsi e-2(006)-4692/2025 icraatındadır və cavabdehdən xx.xx.2025-ci il tarixli əmri ləğv olunması, işə bərpa və əmək haqqı tələbi ilə müraciət etmişdir. 1.2. Tərəflər mübahisəni barışıq yolu ilə bitirmələri barədə razılığa gəlirlər. 2.1.Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. maddəsini məzmununa uyğun olaraq, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır. 2.1.1. Tərəflər razılaşırlar ki, cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndini dəyişdirərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2- a bəndinə uyğun olaraq əvəz edəcək. 2.2. Cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin, dəyişdirib bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Əmək Müffətişliyə məlumat verilməsini öz öhdəsinə götürür. 2.3. İddiaçı Nəsimi rayon Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsindən imtina etməyi öz öhdəsinə götürür. 2.4. Bununla da Tərəflər bir daha təsdiq edirlər ki, gələcəkdə bir-birilərinə qarşı bu işlə əlaqədar əmək mübahisəsi və maddi ziyanın ödənilməsinə dair tələbləri olmayacaqdır. 3.Məsuliyyət

3. Tərəflər razılaşmanın şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və şərtlərə əməl olunmadıqda, hüququ pozulan Tərəf, şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ vardır.

4. DİGƏR ŞƏRTLƏR

4. Saziş üç nüsxədə olmaqla tərəflər adından barışıq sazişini bağlamaq səlahiyyəti olan İddiaçı və Cavabdeh MMC-nin İnsan Resursları üzrə Baş direktor X1 tərəfindən imzalanmaqla tərtib olunur, bir nüsxəsi məhkəmədə, digərləri tərəflərdə saxlanılır. 4.1. Azərbaycan Respublikası MPM-nin 261 -262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır və onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edirlər.

5. Tətbiq edilən qanun və mübahisələrin həll edilməsi 5.1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2. Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə aidiyyatı üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və sair" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 29 sentyabr 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 29 sentyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 1.1. İddiaçı Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbi ilə məhkəmə işi Nəsimi rayon Məhkəməsinin işin nömrəsi e-2(006)-4692/2025 icraatındadır və cavabdehdən xx.xx.2025-ci il tarixli əmri ləğv olunması, işə bərpa və əmək haqqı tələbi ilə müraciət etmişdir. 1.2. Tərəflər mübahisəni barışıq yolu ilə bitirmələri barədə razılığa gəlirlər. 2.1.Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. maddəsini məzmununa uyğun olaraq, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olacaqdır. 2.1.1. Tərəflər razılaşırlar ki, cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndini dəyişdirərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2- a bəndinə uyğun olaraq əvəz edəcək. 2.2. Cavabdeh xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin, dəyişdirib bununla bağlı, Azərbaycan Respublikasının Dövlət Əmək Müffətişliyə məlumat verilməsini öz öhdəsinə götürür. 2.3. İddiaçı Nəsimi rayon Məhkəməsinin icraatında olan Cavabdeh MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsindən imtina etməyi öz öhdəsinə götürür. 2.4. Bununla da Tərəflər bir daha təsdiq edirlər ki, gələcəkdə bir-birilərinə qarşı bu işlə əlaqədar əmək mübahisəsi və maddi ziyanın ödənilməsinə dair tələbləri olmayacaqdır. 3.Məsuliyyət

3. Tərəflər razılaşmanın şərtlərini pozmağa, dəqiq, vaxtında icra etməməyə görə məsuliyyət daşıyırlar və şərtlərə əməl olunmadıqda, hüququ pozulan Tərəf, şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ vardır.

4. DİGƏR ŞƏRTLƏR

4. Saziş üç nüsxədə olmaqla tərəflər adından barışıq sazişini bağlamaq səlahiyyəti olan İddiaçı və Cavabdeh MMC-nin İnsan Resursları üzrə Baş direktor X1 tərəfindən imzalanmaqla tərtib olunur, bir nüsxəsi məhkəmədə, digərləri tərəflərdə saxlanılır. 4.1. Azərbaycan Respublikası MPM-nin 261 -262-ci maddələrində nəzərdə tutulan hüquqi nəticələr tərəflərə tam aydındır və onlar göstərilən şərtlərlə sazişin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edirlər.

5. Tətbiq edilən qanun və mübahisələrin həll edilməsi 5.1. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2. Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə aidiyyatı üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır. İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və sair" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar