Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4733/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X36 oğlunun katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC-yə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər LPO Cavabdeh1 ASC-yə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icrası mümkün olmadığından, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2016-cı il tarixli, 109.LN.2105.270516.00001 nömrəli kredit müqaviləsi üzrə əsas öhdəliyə və Cavabdeh1 ASC ilə X14 arasında bağlanmış 23 sentyabr 2009-cu il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 27 may 2016-cı il tarixli 5 saylı Əlavə üzrə ipotekaya xitam verilməsi və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən, 9/44 nömrəli 4 mərtəbəli binanın 3 otaqdan ibarət 3 nömrəli mənzilinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO Cavabdeh1 ASC İddiaçı və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan ümumilikdə 63.401,60 manat pulun tutularaq banka ödənilməsi, tutmanın 27 may 2016-cı il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən, 9/44 nömrəli 4 mərtəbəli binanın 3 otaqdan ibarət 3 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilməsi, əmlak satıldıqdan sonra İddiaçı və X3 mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsi iddia müddətinin ötürülməsini və cavabdehin iddia müddətinin tətbiqinə dair məhkəməyə ərizə təqdim etdiyini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, e-2(125)- 419/2022 nömrəli qətnamə ilə kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın 27 may 2016-cı il tarixli ipoteka predmetinə yönəldilməsi tələbini rədd etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-552/2023 nömrəli qətnaməsi ilə LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka qoyan X14 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən, ipoteka predmeti paylı mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə keçmişdir. İddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna “əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair” ərizə ilə müraciət etmiş, lakin Fond tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubuna əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-552/2023 nömrəli qətnaməsində LPO Cavabdeh1 ASC-nin üzərinə icra ediləcək hər hansı öhdəliyin qoyulmaması əsas gətirilərək, əmlakın ipotekadan azad edilməsindən imtina edilmişdir. Halbuki, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun imtinası əsassızdır və ipoteka predmeti olan əmlak ipotekadan azad edilməlidir. Belə ki, əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Bundan başqa, ipoteka qoyan X14 xx.xx.2016-cı il tarixdə ölmüş və ipoteka predmeti onun vərəsələrinə keçmişdir. Odur ki, əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, əsas öhdəliyə, həmçinin, ipotekaya xitam verilməli və ipoteka predmeti yüklülükdən azad edilməlidir.
3. Cavabdeh LPO Cavabdeh1 ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 109.LN.2105.270516.00001 nömrəli kredit müqaviləsinə əsasən bank borcalan İddiaçı 36 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 55.000 manat məbləğində kredit verməyi, müştəri isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X17 tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsində yerləşən 0,057 ha torpaq sahəsində yerləşən 9/44 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 58,7 kv.m ümumi, 45,90 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı, 3 nömrəli mənzil xx.xx.2009-cu il tarixli, İ-1133/GF saylı ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə 5 nömrəli əlavə əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. LPO Cavabdeh1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 nömrəli qətnaməsi ilə bankın iddia ərizəsi iddia müddəti ötürüldüyündən rədd edilmişdir. Hazırkı iddia ərizəsi də rədd edilməlidir. Belə ki, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq, İddiaçı, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia ərizəsində qeyd olunanları iddiaçı tərəfin izahatı kimi qəbul edərək, iddianı müdafiə etdiklərini qeyd edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, digərləri isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X15 iddiaya etiraz edib bildirdi ki, bankın vətəndaşlara qarşı olan iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməsə də, bu, öhdəliyin və ipoteka yüklülüyünün xitamına əsas vermir. Buna görə də iddianın əsassız olduğunu bildirib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Cavabdeh1 ASC (Kreditor) ilə X20 (Borcalan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 109.LN.2105.270516.00001 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcalana “xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə qalıq məbləğin tam bağlanması” məqsədilə 55.000 (əlli beş min) manat məbləğində kredit ayırır. Sonuncu ödəniş tarixi xx.xx.2019-cu il müəyyən edilmiş, kredit illik 21 % ödəmək şərtilə verilmişdir.
9. Cavabdeh1 ASC (İpoteka saxlayan) ilə İddiaçı (Borcalan) və X14 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 1-1133/GF nömrəli ipoteka müqaviləsinə əlavə № 5-dən görünür ki, İpoteka saxlayan və Borcalan arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 109.LN.2105.207516.00001 nömrəli, xx.xx.2013-cü il tarixli 109.LN.2105.070513.00001 nömrəli və xx.xx.2014-cü il tarixli 109.LN.2105.140414.00001 nömrəli kredit müqavilələri və onlara edilmiş və ya ediləcək əlavələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan əmlakı ipoteka qoyur, eləcə də ona olan hüquq və maraqları İpoteka saxlayana verir.
10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X4 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Nərimanov Nərimanov prospekti, ev 9/44 ünvanında yerləşən 3 nömrəli mənzil xx.xx.2016-cı il tarixli, 109.LN.2105.270516.00001 nömrəli kredit müqaviləsi üzrə (kreditin müddəti: 36 ay, xx.xx.2016xx.xx.2019; məbləği: 55.000 manat) xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı növündə yüklü edilmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı LPO Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi” barədə iddiası üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi qət edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-552/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-1093 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş – X5 vərəsələri: oğulları İddiaçı, X21, qızları X22, X23, X18, X19, X16r və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzildən ibarətdir. Həmin mənzilin yüklü olması qeyd edilmişdir.
14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023), 1/7 hissədə X10, 1/7 hissədə X11, 1/7 hissədə X12, 1/7 hissədə X6, 1/7 hissədə X7 və 1/7 hissədə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 143 nömrəli vərəqində qeydiyyata alınmışdır.
15. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-132/2020 nömrəli qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmi və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 109.LN.2105.270516.0001 nömrəli kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə illik 21 faiz hesablanmaqla 55000 manat məbləğində kredit verilmişdir. Bank əməliyyat sistemi məlumatlarına əsasən, İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında xx.xx.2016-cı il tarixli, 109.LN.2105.270516.0001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 24715,74 manat əsas, 6782,88 manat faiz, 28466,12 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 3436,86 manat hesablanmış faiz olmaqla, cəmi 63401,60 manat borc öhdəliyi mövcuddur. Belə ki, həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklər vaxtında yerinə yetirilmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə məhkəməyə müraciət edilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 nömrəli qətnaməsi ilə iddiaçı LPO Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X4 qarşı iddia tələbi rədd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-419/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Yekun məhkəmə aktına əsasən, LPO Cavabdeh1 ASC-nin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır.
16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, “Finca Azerbaijan” MM QBKT ilə X14 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********* nömrəli ipoteka müqaviləsinə əsasən, “Finca Azerbaijan” MM QBKT ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. "xxxx" ASC ilə X14 arasında bağlanmış xx.xx.2009cu il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, K-1133/GF nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2009-cu il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. "xxxx" ASC ilə X14 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə əlavə razılığa əsasən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1376/GF/azn nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2011-ci il tarixli, **********67-05101- 093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. "xxxx" ASC ilə X14 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, İ- 1133/GF nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 109.LN.2106.160412.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2012-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 ASC ilə X14 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə əlavə 2 razılığa əsasən, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 109.LN.2105.070513.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2013-cü il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 ASC ilə X14 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə əlavə 3 razılığa əsasən, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109.LN.2105.140414.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2014-cü il tarixli, **********67-05101-093002 reyestr nömrəli və xx.xx.2015-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Cavabdeh1 ASC ilə X14 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə əlavə 4 razılığa əsasən, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109.LN.2105.070513.00001 nömrəli kredit müqaviləsinə əlavə 1 razılıq üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2014-cü il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 ASC ilə X14 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İ-1133/GF nömrəli ipoteka müqaviləsinə 5 əlavəyə əsasən, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 109.LN.2105.270516.00001 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli, **********67-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilərək xx.xx.2016-cı il tarixli, **********67- 05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3 ünvanında yerləşən mənzilə dair 1 saylı Gəncə regional “ASAN” xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2V-1093 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, 1/7 hissədə İddiaçı, 1/7 hissədə X10, 1/7 hissədə X11, 1/7 hissədə X12, 1/7 hissədə X6, 1/7 hissədə X8 və 1/7 hissədə X13 payları göstərilməklə X3 vərəsələri kimi tanınmış və vərəsələrin adlarına **********67- 05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hal-hazırda sözügedən mənzil LPO Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
18. İş materiallarına, həmçinin, tərəflər arasında bağlanmış digər kredit və ipoteka müqavilələri, mənzilin müqavilələr üzrə ipoteka ilə yüklü edilməsi barədə çıxarışlar və digər sənədlər əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə hazırda ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini məqsədilə bank, iddiaçı və onun mərhum anası arasında bağlanmış ipoteka müqavilələrinə (və əlavə) əsasən, iddiaçının mərhum anasının mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 3 nömrəli mənzil həmin bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
20. İddiaçı müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, "xxxx" ASC iddiaçıya və anasına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tələb üzrə iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
21. Bank tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır.
22. Qanuni qüvvəsini almış və hazırkı iş üzrə preyudisiya təşkil edən həmin qətnamə ilə müəyyən edilmişdir ki, bankın iddia tələbi əsaslı olmuş, lakin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən və iddia müddətinin ötürülməsi müəyyən edildiyindən, iddia tələbi rədd edilmişdir.
23. Hazırda iddiaçı həmin qətnaməyə istinad edərək, kredit müqaviləsi üzrə əsas öhdəliyə, ipoteka müqaviləsi (və ona əlavə) üzrə ipotekaya xitam verilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin isə ipoteka yüklülüyündən azad edilməsini; cavabdeh tərəf isə iddiaçının tələbinə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini tətbiq etməklə, iddianın rədd edilməsini xahiş edirlər.
24. İpoteka predmeti olan mənzil müqavilə bağlanan vaxt iddiaçının mərhum anasının mülkiyyətində olsa da, o, sonradan vəfat etmişdir. 2023-cü ildə hər birinə 1/7 pay olmaqla, iddiaçıya və qardaş-bacılarına mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Deməli, həmin mənzilin 1/7 paydan ibarət hissəsi iddiaçıya məxsusdur, qalan 6/7 paydan ibarət hissə isə onun digər qardaş-bacılarının mülkiyyətindədir.
c) Məhkəmənin mövqeyi:
25. Məhkəmə hesab edir ki, İddiaçı, mərhum anası X14 ilə cavabdeh ləğv prosesində olan "xxxx" ASC arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materialları əsasında müəyyən edilir ki, bank müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də, iddiaçı öz öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmış, bank isə kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını və ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tələb etmişdir. Həmin tələblər məhkəmə tərəfindən əsaslı hesab edilmiş, lakin iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən, iddia təmin edilməmişdir.
26. Beləliklə, iddiaçının bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olması, lakin bankın borcu məhkəmə qaydasında tələb etmə müddətini ötürməsi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və hazırkı işin mübahisəsiz halını təşkil edir.
27. İddia tələbinin araşdırılması ilə bağlı ilk öncə qeyd edilməlidir ki, iddiaçının mənzilin yalnız 1/7 payına mülkiyyət hüququ qeydə alındığından və qalan 6/7 hissə başqa şəxslərin mülkiyyətində olduğundan, onun hazırkı iş üzrə bütünlükdə mənzilə deyil, yalnız özünə məxsus 1/7 pay ilə bağlı tələbə subyektiv hüququ vardır.
28. İddia tələbi ilə əlaqədar, həmçinin, qeyd edilməlidir ki, məhkəmə aktları ilə iddia tələblərinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mövcudluğu halı yoxdur.
29. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının xitam verilməsini tələb etdiyi kredit və ipoteka müqaviləsi üzrə öhdəliyə, habelə ipoteka yüklülüyünə xitam verilməsinə əsas yoxdur, çünki həmin kredit müqaviləsi üzrə ödənilməmiş borc öhdəlikləri mövcuddur, belə ki, məhkəmə aktı ilə bu hal öz təsdiqini tapmışdır. Yəni iddiaçının banka borcunun olması və öhdəliklərini icra etməməsi, lakin bankın həmin borcu məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının banka ödənilməmiş borcu mövcud olduğundan, əsas öhdəliyə xitam verilməsinə əsas yoxdur. Deməli, əsas öhdəliyə xitam verilmədiyindən, əlavə öhdəlik olan ipotekaya da xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə iddia tələbinin təmin edilməsinə də əsas yoxdur.
30. Onu da qeyd etmək lazımdır ki, mübahisələndirilən müqavilələrin tərəfi olmadığından, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hazırkı iş üzrə əsl cavabdeh deyildir. Buna görə də iddia ona münasibətdə həm də bu əsasla təmin edilməməlidir.
31. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 269.4-cü maddə. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddə. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddə. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 372, 373.3, 375-ci maddə. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 527. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: - kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; - ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; - zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; - məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Fəsil 27, 6-cı paraqraf. Öhdəliyin xitamının digər əsasları: Maddə 555. Borclu və kreditor eyni şəxs olduqda öhdəliyin xitamı; Maddə 556. İcra mümkün olmadığına görə öhdəliyin xitamı; Maddə 557. Dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı; Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı; Maddə 559. Hüquqi şəxsin ləğvi nəticəsində öhdəliyin xitamı. 739-cu maddə. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddə. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
33. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı: İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarı: İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
42. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda yuxarıda istinad olunmuş qanunvericilik aktlarına müvafiq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı LPO Cavabdeh1 ASCyə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
43. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Məhkəmə xərclərinə qiymət verilməsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə məsələni həll edərkən məhkəmə iş iştirakçılarının tələblərindən asılı deyildir.
Nəticə:
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova