Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4819/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, Cavabdeh "xxxx" MMC-nin direktoru – X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi – X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) – Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi olmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «ödənilməmiş 3 aylıq əmək haqqının, ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə ödəncin və son haqq-hesabın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi olmaqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «ödənilməmiş 3 aylıq əmək haqqının, ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə ödəncin və son haqq-hesabın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 3 aylıq (2022-ci ilin fevral, mart və aprel ayları) əmək haqqı olan 1370 manat məbləğin (icbari ödəmələr çıxıldıqdan sonra), əmək haqqının gecikdirilməsinə görə 1 (bir) faiz əlavə ödənc olan 600 manat məbləğin və ödənilməmiş son haqq-hesab olan 1459.68 manatın, cəmi 3429.68 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 3 aylıq (2022-ci ilin fevral, mart və aprel ayları) əmək haqqı olan 1370 manat məbləğin (icbari ödəmələr çıxıldıqdan sonra), əmək haqqının gecikdirilməsinə görə 1 (bir) faiz əlavə ödənc olan 600 manat məbləğin və ödənilməmiş son haqq-hesab olan 1459.68 manatın və ödənilmiş 50 manat mediasiya xərcinin, cəmi 3479.68 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC şirkətinin rəhbərliyi ilə xxxxxxx000401 saylı müddətsiz müqavilə bağlayaraq aylıq 500 manat (icbari ödəmələr daxil) əmək haqqı ilə “Rəhbərlik və satış” bölməsində “Bölgə müdiri” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ştatları ixtisar edildikdə) işdən azad edilmişdir. Çalışdığı iş dövründə (xx.xx.2020-xx.xx.2022-ci il tarixlər) heç bir intizam tənbeh almayaraq qüsursuz fəaliyyət göstərmişdir. Cavabdehlə bağlanmış müqavilə əsasında öz öhdəliklərini lazımı qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən ona ödənilməli olan 2022-ci ilin fevral, mart və aprel aylarının əmək haqqıları, yəni 1500 manat (icbari ödəmələr daxil) məbləğ qanunsuz və əsassız olaraq hal-hazırki vaxtadək ona ödənməmişdir. Qeyd olunan məbləğdən icbari ödəmələr çıxılandan sonra yekun məbləğ 1370 manat edir. Qoşmaya əlavə edilmiş bank hesabından çıxarışda qeyd olunan pozuntu öz əksini tapmışdır. Cavabdeh tərəfindən 3 aylıq əmək haqqının qanunsuz və əsassız olaraq hal-hazırki vaxtadək ödənilməməsi onun maddi vəziyyətini ağırlaşdırmış və bunun nəticəsində qanunvericiliyin tələbi əsasında hər gecikdirilmiş gün üçün gecikdirilmiş əmək haqqının bir faizi miqdarında ödənc tələb etmək zərurəti yaranmışdır. Gecikdirilmiş əmək haqqına görə əlavə ödəncin hesablanma qaydası: Aylıq əmək haqqı 500 manat olduğuna görə 1 günlük gecikmə məbləği (500*1%/100=5 manat) – 5 manatdır. Fevral ayı üçün gecikdirilmiş gün və məbləğ – Təqvimə nəzər yetirilsə bu ayın son ödəmə günü xx.xx.2022-ci il tarixidir (bazarertəsi günü). Yəni bu tarixdən sonrakı növbəti gün yəni xx.xx.2022-ci il tarix artıq gecikmə gününün başlanğıc tarixidir. Bu ay üçün aralıq tarix xx.xx.2022-xx.xx.2022-ci il tarixləridir (bayram və istirahət günləri daxil deyil). Fevral ayı üçün gecikmə məbləği - 57 gecikmə günü *5 (1 günlük gecikmə məbləği) = 285 manat, Mart ayı üçün gecikdirilmiş gün və məbləğ - Təqvimə nəzər yetirilsə bu ayın son ödəmə günü xx.xx.2022-ci il tarixidir (Çərşənbə günü). Yəni bu tarixdən sonrakı növbəti gün yəni xx.xx.2022-ci il tarix artıq gecikmə gününün başlanğıc tarixidir. Bu ay üçün aralıq tarix xx.xx.2022-xx.xx.2022-ci il tarixləridir. (bayram və istirahət günləri daxil deyil). Mart ayı üçün gecikmə məbləği - 42 gecikmə günü *5 (1 günlük gecikmə məbləği) = 210 manat, Aprel ayı üçün gecikdirilmiş gün və məbləğ - Təqvimə nəzər yetirilsə bu ayın son ödəmə günü xx.xx.2022-ci il tarixidir (Çərşənbə günü). Yəni bu tarixdən sonrakı növbəti gün yəni xx.xx.2022-ci il tarix artıq gecikmə gününün başlanğıc tarixidir. Bu ay üçün aralıq tarix xx.xx.2022-xx.xx.2022-ci il tarixləridir (bayram və istirahət günləri daxil deyil). Mart ayı üçün gecikmə məbləği - 21 gecikmə günü *5 (1 günlük gecikmə məbləği) = 105 manatdır. Belə ki, yuxarıda qeyd olunan hesablamalar nəticəsində 3 aylıq (fevral, mart, aprel) əmək haqqına görə gecikdirilmiş gün üçün cəmi ödənc 600 manat təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərdarlıq edilmədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ştatları ixtisar edildikdə) işdən azad edilməsinə baxmayaraq son haqq-hesabı ödənməmişdir. “Son Haqq-Hesab”a istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli son əmək haqqı və digər ödəmələr daxildir. Qeyd olunan pozuntunun araşdırıb cavabdehin cəzalandırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət ünvanlanmışdır. xx.xx.2022-ci il tarixdə Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi tərəfindən ona göndərilən **********8 saylı məktubda cavabdeh tərəfindən son haqqhesabın ödənilmədiyi qeyd edilmişdir. Cəmiyyət tərəfindən yol verilmiş hüquq pozuntusu ilə əlaqədar olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq cavabdeh barəsində xx.xx.2022-ci il tarixli, MN1290922 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbeh tətbiq olunmuşdur. Son Haqq-Hesab = orta əmək haqqı*(iş stajına görə görə müvafiq əmsal+xəbərdarlıq etmədən işdən azad edilməyə görə müvafiq əmsal) + son ayın əmək haqqısı + istifadə edilməyən məzuniyyətə görə pul əvəzi · 512*(1.4 əmsal + 0.9 əmsal) + 500 + 500 = 2177.60 manat təşkil edir. Müvafiq orqana verilən şikayətdən sonra cavabdeh qeyd olunan 2177.60 manat məbləğdən xx.xx.2022-ci il tarixdə 717.92 manat məbləğində pul ödəmişdir. Yekunda cavabdehin ona ödənilməmiş 1459.68 manat son haqq-hesabı qalmışdır. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin direktoru X4 iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycanın Vahid Sosial Reyestrindən (e-sosial) çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçı xx.xx.2020-ci il tarixli xxxxxxx000401 nömrəli əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 500 manat olmaqla bölgə müdiri vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu 2022-ci ilin yanvar ayının əmək haqqısı və 717,92 manat məbləğində son haqq-hesab ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubundan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilən zaman "xxxx" MMC-nin rəhbərliyi ilə Sizin aranızda bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi məlum olmuşdur. Eyni zamanda Sizin X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyiniz izahat və əmək haqqı bank hesabı çıxarışından işdən azad olunarkən son haqq-hesabınızın ödənilmədiyi müəyyən edilmişdir. Bununla da, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, MN1290922 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddia ərizəsindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli **********8 saylı məktubundan və cavabdehin nümayəndələrinin izahatlarından göründüyü kimi iddiaçı işdən azad olunarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada 3 aylıq əmək haqqı və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü iddiaçıya təqdim olunmamışdır. Bunlar işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan, lakin ödənilməyən 3 aylıq əmək haqqının və son haqq-hesabının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu tələbin faktiki əsası kimi iddiaçı əmək haqqının ödənilməsinin gecikdirilməsində cavabdehin təqsirli olmasına və tələbinin hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin "Qeyd”inə əsasən bu maddədə "işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göründüyü kimi, qanunvericilik hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olmasını və əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi hallarının nədən ibarət olmasını, hansı halların işəgötürənin təqsirinə şamil edilməməsini müəyyən etmişdir. İddiaçıya əmək haqqının verilməsinin gecikməsi işin mübahisə edilməyən halıdır, bu halı cavabdehin nümayəndələri də təsdiq etmişdir. Bir halda ki, iddiaçıya əmək haqqının verilməsinin gecikməsini cavabdeh də qəbul edir, belə olan halda, həmin ödənişlərin onun təqsiri üzündən vaxtında ödənilməməsini də cavabdeh sübut etməlidir. Çünki gecikməni istisna edən hallar kimi əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanması, onun müvəkkil bankdan alınması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmasına aid sənədlər işəgötürəndə olur. Cavabdeh isə əmək haqqının vaxtında iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 3 aylıq (2022-ci ilin fevral, mart və aprel ayları) əmək haqqı olan 1370 manat məbləğ (icbari ödəmələr çıxıldıqdan sonra), əmək haqqının gecikdirilməsinə görə 1 (bir) faiz əlavə ödənc olan 600 manat məbləğ, ödənilməmiş son haqq-hesab olan 1459.68 manat və ödənilmiş 50 manat mediasiya xərci, cəmi 3479.68 manat məbləğ tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4819/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4819/2022
27.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver