Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-483/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Firmasına qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri hərəkətlərin edilməsi və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firmasına qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri hərəkətlərin edilməsi və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə İddiaçı məhkəmə hazırlıq iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin (dövlət rüsumunun) geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firması məhkəmə hazırlıq iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, qarşılıqlı iddia üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin vəkili-nümayəndələrinin ərizələrini nəzərdən keçirib, mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizələr təmin edilməli, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizələri, onlara əlavə edilmiş sənədlər, həmçinin, ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərə geri qaytarılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdə olan qəbzlər əsasında müəyyən edilir ki, ilkin iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə isə 60 (altmış) manat məbləğlərində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının vəkili-nümayəndəsi Nümayəndə ərizələri təmin edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh Firmasına qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri hərəkətlərin edilməsi və s. öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Firmasının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh Firmasına geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-483/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-483/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver