Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4798/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Metin Sazak və vəkili Vəkil2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqınıın geri ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1.İşin halları: İddiaçı cavabdeh "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin bərpa edilməsi, işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqınıın geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimiəmək müqaviləmə xitam verilmsi ilə bağlıəmrin ləğv edilməsini, "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əvvəlki işimə bərpa edilməsini, xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edildiyi gündən əmək müqaviləsi xitam edilənədək ödənilməmiş 2025-ci ilin fevral ayının 25.315 manat əmək haqqının və xx.xx.2025-ci il tarixdən məcburi iş buraxma müddətində hər ay 25.315 manat olmaqla əmək haqqının "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin oğlu küçəsi, X12, ev.181 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır, xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edilmiş, direktor müavini kimi aylıq əmək haqqı 25.315 manat olmuşdur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin a bəndinə əsasən, "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edilməyimlə bağlı olaraq onunla əmək müqaviləsini Filialın icraçı direktoru olmuş X6 bağlamışdır. X6 xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edildiyi gündən xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əmək müqaviləmə xitam verildiyi günədək özünün əmək fəaliyyətimi həyata keçirmək üçün Filialın indiki rəhbərliyinin göstərişi ilə qərəzli şəkildə iş yerinə (Filialın yerləşdiyi binaya – ofisə) buraxılmamışdır. O, Tural Hacıqurbanlı ilə birlikdə xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyini bildikləri günədək öz əmək fəaliyyətini həyata keçirmək üçün Filialın indiki rəhbərliyinin göstərişi ilə qərəzli şəkildə iş yerinə (Filialın yerləşdiyi binaya – ofisə) buraxılmamışdır. Filialın indiki rəhbərliyinə işə buraxılmamağı ilə bağlı məlumat verdikdə hər dəfə biz xəbər edəndə gələrsiz deyə cavab verirdiyini bildirmişdir, Hətta bununla bağlı Tural Hacıqurbanlı və o bir neçə dəfə Filialın indiki rəhbərliyinə ofisə gələrək rəsmi şəkildə görüşməyi təklif etsək də, rəhbərlik bu təklifi qəbul etməyərək onların təklifini rədd etmişdir. Buna baxmayaraq onlar şəhərin ayrı-ayrı yerlərində Filialın indiki icraçı direktoru Metin Sazakla görüşərək iş yerinı buraxılmamaqla və əmək haqqlarını ala bilmədikləri barədə onunla söhbət etsələr də, o, görüş zamanı hər dəfə ona və Tural Hacıqurbanlıya bildirmişdir ki, biz xəbər edəndə gələrsiz, o ki, qaldı əmək haqqımı almamağımıza, bunu da onunla əsaslandırırdı ki, hazırda maliyyə vəziyyətləri ağır olduğuna görə əmək haqqını verə bilmirik və maliyyə vəziyyətimiz düzələndə verəcəyik,eyni iddia tələbi ilə X6 da iddiaçı qismində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə cavabdeh qismində "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə müraciət etdiyini, o əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yazılı şəkildə ərizə vermədiyini, İşəgötürən tərəfindən isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən, əmək müqaviləsinə xitam verilməsindən ötrü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan əsaslardan biri olmalı olduğunu, işəgötürənin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən, əmək müqaviləsinə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan əsaslarla xitam verilə biləcəyini, Burada isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan əsasların heç biri olmadığından işəgötürən tərəfindən özbaşınalıqla əmək müqaviləmə xitam verildiyini. Yəni işəgötürən tərəfindən onunl əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən, xitam verilməsi tamamilə qanunsuz və əsassız olduğunu xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edildiyi gündən əmək müqaviləsi xitam edilənədək ödənilməmiş 2025-ci ilin fevralayının 25.315 manat əmək haqqını və xx.xx.2025-ci il tarixdən məcburi iş buraxma müddətində hər ay 25.315 manat olmaqla əmək haqqını almadığını, hesab edirə ki, xx.xx.2025-ci il tarixli "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əmək müqaviləmə xitam verilmsi ilə bağlı əmr ləğv edilməli, direktor müavini kimi əvvəlki işinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdə "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edildiyi gündən əmək müqaviləsi xitam edilənədək ödənilməmiş 2025-ci ilin fevral ayının 25.315 manat əmək haqqı və xx.xx.2025-ci il tarixdən məcburi iş buraxma müddətində hər ay 25.315 manat olmaqla əmək haqqı "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona geri ödənilməlidir. Cavabdeh məhkəməyə ünvanladığı iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində bildirilmişdir ki, Cavabdehnin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəsində işləmiş X2 şəxsi marağı, tanışlığı və himayədarlığı ilə filialda müxtəlif vəzifələrə təyin olunmaqla heç bir iş görmədən yükək məbləğdə əmək haqqı alan və həmin vaxt işdən azad edilməmiş şəxslərin vasitəsi ilə (bu səbəbdən həmin fakt üzrə həmin şəxslərin əleyhinə şahid kimi ifadə vermək istəmirlər) İddiaçı xx.xx.2025-ci ildə əmək müqaviləsinə xitam verilməsi barədə həmin gün məlumatlı olmuşdur. xx.xx.2025-ci ildə əmr verildiyi tarixdən 1 aydan çox, yəni 38 gün müddət keçdikdən sonra mediasiya prosesinin tətbiq edilməsi barədə İddiaçı xx.xx.2025-ci ildə təklif göndərmiş və X1 tərəfindən X3 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci ildə arayış təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində birbaşa göstərilir ki, Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx.xx.2025-ci il tarixədək mediasiyaya müraciət edə bilərdi, lakin bu müddət ərzində iddiaçı mediasiyaya müraciət etməmiş, müraciət etdikdə isə artıq iddia müddətini 8 gün ötürmüş, arayışı əldə etdikdən sonra məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür , iddia müddətinin tətbiq edilərək İddiaçı iddiasının digər əsaslarla yanaşı həm də iddia müddətinin üzrsüz olaraq ötürülməsi səbəbindən rədd olunmasına dair qətnamə qəbul etməyinizi xahiş etdiyini qeyd etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli CavabdehNİN Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, CavabdehNİN Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əvvəlki işinə bərpa edilməyi, xx.xx.2025-ci il tarixdə CavabdehNİN Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edildiyi gündən xx.xx.2025-ci il tarixli əmrlə əmək müqaviləsi xitam edilənədək hər ay 25.315 manat olmaqla ödənilməmiş əmək haqqının və xx.xx.2025-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddətində hər ay 25.315 manat olmaqla əmək haqqının CavabdehNİN Azərbaycan Respublikasındakı Filialı tərəfindən ona ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 17.102025-ci il tarixdə iddiaçının nümayəndəsi vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək dəqiqləşdirmə barədə məhkəməyə təqdim etdikləri iddia ərizəsinin xahiş etdim hissəsinin üçüncü bəndində göstərilən xx.xx.2025-ci il tarixdə CavabdehNİN Azərbaycan Respublikasındakı Filialında direktor müavini vəzifəsinə təyin edildiyi gündən xx.xx.2025-ci il tarixli əmrlə əmək müqaviləsi xitam edilənədək hər ay 25.315 manat olmaqla ödənilməmiş əmək haqqının və xx.xx.2025-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddətində hər ay 25.315 manat olmaqla əmək haqqının CavabdehNİN Azərbaycan Res-publikasındakı Filialı tərəfindən mənə ödənilməsi barədə Qətnamə qəbul etməyinizi Sizdən xahiş edirəm hissəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmr dedikdə xx.xx.2025-ci il tarixli, 16 №li Əmri nəzərə alınmasını xahiş etmişdir. 2.Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Metin Sazak məhkəmə iclasında iddianı qəbul etmədi, İddiaçı "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin bərpa edilməsi, işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqınıın geri ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2da məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək iddianın iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində iddiaçı ilə dost olduqlarını, yaşıl enerji sahəsində tanıdığı bir şirkət olub olmaması ilə bağlı iddiaçıya müraciət etdiyini, daha sonra iddiaçı onu Metin Sazakla məni tanış etdiyini, şirkətin yaşıl enerji sahəsində ixtisaslaşmış şirkət olmadığını, icraçı direktor və müavini təyin olunması ilə bağlı və Metin Sazaka dəstək olmaqları ilə bağlı onlara Şirkətdən məktub daxil olduğunu və iddiaçı ilə o Metin Sazak birlikdə yeməyə getdiklərini, orada Metin Sazak iddiaçıya işə gəlməyi mən sizə xəbər edəcəm dedidiyini, daha sonra Metin Sazak ona açarları və şikətə aid digər əşyalararı təhvil verməyi təklif etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. 3.İş materialları: My.gov.az rəqəmsal hökümət platformasından əldə olunan, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin işçi barədə məlumat haqqında çıxarışından görünür ki, "X13 MƏHDUD CƏMİYYƏTİ"-i xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ilə xx.xx.2025-ci il tarixdə müddətsiz müqavilə bağlamaqla onu inzibati işçi heyyətinə direktor müavini kimi təyin etmiş və İddiaçı aylıq əmək haqqı məbləğini (manatla) 25.315 manat məbləğində hesablamışdır. Bank Respublika Asc-nin xx.xx.2025-ci il tarixli hesabdan çıxarışla bağlı məlumat vərəqəsindən görünür ki, BAKİ ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ QƏSƏBƏSİ, MİRZƏ ABDİN OĞLU KÜÇƏSİ, YENİ YAŞ.MAS. EV 181 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək hesab dövriyyəsi 0 (sıfır) manat olmuşdur. İş materillarında olan Cavabdeh-NİN Azərbaycan Respublikasındakı filialının baş müdiri Metin Sazak tərəfindən imzalanmış “İşçinin iş vaxtında iş yerində olmaması haqqında“ xidməti yazıdan görünür ki, Rəhbərlik etdiyi Cavabdeh-NİN Azərbaycan Respublikasındakı filialının direktor müavini İddiaçı xx.xx.2025 ci il tarixindən xx.xx.2025-ci il tarixinədək bütün iş günləri ərzində (səhər saat 9:00-dan axşam İ8:00-dək) iş yerində olmadığı, işçinin işə gəlməməsi barədə heç bir xəbərdarlıq etmədiyi və üzürlü səbəb gətirmədiyi qeyd edilmişdir. İş materillarında olan Cavabdeh-NİN Azərbaycan Respublikasındakı filialının direktor köməkçisi X4 və sürücü X5 iştirakı ilə Təchizat departamentinin rəhbəri X7 tərəfindən, tərtib edilmiş xx.xx.2025-ci il tarixli 2 saylı “İşçinin iş vaxtında iş yerində olmaması haqqında “ aktın surətindən görünür ki, 03 mart 2025-cı il tarixində, saat 9:00-da işçilər tərəfidən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nətıcəsındə direktor müavini İddiaçı Firudin oğlunun iş yerində olmaması müəyyən edilmişdir İş materillarında olan Cavabdeh-NİN Azərbaycan Respublikasındakı filialının direktor köməkçisi X4 və sürücü X5 iştirakı ilə Təchizat departamentinin rəhbəri X7 tərəfindən, tərtib edilmiş xx.xx.2025-ci il tarixli 4 saylı “İşçinin iş vaxtında iş yerində olmaması haqqında “ aktın surətindən görünür ki, 01 aprel 2025-cı il tarixində, saat 9:00da işçilər tərəfidən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nətıcəsındə direktor müavini İddiaçı Firudin oğlunun iş yerində olmaması müəyyən edilmişdir. İş materillarında olan Cavabdeh-NİN Azərbaycan Respublikasındakı filialının direktor köməkçisi X4 və sürücü X5 iştirakı ilə Təchizat departamentinin rəhbəri X7 tərəfindən, tərtib edilmiş xx.xx.2025-ci il tarixli 6 saylı “İşçinin iş vaxtında iş yerində olmaması haqqında “ aktın surətindən görünür ki, 16 iyun 2025-cı if tarixində, saat 9:00-da işçilər tərəfidən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nətıcəsındə direktor müavini İddiaçı Firudin oğlunun iş yerində olmaması müəyyən edilmişdir. İş materillarında olan CavabdehNİN Azərbaycan Respublikasındakı filialının baş müdiri Metin Sazakın xx.xx.2025-ci il tarixli, 7 saylı ‘'Əmək intizamının pozulmasını nəzərə alaraq xəbərdarlıq verilməsi haqqında" əmrinin surətindən görünür ki, X13 Məhdud Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının direktor müavini vəzifəsində çalışan İddiaçı xx.xx.2025-cı il tarixdən bu günə kimi şirkətdaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı yazılı xəbərdarlıq elan edilmişdir. İş materillarında olan CavabdehNİN Azərbaycan Respublikasındakı filialının baş müdiri Metin Sazakın xx.xx.2025-ci il tarixli, 9 saylı ‘inzbati tənbehin verilməsi haqqında" əmrinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ei il tarixinə dək filalın direktor müavini İddiaçı, işə gəlməmişdir, və bu barədə birbaşa rəhbərinə məlumat verməmişdir. İddiaçıF işə gəlməməsinin səbəbindən nəzərdə tutulan danışıqlar və müqavilənin bağlanması təxirə şalınmışdır. X13 Məhdud Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının müəssisə daxili intizam qaydalarının pozulmasına görə AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq müəssənin direktor müavininə töhmət verilmişdir. İş materillarında olan Cavabdeh-NİN Azərbaycan Respublikasındakı filialının baş müdiri Metin Sazakın xx.xx.2025-ci il tarixli, 11 saylı “inzbati tənbehin verilməsi haqqında" əmrinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə dək filalın direktor müavini İddiaçı, işə gəlməmişdir, və bu barədə birbaşa rəhbərinə məlumat verməmişdir. İddiaçıF işə gəlməməsi ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarını və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzürsiiz. səbəbdən heç bir məlumat vermədən isə gəlmədiyinə görə AR Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq müəssənin direktor müavininə töhmət verilmişdir. İş materillarında olan CavabdehNİN Azərbaycan Respublikasındakı filialının baş müdiri Metin Sazakın xx.xx.2025-ci il tarixli, 16 saylı əmri ilə "İnzibati işçi heyyəti" bölməsində "Direktor müavini" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən Filialın fəaliyyətinin olmaması səbəbindən xx.xx.2025 tarixindən xitam verilmişdir. İş materillarında olan xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.-ci maddəsinin a bəndinə əsasən, "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialında direktor müavini kimi əmək müqaviləsinə xitam verilmişdir. 4.Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10.Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
72.Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
71.2 Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
5. Məhkəmənin mövqeyi: Əmək münasibətləri işçi və işəgötürən arasında qarşılıqlı etimad, məsuliyyət və öhdəliklərə əsaslanan hüquqi münasibətlər sistemidir. Hər iki tərəf bu münasibətlər çərçivəsində qanunla müəyyən edilmiş hüquq və vəzifələrə malik olmaqla yanaşı, həmin hüquq və vəzifələrin icrasına görə də məsuliyyət daşıyır. İşçi əmək müqaviləsi bağlamaqla yalnız maddi qazanc əldə etmək hüququ qazanmaqla kifayətlənmir, həm də iş prosesində intizamlı davranmaq, iş vaxtı rejiminə riayət etmək, ona həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmək öhdəliyini üzərinə götürür. Əmək intizamının qorunması həm müəssisənin normal fəaliyyətinin təminatı, həm də iş mühitində qarşılıqlı hörmət və nizam-intizamın bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edir. İşçinin üzrlü səbəb olmadan işə gəlməməsi, yaxud bu barədə işəgötürənə məlumat verməməsi yalnız əmək müqaviləsinin şərtlərinin pozulması deyil, həm də işəgötürənlə formalaşmış etimad münasibətinə zərbə vuran, əmək intizamını sarsıdan ciddi məsuliyyətsizlik aktı kimi qiymətləndirilməlidir. Belə davranış müəssisənin iş rejimini pozur, istehsal və xidmət prosesinin fasiləsizliyini təhlükə altına alır, digər işçilərin iş yükünü artırır və nəticədə işəgötürənin iqtisadi və təşkilati maraqlarına birbaşa zərbə vurur. Məhz bu səbəbdən də əmək qanunvericiliyi belə halları “əmək vəzifələrinin kobud şəkildə pozulması” kimi qiymətləndirir və bu cür pozuntuya görə işəgötürənə ən sərt intizam tədbiri — əmək müqaviləsinə xitam vermək hüququ verir. Əmək münasibətlərində məsuliyyət hissinin və peşə intizamının qorunması yalnız işəgötürənin maraqlarına deyil, ümumilikdə əmək bazarında etibarlılıq və iş mədəniyyətinin formalaşmasına xidmət edir. Əmək münasibətləri çərçivəsində işçinin işə davamiyyəti, əmək intizamına riayət etməsi və üzərinə düşən vəzifələri yerinə yetirməsi onun əsas hüquqi vəzifələrindən biridir. Əmək Məcəlləsinin tələblərinə əsasən, əmək vəzifələrinin kobud pozuntusu yalnız o hallarda işəgötürənə əmək müqaviləsinə xitam vermək imkanı yaradır ki, bu hal müəssisədə işin normal gedişatına, iş intizamına və idarəetmə prosesinə real maneə törətsin.Hazırkı halda işçinin bütün iş günü ərzində işdə olmaması, xüsusilə də bu halın davamlı xarakter daşıması, işin normal ahənginə və istehsalat intizamına birbaşa təsir göstərən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, iddiaçı müəssisədə rəhbər vəzifədə — direktor müavini kimi çalışmışdır. Belə bir vəzifə tutan şəxsin əsas funksiyası yalnız öz iş sahəsinə nəzarət etməklə məhdudlaşmır, həmçinin müəssisənin fəaliyyətinin səmərəli təşkili, işçilər arasında intizamın təmin olunması və idarəetmə prosesinin fasiləsizliyinin qorunmasıdır.Rəhbər vəzifə tutan şəxsin uzun müddət ərzində üzrsüz səbəbdən işdə olmaması müəssisənin idarəetmə sisteminə, qərarların qəbul edilməsinə, tapşırıqların icrasına və ümumilikdə işin təşkilati gedişatına ciddi mənfi təsir göstərir. Belə vəziyyətdə həmin davranışın işin normal ahənginə mane olmaması ehtimalı istisna edilir. Bu baxımdan, işçinin hər hansı üzrlü səbəb təqdim etmədən uzunmüddətli şəkildə iş yerində olmaması əmək intizamının kobud pozulması hesab edilir və bu, Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas yaradır. İddiaçının xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdə olmaması işin mübahisəsiz halıdır. Beləki, bunu iddiaçı özü iddia ərizəsində qeyd etmiş, məhkəmə iclasında bildirmiş, cavabdeh bunu qəbul etmişdir. İddiaçı işdə olmama səbəbini iddia ərizəsində işə buraxılmaması ilə əlaqələndirmiş, lakin bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Beləki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təxmini 4 aylıq müddət ərzində iddiaçının işə buraxılmaması ilə bağlı heç bir tədbir görməməsi-hərəkətsizliyi, bununla əlaqədar işəgötürənə rəsmi müraciət etməməsi ağlabatan deyil. Digər tərəfdən, iddiaçı iş yerinə gəlməsi və işə onun buraxılmaması ilə bağlı işəgötürənin hərəkətlərinin nədən ibarət olmasını(mühafizəçi vasitəsi işə daxil olmağa mane olma, fiziki zor tətbiq etməklə işə buraxılmama, qapını bağlı saxlama və s.) konkret bildirməmişdir. İddiaçı məhkəmə baxış iclasında, işə getmədiyini, çünki getməyin mənasının olmadığını, getsəydi belə işə buraxılmayacağını bildirmişdir.Beləliklə, iddiaçı işə özünün getmədiyini etiraf etmişdir. Lakin bu müddət ərzində hər hansı bir tədbir görməsi ilə bağlı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız əmək müqaviləsinə xitam verildikdən sonra hüquqi müdafiədən istifadə etmiş və işə bərpa tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının əmək müqaviləsinin xitam verilməsi ilə bağlı tələbi təmin edilə bilməz. İşə bərpa tələbinin təmin edilməməsi isə iddiaçının digər bir tələbi olan əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi tələbinin də təmin olunmaması üçün əsasdır. Çünki məhkəmə əmək müqaviləsinə xitam verilməsi əsasının qanuni olduğu qənaətindədir. İddiaçının digər bir tələbi isə, əmək müqaviləsinin qüvvədə olduğu xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək olan dövrdə-işə buraxılmadığı dövrdə ona ödənilməli olan əmək haqqının ödənilməsidir. İddianın bu hissəsinə münasibətdə isə məhkəmə yuxarıdakı mövqeyin davamı olaraq qeyd edir ki, əmək haqqı işçinin əmək münasibətləri çərçivəsində yerinə yetirdiyi vəzifə və tapşırıqların əvəzidir. Yəni əmək haqqı yalnız görülmüş işin nəticəsi kimi ödənilir və bu, həm hüquqi, həm də iqtisadi baxımdan əmək münasibətlərinin əsas prinsipidir. Bir halda ki, işçi iş yerində olmayıb və ona həvalə edilmiş vəzifə funksiyalarını yerinə yetirməyib, bu zaman onun əməyindən faktiki faydalanma baş verməmiş olur. Görülməmiş işə görə əmək haqqı ödənilməsi əmək münasibətlərinin mahiyyətinə ziddir, çünki əmək haqqı yalnız icra edilmiş əməyə görə müəyyən edilir.İşçinin işdə olmaması onun əmək funksiyasını icra etmədiyini göstərir. Belə olan halda, həmin dövr üçün əmək haqqının ödənilməsi üçün nə hüquqi, nə də faktiki əsas mövcuddur. Əmək haqqının ödənilməsinin məqsədi işçinin əməyinin qarşılığını təmin etməkdir, əməyin göstərilmədiyi halda isə bu məqsəd aradan qalxır. Cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2025-ci il tarixdən sistemə daxil edilib. Lakin iddiaçı mediasiyaya xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İşçinin məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulan Əmək Məcəlləsinin 296.2-ci maddəsində qeyd olunmuş 1 aylıq müddət işçinin hüququnun pozulmasını aşkar etdiyi gündən hesablanır. Həmin gün isə Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə) gündür.Hazırkı halda işçinin əmək müqaviləsinə xitam verilməsi barədə bildişin sistemə daxil edilməsi vaxtı müəyyən edilsə də, sms bildirişin işçiyə nə vaxt çatması barədə heç bir məlumat işəgötürən tərəfindən təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi mümkün deyil. İddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı vəsatətdə, cavabdeh tərəfindən iddiaçının iş yerində olmaması barədə tərtib etdiyi aktların, bunun əsasında verdiyi intizam tənbehlərinin etibarsız hesab edilməsini və məhkəmə qətnaməsi qəbul edilərkən hüquqi qüvvəsi olmayan sənədlər kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hər hansı aktların etibarsızlığını tələb edirsə, bunu vəsatət şəklində deyil, iddianın həcmini artıraraq, məhkəmə hazırlıq iclasında təqdim etdiyi iddia ərizəsinə dəqiqləşmə şəklində məhkəməyə təqdim etməli idi. Çünki vəsatət iddia baxılarkən tərəflərin məhkəməyə etdiyi yazılı və ya şifahi xahişdir. Lakin iddia ərizəsində və ona edilən dəqiqləşmədə buna rast gəlinmir. Beləki, iddiaçı iddia ərizəsində üç tələbinin olduğunu qeyd etmişdir:işdən azadetmə əmrinin ləğvini,iddiaçının əvvəlki işə bərpası və işlədiyi müddətdə ödənilməyən əmək haqqının və işdən azad edildikdən sonrakı dövrdə məcburi işburaxma müddətində ödənilməyən əmək haqqlarının ödənilməsi. Məhkəmə, iddia tələbindən kənara çıxaraq, aktların və tənbehlərin etibarsızlığı məsələsini araşdıra bilməz. Çünki həmin aktlar və tənbehlər hazırda baxılan mübahisənin mahiyyəti üzrə həllinə aid deyil və mübahisə predmetinə daxil deyil.iddiaçının işdən azadedilməsinin əsası onun barəsində tətbiq edilən tənbehlər deyil, onun heç bir üzrlü səbəb olmadan işə gəlməməsidir. Məhkəmə, yalnız işdən azadedilmə əsası kimi çıxış edən işdən azadetmə əmrinin etibarsız olub-olmamasına hər bir halda hüquqi qiymət verməlidir, lakin digər sənədlər iddiaçının işdən azadolması ilə əlaqəli olmadığından, iddiaçı tərəfindən iddia tələbinə daxil edilmədiyindən onların etibarsızlığı məhkəmə tərəfindən araşdırılmır. Əks halda, məhkəmə iddia tələbindən kənara çıxmış olar. xx.xx.2025-ci il tarixli əmrin isə etibarsızlığı üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə birdaha qeyd edir ki, işçinin iş vaxtında işdə olmaması işin mübahisəsiz halıdır, çünki bu iddiaçının özü tərəfindən də təsdiq edilir. Mübahisəli hal iddiaçının işdə olmama səbəbidir ki, iddiaçı bunun səbəbini-onu işə buraxmadıqlarını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, İddiaçı cavabdeh "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin bərpa edilməsi, işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqınıın geri ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "X13 Məhdud Cəmiyyəti"nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa,ödənilməmiş əmək haqqının və məcburi iş buraxma müddətində əmək haqqınıın geri ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Gülşən Fərəcova